Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-314/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 qanuni nümayəndəsi Güləliyeva X3 Sığortalanması Fonduna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2538/2023 saylı işi üzrə 04 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16000 ABŞ dolları əmanət və həmin əmanətə görə hesablanmış 3200 ABŞ dolları faizlər olmaqla, cəmi 19200 ABŞ dolları vəsaitin qorunan əmanət hesab edilməsi və həmin 19200 ABŞ dolları pulun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,92 manat pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçının əmanəti 01 oktyabr 2018-ci il tarixdə "xxxx" ASC tərəfindən depozit hesabından qanunsuz olaraq silinmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə Bank tərəfindən 16000 ABŞ dolları vəsaitin silinməsi qanunsuz hesab edilərək, həmin vəsaitin əmanətçinin hesabına qaytarılması qərara alınmışdır. Sözügedən qətnamə 22 sentyabr 2020-ci il tarixdən etibarən qanuni qüvvəyə minmişdir. Sonradan Bank müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 09 avqust 2022-ci il tarixdə iddiaçı tərəfindən Fonda depozitin qaytarılması üçün ərizə ilə müraciət edilmiş və Fond tərəfindən verilən 14 dekabr 2022-ci il tarixli cavab məktubunda vəsaitin 28 iyun 2022-ci il tarixdə Əmanətçinin depozit hesabına qaytarıldığı bildirilmişdir. Lakin məktubda tələbin kreditor tələblərinin reyestrinə daxil edildiyi və “Banklar haqqında” Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında həyata keçiriləcəyi qeyd edilmişdir. Daha sonra iddiaçı 01 mart 2023-cü il tarixdə Fonda yenidən müraciət edərək, Əmanət qorunan əmanət olduğundan ona əmanətə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Fond tərəfindən 03 aprel 2023-cü il tarixdə yenidən oxşar məzmunlu cavab verilərək, kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Sığorta hadisəsi baş verdiyi tarixdə qorunan (sığortalanmış) əmanət statusunda olmuşdur. Belə ki, müqavilənin 5.1-ci bəndinə əsasən, Fondun iştirakçısı kimi Bankın həmin müqaviləyə əsasən cəlb etdiyi əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanun ilə müəyyən edilmiş qaydada, həcmdə və şərtlərlə sığortalanır. Hazırkı iş üzrə Əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2-ci maddəsində təsbit edilmiş qorunan əmanətlərə aid edilməyən əmanətlərin heç birinə aid deyil. Müqavilənin 2.1ci bəndindən göründüyü kimi, əmanət cəlb edildiyi günə, yəni 06 avqust 2015-ci il tarixə Əmanətin illik faiz dərəcəsi 12% təşkil etdiyi üçün həmin tarixdə X6 müəyyən etdiyi illik faiz dərəcəsi həddini aşmamışdır. Göründüyü kimi, Əmanətin qorunan əmanətə aid olmasını istisna edən hər hansı bir hal mövcud deyildir.
2. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu iddiaya etiraz verərək göstərmişdir ki, sığorta hadisəsi baş verən anadək olan dövr ərzində əmanət qorunmayan hesab edildiyi üçün Əmanətlərin Sığortalanması Fonduna ödənilməli olan haqlar belə ödənilməmişdir. Əmanət 12 faizlə yerləşdirilmiş və əmanət üzrə müddət bitdikdən sonra əmanət eyni şərtlərlə uzadılmışdır. Bank, müqavilənin əsas şərtlərindən biri olan faiz dərəcəsində əmanət yerləşdirənin iradə ifadəsi olmadan birtərəfli qaydada dəyişiklik həyata keçirə bilməzdi. Həmçinin, hazırki iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, iş üzrə iddiaçı X11 olmalıdır. Xüsusatlara və qanunvericiliyin müvafiq müddəalarına əsasən iş üzrə ümumiyyətlə aidiyyət düzgün müəyyənləşdirilməmişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb ləğv prosesində olan banka qarşı olmalıdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(006)-2538/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.2, 405.1, 421.1, 421.2, 423.1, 883.1, 922.1, 944.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2, 2.1.6, 2.1.2.6, 2.1.11, 3, 4.1, 5, 8.1.20-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən əmanət qorunan əmanət olmuşdur. Müqavilə qüvvədə olduğu müddətdə 02 mart 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmişdir. Bu zaman iddiaçı tərəf (əmanətçi) müqavilənin şərtlərinin dəyişdirilərək əmanətin qorunan əmanət hesab edilməsi üçün banka müraciət etməmişdir. Müqavilənin müddəti 07 avqust 2018-ci il tarixdə bitmiş, əmanətçi tərəfindən əmanətin qaytarılması barədə müraciət olmadığından müqavilənin müddəti 36 ay müddətinə, 07 avqust 2021-ci il tarixədək uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən 01 iyul 2019-cu il tarixdən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyutada 2,5 % müəyyən edilmişdir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. 06 avqust 2015-ci il tarixli müqavilə üzrə illik 12 % dərəcəsi ilə banka xarici valyutada qoyulan əmanətin qorunan əmanət olması, müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni 02 mart 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 % müəyyən edilməsi, lakin bu zaman iddiaçı tərəfin (əmanətçinin) müqaviləyə dəyişiklik edilməsi barədə banka müraciət etməməsi, 07 avqust 2018-ci il tarixdə müqavilənin müddətinin bitməsi və yenidən 36 ay müddətinə, yəni 07 avqust 2021-ci il tarixədək uzadılması, müqavilə qüvvədə olduğu müddətdə isə Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi ilə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922.1, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4.1, 5-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, hazırkı işdə işin mübahisəli halı sığorta hadisəsi baş verən anda iddiaçının əmanətinin qorunan (sığortalanmış) olub-olmaması ilə bağlıdır. İddiaçı tərəf nə müqavilə müddəti ərzində, nə də müqavilə müddəti başa çatdıqdan sonra əmanətin qorunan əmanət hesab olunması üçün əmanət müqaviləsinə dəyişikliklər edilməsi barədə müraciət etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə bank müflis elan edilmiş, bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi baş verən anda əmanət müqaviləsi üzrə 12 faiz ödənilməsi barədə müqavilənin şərti qüvvədə olmuşdur. Belə ki, müqavilənin müddəti uzadılarkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsi tətbiq olunmamış və bank bunu birtərəfli qaydada etməyə səlahiyyətli olmamışdır. Müqavilə müddəti ərzində və müddəti bitdikdən sonra müqavilə tərəflərin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilərdi. Lakin hazırki işdə əmanətçinin (qanuni nümayəndəsinin) həmin müddət ərzində müqavilə şərtlərinin dəyişdirilərək, qorunan əmanətlərə uyğunlaşdırılmasına dair tələblə banka müraciət etməsi halı müəyyən edilməmişdir. Müqavilə eyni şərtlərlə, eyni müddətə uzadılmış hesab olunmuşdur. Müqavilənin müddəti uzadılarkən bankda mövcud şərtlər və qaydalara dair sənədlər məhkəmə tərəfindən tələb edilmiş, lakin bank tərəfindən həmin dövrdə İdarə Heyəti və Müşahidə Şurasının qərarlarının olmaması bildirilmişdir. Müqavilə eyni şərtlərlə uzadıldığı üçün əmanət artıq qorunan əmanət hesab olunmamışdır. Çünki müqavilə 2015-ci il tarixdə 12 % şərtilə bağlanmış, 2016-cı ildə yuxarı hədd 3 % müəyyən edilmişdir. Nə qədər ki, əmanət müqaviləsi eyni tarixə uzadılmış hesab olunur, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində nəzərdə tutulan depozitin “cəlb edildiyi gün” müqavilənin eyni tarixə uzadıldığı gün hesab olunur. Əks təqdirdə həmin qanunun 8.1.20-ci maddəsi öz əhəmiyyətini itirmiş olardı. Qanunvericilik əmanətlərin tam sığortalanmış əmanətlər statusuna keçmə anını bu müqavilələrdəki illik faiz dərəcələrinin Əmanətlərin Sığortalanması X1 müəyyən etdiyi illik faiz dərəcəsinə uyğunlaşdırılmasına dair dəyişikliyin edildiyi tarixə bağlamışdır. Müqaviləyə dəyişikliklərin edilməsi isə Mülki Məcəllənin 423.1-ci maddəsində müəyyən edilmiş qaydada buna dair yazılı şəkildə qarşılıqlı razılığın imzalanması yolu ilə edilir. Nəhayət, qorunan əmanət kimi kompensasiya ödənilməsi barədə tələbin Fonda qarşı yönəlməsi üçün əmanət qorunan əmanət olmalı və müqavilə müddəti ərzində sığorta hadisəsi baş verməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, tələb əsassızdır.
4. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlardan görünür ki: - 06 avqust 2015-ci il tarixli, PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsi ilə "xxxx" ASC X5 16000 ABŞ dolları məbləğində pul vəsaitini 36 ay müddətinə, 07 avqust 2018-ci il tarixədək, Azərbaycan Respublikasının vətəndaşı olan X9 xeyrinə AZ25AMRA******************** saylı hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə faizlər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 36 ay müddətinə, 7 avqust 2018-ci il tarixinədək bağlanmışdır;- X9 12 yanvar 2010-cu il təvəllüdlü olmaqla, İddiaçı onun anasıdır;- Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı iddiası qismən təmin edilərək, iddiaçının xeyrinə bağlanmış əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqlarının tanınması, bu müqavilədən irəli gələn bütün hüquqların, o cümlədən əmanətçi hüquqlarının qeydə alınması və rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 11 iyun 2018-ci il qərarı ilə dəyişdirilmədən saxlanılmışdır;- Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X4 və İddiaçı iddiasının qismən təmin edilməsi, "xxxx" ASC ilə X11 və X9 arasında bağlanmış 02 oktyabr 2015-ci il tarixli, 021015/138523/G No-li əmanət girovu müqaviləsinin və "xxxx" ASC ilə X11 və X9 arasında 14 oktyabr 2015-ci il tarixli, 141015/138523/G No-li əmanət girovu müqaviləsinin etibarsız hesab edilməsi, 06 avqust 2015-ci il tarixli “Güvən” əmanət müqaviləsi əsasında X4 xeyrinə açılmış əmanət hesabından "xxxx" ASC tərəfindən 16000 ABŞ dolları məbləğində vəsaitin silinməsinin qanunsuz hesab edilməsi və həmin məbləğin X4 hesabına qaytarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin 22 sentyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 28 iyun 2022-ci il tarixdə icra olunmuşdur;- 30 aprel 2020-ci il tarixdə "xxxx" ASC müflis elan olunmuş və iflas proseduruna başlanmışdır;- İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 09 avqust 2022-ci il tarixli ərizəyə əsasən övladının səhhətinə, həyat yoldaşı rəhmətə getdiyinə, tək ana olduğuna və özü şəhid bacısı olduğuna görə depozitin növbəsiz qaytarılmasını xahiş etmişdir;- Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 14 dekabr 2022-ci il tarixli cavab məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsinə, Nəsimi rayon İcra və Probasiya şöbəsinin 05 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən 28 iyun 2022-ci il tarixdə X4 depozit hesabına qaytarılmış və kreditor tələblərinin reyestrinə daxil edilmişdir. X4 tələbi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir;- İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 01 mart 2023-cü il tarixli ərizəyə əsasən övladı X7 məxsus "xxxx" ASC-də AZ67AMRA******************** nömrəli depozit hesabda olan 16000 ABŞ dolları məbləğində əmanətə görə kompensasiyanın (faizlər də daxil olmaqla) rekvizitləri ərizəyə əlavə olunan bank hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir;- Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 03 aprel 2023-cü il tarixli məktub 14 dekabr 2022-ci il tarixli məktub ilə eyni məzmunda cavablandırılmışdır.
5. İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-6130/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(006)- 2538/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, apellyasiya şikayətinin hüquqi əsası kimi iddiaçı Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10 avqust 2020-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, əmanət müqaviləsinin bağlanma vaxtı həmin müqaviləsi üzrə sonrakı hər hansı hərəkətlərin həyata keçirildiyi, o cümlədən əmanətin miqrasiya edildiyi tarix deyil, ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır və şərtləri dəyişdirilmiş əmanətlər də Qanunun 2.1.2.6-cı maddəsinə uyğun olaraq qorunan əmanətlər hesab edilməlidir. Qərarın nəticəvi hissəsində qeyd olunan bu cümlənin məzmunundan da görünür ki, əmanət müqaviləsinin bağlanma tarixi ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır. Lakin, hazırkı iş üzrə müqavilənin bağlanma anı mübahisə predmeti deyildir, hər 2 tərəf müqavilənin 06 avqust 2015-ci il tarixdə, yəni illik 12 % dərəcəsi ilə banka xarici valyutada qoyulan əmanətin qorunan əmanət olduğu dövrdə bağlandığını mübahisələndirmir. Mübahisənin əsasını o təşkil edir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni 02 mart 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 % müəyyən edilmiş, lakin bu zaman iddiaçı tərəfin (əmanətçinin) müqaviləyə dəyişiklik edilməsi barədə banka müraciət etməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, qanunvericilik əmanətlərin tam sığortalanmış əmanətlər statusuna keçmə anını bu müqavilədəki illik faiz dərəcələrinin Əmanətlərin Sığortalanması X1 müəyyən etdiyi illik faiz dərəcəsinə uyğunlaşdırılmasına dair dəyişikliyin edildiyi tarixə bağlamışdır. Müqaviləyə dəyişikliklərin edilməsi isə Mülki Məcəllənin 423.1-ci maddəsində müəyyən edilmiş qaydada buna dair yazılı şəkildə qarşılıqlı razılığın imzalanması yolu ilə edilir. Lakin tərəflər arasında bu məsələnin tənzimlənməsi ilə bağlı hər hansı bir sənəd mövcud deyildir və bununla bağlı iddiaçının müraciət etməməsi işin mübahisələndirilməyən halını təşkil edir. depozitin faiz dərəcəsi bu növ müqavilələr üçün mühüm şərtdir və bank müqavilənin mühüm şərtini birtərəfli qaydada dəyişməyə səlahiyyətli deyildir. Müqavilənin müddəti bitdikdən sonra müqavilə tərəflərin razılığı ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilərdi. Müddət müqavilənin müvafiq bəndinə əsasən uzadılmışdır və eyni şərtlərlə uzadıldığından artıq depozit məbləği sığortalı hesab oluna bilməzdi. İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)- 6130/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1691/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il i tarixli, 2(103)-6130/2023 nömrəli tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 405.1, 425.1, 425.2; “ Əmanətlərin Sığortalanması Fondu” haqqında Azərbaycan Respublikası Qanununun 2.1.2, 2.1.3, 2.1.11, 2.1.2.6, 8.1.20; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 217.4, 416.1, 416.2, 417.1.3, 418.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları pozulmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının adına banka əmanət yerləşdirilərkən müqavilənin şərtlərinə görə həmin əmanət qorunan əmanət olmuşdur. Müqavilə ilkin olaraq 3 il müddətinə, 07 avqust 2018-ci il tarixədək qoyulmuşdur. Həmçinin müəyyən olunur ki, bu dövrdə, Əmanətlərin Sığortalanması X1 02 mart 2016-cı il tarixli qərarı ilə xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 % müəyyən edilmişdir. Əmanətlərin Sığortalanması X1 01 iyul 2019-cu il tarixli qərarı ilə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyutada 2,5 % müəyyən edilmişdir. "xxxx" ASC bu qərardan sonra - Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə müflis elan edilərək, sığorta hadisəsi baş vermişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Əmanətlərin Sığortalanması Fondunun xarici valyutada qorunan əmanətlərin faiz dərəcəsinin aşağı salınmasına dair qərar qəbul edildiyi tarixdən sonra iddiaçı əmanətinin faiz dərəcəsinin aşağı salınması ilə bağlı müraciət etmədiyindən, sığorta hadisəsi baş verdiyi tarixdə əmanət sığortalı olmamışdır. Apellyasiya məhkəməsi bu mövqe ilə razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 6 iyul 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqaviləsinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əmanətinin Bankda yerləşdiyi tarixdə qüvvədə olmuş “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə əsasən sığortalı əmanət olmasını və müqavilə müddəti bitdiyi tarixədək, Əmanətlərin Sığortalanması X1 qərarının qəbulundan asılı olmadan bu statusunu saxlamasını Konstitusiya Məhkəməsinin Plenumunun 10 avqust 2020-ci il tarixli qərarında ifadə olunmuş mövqeyə uyğun hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə kollegiyasının mövqeyinə görə, əmanət müqaviləsinin müddəti ilkin olaraq 07 avqust 2018-ci il tarixdə bitməsi nəzərə alınmaqla, bu tarixdən sonra iddiaçının X1 həmin zaman qüvvədə olmuş qərarına əsasən yeni şərtlərlə müqavilənin dəyişdirilməsi ilə bağlı Banka müraciət etməli olmasına dair apellyasiya şikayətinin mövqeyi ilə razılaşmaq olardı. Lakin, hazırki iş üzrə nəzərə alınmalıdır ki, iş materiallarına əsasən müqavilə müddəti bitmədən artıq iddiaçı və "xxxx" ASC arasında məhkəmə mübahisələrinə başlanılmış və hazırki qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd olunan məhkəmə aktları qəbul olunmuşdur. Həmin işlər üzrə yekun məhkəmə aktı - Ali Məhkəmənin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarı qəbul edilərkən, bank artıq müflis elan olunmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçı hələ müqavilənin qüvvədə olduğu müddətdə əmanətə hüquqlarının təsbit edilməsi ilə bağlı "xxxx" ASC-yə qarşı məhkəmədə iddialar qaldırmış, iddiaları qismən təmin olunmuş və son nəticədə əmanəti hazırki cavabdeh tərəfindən 28 iyun 2022-ci il tarixdə iddiaçının depozit hesabına qaytarılmışdır. Belə olan halda, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış hesab oluna bilməz. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının müqavilə şərtlərinin dəyişməklə əmanətin sığortalı statusuna gətirilməsi ilə bağlı banka müraciət etməsinin mümkünlüyünü araşdırılmamış, iddiaçının əmanətinə çatımlılığının məhdudlaşdırılması və buna təqsirin kimin üzərinə düşməsi, o cümlədən 30 aprel 2020-ci il tarixdən əmanət depozit hesabına bərpa edildiyi 28 iyun 2022-ci il tarixədək bankın ləğv prosesində olmaqla, bütün hərəkətlərinə görə məsuliyyətini ləğvedicisi olan hazırki cavabdehin üzərinə düşməsi nəzərə alınmamış, bu halların nöqteyinəzərdən iddiaçının hazırda əmanətinin kompensasiyasını tələb etmək hüququna qiymət verilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
8. İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı qətnamədən apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsini düzgün təfsir etməmiş və həmin normanı işin hallarına səhv tətbiq etmişdir. Əmanətin “cəlb edilmə anı” düzgün müəyyənləşdirilməmişdir. Belə ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, əmanət müqaviləsi eyni tarixə uzadıldığından “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində nəzərdə tutulan depozitin “cəlb edildiyi gün” müqavilənin uzadıldığı gün hesab olunur. Əks halda, qeyd edilən Qanunun 8.1.20-ci maddəsi (qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi müəyyən edilir) əhəmiyyətini itirmiş olardı. Halbuki, əmanətin cəlb edilmə anı müqavilənin uzadıldığı tarix deyil, müqavilənin bağlandığı tarixdir. Belə ki, Mülki Məcəllənin 944.1-ci maddəsinin məzmununa əsasən “əmanətin cəlb edilməsi” dedikdə əmanətin banka daxil olması, başqa sözlə, əmanət qoyan tərəfindən vəsaitin banka təqdim edilməsi başa düşülür. Yəni həmin maddəyə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10 avqust 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyindən də görünür ki, Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, əmanət müqaviləsinin bağlanma vaxtı həmin müqaviləsi üzrə sonrakı hər hansı hərəkətlərin həyata keçirildiyi, o cümlədən əmanətin miqrasiya edildiyi tarix deyil, ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır və şərtləri dəyişdirilmiş əmanətlər də Qanunun 2.1.2.6-cı maddəsinə uyğun olaraq qorunan əmanətlər hesab edilməlidir. Qeyd edilməlidir ki, müqavilə şərtlərinə və xarakterinə əsasən əmanətin cəlb edilməsi (banka təqdim edilməsi) və geri qaytarılması prosesi bir dəfə baş verir. Faizlərin ödənilməsi isə müqavilənin qüvvədə olduğu müddətdə davam edir. Yəni, 2018-ci ildə müqavilənin müddətinin uzadılması bank tərəfindən faizlərin ödənilməsinin davam etdirilməsinə əsas olmuşdur. 06 avqust 2018-ci tarixdə əmanət qoyan tərəfindən vəsaitin yenidən banka təqdim edilməsi (cəlb edilməsi) baş verməmiş, həmin tarixdə baş verən hadisə (müqavilənin uzadılması) əmanət üzrə faizlərin ödənilməyə davam edilməsi ilə nəticələnmişdir. Bu baxımdan əmanətin cəlb edildiyi tarix bank hesabına vəsaitin mədaxil edildiyi 06 avqust 2015-ci il tarixdir, müqavilənin uzadıldığı 06 avqust 2018-ci il tarix isə əmanətin cəlb edilməsi tarixi hesab edilə bilməz. Məhkəmə tərəfindən əmanətin “cəlb edilmə anı” düzgün müəyyənləşdirilmədiyindən əsassız və qanunsuz olaraq əmanət və onun faizləri qorunan əmanət hesab edilməmiş və kompensasiya tələbi təmin edilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankından mütəxəssis cəlb edilməklə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
10. Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssis tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, hazırkı araşdırma tarixinə ( xx.xx.2024-cü il) X4 qorunan əmanətinin məbləği 16000,00 ABŞ dolları və sığorta hadisəsi baş verən xx.xx.2024-cü il tarixədək qüvvədə olan qorunan əmanətlər üzrə tətbiq olunan faiz dərəcələri ilə ( müqavilə bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 3 %, xx.xx.2019-cu ildən sığorta hadisəsi baş verən xx.xx.2020-ci il tarixədək illik 2,5 %) ümumilikdə hesablanmış 759, 56 ABŞ dolları məbləğində faiz məbləği təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PTD.233773.001 saylı “Güvən” əmanət müqaviləsi üzrə Mərkəzi Bankın mütəxəssisi X8 mütəxəssis rəyində göstərilənlər və iş materialları nəzərə alınmaqla X4 xx.xx.2020-ci il tarixə əmanətinin məbləği 16.000,00 ABŞ dolları məbləğində və həmin əmanətə hesablanmış faiz 760, 67 ABŞ dolları məbləğində müəyyən edilir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil ekspert rəyi ilə qismən razı olduğunu belə ki, əmanətin qorunan əmanət olaraq hesab edilməsi hissəsində rəylə razı olduğunu, lakin məbləğin illik 12 faizlə hesablanmalı olduğunu bildirmiş, apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etmişdir.
13. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən (iddiaçı nın apellyasiya şikayətinə aid) hissədə yenidən yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 , 77, 80-82, 106.2, 119, 217.4-cü maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.944.2. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. 945.1. Pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəyə (lisenziyaya) uyğun olaraq buna hüququ çatan banklar və poçt rabitəsinin milli operatoru malikdirlər. 945.2. Hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır. 945.3. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, bu Məcəllənin 945.2-ci maddəsində nəzərdə tutulmuş nəticələr aşağıdakı hallarda da tətbiq olunur:945.3.1. fiziki və hüquqi şəxslərin pul vəsaiti onlara buraxılması qanunsuz sayılmış səhmlər və digər qiymətli kağızlar satmaq yolu ilə cəlb olunduqda;945.3.2. fiziki şəxslərin pul vəsaiti əmanət sahiblərinin əmanəti ilk tələb üzrə almasını və bu Məcəllənin bu fəslinin qaydalarında nəzərdə tutulmuş digər hüquqları həyata keçirməsini istisna edən veksellər və ya başqa qiymətli kağızlar müqabilində əmanətlərə cəlb olunduqda.946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. 946.2. Bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsi bu müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsizdir.947.1. Bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Müqavilədə əmanətlərin qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə də qoyulması nəzərdə tutula bilər.947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. 947.3. Tələbli əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət müddət qurtaranadək və ya bank əmanəti müqaviləsində göstərilmiş ayrı hallar baş verənədək əmanətçinin tələbi ilə ona qaytarıldıqda əmanət üzrə faizlər bankın tələbli əmanətlər üzrə ödədiyi faizlərin miqdarına uyğun miqdarda ödənilir, bu şərtlə ki, müqavilədə faizlərin ayrı miqdarı nəzərdə tutulmasın.947.4. Əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə qoyulmuş əmanətin məbləğini müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir.948.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bankın tələbli əmanətlər üçün ödənilən faizlərin miqdarını dəyişməyə ixtiyarı vardır. Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə məlumat verilənədək qoyulmuş əmanətlərə həmin məlumatın verildiyi andan bir ay keçəndən sonra tətbiq olunur, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.948.3. Fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz.949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir.950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. 950.2. Bank tərəfindən hüquqi şəxslərin əmanətlərinin qaytarılması üsulları bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilir.950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir.950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əmanətçinin əmanət üzrə hesabına dair lazımi məlumat göstərilməklə banka onun adına üçüncü şəxslərdən daxil olmuş pul vəsaiti əmanət üzrə hesaba daxil edilir. Həm də nəzərdə tutulur ki, əmanətçi həmin şəxslərdən pul vəsaiti almağa razılığını ifadə edərək, onlara əmanət üzrə hesaba dair lazımi məlumat vermişdir.952.1. Əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin bağlandığı vaxt sağ olmayan fiziki şəxsin və ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi əhəmiyyətsizdir.952.2. Bank əmanəti müqaviləsi bağlamış şəxs onun əmanət üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində əmanətçi hüquqlarından üçüncü şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini bildirənədək istifadə edə bilər.952.3. Üçüncü şəxsin xeyrinə müqavilə haqqında qaydalar üçüncü şəxsin xeyrinə bank əmanəti müqaviləsinə bu şərtlə tətbiq edilir ki, belə tətbiq bu maddənin qaydalarına və bank əmanətinin mahiyyətinə zidd olmasın. 17.“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir
18. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişlərini, iş üzrə keçirilmiş mütəxəssis və ekspert rəyinin mötəbərliyini nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ekspert rəyinə müvafiq iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı 16000 ABŞ dolları Əmanət və həmin Əmanətə görə hesablanmış 760, 67 ABŞ dolları faiz vəsaitin qorunan əmanət hesab edilməli və həmin pulun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,92 manat pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçı X4 İddiaçı ödənilməlidir. Belə ki, müvafiq rəylər ilə qeyd edilən depozit sığortalanmış (qorunan) hesab edilmiş və zamanında Bankla olan mübahisə nəticəsində iddia tərəfi qeyd edilən depozitə sahiblənə bilməmiş və sonradan sığorta hadisəsi baş vermişdir.
19. Kollegiya hesab edir ki, dövlət rüsumunun ödənilməsi ilə bağlı məhkəmə xərcləri və iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2538/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X4 qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı 16000 ABŞ dolları əmanət və həmin əmanətə görə hesablanmış 3200 ABŞ dolları faizlər olmaqla, cəmi 19200 ABŞ dolları vəsaitin qorunan əmanət hesab edilməsi və həmin 19200 ABŞ dolları pulun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,92 manat pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi barədə iddiası qismən təmin edilsin. "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PTD.233773.001 saylı “Güvən” əmanət müqaviləsi üzrə X4 adına 16000 ABŞ dolları məbləğində olan Əmanət və həmin Əmanətə görə hesablanmış 760, 67 ABŞ dolları faiz vəsait qorunan əmanət hesab edilsin, cəmi 16760,67 ( on altı min yeddi yüz altmış manat, altmış yeddi qəpik) ABŞ dolları pul, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 ( iki yüz ) manat pul, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,92 (yüz səksən yeddi manat, doxsan iki qəpik) manat pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçı X4 qanuni nümayəndəsi İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspert tədqiqatının dəyəri olan 200 ( yüz) manat məbləğində pul vəsaiti cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.