Məhkəmə qərarları › İş №2(103)-314/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-314/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-314/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdeh Müseyibova Cavabdeh vəkili X5 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 552/2019 saylı qətnaməsindən cavabdeh Müseyibova Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Ayaz Məmmədov) 2(004)-552/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Müseyibova Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olmayan hesab edilməklə, həmin evdən çıxarılması, bu halın cavabdehin qeydiyyatdan çıxarılmasına əsas olması, dövlət rüsumu olaraq ödənilmiş 10 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Vahid Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Müseyibova Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Müseyibova Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9957/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-4872020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9957/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-4872020 saylı, xx.xx.2020-ci il tarixli qərarıında qeyd edilmişdir: “Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mübahisə edilməyən hallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdədir. İddiaçı evin 1/5 hissədə paylı mülkiyyətçisidir və hər bir mülkiyyətçinin payı müəyyən edilmişdir. Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İddiaçı hazırki tələbində cavabdehin paylı mülkiyyətdə olan fərid yaşayış evinin ona məxsus olan ½ hissədən ibarət 3 otaq, yaşayış sahəsi 39,1 kvadrat metr, köməkçi sahəsi 8,2 kvadrat metr hissədən istifadə hüquqlarının olmamış hesab edilməsi və həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbidən kənara çıxaraq cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olmamasını müəyyən etməklə, həmin evdən çıxarılmasınə qət etmiş, apellyasiya instansiyası məhkəməsi isı bu hala diqqət verəmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Məcəllənin 215.5-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi iş materiallarında paylı mülkiyyətçilərdən ikisinin, Ruslan Məmmədovun və Nadirxan Nadirovun məhkəməyə təqdim edilmiş ərizələrinə istinad etmişdir. Həmin ərizələrdən görünür ki, sonuncular cavabdehin İddiaçı məxsus sahədən çıxarılmasına etiraz etmədikləri qeyd edilmişlər. (iş. v. 36). Göründüyü kimi, qeyd edilən paylı mülkiyyətçilərin onlara məxsus hissədən çıxarılması barədə tələbi olmadığı halda məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehin mübahisəli evdən istifadə hüququnun olmaması və evdən çıxarılmasını qət etmişdir. Digər paylı mülkiyyətçilər Səid Müseyibov və Naibə Yaralıyevanın isə ümumiyyətlə iddiaya razılıqlarının və ya tələblərinin olması müəyyən edilmir. Bundan başqa iş materiallarında görünür ki, cavabdeh məhkəmə iclaslarında mübahisəli ünvanda yerləşən fərdi yaşayış evində əri ilə birlikdə özbaşına tikili inşa etdirərək orada uşaqları ilə birlikdə yaşadığını, həmin tikilin iddiaçının mülkiyyətində olan sahəyə aid olmadığını göstərmişdir. İşə baxan məhkəmələr bu hala əhəmiyyət verməmiş, iddia tələbinin cavabdehin fərdi yaşayış evindən çıxarılması hissəsinə qiymət verərkən tələbin bu hissəsinin həlli üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni cavabdehin uşaqları ilə birlikdə yaşadığı tikilinin iddiaçının mülkiyyətində olan 39,1 kvadrat metr, k/s 8,2 kvadrat metr hissədə yerləşib yerləşməməsini müəyyən etməmişdir.” İşə apellyasiya qaydasında yenidən baxılarkən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-3455/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunması qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə xx.xx.2020-ci il tarixli 10/1646 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında cavabdeh Müseyibova Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və izahatında göstərmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.Qətnamənin 3-cü səhifəsində göstərilmişdir ki, DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2018-ci il tarixli, 53 saylı arayışdan görünür ki, Müseyibova Cavabdeh xx xxx 2003-cü il tarixdən mübahisəli evdə qeydiyyatdadır. Bununla bağlı qeyd etmək lazımdır ki, iş materiallarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 53 saylı arayışı yoxdur. İş materiallarına əlavə olunun Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinin arayışıdır. Həmin arayışda cavabdehin adının qarşında tarix olan hissə qaralanmışdır.Cavabdehin vəkili apellyasiya məhkəməsində vəsatət verərək Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsindən yenidən arayış alınmasını xahiş etmiş, lakin apellyasiya məhkəməsi bunu təmin etməmişdir. Vəkili onunla xx xxxxxxxx 2019-cu il tarixdə müqavilə bağlamış və dərhal Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinə 732 saylı sorğu verilmişdir. Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinin xx xxxxxxx 2019-cu il tarixli, 60 nömrəli məktubundan görünür ki, Müseyibova Cavabdeh x xxxxxxx 2005-ci il tarixdən qeydiyyatdadır. Daha sonra ziddiyətli tarixləri dəqiqləşdirmək üçün Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinə cavabdeh ilə birlikdə getdikdə məlum olmuşdur ki, onlar tərəfindən verilən arayışda “xx xxx 2003-cü il” yazılmamış, həmin hissə boş buraxılmış, tarix sonradan maraqlı şəxslər tərəfindən əlavə edilmişdir. Ona ilk dəfə Azərbaycan Respublikası vətəndaşının yeni şəxsiyyət vəsiqəsi x xxxxxxx 2005-ci il tarixdə verilmiş, cavabehin həmin tarixdə Bakı şəhəri, Qədirli qəsəbəsi, 1/5 nömrəli fərdi yaşayış evində qeydiyyatı olmuş və yaşamışdır. Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinin vəkil sorğusuna cavabını həmin şəxsiyyət vəsiqəsinin surəti əsasında verilmişdir. Qətnamənin 4-cü səhifəsində göstərilmişdir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, hüququ dövlət reyestrində qeydə alınmadığından istifadə hüququ yaranmamışdır. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir.Beləliklə, Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır.Cavabdeh İddiaçının oğlu İsmayıl Müseyibovla xx xxxxxx 1999-cu il rəsmi nikaha daxil olmuşlar və həmin tarixdə cavabdeh Bakı şəhəri, Qədirli qəsəbəsi, 1/5 nömrəli fərdi yaşayış evinə gəlin köçmüşdür.Lakin birinci instansiya məhkəməsi, həmçinin apellyasiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim olunan sübut araşdırılmamışdır. Halbuki, iş materiallarına Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinin arayışından açıq-aydın görsənir ki, arayışın üzərində qaralama isləri aparılmış və istədikləri tarixləri yazmışlar. Maraqlısı odur ki, bu hal məhkəmələrin diqqətini çəkməmişdir. Cavabdeh bildirir ki, xx.xx.1999-cu ildə iddiaçının oğlu ilə ailə qurduqdan sonra həmin mənzilə qeydiyyata alınmış və orada yaşamışdır. x xxxxxxx 2005-ci il tarixdə isə o ilk dəfə şəxsiyyət vəsiqəsi aldığı üçün vəsiqəsində həmin tarix qeyd olunmuşdur.Cavabdehin Bakı şəhəri, Qədirli qəsəbəsi, 1/5 nömrəli fərdi yaşayış evində istifadə hüququ var və həmin hüquna bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüquqa xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə iclasında cavabdeh Müseyibova Cavabdeh vəkili X8 da oxşar izahat vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz təqdim edərək, iddia ərizəsinə və apellyasiya şikayətinə etiraza uyğun izahat verərək göstərmişdir ki, ünvan 1 nömrəli fərdi yaşayış evinin 39,1 kvadrat metr hissəsində İddiaçı, digər 32 kvadrat metr hissədə isə ailə üzvləri ilə birlikdə özü yaşamış, həmin yaşayış sahəsi 2000-ci ildə onun vəsaiti hesabına tikilmiş və yaşadığı həmin 32 kvadrat metr hissə özbaşına tikili olmaqla heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. xx.xx.2020-ci il tarixli 10/1646 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Rəyinə əsasən ünvan 1 ünvanda yaşayış sahəsi kimi 32 kvadrat metr özbaşına tikili olmadığı, yalnız evin texniki pasportunda əksini tapmayan 7,6 kv.metr dəhliz-mətbəx tikilisinin və 6,3 kv.metr yardımçı sahənin mövcud olduğu müəyyən edilmişdir.Bununla da, cavabdehin iddiaçıya məxsus 39,1 kvadrat metr sahədən ibarət yaşayış sahəsinin bir hissəsində yaşadığı müəyyən olunur.Odur ki, apellyasiya şikayətlərinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdədir. Həmin evin 1 otaqdan ibarət olan y/s 20,0 kvadrat metr ½ hissəsi xx.xx.2007-ci il tarixdə X3, 2 otaq ½ hissədə X7, 2 otaq B tikilisi X1, ½ hissədə X2, ibarət 3 otaqdan ibarət y/s 39,1 kvadrat metr, k/s 8,2 kvadrat metr ½ hissədən xx.xx.2012-ci il tarixdə İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdeh Müseyibova iddiaçının keçmiş gəlinidir və qeyd edilən fərdi yaşayış evində pasport qeydiyyatındadır. İddiaçı hazırki iddia tələbində cavabdehin yuxarıda qeyd edilən ünvanda yerləşən paylı mülkiyyətin ona məxsus olan ½ hissədən ibarət 3 otaq y/s 39,1 kvadrat metr, k/s 8,2 kvadrat metr hissədən istifadə hüquqlarının olmamış hesab edilməsi və həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, hüququ dövlət reyestrində qeydə alınmadığından sonuncunun istifadə hüququ yaranmamışdır. xx xxxxxx 2018-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Müseyibova Cavabdeh nikahı pozulmuşdur. Beləliklə, cavabdehin mübahisəli mənzildə yaşamaq üçün hər hansı bir hüquqi əsası yoxdur.Cavabdehin iddiaçının paylı mülkiyyətində olan evdə qeydiyyatda qalması sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasını yaradan hal kimi qəbul edilməlidir. İşin mübahisə edilməyən hallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdədir. İddiaçı evin 1/5 hissədə paylı mülkiyyətçisidir və hər bir mülkiyyətçinin payı müəyyən edilmişdir. Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İddiaçı hazırki tələbində cavabdehin paylı mülkiyyətdə olan fərid yaşayış evinin ona məxsus olan ½ hissədən ibarət 3 otaq, yaşayış sahəsi 39,1 kvadrat metr, köməkçi sahəsi 8,2 kvadrat metr hissədən istifadə hüquqlarının olmamış hesab edilməsi və həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbidən kənara çıxaraq cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olmamasını müəyyən etməklə, həmin evdən çıxarılmasını qət etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Məcəllənin 215.5-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi iş materiallarında paylı mülkiyyətçilərdən ikisinin, Ruslan Məmmədovun və Nadirxan Nadirovun məhkəməyə təqdim edilmiş ərizələrinə istinad etmişdir. Həmin ərizələrdən görünür ki, sonuncular cavabdehin İddiaçı məxsus sahədən çıxarılmasına etiraz etmədikləri qeyd edilmişlər. (iş. v. 36). Göründüyü kimi, qeyd edilən paylı mülkiyyətçilərin onlara məxsus hissədən çıxarılması barədə tələbi olmadığı halda məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehin mübahisəli evdən istifadə hüququnun olmaması və evdən çıxarılmasını qət etmişdir. Digər paylı mülkiyyətçilər Səid Müseyibov və Naibə Yaralıyevanın isə ümumiyyətlə iddiaya razılıqlarının və ya tələblərinin olması müəyyən edilmir. Bundan başqa iş materiallarında görünür ki, cavabdeh məhkəmə iclaslarında mübahisəli ünvanda yerləşən fərdi yaşayış evində əri ilə birlikdə özbaşına tikili inşa etdirərək orada uşaqları ilə birlikdə yaşadığını, həmin tikilinin iddiaçının mülkiyyətində olan sahəyə aid olmadığını göstərmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddia tələbinin cavabdehin fərdi yaşayış evindən çıxarılması hissəsinin həlli üçün cavabdehin uşaqları ilə birlikdə yaşadığı tikilinin iddiaçının mülkiyyətində olan 39,1 kvadrat metr, k/s 8,2 kvadrat metr hissədə yerləşib yerləşməməsini müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1646 saylı Rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi idarəsi Daşınmaz Əmlakın Texniki Pasportunun məlumatlarına əsasən, Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsi yerləşən 1/5 saylı fərdi yaşayış evinin «V» literli tikilinin 10 saylı tikilisinin qarşısında əlavə 7,6 m2 (2,55x3,0) sahəsi olan yardımçı dəhliz-mətbəx tikilisinin və 12 saylı tikili daxil olmaqla əlavə 6,3 m2 (3,0x2,10) yardımçı tikilinin inşa olunduğu müəyyən edilmişdir. Qeyd olunur ki, yuxarıda göstərilən tikililər texniki pasportda öz əksini tapmayan tikililərdi. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisəli ünvan 3 ünvanda iddiaçının mülkiyyətində olan 3 otaq, yaşayış sahəsi 39,1 kvadrat metr, köməkçi sahəsi 8,2 kvadrat metr hissədən əlavə özbaşına tikili mövcuddur və cavabdeh həmin tikilidə yaşayır.Beləliklə, iddiaçı cavabdehin ona məxsus qeyd edilən hissədə yaşadığını sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-552/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən birinci instansiya və apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-552/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. iddia rədd olunsun. Apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar