Məhkəmə qərarları › İş №2(103)-3139/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3139/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3139/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-342/2023 saylı, 24 fevral 2023cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İctimai Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin ona ayrılmasına dair və həmin bağ sahəsindən istifadə edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-342/2023 saylı, 24 fevral 2023cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin ayrılması və torpaq sahəsindən istifadə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçi şikayət edərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 342/2023 saylı, 24 fevral 2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixdə ərizəçi tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsi baxmadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələbinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə... göndərilir. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki, birinci instansiya məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-342/2023 saylı, 24 fevral 2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixdə daxil olmuş şikayətə baxıb MPM-in 269-cu maddəsində nəzərdə tutulan əsasları, yəni şikayətin əsaslı olub-olmadığını yoxlamadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 269, 396.1, 397.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-3139/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-342/2023 saylı, 24 fevral 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət MPM-in 269-cu maddəsində nəzərdə tutulan əsasların, yəni şikayətin əsaslı olub-olmadığı yoxlanılmadan apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar