Məhkəmə qərarları › İş №2(103)-3120/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3120/2025

30.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3120/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlunun ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə, maneələrin aradan qaldırılması" tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1972/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə, maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının, uşaqları və əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi, giriş-çıxış qapısının açarının bir nüsxəsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1972/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia rədd edilmişdir. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya baxışı zamanı apellyasiya şikayətindən imtina barədə ərizə verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etsə də, qətnamənin əsaslandırıcı hissəsi onu qane edir. Apellyasiya şikayətindən imtinanın nəticələri də ona aydındır. Belə ki, şikayətdən imtina etdiyi təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini alacağı ona izah edilmişdir. O, apellyasiya şikayətindən imtina barədə ətraflı düşünmüş və yekun qərara gəlmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətindən imtinasının qəbul olunaraq apellyasiya icraatına xitam verilməsini xahiş edir. Cavabdeh iddiaçının apellyasiya şikayətindən imtinasının qəbul olunaraq apellyasiya icraatına xitam verilməsinə etiraz etmədi. Məhkəmə kollegiyası, apellyasiya şikayətini, həmçinin şikayətdən imtina ilə bağlı ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən, xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilməlidir ki, məhkəmədə mülki (həmçinin, kommersiya mübahisələrin) işlərin başlanması bir qayda olaraq məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, icraatın sonradan davam etdirilib-etdirilməməsi də məhz həmin şəxslərin iradəsindən asılıdır. Dispozitivlik prinsipinə uyğun olaraq, apellyasiya şikayəti vermiş şəxsin ondan imtina etməsi, icraatın davam etdirilməsini lüzumsuz edir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə, maneələrin aradan qaldırılması" tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1972/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar