Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3134/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı2, iddiaçıların vəkili və nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1 və İslixan Zəkiyevin iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-802/2025 nömrəli qətnaməsindən İddiaçı2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev № 52-də yerləşən 31 №-li mənzilin iddiaçıların köçürüldükləri 5 və 6 literli otaqlardan başqa digər hissələrindən (dəhliz, mətbəx, sanitar qovşaq və s.) də istifadə qaydaları müəyyən edilsin. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehlər Cavabdeh1 və İslixan Zəkiyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçılardan biri apellyasiya şikayəti verdiyinə görə qətnamənin yalnız həmin iddiaçıya aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev № 52-də yerləşən 31 №-li mənzil dövlət mənzil fonduna aiddir. İddiaçıların mənzildən istifadə hüququ var. Mənzil 5 otaqdan ibarətdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3091/2020 nömrəli qətnaməsi ilə qət olunub ki, iddiaçılar mənzilin 16,69 kv.metrdən ibarət 5 və 6 saylı otaqlarına köçürülsünlər. Hazırda iddiaçılar tələb edir ki, mənzilin digər hissələrindən (dəhliz, mətbəx, sanitar qovşaq və s.) istifadə qaydaları müəyyən edilsin. Bu tələb iki səbdən təmin edilə bilməz. Birinci, mənzilin həmin hissələrindən istifadə barədə tərəflərin arasında mübahisə yoxdur. Belə ki, cavabdehlər iddiaçıların mənzilin həmin hissələrindən istifadə etməsinə maneə yaratmadıqlarını bildirir, iddiaçılar isə belə maneənin yaradıldığını təsdiq edən sübut təqdim edə bilmir. İkinci, mənzilin həmin hissələri mənzildə yaşayan şəxslərin ümumi istifadəsində olan sahələrdir və bu sahələrdən istifadə etmədən mənzildə yaşamaq mümkün deyil. Odur ki, həmin sahələrin iddiaçıların istifadəsinə verilməsi, cavabehlərin isə həmin sahələrdən istifadə etməsinin qadağan olunması və ya hər bir tərəf üçün həmin sahələrdən istifadə üçün ayrıca vaxt müəyyən edilməsi mümkün deyil. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-802/2025 nömrəli qətnaməsi İddiaçı2 aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3134/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3134/2025
30.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver