Məhkəmə qərarları › İş №2(103)-3118/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3118/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3118/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)-4245/2020 saylı qətnaməsindən iş üzrə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək məhkəmədən, cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 175484 nömrəli aktın etibarsız hesab edilməsi və **********60379 saylı kodu üzrə hesablanmış 1142.54 (bir min yüz qırx iki manat əlli dörd qəpik) manat borcun silinməsi barədə qətnamə və “xxxx” ASC-nin qanun pozuntularına rol vermiş əməkdaşları barədə xüsusi qərardad çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı onun bacısıdır. Onlar ailəlikcə İddiaçı məxsus olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, keçmiş MVD bağlarında yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin fərdi yaşayış evindən baş evi kimi istifadə etdikləri üçün elə vaxtlar olub ki, həmin bağ evində aylarla, illərlə yaşamışlar, elə vaxtlar da olub ki, uzun müddət yaşayış olmamışdır. xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə kimi həmin bağ evində daimi yaşayış olmamışdır. xx.xx.2020-ci il tarixdən isə bağ evindən yaşayış yeri kimi tam istifadə edilir. Burada yaşamadıqları, qalmadıqları müddətdə, təbii ki, dövlət sayğacının göstəricisi “00” olaraq göstərilib. Yəni ki, elektrik enerjisindən heç bir halda istifadə etməmişlər. Həmin evdən yaşayış yeri kimi istifadə etdikləri müddətlərdə, dövlət sayğacında nə qədər göstərilibsə, nə qədər elektrik enerjisindən istifadə etmişlərsə, hamısını ödəyiblər. Hal-hazırda, dövlət sayğacının göstəricisinə əsasən, iddiaçının heç bir borcu yoxdur. 2020-ci ilin ilk ayından- buraya yeni köçdükləri ilk vaxtlardan, sayğacda qızma, ərimə yarandı. Dərhal “xxxx” ASC-nin sahə nəzarətçisi ilə əlaqə saxlamışlar. Nəzarətçi gəlib sayğaca baxış keçirərək sayğacın yarasız halda olduğu, yenisi ilə əvəz edilməli olduğu barədə rəy vermiş və akt tərtib edilərək, sayğacın dəyişdirilməli olduğunu demişdir. O da sahə nəzarətçisindən sayğac yararsız olduğu üçün dəyişdirilməsini, akt tərtib edilməsini xahiş etmişdir. “xxxx” ASC-nin üç əməkdaşının iştirakı ilə 75484 nömrəli akt tərtib edilərək, yararsız, ərimiş sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Lakin yeni sayğac qoyulduqdan iki ay sonra, 1143 manat məbləğində cərimə yazıldığını öyrənmişlər. Bu cərməni kim və ya kimlər tərəfindən, nə üçün yazıldığı onlar üçün də qaranlıqdır. Yazılmış olan cərmənin heç bir əsası yoxdur, tamamilə qeyri-qanuni olaraq yazılıb. Bununla bağlı “xxxx ASC”-yə etdikləri elektron müraciətə cavab olaraq vətəndaş X3 məxsus evin sayğacında qüsur aşkarlanaraq akt tərtib edildiyi bildirilmişdir. Mənzilə məxsus eleketrik sayğacı xx.xx.2018-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək heç bir elektrik enerji sərfıyyatı haesablanmamışdır. l4.03.2020-ci il tarixdə mənzilin sayğacı yeni sayğacla əvəz edilmiş və yeni sayğacın elektrik enerji sərfiyatını qeyd etdiyi göstərici əsasında mənzilə əlavə sərfiyyat hesablanmışdır. Hesab edir ki, “xxxx” ASC tərəfindən hesablanmış borc tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Energetika Nazirliyinə ünvanlanmış qanunsuz hesablanmış borcun silinməsi ilə bağlı müraciətə Azərbaycan Respublikası Energetika Nazirliyinin Bakı filialında baxılmış müraciətə cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinə məxsus köhnə (evin hasarının çöl hissəsində çöl hissəsində quraşdırılmış Makel markalı, 16185715 zavod nömrəli, dövlət qeydiyyat möhürü 547896 elektrik sayğacına "xxxx"ASC-nin Suraxanı RETSİ-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş, “elektrik sayğacının giriş faza xətinin əridiyi əsas götürülərək, 175484 nömrəli akt tərtib edilmiş, çıxarılan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. “xxxx” ASC-nin laboratoriyasının xx.xx.2020-ci il tarixli 477821 nömrəli protokolunda “sayğacın dövlət möhürünün normal olduğu, faza xəttinin hər iki yuvasının qızma nəticəsində əridiyi, xəta faizlərini yoxlamağın mümkün olmadığı, sayğacın istismara yararsız olduğu” qeyd edilmişdir. Tərtib edilmiş akta Suraxanı RETSİ-də fəailyyət göstərən Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə baxılmış və abonentin hesabına 365 gün üçün 11714 kvts (dəyəri 1142,54) manat əlavə sərfıyyat hesablanmışdır. Belə ki, 365 gün üçün əlavə sərfıyyat aparılsa da, fərdi yaşayış evinə məxsus abonent haqqında cədvəlin təhlili zamini məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər elektrik sayğacının göstəricisi "xxxx"ASC-nin əməkdaşları tərəfindən hər ay oxunmuş və elektrik enerjisnin sərfıyyatının 0 (sıfır) olduğu qeyd edilmişdir. Sayğacın laboratoriyada yoxlanılması zamanı vətəndaşın iştirakı təmin edilməmişdir. Bununla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik eneıjisindən istifadə” Qaydalarının normaları pozulmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)-4245/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” ASC tərəfindən tərtib edilmiş 175484 nömrəli aktın etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, keçmiş MVD bağlarında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı elektrik enerjisinin sərfiyyatına görə tələb etdiyi 1142.54 (bir min yüz qırx iki manat əlli dörd qəpik) manatın silinməsi vəzifəsinin “xxxx” ASCyə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırırlır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hdlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. İş materiallarından olan xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş, RNo175484 saylı aktın surətindən görünür ki, abonent İddiaçı aid Hövsan qəsəbəsi Bağlar massivində elektrik sayğacına baxış keçirilərkən, sayğacın giriş xətti ərimişdir. Tərəflərindən ampermassa ilə evə axan işıq ölçüldü. İş materiallarından “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı protokoldan görünür ki, abonent İddiaçı aid Hövsan qəsəbəsi Bağlar massivində RNo175484 saylı akt əsasında sayğac dəyişdirildi. İş materiallarından abunəçi İddiaçı adına olan **********60379 saylı hesabdan görünür ki, xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək elektrik enerjisindən istifadəyə görə 0 manat, xx.xx.2020-ci ildə 13,44 manat, xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək 71,89 manat elektrik enercisi sərfiyyatı olmuşdur. İş materiallarından Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının xx xxxx 2020-ci il tarixli, AEQA-18-974/20 saylı məktubundan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinə məxsus köhnə (evin hasarının çöl hissəsində quraşdırılmış Makel markalı, 16185715 zavod nömrəli, dövlət qeydiyyat möhürü 547896 elektrik sayğacına “xxxx” ASC-nin Suraxanı RETSİ-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş, “elektrik sayğacının giriş faza xəttinin əridiyi əsas götürülərək, 175484 nömrəli akt tərtib edilmiş, çıxarılan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. “xxxx” ASC-nin laboratoriyasının xx.xx.2020-ci il tarixli 477821 nömrəli protokolunda “sayğacın dövlət möhürünün normal olduğu, faza xəttinin hər iki yuvasının qızma nəticəsində əridiyi, xəta faizlərini yoxlamağın mümkün olmadığı, sayğacın istismara yararsız olduğu” qeyd edilmişdir. Tərtib edilmiş akta Suraxanı RETSİ-də fəailyyət göstərən Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə baxılmış və abonentin hesabına 365 gün üçün 11714 kvts (dəyəri 1142,54) manat əlavə sərfıyyat hesablanmışdır. Belə ki, 365 gün üçün əlavə sərfıyyat aparılsa da, fərdi yaşayış evinə məxsus abonent haqqında cədvəlin təhlili zamini məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər elektrik sayğacının göstəricisi “xxxx”ASC-nin əməkdaşları tərəfindən hər ay oxunmuş və elektrik enerjisnin sərfıyyatının 0 (sıfır) olduğu qeyd edilmişdir. Sayğacın laboratoriyada yoxlanılması zamanı vətəndaşın iştirakı təmin edilməmişdir. Bununla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının normaları pozulmuşdur. Bundan əlavə “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.16-cı bəndinə əssasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot puzulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik energiyinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən abonentin hesabına yazılmış 11714 kVts elektrik enerji sərfiyyatının hesabatına “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbinə uyğun olaraq yenidən baxılması üçün “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanmışdır. “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 02/07G1984 saylı cavab məktubunda **********60379 saylı kod üzrə qeydiyyatda olan fərdi yaşayış evinin elektrik enerjisi hesabatı araşdırılarkən 175484 saylı akt əsasında yazılmış 11714 kVts sərfiyyatın (dəyəri 1142,54 manat) real olduğu bildirilmişdir. “xxxx” ASC tərəfindən məktuba əsassız cavab verildiyini nəzərə alaraq, elektrik enerjisi sərfiyyatına görə aparılmış hesablaşma zamanı yol verilmiş qayda pozuntularının araşdırılması və hesablaşmaya yenidən baxılması üçün “xxxx” ASC-yə xx.xx.2020ci il tarixli AERA-18-973/20 saylı məktub ünvanlanmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi aktı etibarsız hesab edib, borcu tam olaraq silməklə qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Beləliklə araşdırılmış sübutlar əssasında müəyyən olunur ki, iddiaçının yaşadığı ünvanda sayğacla bağlı qüsur yarandığı üçün, iddiaçı “xxxx” ASC-yə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş RNo175484 saylı akta əsasən elektrik sayğacına baxış keçirilərkən, sayğacın giriş xəttinin əriməsi müəyyən olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə iddiaçının yaşadığı ünvana yeni sayğac quraşdırılmışdır. Tərtib edilmiş akta Suraxanı RETSİ-də fəailyyət göstərən Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə baxılmış və abonentin hesabına 365 gün üçün 11714 kvts (dəyəri 1142,54) manat əlavə sərfıyyat hesablanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının xx xxxx 2020-ci il tarixli, AEQA-18-974/20 saylı məktubunda aparılmış araşdırma ilə bağlı qeyd olunmuşdur ki, 365 gün üçün əlavə sərfıyyat aparılsa da, fərdi yaşayış evinə məxsus abonent haqqında cədvəlin təhlili zamini məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər elektrik sayğacının göstəricisi “xxxx” ASC-nin əməkdaşları tərəfindən hər ay oxunmuş və elektrik enerjisnin sərfıyyatının 0 (sıfır) olduğu qeyd edilmişdir. Sayğacın laboratoriyada yoxlanılması zamanı vətəndaşın iştirakı təmin edilməmişdir. Bununla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının normaları pozulmuşdur. Bundan əlavə “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.16-cı bəndinə əssasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot puzulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik energiyinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən abonentin hesabına yazılmış 11714 kVts elektrik enerji sərfiyyatının hesabatına “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbinə uyğun olaraq yenidən baxılması üçün “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanmışdır. “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 02/07G1984 saylı cavab məktubunda **********60379 saylı kod üzrə qeydiyyatda olan fərdi yaşayış evinin elektrik enerjisi hesabatı araşdırılarkən 175484 saylı akt əsasında yazılmış 11714 kVts sərfiyyatın (dəyəri 1142,54 manat) real olduğu bildirilmişdir. “xxxx” ASC tərəfindən məktuba əsassız cavab verildiyini nəzərə alaraq, elektrik enerjisi sərfiyyatına görə aparılmış hesablaşma zamanı yol verilmiş qayda pozuntularının araşdırılması və hesablaşmaya yenidən baxılması üçün “xxxx” ASCyə xx.xx.2020-ci il tarixli AERA-18-973/20 saylı məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.33-cü bəndində təsbit olunmuşdur ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanlara əssasən kollegiya hesab edir ki, xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş RNo175484 saylı aktın etibarsızlığı üçün əsas mövcud deyildir. Belə ki, qeyd olunan tarixdə sayğacın giriş hissəsində qüsurun yaranmasını iddiaçı tərəf özü də etiraf etmişdir. Bunun əsasında akt tərtib edilmişdir. Yoxlama zamanı da, sayğacın dövlət möhürünün normal olduğu müəyyən edilmişdir. Buna görə də, bu hissədə iddia tələbi təmin edilə bilməz. Kollegiya elektrik enercisinə görə 365 gün üçün 11714 kvts (dəyəri 1142,54) manat əlavə sərfıyyat hesablanması ilə razılaşmır. Belə ki, sayğac evin hasarının çöl hissəsində yerləşdirilməklə, iddiaçının sayğacın giriş xəttinin əriməsində təqsiri müəyyən olunmur. Bunlan əlavə sayğacın dövlət möhürünün normal olması müəyyən olunmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İddiaçıya məxsus fərdi yaşayış evinə aid abonent haqqında cədvəlin təhlili zamanı məlum olur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər elektrik sayğacının göstəricisi “xxxx”ASC-nin əməkdaşları tərəfindən hər ay oxunmuş və elektrik enerjisnin sərfıyyatının 0 (sıfır) olduğu qeyd edilmişdir. xx.xx.2020-ci ildə 13,44 manat, xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək 71,89 manat elektrik enercisi sərfiyyatı olmuşdur. Kollegiya hesab edir ki, məişət abonenti olan iddiaçının təqsiri olmadan uçot müvəqqəti pozulduğundan, hesabat bir aydan artıq olmamaqla aparılmalıdır. Kollegiya xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək 71,89 manat elektrik enercisi sərfiyyatı olmasını nəzərə alaraq, bir ay üçün 36 manat elektrik enerjisinə görə sərfiyyatın tutulmasını əsaslı hesab edir. Belə olduğu halda iddia tələbi 1142,54 manat borcun silinməsi hissəsində qismən təmin edilməli, **********60379 saylı kod üzrə hesablanmış 1106,54 manat (1142,54-36=1106,54) borc silinməlidir. Kollegiya “xxxx "ASC-nin qanun pozuntularına yol vermiş əməkdaşları barədə xüsusi qərardad çıxarılması” hissəsi ilə bağlı hesab edir ki, iddiaçının "xxxx" ASC-nin qanun pozuntularına yol vermiş əməkdaşları barədə xüsusi qərardad çıxarılması barədə xahişinə iddia tələbi kimi baxılmadığından, həmçinin işə baxarkən hər hansı şəxsin hərəkətlərində cinayətin əlaməti aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)-4245/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı səhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, keçmiş MVD bağlarında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı elektrik enerjisinin sərfiyyatına görə tələb olunan 1106,54 (min yüz altı manat əlli dörd qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar