Məhkəmə qərarları › İş №2(103)-3129/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3129/2021

03.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3129/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdeh “xxxx” ASC-nin Cavabdeh-nin nümayəndəsi vəkil X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nin Cavabdeh-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5022/2020 saylı işi üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh-nin 29 iyul 2020-ci il tarixli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Cavabdeh-nin böyük atıcı vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instasniya məhkəməsinin icraatı zamanı İddiaçı Cavabdeh-nin “xxxx” MMCnin mühafizəsini həyata keçirən böyük atıcı ilə 29 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası “xxxx” ASC Cavabdeh-nin 61/k saylı, 29 iyul 2020-ci il tarixli əmrdən çıxarışın surəti (səh.7), İddiaçı Bakı regionu üzrə mühafizə xidmətinin böyük atıcısına, 13 iyun 2020-ci il tarixdən müvəqqəti olaraq Bakı regionu üzrə mühafizə xidmətinin qarovul rəisi X2 vəzifəsinin müvəqqəti icrası həvalə edilməsi haqqında Azərbaycan Respublikası “xxxx” ASC Cavabdeh-nin 128/kş saylı, 12 iyun 2020ci il tarixli əmrdən çıxarış (səh.46), DTX tərəfindən obyektin təhlükəsizliyinin təminatının yoxlanılması məqsədilə təsdiq edilmiş plana əsasən şərti düşmən qüvvələrinin hərəkətləri imitasiya olunmaqla Bakı şəhəri, Xəzər rayonu ərazisində “xxxx” ASC-nin “Şimal” ES ərazisində 24 iyul 2020-ci il tarixdə “şərti düşmən” tədbiri keçirilməsi haqqında 24 iyul 2020-ci il tarixli Aktın surəti (səh.49), İddiaçı 23 iyun 2005-ci il tarixdə "Cavabdeh” MMCnin 7 saylı hissəsinə 4-cü dərəcəli atıcı təyin edilmiş, 29 iyul 2020-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilməsi haqqında İddiaçı aid ******* N°-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti (səh.6), İddiaçı 01 yanvar 2012-ci il tarixdə 3 saylı mühafizə hissəsinə 6-cı dərəcəli böyük atıcı vəzifəsinə işə qəbul edilməsi haqqında “xxxx” ASC-nin "Cavabdeh” MMC ilə İddiaçı arasında bağlanmış 109N°-li əmək müqaviləsinin təsdiq edilmiş surəti (səh.43), “Şimal” ES-də qarovul rəisi əvəzi İddiaçı Ağasəlim oğlu tərəfindən verilmiş izahatın təsdiq edilmiş surəti (səh.50) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5022/2020 saylı işi üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.Qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 70, 72, 186-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xxxx” ASC-nin "Şimal” ES ərazisində DTX əməkdaşları tərəfindən 24 iyul 2020-ci il tarixdə “şərti düşmən” tədbiri keçirilmiş, plana əsasən 24.07.2020-ci il tarixdə saat 04.40-da DTX əməkdaşları hərəkətə başlamış və hasardan aşaraq “xxxx” ASC-nin “Şimal” ES-nın istehsalat sahəsinin ərazisinə daxil olaraq saat 04:45-də 2 ədəd şərti partlayıcı qurğunu Şimal-1 ES-nın TT-2, Util qazan texniki qurğuları, 2 ədəd şərti partlayıcını isə Şimal-2 ES-nın T-2-2 və T-2-yə yerləşdirmiş və müşahidəyə başlamışlar. DTX əməkdaşlarının zavodun ərazisinə daxil olması və partlayıcı qurğunu yerləşdirilməsi Mühafizə İdarəsinin əməkdaşları tərəfindən aşkarlanmamış və bu barədə məsul şəxslərə məlumat verilmişdir. İddiaçı izahatında həmin faktı təsdiq etmiş, məsuliyyətsizliyini dərk etdiyini, ayıq-sayıqlığını itirdiyinə görə məsuliyyət daşıdığını qeyd etmişdir. İddiaçı tərəfindən vəzifə təlimatında və əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrinin icra edilməməsi təsdiq edildiyi üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 29 iyul 2020-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmiş iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 72, 80-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işlədiyi müddətdə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyamı, vəzilə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi kimi hallar olmamış, təqsirindən iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansısa formada ziyan vurulmamışdır. Qanunsuz və əsassız olaraq əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq MMC-nin 29 iyul 2020-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. göstərilən əmək qanunvericiliyinin müddəalarından göründüyü kimi iddiaçıya istinad olunan maddə ilə onun işdən çıxarılınası üçün həmçinin iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə iş yerində istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və bunun nəticəsində işəgötürənin, əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ciddi ziyan dəymiş olmalıdır. Bununla bağlı sübutetmə yükünün də cavabdehin üzərinə düşməsinə baxmayaraq onun tərəfindən göstərilən halların yarandığına dair kifayət qədər mötəbər sübutlar təqdim olunmalıdır. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi həmin tələblərə cavab vermir. Qətnamədə hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Sadalanan xüsusatlar və istinad edilən hüquq normalarından göründüyü kimi, instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işə baxılarkən maddi hüquq normalarının tətbiq və təvsirində səhvə yol verilmiş və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, baş atıcı vəzifəsini icra etdiyini, eyni zamanda hadisənin qarovul rəisi vəzifəsini müvəqqəti olaraq icra etdiyi zaman baş verdiyini, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyindən heç bir işə qəbul edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili X5 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının həmin vaxt böyük atıcı vəzifəsi ilə yanaşı, eyni zamanda qarovul rəisi vəzifəsini də müvəqqəti olaraq icra etdiyini, digər təqsiri olan işçilərin də işdən öz ərizələri əsasında azad edildiklərini, iddiaçıya öz ərizəsi ilə işdən çıxmağın təklif edildiyini, lakin onun bu təklifi qəbul etmədiyini, şərti partlayıcının gerçək ola biləcəyi halda böyük fəlakətlərin baş verə biləcəyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəllənin 10, 12, 68-76, 83, 296, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı izahatında faktı təsdiq etmiş, məsuliyyətsizliyini dərk etdiyini, ayıq-sayıqlığını itirdiyinə görə məsuliyyət daşıdığını qeyd etmişdir ki, buda vəzifəfə funksiyalarının həyata keçirilməsinə və işəgötürənin mənafeyinin pozulmasına birbaşa dəlalət edən haldır, əməlin qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. İşəgötürənin işin təşkili ilə bağlı mümkün çatışmazlıqları hazırki tələbə aidiyyəti olmadığından hazırki mülki mühakimə həddində prosessual cəhətdən müzakirə edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5022/2020 saylı işi üzrə 19 oktyabr 2020-ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar