Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3133/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxx” MTK-ya qarşı “mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cavabdehdən tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxx” MTK-ya qarşı “mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən bərpa edilməsi, evin yerləşdiyi ərazidə hərhansı başqa fəaliyyətin dayandırılması, mənzildə olan əmlaka görə və ev tikilənə qədər kirayədə qalmaq haqqı ilə birlikdə 100.000 (yüz min) manat pulun və mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi, “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin sədri Babək İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakışəhəri, Səbail rayonu, Nizami küçəsi 4 nömrəli evin, 4 saylı mənzili mülkiyyət hüququ ilə iddiaçı və onun ailəsinə məxsus idi, 1999-cu ildən qeyd olunan ünvanda yaşayırmışlar. Uzun müddətdir ki, onun ailəsinin və digər sakinlərin yaşadığı Bakı şəhər, Səbail rayonu, Nizami küşəsi ilə Rostropoviç qardaşları küçəsinin kəsişməsində “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən söküntü və tikinti işləri aparılır. O, rəsmi məktubla “xxxxxxxxxxxxxxx” Mənzil Tikindi Kooperativinə daxil olmadığını bildirmişdir. Bunun cavabında “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativi onun evinin onların tikinti sahəsinə düşmədiyini bildirmişdilər. Qeyd olunan işlərin gecə saatlarında aparılması, səs-küy onların rahatlığını pozmuş, narazılığına səbəb olmuşdur. Bununla əlaqədar yaşadıqları ərazinin Mənzil İstismar Sahəsinə, Səbail Rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin Başçısına, Bakı şəhər Səbail rayon X9, Azərbaycan Respubliksı Milli Məclisinin Sədrinə, Azərbaycan Respublikasının Baş Nazirinə, digər aidiyyatı üzrə dövlət orqanlarına yazılı olaraq müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Son dövrlərdə, xüsusən 2018- ci ilin əvvəlindən başlayaraq, o cümlədən də Novruz bayramları günlərində onun və ailəsinin yaşamaq və istirahət hüququ, su, elektrik və qaz təminatı “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən dəfələrlə pozulmuşdur. Müəyyən fasilələrdən sonra kommunal xidmətlər bərpa olunsa da, tikinti və söküntü işlərinin aparılması ilə əlaqədar kommunal xidmətlərdə müntəzəm olaraq fasilələr yaranmışdır. 2018-ci ilin aprel ayından isə mənzillərinə gedən yol da “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən bağlanmış və mülkiyyət hüququ ilə onlara məxsus olan şəxsi mənzilə girişçıxış bağlanmışdır. Bu onun MTK-ya daxil olmağa təhrik etmək üçün aparılan məqsədyönlü təcavüzün bir hissəsi idi. Qeyd olunan narahatçılıq, səs küy, elektrik, qaz və su təchizatının kəsilməsi, yollarının bağlanması və digər hallar onları mülkiyyət hüququ ilə onlara məxsus olan mənzildən köçməyə məcbur etmiş və 2018-ci ilin fevral ayından isə kirayədə qalmağa başlamışlar. 2018-ci ilin iyul ayının 8-də evlərinə gəldikdə, mənzilin böyük bir hissəsinin “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən sökldüyünü, ona məxsus ev əşyalarının həyətə atıldığını görmüşdür. Bununla əlaqədar polis sahə inspektoruna müraciət etmiş, o da bu qanunsuzluğun şahidi olsa da hər hansı bir tədbir görməmişdir, yalnız hadisə yerinə baxmaqla kifayətlənmişdir. Daha sonra o, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yazılı ərizə ilə müraciət etmişdir. Buna baxmayaq Polis operativ tədbirlər həyata keçirməmiş və söküntü işlərini dayandırmamışdır. Hal hazırda ona məxsus olan ev onun razılığı və ya məhkəmə qərarı olmadan tamamilə sökülmüş, evdə olan əmlakı küçəyə atılmışdır. Məcbur olub 9-cu Polis Bölməsinin bu fəaliyyətsizliyi haqqında Polisin 102 Qaynar xəttinə, Səbail Rayon Prokurorluğuna və digər hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mənzil və Cinayət Məcəlləsinə və digər normativ hüquqi aktlara görə vətəndaşların mülkyyət və istirahət hüququ dövlət tərəfindən qorunur və təminat verilir. Cavabdeh “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının Qanunlarını, X6 tələblərini pozmaqla onu mülkiyyət hüququndan məhrum etmişdir. “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin nümayəndələri hər dəfə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il 86 saylı qərarını əsas kimi gətirərək evin hər bir halda söküləyəciyini bildirmişlər. Həmin qərarda 1.1 bəndində bütün işlərin "mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərin tələblərinə əməl etməklə..” yazılıb. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2018-ci ilin fevral ayından başlayaraq Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində sökülmüş 4 nömrəli binanın yerində “xxxxxxxxxxxxxxx” MTK tərəfindən inşa edilən yaşayış binası yaşayışa istifadə üçün hazır olduğu günədək dövr üçün iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədilə hər ay 650 (altı yüz əlli) manat pul vəsaiti “xxxxxxxxxxxxxxx” MTK-dan tutulub İddiaçı ödənilməsi, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxx» Mənzil Tikinti Kooperativinə qarşı «sökülmüş mənzilin cavabdeh tərəfindən bərpa edilməsi, evin yerləşdiyi ərazidə hər-hansı başqa fəaliyyətin dayandırılması, mənzildə olan əmlaka və mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması» barədə tələb hissəsində iddiası təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1067/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(102)-2990/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1067/2019 saylı qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-9777/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(009)-2742/2018 saylı qətnaməsi qismən, yəni “iddiaçının mənzil hüququnun bərpa edilməməsi və mənəvi ziyanın tutulmaması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizamiköçəsi ev 4. 4 saylı mənzilin real sahəsinin, yəni 96.9 kv.m sahənin əvəzi olaraq cavabdehtərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumisahəsi 120 kv.m tam təmirli mənzilin İddiaçı təhvil verilməsi cavabdeh “xxxxxxxxxxxxxxx” MTK-nın üzərinə qoyulmuş, cavabdeh “xxxxxxxxxxxxxxx” MTK-dan İddiaçı xeyrinəolaraq 3000 manat tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-95/2020 saylı qərarı ilə kassasiya şikayəti Bakı şəhəri, Səbail rayonu, Nizamiköçəsi ev 4. 4 saylı mənzilin real sahəsinin, əvəzi olaraq cavabdehtərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumisahəsi 120 kv.m tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxxxxxxxxxxxxx” MTK-nı üzərinə qoyulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, etirazda və məhkəmə qətnaməsində “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativi və Səbail Rayon Məhkəməsinin əsaslandığı; “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarında” alqı satqının hansı qaydalarda keçirilməsi təsbit olunsa da, söküntü və tikinti işləri aparan “xxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativi bu qərarın tələblərinə də əməl etməmiş, məhkəmə tərəfindən isə bu qanunu pozuntularına hüquqi qiymət verilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarına əsasən, Bakı şəhəri, Səbail rayonu, Nizami köçəsi ev 4. 4 saylı mənzilin real sahəsinin, əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kv.m tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxxxxxxxxxxxxx” MTK-nı üzərinə qoyulması hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsindən verilmiş ÖM seriyalı, 018733 saylı Çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən 43,0 yaşayış sahəsində ibarət 4 saylı evin 2 otaqlı 4 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 625 saylı reyestr kitabında 30/20399 qeydiyyat nömrəsi ilə xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmışdır.Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısını X1 və Mülkiyyət Hüuquqlarının Qeydiyyatı İdarəsinin təsdiq etdiyi Şəxsi mülkiyyətdə olan evin Texniki Pasportundan müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan ev 2 mərtəbəlidir və birinci mərtəbənin ölçüsü 56,5 kvadrat metr, 2-ci mərtəbənin sahəsi 60,6 kvadrat metr olmaqla cəmi 117,1 kvadrat metrdir. “xxxxxxxxxxxxxxx” MTK-da söküntü üzrə mühəndis vəzifəsində çalışan işçilər tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktdan aydın olur ki, xx.xx.2018-ci il tarixdə müəssisə tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binası pilot layihə çərçivəsində sökülərkən həmin yaşayış binasına bitişik ünvan 2 ünvanında yerləşən mənzilin divarı onların iradəsindən asılı olmayaraq uçmuşdur. Həmin mənzildə olan ev əşyalarının xilas edilməsi üçün tərəflərindən təxirəsalınmaz tədbirlər görülmüşdür. Mənzildə olan əşyaları İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzildən götürülərək «xxxxxxxxxxxxxxx» MTK-nın anbarına təhvil verilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması işin mübahisə olunmaz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun olaraq Bakı şəhəri üzrə rayon icra hakimiyyətləri ilə pilot layihə çərçivəsində qəzalı binaların sökülərək yerində yeni binaların tikintisi üçün cəlb edilmiş mənzil tikinti kooperativləri ilə bağlanan müqavilələrdə bir qayda olaraq tikinti şirkətlərinin üzərinə bina sakinlərinin köçürülməsi, yeni yaşayış binası inşa edilənədək köçürülən sakinlərin müvəqqəti kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün maliyyə vəsaitinin ödənilməsi, həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında mənzillərin ayrılması vəzifələri qoyulmuşdur. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli fərmanının2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Kollegiya iddiaçının mülkiyyət hüququnun toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsini, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsini, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsini nəzərə alaraq hesab edir ki, cavabdehin sökdüyü mənzilin əvəzinə cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m ((117.1×20%)=23,42+117.1=140,52 kv.m) tam təmirli mənzil iddiaçıya təhvil verilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsi iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı təhvil verilməsi cavabdeh “xxxxxxxxxxxxxxx” MTK-nın üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsi iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı xeyrinə təhvil verilməsi cavabdeh “xxxxxxxxxxxxxxx” MTK-nın üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-3133/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3133/2020
16.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver