Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-313/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı həyətə açılan qapının bağlanması və əvvəllər mövcud olan qapının cavabdehin hesabına açılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi ev 114 ünvanından iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi ev 112 A ünvanında yerləşən həyətə açılan qapının bağlanması və cavabdehə məxsus evin həyətindən küçəyə əvvəldən mövcud olan qapının cavabdehin hesabına açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi ev 112 A ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur.1998-ci ilin mart ayında Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının atasının adına həmin evin texniki pasportu işlənib hazırlanmışdır. Cavabdeh yaşadığı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi ev 114 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən ona məxsus fərdi yaşayış evinin həyətinə qapı açılmışdır. O dəfələrlə cavabdehə müraciət edərək, həmin qapının bağlanmasını və istifadə edilməməsini tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Cavabdehin həmin qapıdan istifadə etməsi nəticəsində onun əmlakından sərbəst şəkildə istifadə hüququ pozulur. Halbuki, cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətdən əvvəllər küçəyə ayrıca çıxış olmuş, həmin çıxışdan o sərbəst şəkildə istifadə etmiş, aralarında hər hansı mübahisə olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(001)- 130/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi, 114 A saylı fərdi yaşayış evinin keçidinin Cavabdeh hesabına əvvəlki vəziyyətə qaytarılması, avtomobil yolundan evə keçmək üçün natamam tikilinin sökülərək yerində pilləkən bərpa edilərək qonşular arasındakı metal darvazanın sökülərək daş hasarla əvəzlənməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia ərizəsində ona məxsus olan fərdi yaşayış evi kimi qeyd olunmuş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi, 114 saylı fərdi yaşayış evi əslində cavabdehə deyil, atası X4 məxsusdur. Birinci instansiya məhkəməsində işə baxılarkən o, cavabdehin əsl cavabdehlə əvəz olunması barədə vəsatət qaldırsa da, vəsatətə heç bir münasibət bildirilməmişdir. O öz atasının mülkiyyətində olan evin qapısını bağlamaq hüququna malik deyildir. O sadəcə olaraq həmin evdə qeydiyyatdadır. Bundan əlavə, həmin ünvanda yerləşən evlər alçaq təpəlikdə yerləşir. Həyətə açılan qapılar yalnız bir tərəfə açılır, digər tərəfdən qapı açılması mümkün deyildir. Bu məsələnin aydınlaşdırılması üçün iş üzrə məhkəmə ekspertizası keçirilməmişdir. Sözügedən ünvanda qapının yeri sonradan dəyişdirilməmişdir və çölə açılan darvazanın qonşuya heç bir maneçiliyi yoxdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və nümayəndəsi Sənan Hüseynov apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı isə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi, 112 A saylı evə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, 1998-ci ildə həmin evə dair iddiaçının atası X1 adına texniki pasport tərtib olunmuş, Bakı şəhəri Binəqədi RİH başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2017-ci il tarixli arayışa əsasən həmin ev özbaşına tikili olmaqla Xələfova (Süleymanova) Xalidə Xanzadə qızına məxsusdur. İddiaçıdan başqa onun iki övladı həmin evdə pasport qeydiyyatındadır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi, 114 saylı ev X3 mülkiyyətindədir. “xxxxxxx” MMC tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli 11/649 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi ev 114 ünvanında yerləşən həyətə açılan qapı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi ev 112A ünvanında yerləşən evə açılan qapıya maneçilik törətmir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi ev 114 ünvanında həyətə açılan qapının başqa yerdən açılması mümkündür. Belə ki, həyətin sağ tərəfindəki natamam tikilinin sökülərək yerində pilləkən qəfəsi tikilməklə mərkəzi yoldan həyətə birbaşa keçid salmaq mümkündür. Apelyasiya icraatı zamanı təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 22065 saylı ekspert rəyində müəyyən olunur ki, hər iki evə dair texniki pasportlar, X3 adına **********89-10301 reyestr nömrəli çıxarış mövcuddur. Mübahisəli sahə iddiaçı və cavabdeh tərəfindən ümumi yol kimi istifadə edilir. Lakin tərəflərin istifadəsində olan tikililərin yerləşməsini nəzərə alaraq, onların başqa yoldan istifadə etməsi mümkün deyildir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələb üzrə iddiaya cavab verməli şəxs Cavabdeh deyil, sözügedən evin mülkiyyətçisi Qafar Əliyev olduğundan, birinci instansiya məhkəməsi cavabdehi əsl cavabdehlə əvəz etmədən iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi, 114 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmadığına görə mülkiyyətçinin razılığı olmadan həmin ünvandan iddiaçının yaşadığı evin həyətinə açılan qapını bağlamaq, habelə atasının mülkiyyətində olan evin yerləşdiyi həyətdən küçəyə əvvəllər mövcud olmuş qapını açmaq səlahiyyəti yoxdur. Bundan əlavə müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il və xx xxxxxxxx 2018-ci il tarixli məhkəmə iclas protokolları işə baxan hakim tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası MPM-in 387.2.7-ci maddəsinə görə, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaya cavab verməli olmayan şəxsə qarşı iddianı təmin etməklə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Qeyd olunanlardan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsi həm də ona görə ləğv olunmalıdır ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi, 114 ünvanında yerləşən fərdi yaşayış evinin ünvanı səhvən ev 114 A kimi göstərilmiş, qətnamənin nəticə hissəsində “Avtomobil yolundan evə keçmək üçün natamam tikili sökülərək yerində pilləkən bərpa edilərək qonşular arasındakı metal darvaza sökülərək daş hasarla əvəzlənsin.” kimi mücərrəd ifadələrdən istifadə olunmuş, qətnamənin həmin hissəsinin kimin hesabına icra edilməli olması qeyd olunmamışdır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(001)- 130/2018 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia rədd edildiyindən və apelyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apelyasiya şikayəti verilərkən ödənilmiş 05 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(001)- 130/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı həyətə açılan qapının bağlanması və əvvəllər mövcud olan qapının cavabdehin hesabına açılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apelyasiya şikayəti verilərkən ödənilmiş 05 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-313/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-313/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver