Məhkəmə qərarları › İş №2(103)-3130/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3130/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3130/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 14.513,96 manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəz-südçülük Sovxozunda yerləşən fərdi yaşayış evi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz edilir, bununla bağlı olaraq iddiaçı ilə Birlik arasında müvafiq müqavilə bağlanmış, Birlik tərəfindən ünvanda, küçədə, qaz sayğacı quraşdırılmış və ünvana **********00000 abonent kodu verilmişdir. Evə aid qaz xəttinin küçədə olan hissəsi 2020-ci ilin sonunda zədələnmişdir. Bununla bağlı iddiaçı cavabdeh Birliyin qaynar xəttinə zəng edərək məlumat vermişdir. Bundan sonra Birliyin əməkdaşları ünvana gələrək, qaz xəttini tam bərpa etmək əvəzinə məsluliyyətsizlik edərək sayğacı iplə bağlayıb getmişlər. Bu məsələdən təxminən 1 ay sonra küçədən keçən heyvanlar qaz xəttinə toxunmaqla borunu tamamilə sındırmışlar. Hava soyuq olduğundan iddiaçı qaz xəttinə şlanq vasitəsi ilə qoşulmuş və qazdan bu qaydada istifadə etmişdir. İddiaçı düşünmüşdür ki, Birliyin əməkdaşları belə bir qoşulma halını görsələr, ciddi şəkildə bir tədbir görərək problemi tamamilə aradan qaldıracaqlar. 2024-cü ilin aprel ayında isə iddiaçının yaşadığı evə polis əməkdaşları gələrək, iddiaçını polis bölməsinə dəvət etmişlər. Polis bölməsində iddiaçıya məlum olmuşdur ki, qazdan qanunsuz istifadə etdiyi üçün Birlik tərəfindən onun barəsində polisə məlumat verilmişdir. Polis bölməsində aparılmış araşdırmanın nəticəsi barədə iddiaçıya məlumat verilməmişdir. Qaz sayğacı yenisi ilə əvəzləndiyi zaman əvvəlki qaz sayğacına xarici vizual baxış keçirilmiş və nəticədə heç bir pozuntu aşkar edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də heç bir akt tərtib edilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Birliyin əməkdaşları 3 il ərzində, yəni 2019cu ilin noyabr ayından 2024-cü ilin mart ayı daxil olmaqla onun barəsində cəmi 34 ədəd “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etmişlər ki, həmin aktlar əsasında ona əsassız olaraq cəmi 14.513,96 manat məbləğində borc hesablanmışdır. İddiaçı, cavabdeh Birliyin bu kimi hərəkətini qanunsuz hesab etdiyi üçün qeyd edilən həmin məbləğin onun abonent hesabından silinməsini tələb edir. c) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatlar barədə məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil iddia tələbinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin məzmunu ilə eyni olan izahat vermiş və iddia tələbinin təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi verdiyi rəy ilə deyil, çünki itirilmiş qazın dəyəri 2021-ci ildə 1.708 manat, 2023-cü ildə 1.246 manat hesablandığı halda, 2022-ci ildə 3.082 hesablanması qeyri-mümkündür. Ümumi olaraq 2022-ci ildə akta görə hesablanma aparılmışdır. Energetika Nazirliyi hesablama apararkən iddiaçının evinin cəmi 2 otaqdan ibarət olmasını nəzərə almamışdır.

4. Cavabdeh Birliyin nümayəndəsi Rəfail iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı özü də etiraf edir ki, qaz xəttinə qanunsuz qoşulmuşdur. Buna görə də hesab edilməlidir ki, Birliyin əməkdaşlarının tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar və həmin aktlar əsasında hesablanmış borc əsaslıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya aid abonent koduna hesablanmış borcun 7.960,96 manat hissəsinin silinməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh Birlik tərəfindən 2021-ci ilin iyununda 2024-cü ilin aprelinə qədər 25 aktla iddiaçıya qazdan qanunsuz istifadəyə görə 14.513,96 manat məbləğində əlavə borc hesablanaraq iddiaçının abonent hesabına daxil edilmişdir. xx.xx.2023-cü il tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydalarına” dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2023-cü it tarixli, 218 nömrəli qərarı ilə müəyyən edilmişdir. “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Daxil olmuş sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: - 1 ədəd “PQ-4” tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1,2 kub metr, - 1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1,4 kub metr, - 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1,5 kub metr. Bu baxımdan istehlakçı – iddiaçı tərəfindən təbii qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydalarının” 6.5-ci, 6.5-1-ci və 6.5- 2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (Qaydaların 3.1.11-ci maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: - qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 +1.5 m3 ) x 12 saat x 30 gün = 1.476 kub m., - yay ayları üçün ayda (1.2 m3+1.5 m3 ) x 12 saat x 30 gün = 972 kub m., 2021-ci ildə tərtib edilmiş 7 akt üzrə: - 2 qış ayı x 1.476 kub m. + 5 yay ayı x 972 kub m. = 7.812 kub m., 2022-ci ildə tərtib edilmiş 11 akt üzrə: - 5 qış ayı x 1.476 kub m + 6 yay ayı x 972 kub m= 13.212 kub m., 2023-cü ildə tərtib edilmiş 5 akt üzrə: - 2 qış ayı x 1.476 kub m. + 3 yay ayı x 972 kub m.= 5.868 kub m., 2024-cü ildə tərtib edilmiş 2 akt üzrə: - 2 qış ayı x 1.476 kub m = 2.952 kub m. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 2017-2021-ci illərdə müvafiq Qərarlarında əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla itirilmiş qazın dəyəri illər üzrə aşağıdakı kimi olar: 2021-ci il üzrə: 1.200 kub m. x 0,10 manat + 1.300 kub m. x 0,20 manat + 5.312 kub m. x 0,25 manat = 1.708 manat; 2022-ci il üzrə: 1.200 kub m. x 0,12 manat + 1.300 kub m. x 0,20 manat + 10.712 kub m. x 0,25 manat = 3.082 manat; 2023-cü il üzrə: 1.200 kub m. x 0,12 manat + 1.300 kub m. x 0,20 manat + 3.368 kub m x 0,25 manat = 1.246 manat; 2024-cü il üzrə: 1.200 kub m. x 0,12 manat + 1.300 kub m. x 0,20 manat + 452 kub m x 0,25 manat = 517 manat olmaqla cəmi 6.553 manat təşkil edə bilər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə etməsi halı nəzərə alınmaqla (abonent bu faktı inkar etmir), qaz paylayıcısına dəymiş zərərin məbləği cəmi 6.653 manat müəyyən edilməldir. Borcun qalan 7.960,96 manat hissəsi isə iddiaçıya aid abonent kodundan silinməlidir. d) apellyasiya şikayətləri barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir.

8. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, abonent olan iddiaçı tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt çəkilməmişdir. Birliyin həmin əraziyə nəzarət edən əməkdaşları tərəfindən qaz xəttinə hər ay baxış keçirilmişdir. Küçədə quraşdırılmış qaz saygacına və ya qaz xəttinin küçədə olan hissəsinə abonent nəzarət etmir. Sayğacın və ya qaz xəttinin zədələnməsinə görə cavabdehliyi abonent deyil, qazpaylayıcısı olan Birlik daşıyır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır.

9. Cavabdeh Birlik həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə rədd edilməsini Məhkəmədən xahiş etmişdir.

10. Bu apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən 2019-2024-cü illər ərzində müxtəlif vaxtlarda qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair tələbnamələr” təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə Birliyə xeyli məbləğdə ziyan vurmuşdur. Lakin Rayon Məhkəməsi qeyd olunanlara əhəmiyyət verməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların bir nüsxəsi istehlakçıya – iddiaçıya təqdim edilmiş, lakin iddiaçı aktları imza etməkdən imtina etmişdir. Həmin aktların iddiaçı tərəfindən imza edilməməsi həmin aktların qanunsuz olduğuna dəlalət etmir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

11. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə özü tərəfindən verilmiş apellyasiya şikayətin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Birliyin onun barəsində 2024-cü ildə polis orqanına etdiyi şikayət əsasında o polis əməkdaşları tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət edilsə də, Polis Bölməsində aparılmış araşdırmanın nəticəsi barədə ona məlumat verilməmişdir.

12. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, Birlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edək, bu apellyasiya şikayətin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Birliyin iddiaçının barəsində polis orqanına şikayət etməsi barədə onda məlumat yoxdur. Hesab edir ki, iddiaçı yanılır. Çünki Birlik tərəfindən bu məsələ ilə bağlı polis orqanlarına müraciət olunsa idi, o, bu barədə məlumatlı olardı. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan və iddia ərizəsində qeyd edilən yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz edilir, bununla bağlı olaraq iddiaçı ilə Birlik arasında müvafiq müqavilə bağlanmış, Birlik tərəfindən ünvanda, küçədə, qaz sayğacı quraşdırılmış və ünvana **********00000 abonent kodu verilmişdir.

15. Həmin ünvanla bağlı Birliyin əməkdaşları tərəfindən təbii qazın istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli (cəmi 34 ədəd) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir.

16. Aktlarda qeyd edilmişdir ki, iddiaçıya məxsus ünvana baxış keçirilərkən müəyyən edilmişdir ki, təbii qazdan sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə istifadə edilmişdir.

17. İşdə olan “Dəymiş ziyanın bərpasına dair tələbnamələrdən” və “Abonent saldosundan” görünür ki, həmin aktlar əsasında iddiaçıya əlavə sərfiyyat kimi cəmi 14.513,96 manat məbləğində borc hesablanmışdır.

18. İşə baxmış Rayon Məhkəməsinin qəbul etdiyi qərardada əsasən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən aparılmış tədqiqatın nəticəsi olaraq xx.xx.2025-ci il tarixdə verilmiş 3-15-2-1/2- 835/2025 nömrəli rəydə qeyd edilir ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən 2021-ci ilin iyununda 2024-cü ilin aprelinə qədər 25 aktla iddiaçıya qazdan qanunsuz istifadəyə görə 14.513,96 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydalarına dəyişiklik edilməsi barədə" xx.xx.2023-cü it tarixli, 218 nömrəli qərarı ilə müəyyən edilmişdir. “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşuima halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Daxil olmuş sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: - 1 ədəd “PQ-4” tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1,2 kub metr, - 1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1,4 kub metr, - 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1,5 kub metr. Bu baxımdan istehlakçı – iddiaçı tərəfindən təbii qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydalarının” 6.5-ci, 6.5-1-ci və 6.5- 2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (Qaydaların 3.1.11-ci maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: - qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 +1.5 m3 ) x 12 saat x 30 gün = 1.476 kub m., - yay ayları üçün ayda (1.2 m3+1.5 m3 ) x 12 saat x 30 gün = 972 kub m., 2021-ci ildə tərtib edilmiş 7 akt üzrə: - 2 qış ayı x 1.476 kub m. + 5 yay ayı x 972 kub m. = 7.812 kub m., 2022-ci ildə tərtib edilmiş 11 akt üzrə: - 5 qış ayı x 1.476 kub m + 6 yay ayı x 972 kub m= 13.212 kub m., 2023-cü ildə tərtib edilmiş 5 akt üzrə: - 2 qış ayı x 1.476 kub m. + 3 yay ayı x 972 kub m.= 5.868 kub m., 2024-cü ildə tərtib edilmiş 2 akt üzrə: - 2 qış ayı x 1.476 kub m = 2.952 kub m. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 2017-2021-ci illərdə müvafiq Qərarlarında əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla itirilmiş qazın dəyəri illər üzrə aşağıdakı kimi olar: 2021-ci il üzrə: 1.200 kub m. x 0,10 manat + 1.300 kub m. x 0,20 manat + 5.312 kub m. x 0,25 manat = 1.708 manat; 2022-ci il üzrə: 1.200 kub m. x 0,12 manat + 1.300 kub m. x 0,20 manat + 10.712 kub m. x 0,25 manat = 3.082 manat; 2023-cü il üzrə: 1.200 kub m. x 0,12 manat + 1.300 kub m. x 0,20 manat + 3.368 kub m x 0,25 manat = 1.246 manat; 2024-cü il üzrə: 1.200 kub m. x 0,12 manat + 1.300 kub m. x 0,20 manat + 452 kub m x 0,25 manat = 517 manat olmaqla cəmi 6.553 manat təşkil edə bilər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə etməsi halı nəzərə alınmaqla (abonent bu faktı inkar etmir), qaz paylayıcısına – Birliyə dəymiş zərərin məbləği cəmi 6.653 manat müəyyən edilməldir.

19. İddiaçı, cavabdeh Birlik tərəfindən 2014-cü ildə onun təbii qazdan qanunsuz istifadə etməsi barədə Bakı Şəhəri Sabunçu RPİ-nin 14-cü PB-ə şikayət etməsini, bu şikayətlə bağlı həmin Polis Bölməsi tərəfindən araşdırmanın aparıldığını bildirsə də, cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında bildirmişdir ki, Birlik iddiaçının barəsində polis orqanına şikayət etməmişdir. Bu məsələnin aydınlaşdırılması məqsədi ilə Məhkəmə sorğu ilə Sabunçu RPİ-nin 14-cü PB-ə müraciət edərək, qeyd edilən məsələ ilə bağlı aydınlıq gətirilməsini xahiş etmiş, həmin Polis Bölməsi xx.xx.2025-ci il tarixli, 49-312-9883 saylı cavab məktubu ilə Məhkəməyə bildirmişdir ki, iddiaçının barəsində Bölmədə araşdırma materialı olmamışdır.

20. İddiaçı, qətnamədən verdiyi apellyasiya şikayətində onun tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməməsini bildirsə də, yuxarıda qeyd edilənlər ilə, xüsusən də, iddiaçının iddia ərizəsində göstərdiklərindən müəyyən edilir ki, o, qaz xəttinə müdaxilə etmişdir.

21. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

22. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

23. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Odur ki, qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları, o cümlədən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyi nəzərə alaraq iddianı qismən təmin etməkdə və iddiaçıya aid abonent koduna cavabdeh Birlik tərəfindən hesablanmış borcun 7.960,96 manat hissəsinin silinməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etməkdə haqlı olmuşdur. Həmin qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

26. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə, MPM-in 119.1-ci maddəsinin tələbinə görə, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.

29. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə iş üzrə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar