Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-313/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı işi üzrə Açar sözlər:( “kredit müqaviləsi üzrə qalıq borcun silinməsi, evin ipoteka yüklülüyündən azad olunması və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışın qaytarılması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “kredit müqaviləsi üzrə qalıq borcun silinməsi, evin ipoteka yüklülüyündən azad olunması və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışın qaytarılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2384/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı cavabdeh "Kəpəz” BOKT MMC-yə qarşı "kredit müqaviləsi üzrə qalıq borcun silinməsi, evin ipoteka yüklülüyündən azad olunması və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, qalıq borcunun "Kəpəz” BOKT MMC”-ni rəhbəri tərəfindən qəsdən göstərildiyi 3187,68 manat artıq məbləğin silinməsi (ləğv edilməsi), evin ipoteka yüklülüyündən azad olunması (xitam verilməsi), girov predmeti olmuş fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın qaytarılması, "Kəpəz” BOKT MMC-nin direktoru X6 əməlində "qulluq mənafeyi əleyhinə olan cinayət” yaxud digər cinayətkar aşkar olunarsa, barəsində xüsusi qərardad çıxararaq aiddiyyatı üzrə göndərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, o, “N” saylı hərbi hissənin hərbiçisidir, 2-ci Qarabağ müharibəsi veteranıdır, ailəlidir, övladının müalicəsi ilə bağlı xx.xx.2021-ci ildə Bakı şəhərində «X19 Kredit Təşkilatı (bundan sonra BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) ipoteka müqaviləsi bağlayaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evləri girov qoyub illik 32% olmaqla 36 ay müddətinə, hər ay təxminən 1200 manat ödəmək şərti ilə 25000 manat məbləğində ipoteka krediti götürmüşdür, bir neçə ay kredit pulunu ödəsə də, maddi imkansızlıq səbəbindən müəyyən olunmuş qaydada və müddətlərdə ödənişləri yerinə yetirə bilməyib, nəticədə 24144,35 manat əsas borc, 4880,71 manat faiz borcu və 5375 manat cərimə borcu (dəbbə pulu) olmaqla ümumi tutulmalı məbləğ 34400.06 manat təşkil etmişdir. "xxxx" BOKT MMC-nin 34400.06 məbləğində kredit borcunun ipoteka predmetinə yönəldilməsinə dair Bakı şəhəri Nərimanov rayon 9 saylı notariat ofisinə müraciəti əsasında aparılmış 26 aprel 2022-ci il tarixli, 81-3861 saylı reyestr nömrəli icra qeydi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Kredit borcunun müəyyən hissəsinə güzəşt edilməsində onlara köməklik olunması üçün həyat yoldaşı Sona Rəhimli Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Milli Məclisinə xahiş məktubu ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikasının Milli Məclisinə və həyat yoldaşı Sona Rəhimliyə ünvanlanmış 13 iyun 2022-ci il tarixli 0126-2-2022 nömrəli məktubda Azərbaycan Respublikasının Milli Məclisindən 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil olmuş müraciətinə baxılaraq borcun tutulmasına dair Bakı şəhəri 9 saylı notariat ofisinin 26 aprel 2022-ci il tarixli icra qeydinin olmasına baxmayaraq, kreditin tam bağlanması şərti ilə hesablanmış cərimə borcunun tam olaraq (5375-beş min üç yüz yetmiş beş manat) güzəşt edildiyi göstərilmişdir». Qohumlarının köməyi ilə 08 iyul 2022-ci il tarixdə "xxxx" BOKT MMC-yə kredit borcunun 25000 manatı tərəflərindən birdəfəyə nağd ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 nömrəli Qətnaməyə izah verilməsi barədə ərizəsinə əsasən xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 saylı Qərardadda göstərilmişdir ki, məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki, cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında «Kəpəz BOKT MMC-nin nümayəndəsi tərəfindən də etiraf edilmişdir» məzmunlu abzas «Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/ 00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və İddiaçı xx.xx.2022ci il tarixli ərizəsindən ödənilməli ola qalıq borcun 4960 manat təşkil etməsi qeyd olunur. İş materiallarında olan icra qeydi və cavabdehin nümayəndəsinin izahatlarından İddiaçı ödənilməli olan 34400,06 manat borcundan 25400 manat ödəniş olduğu, ödənilməli olan qalıq borcunun 3625.06 manat (34400,06- 25400-3625,06;) təşkil etdiyi aydın olur» məzmunda abzasla əvəz edilsin göstərilmişdir»). "xxxx" BOKT MMC-yə ödənilməli olan qalıq borcunun konkret olaraq həmin müddətə 3625.06 təşkil etməsi bir daha təsdiqini tapmışdır. "xxxx" ВОКТ MMC-yə olan qalıq borcu, yəni 3625.06 sonradan tərəflərindən hissə-hissə tam ödənilmişdir. Tərəflərindən "xxxx" BOKT MMC-yə nağd ödənilmiş məbləğlər: xx.xx.2022-ci ildə 25000 manat ,xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2023-cü ildə 300 manat, xx.xx.2023-cü ildə 300 manat, xx.xx.2023- cü ildə 300 manat, xx.xx.2023-cü ildə 300 manat , xx.xx.2023-cü ildə 300 manat, xx.xx.2023-cü ildə 300 manat, xx.xx.2023-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 1226 manat ödənilmiş məbləğ; Cəmi: 29026 manat. Güzəşt edilmiş məbləğ: 5375 manat, Ümumilikdə: (Ödənilmiş məbləğ: 29026 manat + güzəşt edilmiş məbləğ: 5375 manat = 34401 manat təşkil edir. Beləliklə, güzəşt edilmiş məbləğ və tərəflərindən ödənilmiş məbləğ nəzərə alınmaqla ümumilikdə "xxxx" BOKT MMC-yə olan ümumi borcu tam olaraq, yəni 34401 tam ödənilmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 289/2023 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qətnaməsinə izah verilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, (005)-289/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qərardadında düzəliş edilməsi və qərardadın mətnində “Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki, cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən də etiraf edilmişdir.” məzmunlu abzas “Məhkəmə onu da qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və İddiaçı xx.xx.2022ci il tarixli ərizəsindən ödənilməli olan 34400,06 manat borcundan 25400 manat ödəniş olduğu, ödənilməli olan qalıq borcunun 3625,06 manat təşkil etdiyi aydın olur” məzmunda abzasla əvəz edilməsi qərara alınmışdır; - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-473/2024, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “aylıq ödəmə cədvəli və qalıq borc barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbin”nə dair iddiası rədd edilmişdir. xx.xx.2022-ci il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, X7 tərəfindən 25000 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir; - xx.xx.2022-ci il tarixli, "xxxx" MMC ödəniş vasitəsilə İddiaçı tərəfindən 400 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir; - xx.xx.2023cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir; - xx.xx.2024-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir; xx.xx.2024-cü il tarixli, ********** nömrəli “YeloBank”ın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 1226 manat məbləğində pul "xxxx" BOKT MMC-yə ödənilmişdir; - xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024- cü il tarixinə "xxxx" BOKT MMC-yə qalıq borcu 4413,68 manat təşkil edir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2384/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə göstərilən 3187,68 manat məbləğində qalıq borcunun "Kəpəz” BOKT MMC tərəfindən silinməsi, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi, ipoteka predmeti olmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın cavabdeh tərəfindən iddiaçıya qaytarılması,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739.1, 739.2, 269.1, 269.7, 269.4, 527.1, 528; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X14 ilə "xxxx" BOKT MMC arasında 06 avqust 2021-ci il tarixdə 2021/00898 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, borc verən "xxxx" MMC şəxsi məqsədlər üçün borc alan İddiaçı 25000 manat məbləğində kredit verməyi, borc alan isə krediti 36 ay müddətinə illik istifadəyə görə 32%, faktiki illik 43.31% ilə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi ilə eyni gündə, yəni 06 avqust 2021-ci il tarixdə, eyni tərəflər arasında 3M/2629 reyest nömrəli, 2021/00898-İP saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, borc alan İddiaçı Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə D. Küçəsi, 10-cu döngədə olan 0.0750 ha torpaq sahəsi və üzərində yerləşən 40.3 kv.m. yaşayış sahəsi, 58 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı 15C nömrəli fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə 24144.35 manat əsasə borc, 4880.71 manat faiz borcu, 5375 manat cərimə borcu olmaqla cəmi 34400.06 manat borcu vardır. "xxxx" BOKT MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini icra etmədiyi üçün ipoteka predmetinə tutulma yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. 08 iyul 2022-ci il tarixdə İddiaçı tərəfindən 06 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 25000 manat ödəniş edilmiş, onun "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcu güzəşt edilmişdir. Təqdim olunmuş qəzblərə əsasən müəyyən olunur ki, İddiaçı 4960 manat məbləğində qalıq borcunu da ödəməklə, BOKT-a olan öhdəliyini lazımınca icra etmişdir. Lakin BOKT tərəfindən tərtib olunmuş çıxarışa əsasən İddiaçı xx.xx.2024-cü il tarixinə "xxxx" BOKT MMC-yə qalıq borcu 4413,68 manat təşkil etdiyi görünür. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə göstərilən 3187, 68 (üç min yüz səksən yeddi manat altmış səkkiz qəpik) manat məbləğində qalıq borcu "xxxx" BOKT MMC tərəfindən silinməli, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməli, ipoteka predmeti olmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüqunu təsdiq edən çıxarış cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, MPM-nin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı cavabdehin əməlində cinayətin əlamətləri aşkar edilməmişdir. Odur ki, məhkəmə xüsusi qərardadın çıxarılması hissəsində də iddia tələbini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2384/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki Məcəlləsinin 385.1, 390.5; Mülki Prosessual Məcəlləsinin 9.3, 77.1, 77.3, 217.2, -ci maddələrinə istinadən qeyd edilmişdir ki, Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı Kredit müqaviləsinin müddəaları nəzərə alınmadan borc müəyyən edilmişdir.xx.xx.2021-ci il tarixli 2021/00898 saylı Kredit müqaviləsi üzrə ödənişlərin hesablanması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, "xxxx" MMC-dən sənədlər tələb olunmalıdır. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli 2021/00898 saylı Kredit müqaviləsinin müddəaları məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə olaraq həmin kredit müqaviləsi üzrə borc məbləği düzgün hesablanmamışdır. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı kredit müqaviləsi üz öhdəliklər icra olunmadığı səbəbindən, verilmiş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilən daşınmaz əmlaka qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi üçün "xxxx" MMC tərəfindən notariat ofisinə müraciət edilmişdir. Ba, şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixində təsdiq edilən 8İ-3860 nömrəli icra qeydinə əsasən, kredit müqaviləsi üzrə icra edilməyən öhdəliyə görə borcludan ümumilikdə 34466 manat məbləğində borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilən daşınmaz əmlaka yönəldilməsi təmin edilmişdir. İcra qeydi üzrə başlanılmış icraatın təmin edilməsi məqsədi ilə icra məmuru tərəfindən daşınmaz əmlakın hərracda satılması üçün qanunvericiliklə müəyyən edilən qaydada müvafiq tədbirlər görülmüşdür. xx.xx.2022-ci il tarixində İddiaçı "xxxx" MMC-yə müraciətində, 25 000 manat məbləğində borcun ödənilməsini, təşkil tərəfindən dəbbə pulunun güzəşt edilməsini, 4960 manat məbləğində borcunu 1 il ərzində ödəyəcəyini, həmçinin bununla əlaqədar BOKT-a qarşı heç bir şikayətinin olmayacağını bildirmişdir. Lakin İddiaçı tərəfindən xx.xx.2022-ci iı tarixli müraciətində qeyd edilən borc vaxtında ödənilməmişdir. "xxxx" MMC ilə İddiaçı Malikov arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı kredit müqaviləsində göstərilən məbləğ illik 32% olmaqla 36 ay müddətinə verilmişdir. İddiaçı tərəfindən ödənilən vəsait tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı kredit müqaviləsinin müddəalarına uyğun olaraq əsas və faiz borcuna yönəldilmişdir. Əlavə olaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Hakimi Toğrul Axundovun icraatında olan mülki işlə əlaqədar "KƏPƏZ-BOKT” MMC tərəfindən İddiaçı hesabdan çıxarış və xx.xx.2021-ci il tarixli 2021/00898 saylı kredit müqaviləsi üzrə qalıq borcu barədə məlumat verilmişdir. KƏPƏZBOKT” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı kredit müqaviləsində göstərilən məbləğ illik 32% olmaqla 36 ay müddətinə verilmişdir. İddiaçı tərəfindən ödənilən vəsait tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı kredit müqaviləsinin müddəalarına uyğun olaraq əsas və faiz borcuna yönəldilmişdir. Tərəflər arasında şərtləri müəyyən edilən xx.xx.2021-ci il tarixli 2021/00898 saylı kredit müqaviləsinə uyğun göstərilən borc hesablanmış və həmin məbləğin tələb edilmə əsasını təşkil edir. “KƏPƏZ BOKT" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığı səbəbindən, verilmiş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilən daşınmaz əmlaka qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi üçün tərəfimizdən notariat ofisinə müraciət edilmişdir. xx.xx.2022-ci il tarixində İddiaçı “KƏPƏZ BOKT" MMC-yə müraciətində, 25000 manat məbləğində borcun ödənilməsini, təşkilat tərəfindən dəbbə pulunun güzəşt edilməsini, 4960 manat məbləğində borcunu 1 il ərzində ödəyəcəyini, həmçinin bununla əlaqədar BOKT-a qarşı heç bir şikayətinin olmayacağını bildirmişdir. Lakin İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli müraciətində qeyd olunanlar göstərilən müddətdə icra edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən “KƏPƏZ BOKT" MMC-dən ödənişlərlə bağlı hesabdan çıxarış tələb olunmalı idi. Lakin məhkəmə tərəfindən həmin sənəd tələb olunmadan, müvafiq ekspertiza keçirilmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilmişdir.
5. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, Kəpəz» BOKT MMCnin direktoru X10 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iddianın təmin olunmaması barədə həmin Qətnamədən maddi cəhətdən yararlanmaq məqsədilə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cərimə borcunun tam olaraq (5375 manat) güzəşt edilməsinin həmin Qətnamə ilə guya «ləğv olunduğunu qəsdən-yalandan bildirməklə » xx.xx.2023- cü il tarixə borc öhdəliyin 9066.48 təşkil etməsi barədə İddiaçı xx.xx.2023-cü il tarixli 1587 saylı məktub ünvanlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 Qətnaməyə izah verilməsi barədə ərizənin təmin olunmaması barədə xx.xx.2023-eü il tarixli 2(005)- 289 /2023 saylı Qərardadda göstərilmişdir ki, ...” məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli. 2(005)-289/2023 nömrəli Qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki. cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən də etiraf edilmişdir.* Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 289 /2023 saylı Qərardadında «buraxılmış texniki səhvin aradan qaldırılması» barədə məhkəməyə olunmuş təkrar müraciətə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(005)-289/2023) saylı Qərardadda ödənilməli olan qalıq borcun konkret olaraq 3625.06 AZN təşkil etməsi bir daha təsdiqini tapmışdır. Tərəfindən "xxxx" BOKT MMC-yə ödənilmiş pul məbləğləri: xx.xx.2022-ci ildə 25000, xx.xx.2022-ci ildə 400, xx.xx.2023-cü ildə 300, xx.xx.2023-cü ildə 300, xx.xx.2023- cü ildə 300, xx.xx.2023-cü ildə 300, xx.xx.2023-cü ildə 300, xx.xx.2023-cü ildə 300, xx.xx.2023-cü ildə 300,xx.xx.2024-cü ildə 300, xx.xx.2024-cü ildə 1226 manat. Ödənilmiş məbləğ: Cəmi: 29026, Güzəşt edilmiş məbləğ: 5375 manat. Ümumilikdə: (Ödənilmiş məbləğ: 29026+ güzəşt edilmiş məbləğ: 5375 = 34401təşkil edir. Beləliklə, güzəşt edilmiş məbləğ və tərəfindən ödənilmiş məbləğ nəzərə alınmaqla ümumilikdə "xxxx" BOKT MMC-yə olan ümumi borcu, yəni 34401 tam ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2384/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnaməsindən Apellyasiya şikayəti vermiş cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətin qanuni nümayəndəsi X6 Apellyasiya şikayəti əsassızdır, məntiqsizdir, qeyri obyektivdir, qərəzlidir. «Apellyasiya şikavəti»də «5» nömrə altında olan «İşin hallan» bölmünün 4-cü abzasında qeyd olunmuş «Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı Kredit müqaviləsinin müddəaları nəzərə alınmadan borc müəyyən edilmişdir ifadəsi formal xarakter daşıyır, şikayətçi bu barədə konkret heç bir fakt göstərməmiş, məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Həmin bölümün 5ci abzasında göstərilmiş « hesab edirik ki, xx.xx.2021-ci il tarixli. 2021/00898 saylı Kredit müqaviləsi üzrə ödənişlərin hesablanması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək "xxxx" BOKT MMC-dən sənədlər tələb olunmalı idi hissəsi ilə bağlı bildirir ki, cavabdeh-şikayətçi sözügedən kredit müqaviləsi üzrə konkret ödənişlərin hesablanmasını nəzərdə tutub mühasibatlıq ekspertizası keçirilməsini nəzərdə tutursa, üç ayrı-ayrı vaxtlarda və məhkəmələrdə (Nərimanov Rayon Məhkəməsində bir dəfə,Yasamal Rayon Məhkəməsində iki dəfə) müxtəlif iddia tələbləri ilə bağlı keçirilmiş məhkəmələrdə ödənişlərin hesablanması ilə əlaqədar hər hansı ziddiyyət aşkar olunmamış, həmçinin bu barədə "xxxx" BOKT MMC tərəfindən həmin məhkəmələrə heç bir ərizə, vəsatət daxil olmamış, həmçinin bu barədə şifahi bildirilməmişdir. Həmin iş üzrə ödənişlərin hesablanması 2-ci sinfin şagirdlərinin riyaziyyat fənni üzrə bilik səviyyəsindədir. "xxxx" BOKT MMC-in qanunu nümayəndəsi mühasibatlıq ekspertizasının keçirilməsini istəyirdisə, yaxud belə bir məqsədi vardırsa, bəs nə üçün Birinci instansiya məhkəməsi proseslərində özü, yaxud nümayəndəsi iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmiş, yaxud ekspertiza keçirilməsi üçün «zəruri sənədlər» , vəsatət, ərizə təqdim etməmiş və göndərməmişdir. "xxxx" BOKT MMC-nin qanunu nümayəndəsinin məqsədi qərəzlidir. Birinci instansiya məhkəməsinin təqdim olunmuş əhəmiyyətli, dürüst, həqiqiliyi şübhə doğurmayan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qəbul etdiyi qanuni, ədalətli Qətnaməyə bu və digər şəkildə kölgə salmaqla ləğv olunmasına «nail olmaqdır». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunur ki, « hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad eldiyi halları sübut etməlidir, Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı Kredit müqaviləsinin müddəalarının nəzərə alınmadığını, ödənişlərin hesablanması ilə bağlı mühasibatlıq ekspertizasının keçirilməməsinə görə Birinci instansiya məhkəməsinin Qətnaməsindən Apellyasiva şikayəti vermiş "xxxx" BOKT MMC-nin nümayəndəsi şikayətində israrlıdırsa, mühasibatlıq ekspertizası təkcə həmin hal üzrə deyil, qeyd olunan Kredit müqaviləsi üzrə "xxxx" Bank Olmayan Kredit Təşkilatı! BOKT Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) apardığı hesablamaya görə 24144,35 manat əsas borc; 4880,71 manat faiz borcu və 5375 manat cərimə borcu(dəbbə pulu) olmaqla ümumi tutulmalı məbləğin 34400.06 (otuz dörd min dörd yüz manat altı qəpik) AZN təşkil etməsi və həmin məbləqdə borcun ipoteka predmetinə yönəldilməsinə dair müraciətinə əsasən Bakı şəhəri Nərimanov rayonu 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış və icra olunması üçün Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, 08 iyul 2022ci ildə birdəfəyə 25000 AZN ödənişdən sonra "xxxx" BOKT MMC-nin xx.xx.2022-ci il tarixli 500 nömrəli məktubuna əsasən («borcalan İddiaçı aid « icra qeydi» işinin Azərbaycan Respublikasının İcra haqqında Qanununun 23-cü maddəsinin 23.1.1 bəndinə əsasən geri qaytarılması barədə xalıişi icra olunmuş və «icra qeydi» işi xitam olunmaqla arxivə verilmişdir") Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən geri qaytarılaraq hazırda Bakı şəhəri Nərimanov rayonu 9 saylı notariat ofisinin arxivində saxlanılan 26 aprel 2022-ci il tarixli 8İ- 3861 reyestr nömrəli icra qeydində olan bütün mühasibat sənədləri üzrə (əsas borc, laiz borcu, cərimə borcu, ödənişlər və digər həmin əhəmiyyətli sənədlər üzrə aparılmış hesablamalara dair) kompleks mühasibatlıq ekspertizası təyin edilib keçirilməsini xahiş edir. Apellyasiya şikayətinin «Maddi hiiquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe» hissəsinin «Maddi hüquq norması»nın 1 nömrəli sırasında qeyd olunmuş «hesab edirik ki, məhkəmə tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı Kredit müqaviləsinin müddəaları nəzərə alınmamışdır» bildirməsi formal olaraq ümumi xarakter daşıyır və konkret hansı müddəanın və nəyin nəzərə alınmadığı açıqlanmayıb. Həmin «maddi hüquq norması»nın 2-ci sırasında «... Hesab edirik ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-2384 /2024 saylı xx.xx.2024-cü it tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi nəticəsində "xxxx" BOKT MMC-nin hüquqları pozulmuşdur» bildirsə də, hansı sübutların nəzərə alınmadığı, yaxud hansı sübutları məhkəmənin əhəmiyyətsiz hesab etməsi, yaxud sübutların təmin edilməməsi, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulduğu göstərilməmişdir. Bir daha bildirir ki, "xxxx" BOKT MMC-nin nümayəndəsi məhkəmə iclaslarına və məhkəmə baxışına gəlməmiş, məhkəmədə iştirak edə bilməyəcəyi barədə məlumat verməmiş, məhkəməyə heç bir sübut ola biləcək sənəd təqdim etməmiş və göndərməmişdir. Həmin «maddi hüquq normasının 3-cü sırasında qeyd olunmuş «...borclunun icranı gecikdirməsi hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. .. İddiaçı tərəfindən Kredit müqaviləsinin müddəaları pozularaq öhdəliklər icra edilməmişdir » irad ifadəsi ilə bağlı bildirir ki, həmin fakt üzrə "xxxx" BOKT MMC -nin apardığı hesablamaya görə 24144,35 manat əsas borc; 4880,71 manat faiz borcu və 5375 manat cərimə borcu(dəbbə pulu) olmaqla ümumi tutulmalı məbləğin 34400.06 AZN təşkil etməsi və həmin məbləqdə borcun ipoteka pıedmetinə yönəldilməsinə dair müraciətinə əsasən Bakı şəhəri Nərimanov rayonu 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış və icra olunması üçün Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə 26 aprel 2022-ci il tarixli 8İ-3861 reyestr nömrəli icra qeydi göndərilmişdir. "xxxx" BOKT MMC bu hərəkəti ilə tərəflər arasında bağlanmış Kredit müqaviləsini pozmuş və tələb etdiyi 34400,06 ümumi məbləğ cərimə borcu istisna olmaqla (5375 manat cərimə borcu(dəbbə pulu) edilmiş müraciətə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən güzəşt edilmişdir. Əsas: Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan Respublikasının Milli Məclisinə və onlara ünvanladığı, sözügedən mülki iş materiallarında olan 13 iyun 2022-ci il tarixli 0126-2-2022- nömrəli məktubu; 28 fevral 2024-cü ildə vaxtından əvvəl tam ödənilmişdir. Məlumat üçün qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi 36 ay müddətə olmuş və xx.xx.2024-cü il tarixdə başa çatmalı idi. Lakin "xxxx" BOKT MMC -nin müraciəti əsasında 26 aprel 2022-ci il tarixli 81-3861 reyestr nömrəli icra qeydi açıldığı vaxtdan həmin Kredit müqaviləsi pozulmuşdur.(ƏSAS: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Oərarı) Apellyasiya şikayətinin « Prosessual lıüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər» hissəsinin «Prosessual hüquq norması»nın 1 nömrəli sırasında göstərilmiş « ... Hesab edirik ki, işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək "xxxx" BOKT MMC-dən sənədlər tələb olunmalıdır» ifadəsini şikayətçi həmin bəndlə üzbəüz qeyd etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsi-işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər» qanunun tələbi ilə birbaşa təkzib etmişdir. Əlavə olaraq bir daha göstərir ki, "xxxx" BOKT MMC-nin nümayəndəsi məhkəmə iclaslarına və məhkəmə baxışına gəlməmiş, məhkəmədə iştirak edə bilməyəcəyi barədə məlumat verməmiş, məhkəməyə heç bir sübut ola biləcək sənəd təqdim etməmiş və göndərməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olması faktı ilə birmənalı bağlı olan və bir-birini tamamlayan, həqiqiliyi şübhə doğurmayan, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verən sübutların (ödəniş qəbzləri və digər sənədlər) mötəbərliyini yoxlamaqla qiymətləndirmiş, 2-ci sinfin orta səviyyəli şagirdinin riyaziyyat fənni üzrə bilik səviyyəsində olan «ödənişlərin hesablanması» ilə bağlı mühasibatlıq ekspertizasının keçirilməsinə məhkəmə lüzum bilməmiş, məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla kifayət qədər təsdiq olunduğu üçiin əsaslı Qətnamə çıxarmışdır. Apellyasiya şikayətinin «1-ci» bəndində «Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər» hissəsində göstərilmiş « Hesab edirik ki, Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" BOKT MMC-dən ödənişlərlə bağlı hesabdan çıxarış tələb olunmalı idi. Lakin məhkəmə tərəfindən həmin sənəd tələb olunmadan, müvafiq ekspertiza keçirilmədən iddia tələbinin təmin olunması barədə Qətnamə qəbul edilmişdir». Bu «təklif» əsassızdır, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə ziddir. Belə ki, Mülki prosessual qanunvericilik mülki işlərin çəkişmə prinsipi əsasında həyata keçirilməsini nəzərdə tutur. Çəkişmə prinsipi dedikdə bu prosesdə hakimin rolu yalnız tərəflərə dəlil və sübutlarını məhkəməyə təqdim etmək üçün zəruri şərait yaratmaqdır, heç bir halda tərəfin birinə çevrilmir və heç bir halda tərəfin birinə kömək göstərmir, hər iki tərəf bərabərhüquqlu subyektlərdir. Məhkəmənin tərəflərdən birinə sübutların əldə olunmasında kömək göstərməsi onun arbitı* roluna xələl gətirmiş olur. Burada sübutetmə yükü tamamilə tərəflərin üzərindədir. Mülki Prosessul Məcəllədə deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları qəbul edir və onları araşdıra bilər. Tərəf müstəqil qaydada sübut əldə edə bilmirsə, məhkəmə tərəfə həmin sübutu əldə etmək üçün köməklik edə bilər, yaxud məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edə və mütəxəssis dəvət edə bilər (zərurət yaranarsa). Həmin iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yaranmamış, bu ekspertizanın keçirilməsi üçün iştirakçılar tərəfindən, həmçinin məhkəmə proseslərində iştirak etməyən, məhkəmədə iştirak edə bilməməsi barədə məhkəməyə məlumat verməyən "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə heç bir sübut ola biləcək sənəd, ərizə, vəsatət göndərilməmiş və təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.4-cü maddəsində göstərilib ki, Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Göründüyü kimi belə bir fakt olmamış və yoxdur. Bir daha bildirir ki, «Aylıq ödəmə cədvəli və qalıq borc barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə etmiş olduğu iddia ərizəsinin hakim Toğrul Axundov tərəfindən təmin edilməməsi (cavabdehin üzərinə elə bir öhdəlik qoymağa məhkəmənin hüququ yoxdur bildirməsi əsası də) barədə 2(004)-473/2024 nömrəli, xx.xx.2024cü il tarixli mülki iş üzrə "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən ona (İddiaçı) dair ödənişlərlə bağlı hesabdan çıxarış barədə məhkəməyə təqdim etdiyi 02 fevral 2024-cü il tarixli «03» vərəqdən ibarət İddiaçı tərəfindən edilmiş ödənişlər barədə cədvəldə kredit borcu əsassız olaraq 4413.68 manat göstərilmişdir. Həmin cədvəl iddia tələbinə dair ərizəyə əlavə olunmuşdur. Bu fakt şikayətçi - "xxxx" BOKT MMC-nin qanunu nümayəndəsi X6 Apellyasiya şikayətinin «11-ci» bəndindəki göstərilənlərin doğruluğunu bir daha təkzib edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun əsaslı Qətnamə çıxarmış, qüvvədə olan Prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə yol verilməmişdir. "xxxx" BOKT MMC-nin əsassız, qanunsuz hərəkətləri: a) İddiaçı "xxxx" BOKT MMC-yə kredit borcunun birdəfəyə 25000 manat ödədiyi günü - 08 iyul 2022-ci il tarixdə ona psixi təsir nəticəsində (əgər yazmasan olunmuş ödəniş barədə İcra şöbəsinə məktub verməyəcəyi ilə hədələnmişdir) yazdığı ərizədə qalıq borcun 4960 manat göstərilməsi hansı ki, həmin müddətə qalıq borc 3625 manat olmuşdur - 1335 manat artıq göstərilib); b) "xxxx" BOKT MMC-nin direktoru Rəşad Əliyevin imzası ilə İddiaçı ünvanlanmış xx.xx.2023-cii il tarixli 1587 saylı məktubda «icra qeydinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizənizin təmin edilmədiyi nəzərə alınaraq icra qeydində göstərilən ümumi tutulmalı məbləğin 34400.06 təşkil etməsi, həmin borcunuzdan 25400 manat ödəniş aparılması və "xxxx" BOKT MMC qarşısında xx.xx.2023-cü il tarixə «borc öhdəliyin 9066.48 olmasının əsassız göstərilməsi; «Aylıq ödəmə cədvəli və qalıq borc barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə etmiş olduğu iddia ərizəsinin hakim Toğrul Axundov tərəfindən təmin edilməməsi (cavabdehin üzərinə elə bir öhdəlik qoymağa məhkəmənin hüququ yoxdur bildirməsi əsası ilə) barədə 2(004)- 473/2024 nömrəli xx.xx.2024-cü il tarixli mülki işə "xxxx" BOKT MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 02 fevral 2024-cü il tarixli mədaxil cədvəlində kredit borcun əsassız olaraq 4413.68 göstərilməsi; QEYD: xx.xx.2023-cü il tarixə borc öhdəliyi 9066.48 olmuşdursa, sonradan, yəni xx.xx.2023-cii il tarixdən xx.xx.2024-cü il tarixə kimi cəmi 2400 manat ödəniş olmuşdur, bu halda qalıq borc 4413.68 deyil, 6666.48 təşkil etməli idi). İddiaçı qalıq borcu barədə "xxxx" BOKT MMC tərəfindən göstərilən bir-biri ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edən təhriflərə qəsdən yol verilməklə qanunsuz üstünlük əldə etmək məqsədilə «vəzifə səlahiyyətlərindən sui-istifadə» edən "xxxx" BOKT MMC-nin rəhbəri X6 qanunsuz hərəkətlərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 Qətnamə, xx.xx.2023-cü il tarixli 2(005)-289 /2023 saylı vəxx.xx.2023cü il tarixli 2(005)-289/2023) saylı Qərardadlar nəzərdə tutulur). xx.xx.2023-cü il tarixli 2(005)- 289/2023) saylı Qərardadla( məhkəmə aktları icraatınızda olan sözügedən mülki işə əlavə olunmuşdur) son qoyularaq ödənilməli olan qalıq borcun həmin tarixə, yəni 08 iyul 2022-ci il tarixə konkret olaraq 3625.06 ( üç min altı yüz iyirmi beş manat altı qəpik) AZN təşkil etməsi təsdiqini tapmışdır. Həmin qalıq borcu yuxarıda qeyd olunan qaydada xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müddət ərzində vaxtından əvvəl tam ödənilmişdir. Məlumat üçün qeyd edirik ki, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli Kredit müqaviləsi 36 ay müddətə olmuş və xx.xx.2024-cü il tarixdə müddəti başa çatmalı idi. Lakin "xxxx" BOKT MMC -nin müraciəti əsasında 26 aprel 2022-ci il tarixli 8İ-3861 reyestr nömrəli icra qeydi açıldığı vaxtdan həmin Kredit müqaviləsi pozulmuşdur. (ƏSAS: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-ci il tarixli Qərarı). İddiaçı"xxxx" BOKT MMC-yə kredit borcunun birdəfəyə 25000 manat ödədiyi günü- 08 iyul 2022-ci il tarixdə psixi təsir nəticəsində (əgər yazmasan, olunmuş ödəniş barədə İcra şöbəsinə məktub verməyəcəyi ilə hədələmişdir) yazdığı ərizədə qalıq borcunu 4960 manat əsassız göstərilməsi! hansı ki, həmin müddətə qalıq borc 3625 manat olmuşdur- 1335 manat artıq göstərilib). "xxxx" BOKT MMC-nin direktoru Rəşad Əliyevin imzası ilə İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 1587 saylı məktubda « ... borcunuzdan 25400 (iyirmi beş min dörd yüz) manat ödəniş aparılması və "xxxx" BOKT MMC qarşısında xx.xx.2023-cü il tarixə «borc öhdəliyin 9066.48 (doqquz min altımış altı manat 48 qəpik) olmasının əsassız göstərilməsi və "xxxx" BOKT MMC-nin nümayəndəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi İddiaçı dair 02 fevral 2024-cü il tarixli mədaxil cədvəlində qalıq borcun əsassız olaraq 4413.68 AZN olması ( QEYD: "xxxx" BOKT MMC qarşısında xx.xx.2023-cii il tarixə borc öhdəliyi 9066.48 (doqquz miıı altımış altı manat 48 qəpik olmuşdursa, sonradan, yəni xx.xx.2023-cü ildən xx.xx.2004-cü il tarixə kimi tərəfindən "xxxx" BOKT MMC-yə cəmi 2400 manat ödəniş olmuşdur, bu halda qalıq borc 4413.68 deyil, 6666.48 təşkil etməli idi) göstərməklə bir-biri ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edən rəqəmlərlə təhriflərə qəsdən yol verilmiş, nəhayət "xxxx" BOKT MMC -nin direktoru X10 qalıq borcun qəsdən 3187.68 AZN artıq göstərməklə həmin məbləği İddiaçı qanunsuz tələb etməsini davam etdirir. Bir daha bildiririr ki, İddiaçı "xxxx" BOKT MMC-yə olan kredit borcu 28 fevral 2024-cü ildə tam ödənilmişdir. Kredit borcu tam ödədikdən sonra girov predmeti olmuş evin yiiklülükdən azad olunması barədə məktub, təmizlik arayışı və daşınmaz əmlakın mülkiyyət hüququna dair «Çıxarışın» verilməsi ilə bağlı 01 mart 2024-cü il tarixdə "xxxx" BOKT MMC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına sifarişli ərizə göndərilsə də, əfsuslar olsun ki, bu günə kimi "xxxx" BOKT MMC məktubu cavablandırmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş 2(005)-289/2ü23) saylı, xx.xx.2023-cü il tarixli Qətnamədə, 2(005)- 289/2023) saylı, xx.xx.2023-cü il tarixli Qərardadda «Kəpəz « BOKT MMC-yə İddiaçı qalıq borcunun 4960 manat təşkil etməsinin göstərilməsi və nəhayət, xx.xx.2023-cü il tarixli 2(005)- 289/2023) saylı Qərardadda ödənilməli olan qalıq borcun həmin tarixə - 08 iyul 2022-ci il tarixə konkret olaraq 3625.06 AZN təşkil etməsi təsdiqini tapmışdır. Həmin qalıq borcu yuxarıda qeyd olunan qaydada xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müddət ərzində tam ödənilmişdir. Lakin "xxxx" BOKT MMC-nin direktoru X10 qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 nömrəli Qətnaməyə, xx.xx.2023-cü il tarixli 2(005)-289 /2023 saylı Qərardada (həmin Qərardada göstərilmişdir ki....* məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(005)289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki, cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında "xxxx" BOKT MMC-ııin nümayəndəsi tərəfindən də etiraf edilmişdir) və xx.xx.2023-cü il tarixli 2(005)-289/2023) saylı Qərardada (Qərardadın « qərara aldı » hissəsinə ( Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 nömrəli qərardadına aşağıdakı düzəliş edilsin: Qərardadın mətnində «məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 nömrəli Qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə ola 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki, cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında «Kəpəz BOKT MMC-niıı nümayəndəsi tərəfindən də etiraf edilmişdir» məzmunlu abzas «Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC- yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən ödənilməli ola qalıq borcun 4960 manat təşkil etməsi qeyd olunur. İş materiallarında olan icra qeydi və cavabdehi nümayəndəsinin izahatlarından İddiaçı ödənilməli olan 34400.06 manat borcundan 25400 manat ödəniş olduğu, ödənilməli olan qalıq borcunun 3625.06 manat (34400,06-25400=3625.06;) təşkil etdiyi aydın olur» məzmunda abzasla əvəz edilsin.») əhəmiyyət vermir, nəhayət həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(005)-289/2023) saylı Qərardadında göstərilənləri icra etmək əvəzinə qanunsuz üstünlük əldə etmək məqsədilə «vəzifə səlahiyyətlərindən sui-istifadə», «vəzifə səlahiyyətlərini aşma», «vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə» və sair qanunsuz hərəkətlərini davam etdirərək İddiaçı qəsdən 3187.68 AZN artıq məbləğ tələb edir. İddiaçı "xxxx" BOKT MMC-yə qarşı « kredit müqaviləsi üzrə artıq məbləğin silinməsi, evin ipoteka yüklülüyündən azad olunması (xitam verilməsi), təmizlik arayışının verilməsi, girov predmeti olmuş daşınmaz əmlak mülkiyyət hüququnu təsdiq edən Çıxarışın qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2384/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnaməsi iddia tələbinin əsaslı olması faktı ilə birmənalı bağlı olan və bir-birini tamamlayan, həqiqiliyi şübhə doğurmayan, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verən sübutların mötəbərliyi yoxlanılmaqla qiymətləndirilmiş, «ödənişlərin hesablanması» ilə bağlı mühasibatlıq ekspertizasının keçirilməsinə məhkəmə lüzum bilməmiş, məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla kifayət qədər təsdiq olunduğu üçün əsaslıdır, qanunidir və ədalətlidir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2384/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnaməsini dəyişmədən, Apellayasiya şikayətini isə təmin etmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı 04 aprel 2024-cü il tarixə(iddia ərizəsi üzrə tarixə) "xxxx" BOKT MMC olan borcu 2917.98 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 2792, 40 manat, faiz borcu üzrə 125.58 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir. xx.xx.2025-ci il tarixli audit rəyində qeyd edilmişdir: təqdim edilmiş sənədlərdən görünür ki, vətəndaş İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi bağlamış və fərdi yaşayış evini girov qoyaraq illik 32% olmaqla 36 ay müddətinə, yəni 06 avqust 2024-cü il tarixə kimi hər ay təqribən 1200,0 manat ödəmək şərti ilə 25000,0 manat məbləğində ipoteka krediti götürmüşdür. Tərəfimizdən audit araşdırılmasının aparılması üçün zəruri olan sənədlərin, o cümlədən İddiaçı ilə bağlanmış kredit müqaviləsi, ödəniş qrafiki və kreditin "xxxx" MMC-nin hesabına qaytarılmasına dair ödəniş qəbzlərinin surətlərinin audit araşdırmasına təqdim ediməsi ilə bağlı "xxxx" MMC-nin rəhbərliyinə əvvəl şifahi, sonra isə yazılı müraciət edilmişdir. Müraciətimiz təmin edilmədiyi üçün tərəfimizdən təkrarən 17 mart 2025-ci il tarixdə "xxxx" MMCyə getməklə müraciət edilmiş, lakin onlar sənədlərin poçt vasitəsi ilə göndərildiyini bildirmişlər. Sənədlərin 160694 nömrəli Göndəriş qəbzində məktubun 11 mart tarixində göndərildiyi və gün ərzində çatdırılacağı göstərilsə də ötən 1 həftə ərzində məktub (sənədlər) ünvana çatdırılmamışdır. "xxxx" İVİMC-dən göndərilmiş sənədlərin surətinin bizə təqdim edilməsi xahiş olunmuş, lakin MMC həmin sənədlərin surətini təqdim etməkdən imtina etmişdir. Bununla bağlı MMC-nin direktoriu Rəşad Əliyevlə görüşüb bu barədə ona məlumat vermək istəyimiz təmin edilməmiş və direktorla görüşmək üçün qabaqcadan rəsmi qaydada Qəbula yazılmalı olmağımızı bildirmişlər. Tərəfimizdən 26 mart 2025-ci il tarixdə Aərbaycan Respublikasının Auditorlar Palatasına və Bakı Apellyasiya Məhkəməsinə məktublar ünvanlanmış, "xxxx" MMC tərəfindən tələb olunan sənədlərin təqdim edilməməsi barədə məlumat verilmiş və audit yoxlamasının aparılması qeyri- müəyyən müddətə təxirə salınmışdır. Bundan sonra, "xxxx" MMC-nin 2(103)-313/2025 saylı məhkəmə işi üzrə Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış və X11 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli məktubda "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq kredit müqaviləsi və hesabdan çıxarışın xx.xx.2025-ci il tarixdə "xxxx"nə təqdim edilməsi və “Namazova” qeydi ilə zərfin təhvil alınması göstərilmişdir. Bunula bağlı bildiririk ki, "xxxx" MMC-nin Namazova soyadlı işçisi o ünvanda soyadında şəxs yoxdur, "xxxx" MMC-nin qeydiyyatda olduğu və məktubun göndərilməli olduğu ünvanda Namazova soyadlı şəxs yaşamır. 17 mart 2025-ci il tarixində tərəfimizdən "xxxx" MMC-yə şifahi müraciət edilərkən MMC-nin işçiləri tərəfindən məktubun çatdırılması üzrə kuryerlə əlaqə saxlanılmış və kuryer məktubun ünvana çatdırılmadığını və geri qaytarıldığını bildirmiş və bank işçiləri də bunu təsdiq etmişlər. Bizim tələbimizlə "xxxx" MMC-nin bizə ünvanlanmış sənədlərin 160694 nömrəli Göndəriş qəbzinin ksero surəti bizə təqdim edilmiş və Qəbzin “Alanın soyadı və imzası” bölməsində zərfin qəbul edilməsinə dair heç bir qeyd yazılmamış, həmin hissə boş olmuşdur. Lakin, Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış və X11 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş 160694 nömrəli Göndəriş qəbzinin surətində “Alanın soyadı və imzası” bölməsində sonradan “Namazova a.” qeydi yazılmış və imza şəkilmişdir ki, bununla da "xxxx" MMC Kuryerin işinə müdaxilə etməklə qəbzi saxtalaşdırmış və saxtalaşdırılmış sənədi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. "xxxx" MMC əvvəlki müraciətlərimizdə tələb edilmiş sənədləri nədənsə yenə də Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əlavə etməmiş və bizə göndərməmişdir. O cümlədən, Müqavilənin ayrılmaz hissəsi olan “1 N2-1 i kreditin ödəniş cədvəli” (Müqavilənin 1.8-ci bəndi) təqdim edilməmişdir. Həmin cədvəldə kreditin ümumi məbləği, əsas borc, faiz borcu, aylar üzrə ödniləcək tarix, aylıq ödəniş məbləği və növbəti aya keçən qalıq məbləğlər göstərilir. Buradan belə qənaətə gəlmək olar ki, qeyd olunan cədvəlin əvvəlcədən Borcalana təqdim edilməməsi səbəbindən onun kredit borcunu hansı gündə və hansı məbləğdə ödəyəcəyi barədə tam və dəqiq məlumatı olmamışdır.Buna görə də təqdim ediimiş sənədlərdə, İddiaçı müraciətlərində və məhkəmə qərarlarında bütün hallarda aylıq ödənişin məbləği “təqribi olaraq 1200,0” manat göstərilmişdir. Halbuki, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə aylar üzrə ödəniş cədvəlində hər ay üzrə ödəniləcək əsas borc, faiz borcu, ümumi ödəniş məbləği və qalıq borc göstərilir. Həm məhkəmə baxışına təqdim edilmiş sənədlərdə, həm də iddaçının audit araşdırılmasına təqdim etdiyi sənədlərin tərkibində Kredit müqaviləsinin 1 nömrəli əlavəsinin olmaması həmin sənədin Borcalana da verilmədiyi qənaətinə gəlməyə əsas verir. Buna görə də bizim israrlı tələbimizə baxmayaraq həmin sənəd (və digər sənədlər) bizə təqdim edilməmişdir.Təqdim edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı tərəfindən "xxxx" BOKT MMC-dən aylıq ödəmə cədvəli və qalıq borcu barədə məlumatın verilməsi tələb edilmiş, lakin qarşı tərəf həmin sənədləri ona verməmişdir.İddiaçı ilikin olaraq bir neçə ay "xxxx" BOKT MlVİC-yə olan kredit borcunu ödəsə də, maddi imkansızlıq səbəbindən müəyyən olunmuş qaydada və müddətlərdə ödənişləri yerinə yetirə bilməmiş, nəticədə 24144,35 manat əsas borc, 4880,71 manat faiz borcu və 5375,0 manat cərimə borcu (dəbbə pulu) olmaqla, ümumi tutulmalı məbləğ 34400,06 manat təşkil etmişdir. Yaranmış borcla bağlı xx.xx.2022-ci il tarixli maliyyə arayışından da görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə 24144,35 manat əsasə borc, 4880,71 manat faiz borcu, 5375,0 manat cərimə borcu olmaqla cəmi 34400,06 manat borcu vardır. "xxxx" BOKT MMC-nin 24144,35 manat əsas borc, 4880,71 manat faiz borcu və 5375,0 manat dəbbə pulu, cəmi tutulmalı olan 34400,06 (otuz dörd min dörd yüz manat altı qəpik) manat borcun ipoteka predmetinə yönəldilməsinə dair müraciətinə əsasən Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən aparılmış 26 aprel 2022-ci il tarixli 81-3861 reyestr nömrəli icra qeydi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.Sonradan "xxxx" BOKT MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022ci il tarixli 500 nömrəli məktubla borcalan İddiaçı aid icra qeydi işinin Azərbaycan Respublikasının İcra haqqında Qanununun 23-cü maddəsinin 23.1.1 bəndinə əsasən geri qaytarılması barədə Xahişi icra olunmuş və «icra qeydi» işi xitam olunmuşdur.Bundan sonra Kredit borcunun müəyyən hissəsinə güzəşt edilməsində onlara köməklik olunması üçün İddiaçı həyat yoldaşı Rəhimli Sona Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Milli Məclisinə xahiş məktubu ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikasının Milli Məclisinə və onun həyat yoldaşı Sona Rəhimliyə ünvanlanmış 13 iyun 2022-ci il tarixli 0126-2-2022 nömrəli məktubda Azərbaycan Respublikasının Milli Məslisindən 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil olmuş müraciətə baxılaraq borcun tutulmasına dair Bakı şəhəri 9 saylı notariat ofisinin 26 aprel 2022-ci il tarixli icra qeydinin olmasına baxmayaraq kreditin tam bağlanması şərti ilə hesablanmuş cərimə borcunun tam olaraq (5375,0 beş min üç yüz yetmiş beş manat) güzəşt edildiyi göstərilmişdir. Nəticədə, İddiaçı "xxxx" BOKT MMC-yə qalıq kredit borcu 29025,06 manat (34400,06- 5375=29025,06) olmuşdur. Bundan sonra İddiaçı ödənilməli olan 29025,06 manat borcundan xx.xx.2022-ci ildə 25000,0 (iyirmi beş min manat),xx.xx.2022-ci ildə 400,0 (dörd yüz manat), xx.xx.2023-cii ildə 300,0 (üç yüz manat), xx.xx.2023-cü ildə 300,0 (üç yüz manat), xx.xx.2023cii ildə 300,0 (üç yüz manat), xx.xx.2023-cii ildə 300,0 (üç yüz manat), xx.xx.2023-cü ildə 300,0 (üç yüz manat), xx.xx.2023-cü ildə 300,0 (üç yüz manat), xx.xx.2023-cü ildə 300,0 (üç yüz manat) xx.xx.2024-cü ildə 300,0 manat, xx.xx.2024-cü ildə 1226,0 manat olmaqla "xxxx" BOKT MMC-yə olan 29025,06 manat ümumi borcu tam olaraq, yəni 29026,0 ödənilmiş və tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən İddiaçı Kəpəz BOKT MMC-yə borcu qalmamışdır. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. İddiaçı qəbul edilmiş öhdəlik üzrə borcunu tam ödəmiş, Kəpəz BOKT MMC-yə borcu qalmamışdır.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı kredit müqaviləsi üzrə borcu tam ödədiyini qeyd etməklə, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz ərizəsi ilə eynilik təşkil edən izahat verməklə, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
295. girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı X14 ilə "xxxx" BOKT MMC arasında 06 avqust 2021-ci il tarixdə 2021/00898 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, borc verən "xxxx" MMC şəxsi məqsədlər üçün borc alan İddiaçı 25000 manat məbləğində kredit verməyi, borc alan isə krediti 36 ay müddətinə illik istifadəyə görə 32%, faktiki illik 43.31% ilə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi ilə eyni gündə, yəni 06 avqust 2021-ci il tarixdə, eyni tərəflər arasında 3M/2629 reyest nömrəli, 2021/00898-İP saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, borc alan İddiaçı Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə D. Küçəsi, 10-cu döngədə olan 0.0750 ha torpaq sahəsi və üzərində yerləşən 40.3 kv.m. yaşayış sahəsi, 58 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı 15C nömrəli fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə 24144.35 manat əsasə borc, 4880.71 manat faiz borcu, 5375 manat cərimə borcu olmaqla cəmi 34400.06 manat borcu vardır. "xxxx" BOKT MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini icra etmədiyi üçün ipoteka predmetinə tutulma yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. 08 iyul 2022-ci il tarixdə İddiaçı tərəfindən 06 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 25000 manat ödəniş edilmiş, onun "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcu güzəşt edilmişdir.
16. İş üzrə təqdim edilmiş sonuncu ekspert (audit) rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" BOKT MMC-yə qalıq kredit borcu 29025,06 manat (34400,06-5375=29025,06) olmuşdur. Bundan sonra İddiaçı ödənilməli olan 29025,06 manat borcundan xx.xx.2022-ci ildə 25000,0, xx.xx.2022-ci ildə 400,0, xx.xx.2023-cii ildə 300,0, xx.xx.2023-cü ildə 300,0, xx.xx.2023-cii ildə 300,0, xx.xx.2023-cii ildə 300,0, xx.xx.2023-cü ildə 300,0, xx.xx.2023-cü ildə 300,0, xx.xx.2023-cü ildə 300,0, xx.xx.2024-cü ildə 300,0, xx.xx.2024-cü ildə 1226,0 manat olmaqla "xxxx" BOKT MMC-yə olan 29025,06 manat ümumi borcu tam olaraq, yəni 29026,0 ödənilmiş və tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən İddiaçı Kəpəz BOKT MMC-yə borcu qalmamışdır.
17. Cavabdeh sonuncu ekspert rəyinə etirazını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili (ixtisaslı şəxs tərəfindən tərtib edilmiş təkzibedici rəy) kollegiyaya təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini də əsassız hesab edir. Belə ki, ilkin ekspertiza rəyi ilə də cavabdehin təqdim etdiyi məlumatlar eynilik təşkil etməmişdir.
18. Eyni zamanda diqqətə çatdırılmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, (005)-289/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(005)-289/2023 saylı qərardadında düzəliş edilməsi və qərardadın mətnində “Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki, cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında "xxxx" BOKT MMCnin nümayəndəsi tərəfindən də etiraf edilmişdir.” məzmunlu abzas “Məhkəmə onu da qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən ödənilməli olan 34400,06 manat borcundan 25400 manat ödəniş olduğu, ödənilməli olan qalıq borcunun 3625,06 manat təşkil etdiyi aydın olur” məzmunda abzasla əvəz edilməsi qərara alınmışdır və həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilməsi halı müəyyən edilməmişdir.
19. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci və ekspert tədqiqatının dəyəri cavabdehə aid olmalıdır.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2384/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" BOKT MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.