Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3121/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6542/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində işə cəlb etməklə, “İddiaçı 2009-cu ilin mart aynın 1-dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) Popov İvan Qriqoryeviçə və Popova Praskovya İvanovnaya qulluq etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, ahıllara qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Ərizəçi öz anası – 20 aprel 1937-ci il təvəllüdlü Popova Praskovya İvanovnaya 2009-cu ilin mart ayının 1-dən 16 sentyabr 2011-ci il tarixədək Gədəbəy rayonu, Novosaratovka kəndində anasının yanında yaşayaraq, ona qulluq etmişdir. Popova P.İ. 16 sentyabr 2011ci il tarixdə vəfat etmişdir. Ərizəçi öz atası – 14 noyabr 1938-ci il təvəllüdlü Popov İvan Qriqoryeviçə 2009-cu ilin mart ayının 1-dən 27 aprel 2013-cü ilədək Gədəbəy rayonu, Novosaratovka kəndində atasının yanında yaşayaraq ona qulluq etmişdir. Popov İ.Q. 27 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Ərizəçi ahıllara 4 il 1 ay 27 gün ərzində qulluq etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6542/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, ahıllara qulluq edilməsinin sığorta stajına hesablanmasına dair müvafiq qanunvericiliklə başqa qayda nəzərdə tutulmuşdur. Həmçinin ərizəçinin “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli yazılı cavabı mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı ərizə üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməli, ərizəçiyə “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” maraqlı şəxsin imtinasından müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərardaddan ərizəçi tərəfindən verilmiş şikayət Məhkəmənin eyni nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7913/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi məqsədilə birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-905/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7913/2023 nömrəli iş üzrə 27 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6542/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində işə cəlb etməklə, “İddiaçı 2009-cu ilin mart aynın 1-dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) Popov İvan Qriqoryeviçə və Popova Praskovya İvanovnaya qulluq etməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, sığortaolunanın sığorta stajına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarından görünür ki, ərizəçi İddiaçı, 2009-cu ilin mart aynın 1-dən 2013cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) Popov İvan Qriqoryeviçə və Popova Praskovya İvanovnaya qulluq etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hazırkı işdə ərizəçi, məhkəmə tərəfindən müəyyən olunmasını xahiş etdiyi hüquqi faktı təsdiqləyən sənədləri başqa qaydada ala bilmədiyinə istinad etmiş və yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubunu əlavə etmişdir. Həmin məktuba əsasən, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəində pensiya kapitalı qeydə alınmayıb, qanunvericiliyin tələblərinə əsasən ərizəçinin atası Popov İvan və anası Popova Praskovya vəfat etdiyi üçün onlara qulluq etdiyi illər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra sözügedən dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun qaydada baxılacaqdır. Kollegiya qeyd edir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə patronajın təyin edilməsi barədə qərara əsasən, qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə, qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Göründüyü kimi, qulluqolunan vəfat etmişdirsə, ahıllara qulluqetmə müddəti üzrə patronajın təyin edilməsi barədə qərar, yaxud qulluqolunanın və qulluqedənin müvafiq notarial ərizələri olmadıqda əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Hazırkı işdə ərizəçi anasının xx.xx.2011-ci ildə, atasının xx.xx.2013-cü ildə vəfat etdiyini bildirərək bu barədə müvafiq sənədləri təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə öz qərarında patronajın təyin edilməsi, eləcə də qulluqolunanın və qulluqedənin müvafiq notarial ərizələrinin olmasına istinad etməmişdir. Belə olan halda, məhkəmə tərəfindən adı çəkilən Qaydanın 4.1.8-ci bəndinin tələblərinin nəzərə alınmadan işə məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməli, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla mülki işə mahiyyəti üzrə baxılması üçün mülki iş həmin rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6542/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində işə cəlb etməklə, “İddiaçı 2009-cu ilin mart aynın 1-dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) Popov İvan Qriqoryeviçə və Popova Praskovya İvanovnaya qulluq etməsi faktının müəyyən edilməsi” barədə tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6542/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində işə cəlb etməklə, “İddiaçı 2009-cu ilin mart aynın 1-dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) Popov İvan Qriqoryeviçə və Popova Praskovya İvanovnaya qulluq etməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3121/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3121/2024
08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver