Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3121/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)- 1871/2020 saylı qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 25000 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)- 1871/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2008-ci il tarixdə Cavabdeh2 iştirakı ilə Cavabdeh1 məxsus Binə ticarət mərkəzində sahəsi 40 kv metr olan ticarət obyektini almaq məqsədi ilə 25.000 (iyirmi beş) min manat pul vermişdir. Alqı-Satqı və onun adına sənədləşmə işlərini cavabdehlər öz üzərinə götürmüş, bir müddət sonra hər şey öz qaydasında olduğunu bildirsələrdə sənədləri əldə edə bilməmişdir. Təkidlə tələb etdikdən sonra ona verilmiş sənədlə 2018-ci ildə öz obyekti hesab e sahəni icarəyə vermək istəyərkən məlum olmuşdur ki, Rafət və Hikmət tərəfindən ona ve sənəd hər hansı hüquqi əhəmiyyət daşımır. Məsələni aydınlaşdırmaq üçün 2018-ci ildə Binə Ticarət Mərkəzinin direktoru Kə xanımın yanında olarkən onun aldadıldığı məlum olmuşdur. Sabunçu rayon məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi Cavabdeh1 13.000 (o min) manata onun pulu ilə özünə icarə müqaviləsi bağlayaraq anbar tipli ticarət obyekti etmiş və onu aldadaraq sənədlərin surəti ilə təkrar müqavilə bağlasada obyektin alqı-s olmasını bildirərək onu aldatmışdır. Qalan 12.000 (on iki min) manatı isə Hikmətlə bərabər mənimsədikləri məlum olmuşdu Birinci instansiya məhkəməsi işi araşdırarkən iş üzrə sənədləri tam nəzərdən keçirməmiş, İddia ərizəsinin rədd olunmasını cavabdehlərin iddia tələbini qəbul etməmələri, eləcə də müddətin ötürülməsinə dair məhkəməyə ərizə ilə müraciət etmələri ilə əsaslandırmışdır. Halbuki, iş üzrə cavabdehlər polisdə ifadə verərkən ondan 25.000 pul almalarını etiraf etmişlər və polisin qərarında cavabdehlərin etiraf ifadələri öz əksini tapmışdır. Eləcədə cavabdehlərin müddətin ötürülməsinə dair məhkəməyə verdiyi ərizəyə baxılarkən polisə verdiyi şikayət ərizəsində və məhkəməyə vermiş olduğu iddia ərizəsində qeyd etdiyi kimi onun aldadıldığı ona 2018-ci ildə məlum olması nəzərə alınmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi işi araşdırmamış, iş üzrə tələm tələsik qətnamə çıxarmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X2 bildirdi ki, 13.000 manat Binə Ticarət Mərkəzinə pul köçürülüb. Amma ona baha 25.000 manata satıb. Binə Ticarət Mərkəzi hissə-hissə 13.000 manatı ona qaytarıb. Onun cavabdehlərdə 12.000 manat pulu qalıb. O, pulu ardaşından götürmüşdü. İndi qardaşı rəhmətə gedib, ailəsi pis vəziyyətdədir. Onun pulunu qaytarmırlar deyə, qardaşının ailəsinin yanında pis vəziyyətdə qalmışdır. Obyekt hazırda müdriyyətdədir. Bu illər ərzində o yerdən istifadə etməmişdir. İllərdir ki, onu aldadıb, gözlədib. Hər dəfə ona deyirdilər ki, gözləsin. Ona qəbz verməyiblər. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, icarə müqaviləsi əsasında ona məxsus olan ticarət obyektini həqiqətən iddiaçıya 25000 manata satmışdır. Həmin obyektin “Binə” Ticarət Mərkəzindən neçəyə almağının iddiaçıya heç bir aidiyyəti yoxdur. Çünki, bu obyekt ona məxsus olmuşdur. Ticarət obyektini 25000 manata satması ilə razılaşdığı üçün 13 il əvvəl, yəni 2008-ci ildə həmin obyektini iddiaçıya satmışdır. Həmin vaxtdan da o obyekti iddiaçının istifadəsinə və sahibliyinə vermişdir. Hazırda iddiaçının ondan pul tələb etməsi əsassızdır. İşə baxılması vaxtı və yeri haqqında digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır, "xxxx" MMC ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilədə "Yeni Bazar" Ticarət Kompleksinin tikintisi başa çatdıqdan sonra ümumi sahəsi 40 kv.m olan (16-5-25) anbar "xxxx" MMC tərəfindən Cavabdeh1 icarəyə verilməsi nəzərdə tutulmuşdur. Sonradan, Cavabdeh1 həmin anbarın 25 000 manat müqabilində Vəliyeva Sürayyəyə icarəyə verməsi barədə 29.02.2008-ci il tarixdə müqavilə imzalamışdır. Adıçəkilən müqavilələr icarə müqavilələri kimi göstərilsə də faktiki alqı-satqı müqavilələri olmuşdur. Hazırda iddiaçı həmin obyektin bazarın alver olmayan ərazisində yerləşdiyindən verdiyi pulu cavabdehlərdən geri istəyir (Cavabdeh2 vasitəçilik etdiyinə görə). Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş 21.10.2020-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC-yə məxsus "Binə" Ticarət mərkəzində 16-5-25 saylı ticarət obyekti mövcuddur və icarə müqaviləsinə əsasən Cavabdeh1 verilmişdir. İddiaçı könüllü surətdə konkret koordinatları qeyd edilən obyektə dair müqavilə bağlamışdır. Həmin obyektin alver olmayan ərazidə yerləşdiyinə görə cavabdehlər məsuliyyət daşımır, çünki müqavilədə belə bir şərt qoyulmamışdır.Qeyd edildiyi kimi, tərəflər arasında müqavilə olmuş, müqavilə predmeti olan obyekt hazırda mövcuddur və iddiaçı istənilən zaman həmin obyektə sahiblənə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Yəni, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İddiaçı cavabdehin onun hesabına əsassız varlandığını zənn edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də bu halları sübuta yetirə bilməmişdir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu halları sübut edə bilmir. Bu barədə onun izahatı mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur. İkincisi, cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatından da bəlli oldu ki, sonuncu hələ 2008-ci ildə qeyd olunun ticarət obyektini 25000 manat müqabilində faktiki olaraq iddiaçıya satmış və həmin obyekti ona təhfil vermişdir. Bu müddət ərzində ticarət obyektinin iddiaçının sahibliyində olması işin mübahisəsiz halıdır. İddiaçı yalnız ticarət obyektinin sənədlərinin qaydasında olmadığını və cavabdehin həmin obyekti ona baha satdığı üçün hazırki iddianı irəli sürür. Ticarət obyektinin icarə müqaviləsinin cavabdehin adında qalması pul tələbinə dair iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, bu obyektin icarə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə cavabdeh etiraz etmir və iddiaçı da, bu barədə nə ona, nədə ticarət mərkəzinin aid olduğu firmaya müraciət etmir. O ki qaldı, ticarət obyektinin baha, yəni 25000 manata satılmasına, iddiaçı bunu 2008-ci ildə həmin pulu cavabdehə verərkən bilirdi və öz iradəsinə uyğun, könüllü olaraq həmin pulu cavabdehə vermişdir. Cavabdehin həmin ticarət obyektini ticarət firmasından ucuz qiymətə icarə müqaviləsində alması, bu obyekti iddiaçıya baha qiymətə satmasını istisna etmirdi. Yetərdi ki, iddiaçı həmin vaxt bununla razılaşmaya bilərdi, lakin razılaşmışdır. Ona görə də bu halar da iddia tələbinin açıq-aşkar ədalətsiz olduğunu təsdiq edir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)-1871/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3121/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3121/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver