Məhkəmə qərarları › İş №2(103)-3111/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3111/2022

01.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3111/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı1, İddiaçı2, iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X2, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 19.01.2022-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən, iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), 20A saylı evə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatının müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi, geri qalan 20 (iyirmi) manatının isə İddiaçı1 qaytarılması qət edilmişdir. İş üzrə 2(008)-2024/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkil) X2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 13 avqust 2021-ci il tarixli qərardadına əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkil) X2 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti müddətində verilmiş hesab edilməklə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Daha sonra Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən şikayət verilmə müddətinin bərpasına dair ərizə vermişdir. 2(008)-2024/2020 saylı mülki iş 22 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair Cavabdeh1 ərizəsinə baxılması 19 yanvar 2022-ci il tarixə təyin edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən qətnamədən narazı qalsa da, ailə vəziyyəti ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Belə ki, bu işdə olan digər Cavabdeh2 uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi və o, həmin cavabdehin müalicəsi üçün məşğul olmuşdur. Cavabdeh2 02 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də müddəti ötürmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 19.01.2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq, Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı1 məhkəmənin 2(008)-2024/2020 saylı, 19.01.2022-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 24.02.2022-ci il qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 217458 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığından 06.10.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan tibbi sənədlərdən məlum olur ki, iş üzrə Cavabdeh2 2020- 2021-ci il ərzində xəstəlikdən əziyyət qaraciyər xəstəliyindən əziyyət çəkmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddısinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya hesab edir ki, Cavabdeh2 2020-2021-ci il ərzində xəstəlikdən əziyyət qaraciyər xəstəliyindən əziyyət çəkdiyindən və bu xəstəlik nəticəsində 06.10.2021-ci il tarixdə öldüyündən, həmin müddət ərzindən mərhumun arvadı - ərizəçi Cavabdeh1 ona baxdığından, eləcə də, iş materiallarında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2024/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsinin məhz Cavabdeh1 özü tərəfindən alınmasını təsdiq edən sübutlar müəyyən edilmədiyindən onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2024/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüquqlarının həyata keçirilməsini təmin etmək məqsədilə apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, 19.01.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar