Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3123/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperativinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperativinə qarşı “pay haqqının ödənilməsi barədə mənzi-istehlak haqqında müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(004)-4440/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında Kooperativə məxsus Bakı şəhəri, Yeni Yasamal 2, Kənar Dairəvi küçəsi, 11 saylı evin ümumi sahəsi 81 kv.m olan 3 otaqdan ibarət, 204 saylı mənzilinə pay haqqının ödənilməsinə dair "Kooperativ Mənzil İstehlak Haqqında" müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4440/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh Yasamal Rayon Məhkəməsinin 2(004)-4440/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən 28.12.2021-ci il tarixdə apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı ilə cavabdehin qətnamədən 28.12.2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Məhkəmənin 23.02.2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışıdır ki, 26.01.22-ci il tarixli qarardadda gösətilmişdir ki, şikayət elektron qaydada verilməyib və buraxılmış müddətin bərpası barədə ərizə verilməyib. Məhkəmənin 23.02.2022-ci il tarixli iclasında sübut olundu ki, həmin şikayət elektron qaydada verilib, həm də buraxılmış müddətin barpası barədə ərizə elektron qaydada taqdim olunub. Həmin sənədlər 28 dekabr 2021-ci ilda elektron mahkama sisteminda yerləşdirilib, sadəcə olaraq məhkəmə demək olar ki göndərilən sənədlərə baxmayıb. 23.O2.2O22-ci il tarixli qərardadda göstərilir ki, apellyasiya şikayəti vaxtında verilməmişdir, müddətin buraxılması uzürlu sayrıla bilməz. Onalr qeyd edirlər ki, şikayət vaxtında verilib. Belə ki, həmin qətnamə rəsmi qaydada onlara 08.10.2022-ci ildə təqdim olunub, apellyasiya şikayəti isə qərarddada göstərilən kimi 28 dekabr 2022-ci ildə deyil, 19.10.2021-ci ildə birbaşa Yasamal rayon Məhkəməsinin dəftərxanasına verirmişdir. Dəftərxanada apellyasiya şikayəti qəbul edilərkən bizə heç bir irad bildirilməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş icraata qabul edilmiş, məhkəmə prosesinin vaxtı təyin edilmişdir, lakin birinci iclasda yəni 15.12.2021-ci ildə (bir aydan sonra) sənədlər elektron qaydada verilmədiyi uçün geri qaytarılmışdrr. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etsə də, vəsatəti təmin edərək yzaılı icraat qaydasında şikayətə baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Şikayətə baxılması barədə məlumatın verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(004)-4440/2021 saylı qərardadı ləğv edilməli və cavabdehin ərizəsi təmin edilməli, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperati Bakı şəhəri 2(004)-4440/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vaxtında verilsədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 15.12.2021-ci il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya baxışından çıxarılaraq şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra cavabdeh apellyasiya şikayətini qanunveiciliyin tələblərinə uyğun şəkildə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə göndərmiş, həmçnin ərizə ilə müraciət edərək ötürülmüş prossesual müddəti üzürlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 133.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 146, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(004)- 4440/2021 qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4440/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperati tərəfindən ötürülmüş müddət üzrlü hesab edilərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3123/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3123/2022
04.04.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver