Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3130/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 42 saylı Notariat ofisini cəlb etməklə xüsusi icraat qaydasında iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 42 saylı Notariat ofisini cəlb etməklə xüsusi icraat qaydasında “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-312/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. AZ-İİ seriyalı, 122182 nömrəli Ölüm haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1289 nömrə ilə qeyd edilmişdir.
2. 385317 nömrəli Doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. X5, anası X13r.
3. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X10 adına qeydiyyata alınmışdır.
4. Bakı şəhəri 42 saylı Notariat ofisinin Ərizəçi “mirasın qəbul edilməsi və miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə” müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli 131 nömrəli məktubundan görünür ki, tərəfin təqdim etdiyi sənədlərə əsasən sözügedən miras əmlak istər qanunla müəyyən edilmiş müddətdə, istərsə də qanunda nəzərdə tutulmuş qaydada faktiki olaraq qəbul edilmədiyindən Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
5. Şəxsiyyət vəsiqəsinin seriyası AZE №13642572 olan Abdullayeva Fəridə qızının, şəxsiyyət vəsiqəsinin seriyası AZE №17335158 olan X6, şəxsiyyət vəsiqəsinin seriyası AA1591821 olan X2 Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizələrində qeyd olunmuşdur ki, onların qonşuluğunda yerləşən mərhum X14 məxsus olan fərdi yaşayış evinə onun qızı Ərizəçi həm mərhum anasının sağlığında, həm də onun vəfatından sonra mütəmadi olaraq gəlib-getmişdir.
6. Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6833/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X18, uzun müddətdir ki, Yuxarı Öysüzlü kəndinin ərazisində yaşamayıb. X10 Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olması, eləcə də onun adına ərazidə torpaq sahəsinin və ya hər hansı bir əmlakın olması barədə nümayəndəliyin təsərrüfatbaşına kitablarında heç bir qeydiyyat aparılmamışdır.
7. Bakı şəhəri 42 saylı Notariat ofisinin 19 yanvar 2022-ci il tarixli 13 nömrəli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı məktubda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X18 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 42 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Məhkəməyə təqdim olunmuş vərəsəlik işində olan Bakı şəhəri 42 sayı Notariat ofisinə X11 tərəfindən verilmiş **********754 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizədən görünür ki, o, anası X7 irs qalmış Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evindən ibarət mirası qəbul edir. Onunla yanaşı X3 və Ərizəçi da vərəsədirlər.
8. AZ seriyalı 503336 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1963-cü ildə Tovuz şəhərində anadan olmuş, anası X22, X5dur.
9. AZ seriyalı 190691 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1962-ci ildə Tovuz şəhərində anadan olmuş, anası X22, X5dur. İş materiallarında olan AR Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X18 Bakı Şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 9 da yeləşən 53 saylı mənzildə xx.xx.2007-ci ildən xx.xx.2015-ci ilədək mərhum həyat yoldaşı X19 ilə birlikdə, həmin tarixdən xx.xx.2020-ci ilədək (ölənədək) qeydiyyatda olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. Ərizəçi maraqlı şəxs Bakı şəhəri 42 saylı Notariat ofisini cəlb etməklə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X7 miras qalmış Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində olan fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X18 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin miras əmlakı faktiki olaraq o qəbul etmişdir. Belə ki, o həm mərhum anasının sağlığında, həm də anası vəfat edəndən sonra mütəmadi olaraq həmin evə gedib-gəlmişdir. Eyni zamanda həmin evə dair mülkiyyət hüququnu təsdiq edən bütün sənədlər də hal-hazırda ondadır. Mərhum anası son 5 ili onun yanında qalmış və o, anasına qulluq etmişdir. Anasının bütün maddi təminatı onun tərəfindən ödənilmişdir. O, mərhum anasından qalmış miras əmlakı faktiki olaraq qəbul etsə də, bununla əlaqədar vərəsəlik haqqında şəhadətnamənin alınması üçün notariat ofisinə müraciət etməyin hansı müddətlərdə lazım olduğunu bilməmişdir. Hüquqi savadı olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamənin istənilən vaxt alınması mümkün olduğunu fikirləşmişdir. Covid-19 pandemiyası ilə əlaqədar o və həyat yoldaşı müalicə olunduğundan vaxtında notariat ofisinə müraciət edə bilməmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-312/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri 42 saylı Notariat ofisinin 19 yanvar 2022-ci il tarixli 13 nömrəli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı məktubla Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərin surətindən görünür ki, Ərizəçi mərhum X10 yeganə vərəsəsi deyil onunla birlikdə X11 və X3 da qanun üzrə vərəsədirlər. X1 da Ərizəçi ilə yanaşı Bakı şəhəri 42 sayı Notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə müraciət etmişdir. Habelə, digər vərəsələrlə Ərizəçi arasında mirasın Ərizəçi tərəfindən qəbul edilməsinə razılığı ifadə edən razılaşma yoxdur. Qeyd olunanlarla yanaşı iş üzrə əlavə edilmiş Bakı şəhəri 42 saylı Notariat ofisinin Ərizəçi “mirasın qəbul edilməsi və miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə” müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli 131 nömrəli məktubundan da görünür ki, tərəfin təqdim etdiyi sənədlərə əsasən sözügedən miras əmlak istər qanunla müəyyən edilmiş müddətdə, istərsə də qanunda nəzərdə tutulmuş qaydada faktiki olaraq qəbul edilmədiyindən Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Habelə, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin seriyası AZE №13642572 olan Abdullayeva Fəridə qızının, şəxsiyyət vəsiqəsinin seriyası AZE №17335158 olan X6, şəxsiyyət vəsiqəsinin seriyası AA1591821 olan X2 Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizələrində qeyd olunmuşdur ki, onların qonşuluğunda yerləşən mərhum X14 məxsus olan fərdi yaşayış evinə onun qızı Ərizəçi həm mərhum anasının sağlığında, həm də onun vəfatından sonra mütəmadi olaraq gəlib-getmişdir. Lakin Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6833/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli sorğusuna cavabından görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X18, uzun müddətdir ki, Yuxarı Öysüzlü kəndinin ərazisində yaşamayıb. X10 Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olması, eləcə də onun adına ərazidə torpaq sahəsinin və ya hər hansı bir əmlakın olması barədə nümayəndəliyin təsərrüfatbaşına kitablarında heç bir qeydiyyat aparılmamışdır. Sözügedən sənədlər arasında uyğunsuzluq vardır. Sözügedən şəxslərin ərizələri miras əmlakın faktiki olaraq Ərizəçi tərəfindən qəbul edilməsini təsdiq etmir, habelə ərizəçiyə miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsini təsdiq edəcək şahidlərin məhkəmə iclasında iştirakını təmin edilməsi təklif edilsə də, şahidlərin iştirakı təmin edilməmişdir. Beləliklə, iş üzrə ərizəçinin tələbini əsaslandıracaq mötəbər sübutlar ərizəçi tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, ərizə təmin edilməməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü, 1159.1.1-ci, 1243.2-ci, 1246-cı, 1248.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü, 305.1.1-ci, 307.1-ci, 307.2.9-cu, 308-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
15. Həmin qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uzun illərdir mərhum anası ilə qonşuluqda yaşamış şəxslər həqiqətən həmin miras əmlakın hal-hazırda da onun istifadəsində olmasını icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş ərizələri ilə təsdiq etmişlər. Lakin həmin şahidlərin bu ifadələri məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmişdir. Bundan başqa ünvan 2 ünvanladığı cavab məktubunda icra nümayəndəliyində mərhum anasının adına hər hansı bir əmlakın olması barədə məlumatın olmadığı göstərilmişdir. Təbii ki, hər hansı bir vətəndaşın mülkiyyətində daşınmaz əmlakın olması barədə məlumatlar qanunvericiliyin tələbinə uyğun olaraq AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində toplanır. Bu baxımdan da yerli icra nümayəndəliyində bu mənzilin kimin mülkiyyətində olması barədə məlumatın olmaması da təbiidir. Lakin mərhum anasından miras qalmış evin qonşuluğunda yaşayan şəxslərin verdiyi ifadələr həmin evin kimə məxsus olduğunu deyil, onun həmin evdən istifadə edibetmədiyi faktını təsdiq edir. Məhkəməyə təqdim etdiyi ərizənin mahiyyəti də həmin miras qalmış əmlakın tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməli olduğu üçün hesab edir ki, həmin şahid ifadələri məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməli idi. Həmçinin hər hansı hüquqi faktın müəyyən edilməsi bu barədə kiminsə razılığının alınmasından asılı olmayaraq məhkəmə tərəfindən birbaşa həmin hüquqi faktın müəyyən edilməsindən asılıdır. Ona görə də hesab edir ki, ərizəsinin təmin edilməsi üçün yetərincə qədər sübut olmasına baxmayaraq, məhkəmə tərəfindən ərizə əsassız olaraq təmin edilməmişdir. Eyni zamanda iş materiallarında onun həm vərəsəlik işi ilə əlaqədar notariat ofisinə müraciət etməsi, həm də mərhum anasından miras qalmış əmlaka faktiki olaraq sahiblik etməsi barədə yetəri qədər sübutlar olsa da, məhkəmə tərəfindən əsassız olaraq ərizə təmin edilməmişdir. Bununla yanaşı miras əmlakın onun tərəfindən qəbul edilməsi ilə əlaqədar şahid ifadələrindən əlavə, həmin fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətini də məhkəməyə təqdim etmişdir. Yəni bu çıxarış həmin fərdi yaşayış evinə aid olan sənəd olduğu üçün çıxarışın hal-hazırda onda olması da bu fərdi yaşayış evinin faktiki olaraq istifadəsində olmasını sübut edən faktlardan biridir.
17. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardadı ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən X14 məxsus fərdi yaşayış evin 22 noyabr 2020-ci il tarixdən 22 may 2021-ci il tarixədək Ərizəçi tərəfindən idarə olunub-olunmaması, istifadə edilib-edilməməsi barədə həmin kəndin sakinləri Abdullayeva Fəridə qızının, X6 və X2 şahid qismində ifadələri alınması və bu barədə toplanmış material Bakı Apellyasiya Məhkəməsinə göndərilməli barədə Tovuz Rayon Məhkəməsinə məhkəmə tapşırığı verilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir.
b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi onun mirası əmlakı faktiki qəbul olaraq qəbul etməməsinə istinad etsə də, məhkəmə baxışı zamanı təqdim edilmiş ərizələrlə eləcə də apellyasiya baxışı zamanı məhkəmə tapşırığına əsasən ifadəsi alınmış şahid ifadələri ilə onun miras əmlakı faktiki qəbul etməsi öz təsdiqini tapmışdır.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs ünvan 3 ünvanlayaraq məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
23. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsə sayılırlar.
24. Həmin Məcəllənin 1243.2-ci maddəsində qeyd olunmuşdur ki vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
25. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.
27. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
28. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır.
29. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
Apelyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Ərizəçinin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
34. İş materialları ilə müəyyən edilmişdir ki, X9 xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. X5, anası X13r. Həmçinin müəyyən edilmişdir ki, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X10 adına qeydiyyata alınmışdır.
35. Birinci instansiya məhkəməsi baxışı zamanı Abdullayeva Fəridə qızı, X17 və X2 təqdim etdiyi Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizələrində qeyd olunmuşdur ki, onların qonşuluğunda yerləşən mərhum X14 məxsus olan fərdi yaşayış evinə onun qızı Ərizəçi həm mərhum anasının sağlığında, həm də onun vəfatından sonra mütəmadi olaraq gəlib-getmişdir.
36. Həmçinin Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6833/2021 nömrəli iş üzrə 08 dekabr 2021ci il tarixli sorğusuna cavabından görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X18, uzun müddətdir ki, Yuxarı Öysüzlü kəndinin ərazisində yaşamayıb. X10 Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olması, eləcə də onun adına ərazidə torpaq sahəsinin və ya hər hansı bir əmlakın olması barədə nümayəndəliyin təsərrüfatbaşına kitablarında heç bir qeydiyyat aparılmamışdır
37. Birinci instansiya məhkəməsi isə qeyd etmişdir ki, sözügedən sənədlər arasında uyğunsuzluq vardır. Sözügedən şəxslərin ərizələri miras əmlakın faktiki olaraq Ərizəçi tərəfindən qəbul edilməsini təsdiq etmir, habelə ərizəçiyə miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsini təsdiq edəcək şahidlərin məhkəmə iclasında iştirakını təmin edilməsi təklif edilsə də, şahidlərin iştirakı təmin edilməmişdir.
38. Bununla belə birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən şəxslərin Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizələrində göstərilənlərlə həmin nümayəndələyin məhkəmə sorğusuna göndərilmiş cavab məktubu arasında uyğunsuzluq olmasına istinad etsə də, həmin uyğunsuzluğun aradan qaldırılması üçün adları çəkilən şəxsləri şahid qismində dindirməmiş, adları çəkilən şəxslərin ərizələrinin mahiyyətinin ərizəçinin miras əmlakdan istifadə edib-etməməsi barədə olmasına əhəmiyyət verməmişdir.
39. Bununla bağlı olaraq məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyinin məhkəmənin sorğusuna cavab olaraq X10 Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olması, eləcə də onun adına ərazidə torpaq sahəsinin və ya hər hansı bir əmlakın olması barədə nümayəndəliyin təsərrüfatbaşına kitablarında heç bir qeydiyyat aparılmamasını bildirilsə də iş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X10 adına qeydiyyata alınmışdır.
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
41. Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyi isə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan orqan olmamışdır. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla da X10 adına Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evi qeydiyyata alınmışdır.
42. Göründüyü kimi birinci instansiya məhkəməsinin Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyinin cavab məktubuna əsasən X10 adına ərazidə torpaq sahəsinin və ya hər hansı bir əmlakın olmaması barədə gəldiyi düzgün olmamışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı ərizə ilə məhkəməyə müraciət etmiş Abdullayeva Fəridə qızının, X6 və X2 şahid qismində ifadələri alınmaqla işin istinad edilən halları, yəni ərizəçinin miras qoyanın vəfatından sonra miras əmlakdan istifadə etməsi barədə ərizələrində qeyd olunan hallar aydınlaşdırılmalı olduğundan, apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardadı ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən X14 məxsus fərdi yaşayış evin 22 noyabr 2020-ci il tarixdən 22 may 2021-ci il tarixədək Ərizəçi tərəfindən idarə olunub-olunmaması, istifadə edilib-edilməməsi barədə həmin kəndin sakinləri Abdullayeva Fəridə qızının, X6 və X2 şahid qismində ifadələri alınması və bu barədə toplanmış material Bakı Apellyasiya Məhkəməsinə göndərilməli barədə Tovuz Rayon Məhkəməsinə məhkəmə tapşırığı verilmişdir.
44. Qeyd olunan məhkəmə taprşırığının icrası ilə əlaqədar olaraq qəbul edilmiş Tovuz rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 10(62)-8/2022 nömrəli qərardadından görünür ki, Abdullayeva Fəridə qızının, X6 və X8 18 avqust 2022-ci il tarixdə Tovuz rayon Məhkəməsinə dəvət edilsə də, məhkəməyə gəlməmişlər. X6 və X4 məhkəməyə icr nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə gətirmək mümkün olmuş və Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən, həmin şəxslər Tovuz rayon Məhkəməsinin inzibati binasında şahid qismində dindirilmiş və bu barədə protokol tərtib edilərək tapşırıq verən məhkəməyə göndərilməli olan sənədlərdə lazımi qeydlər aparılmışdır. Abdullayeva Fəridə qızı isə nümayəndəlik ərazisində olmadığına görə dindirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər X17 və X8 ifadələrində göstərmişlər ki, mərhum Sultan Tağıyeva onların qonşusu olmuşdur. Onun 3 övladı olmuşdur. Hər üç övladı ana yurduna gəlib gedir. Məlahət xanım daha çox gəlib gedir. Sultan Tağıyeva sağlığında evi hərbiçilərə kirayəyə vermişdir, həmin vaxtlar kirayə haqqı alırdı. Sultan Tağıyevanın ölümündən sonra oğlu Firdovsi hərbiçilərə hörmət etdiyinə görə kirayə haqqı almır. Ata və analarının ölümündən sonra hər üç övladı gəldi, ehsan verdi. 1 həftə bundan qabaq qızı Mətanət xanım gəldi, ata anaasının qəbrini ziyarət edib getmişdir.
45. Göründüyü kimi şahid ifadələri ilə təsdiq edilir ki, ərizəçi eləcə də digər vərəsələr, xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmiş X10 mülkiyyətində olan Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evinə mərhumun vəfatından sonra gəlib-getmişlər, yas mərasimlərində iştirak etmişlər.
46. Həmin halın mövcudluğu isə ərizəçinin miras əmlakın faktiki qəbulu ilə bağlı konkret hərəkətlər etmiş və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən ərizəçinin dəlilləri əsaslı olmuşdur və miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir.
47. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını araşdırmayaraq ərizəçi tərəfindən tələbini əsaslandıracaq mötəbər sübutlar təqdim edilməməsi barədə yanlış nəticəyə gəlmişdir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
49. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək, ərizə təmin edilməli və ərizəçinin mərhum anası X7 miras qalmış Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində olan fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
53. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-312/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə ərizə təmin edilsin. Ərizəçi mərhum anası X7 miras qalmış Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində olan fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov