Məhkəmə qərarları › İş №2(103)-3116/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3116/2022

18.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3116/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi vəkil Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi zərər tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1764/2021 saylı işi üzrə 23.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxus nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 3964,80 manat, 50 manat qüsur aktının tərtib edilməsi üçün ödəniş, 300 manat gecikməyə görə kompensasiya və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: avtomobilinə dəymiş zərərin aradan qaldırılması üçün «AZTOLMOTORS» tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 3964,80 manat vəsait tələb olunur;12 yanvar 2021 -ci il tarixli servis kartı ilə, İddiaçı «Aztol Motors» Servisə qüsur aktının tərtib edilməsi üçün 50 manat xidmət haqqı ödəmişdir;- Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş SMS yazışmaları--- iddiaçı ilə cavabdeh arasında zərərin məbləği ilə bağlı yazışmalar olmuş, cavabdeh avtomobilə dəymiş zərərin əvvəlcə 755 manat, sonra isə 903 manat olaraq qiymətləndirildiyini bildirmişdir: AutoBox avtomobil servisinin 22.12.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən yekun məbləğ 1105 manat müəyyən edilmişdir;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021 -ci il tarixli 9/2618 saylı rəyinə əsasən iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği hadisə baş verən tarixə təxminən1240 manat məbləğində müəyyən edilmişdir (iş.səh.4, 13, 33, 65, 70). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1764/2021 saylı işi üzrə 23.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASCdən 1240 manat sıgorta ödənişi, 50 manat qüsur aktı üçün ödəniş, 300 manat dəbbə pulu, 11 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi və 100 manat ekspertiza xərcinin 63 manatı İddiaçı, 37 manatı cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 13.1, 13.2, 16.4, 17.1, 18.1, 18.2, 20.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1, 925.2, 925.3, 926.1,1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin məbləği barədə razılıq əldə edilməmiş, iddiaçı cavabdeh tərəfindən müəyyən edilmiş zərər məbləğləri ilə razılaşmamış, zərərin miqdarının qiymətləndirilməsi üçün servisə müraciət etmiş, həmin servis tərəfindən onun avtomobilinə dəymiş zərər 3964,80 manat məbləğində müəyyən edilmiş, cavabdeh "xxxx" ASC həmin servis tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razılaşmamış, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği düzgün qiymətləndirilməmişdir. Qeyd: qətnamədən iddiaçı şikayət vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1764/2021 saylı işi üzrə 28.02.2022-ci il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin cavabdehdən 300 manat dəbbə pulu tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə İcbari sığortalar haqqında” Qanunun 18.1, 18.2; Mülki Prosessual Məcəllə 217. 1, 217.2., 217.3; Mülki Məcəllə 445.5, 446.1, 446.3, 448.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, “LEXUS LX470” markalı 99RX499 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti 23.12.2019-cu il tarixli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC-də icbari qaydada sığortalanmışdır.18 dekabr 2020-ci il tarixdə İddiaçı (bundan sonra “İddiaçı”) məxsus «VOLVO-S80» minik markalı, 90LM190 d.q.n avtomobilin və “LEXUS LX470” markalı 99RX499 d.q.n avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində İddiaçının avtomobilinə zərər dəymişdir. Hadisənin təqsirkarı kimi“LEXUS LX470” markalı avtomobili idarə etmiş X3 təqsirli bilinmiş və onun barəsində inzibati tənbeh vermə haqqında Nəsimi rayon DYPŞ tərəfindən 19.12.2020-ci il tarixdə qərar çıxarılmışdır.Həmin hadisə nəticəsində İddiaçının avtomobilinə dəymiş zərər Cavabdeh sığortaçı tərəfindən qiymətləndirilərək, zərər məbləği 903 manat müəyyən edilmiş və həmin məbləğdə sığprta ödənişinin həyata keçirilməsinin mümkün olması bildirilmişdir.Lakin iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən dəfələrlə artıq olan 3964,80 manat tələb etmiş, Mülki Məcəllə və “İcbari sığortalar haqqında” qanunu ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, onunavtomobilinə dəymiş real zərər məbləğindən 3 dəfə çox məbləğ tələb etmişdi ki, onun bu əsassız tələbi sığortaçı tərəfindən təmin edilə bilməzdi.Qeyd edilən hal həmçinin iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə də təsdiq edilmişdir. Həmin rəydə iddiaçının avtomobilinə dəymiş zərərin 1240 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, sığorta ödənişinin verilməsinin gecikdirilməsi İddiaçının özünün təqsiri üzündən baş vermişdir.Sübut etməyə ehtiyac yoxdur ki, öhdəliklərin icrasının qaydası, şərtləri və digər tənzimləmə elementləri Mülki Məcəllə ilə müəyyən edilir. Hazırkı işdə Cavabdehin öz öhdəliyinin vaxtında icra etməsinə səbəb kimi, İddiaçının ona təklif edilən icranı qəbul etməməklə və açıq-aşkar şişirdilmiş qiymətlərə istinad edən tələblər irəli sürməklə, icbari sığortalar haqqında qanunvericiliyin tərkib hissəsi olan Mülki Məcəllənin 445.5, 446.1, 446.3, 448.2-ci maddələrində müəyyən edilən halı yaratmaqla, dəbbə pulu tələb etmək hüququnu itirmişdir. Pul öhdəliyi üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün faizlər ödəməli deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi vəkil Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək, dəbbə pulunun müzakirə edilmədiyini, iddiaçının digər bir avtomobil servisindən qüsur aktı əldə edərək, məhkəməyə təqdim etdiyini, cavabdeh tərəfinfən əldə edilmiş qüsur aktının iddiaçıya təqdim edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, ona cavabdeh tərəfindən qüsur aktının təqdim edilmədiyini, ekspert tərəfindən avtomobilə baxış keçirilmədən qiymət müəyyən edildiyini, əslində qətnamədən narazı olsa da onun apellyasiya şikayətinin geri qaytarıldığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 883, 885, 911-913, 922 – 927, 1114, 1115; Mülki Prosesual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə, İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 3, 4, 12- 25, 26, 39, 58, 63, 77; Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 31ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin hüquqtətbiqetməyə dair dəllərinə münasibətdə qeyd edilməlidir ki, mülki qanunvericilik - hər bir müddəanın hərfi mənasında deyil, onun normalar sistemindəki yeri (preamblua, fəsil və sair), mülki qanunvericiliyin və mülki icraatın ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquqlarının (azadlıqlarının) sosial təbiəti və normativ iyerarxiya, mülki munasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməlidir. Apellyasiya baxış hədləri cavabdehin apellyasiya şikayəti ilə məhdudlaşsa da diqqətə çatdırılmalıdır ki, iddiaçı rəsmi qüsur aktı təqdim etmiş olduğu qiymətlər cavabdehin məhkəməyə təqdim etdiyi qiymətləndirmədən dəfələrlə fərqli olmuşdur və sonuncu tərəfindən sənədin iddiaçıya təqdim edilməsi sübuta yetirilməmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən: Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Qanunun 18.2-ci maddəsinə əsasən: Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qeyd edilən qanunvericiliyin tətbiqini mübahisə edilən hissədə düzgün hesab etməyən cavabdeh onun təfsirini özünə münasib qaydada təsbit etmişdir. Lakin özünün apardığı araşdırmanın və qiymətləndirmənin nəticəsi olaraq müəyyən edilmiş müddətdə iddiaçıya rəsmi məlumat (müəyyən olunmuş müddətdə ödəniş və ya imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş) verməmişdir. Ona görə dəbbənin tutulması üzrə qanunvericiliyin fərqli şərh edilməsi üçün əsaslar müəyyən edilmir, dəbbənin məbləğin isə cavabdeh mübahisələndirmədiyindən apellyasiya baxışı predmeti kimi müzakirə edilməməlidir. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməsi nəzərə alınmalı və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASCnin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1764/2021 saylı işi üzrə 23.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar