Məhkəmə qərarları › İş №2(103)-3140/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3140/2021

03.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3140/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştrakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən çıxarılmağı barəsində əmrinin ləğv edilməsi, Cavabdeh MMC-də onun işə bərpa edilməyi və həmin müddətin əmək stajına aid edilməsi, 2002-ci ilin iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi, işdən azad edilməyi ilə əlaqədar ona vurulmuş 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də işlədiyi 17 il ərzində o, heç bir üzrsüz işburaxma, hər hansı töhmət olmamışdır. O, işinə qarşı çox məsuliyyətli, intizamlı olmuş və dəfələrlə pul mükafatları da almışdır. xx xxxx 2020-ci il tarixdə iddiaçı və digər işçiləri «X2» MMC-yə dəvət edərək, «X2» MMC-də iş həcminin azaldılması ilə əlaqədar olaraq müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alındığını, heç bir vakansiya iş yerinin mövcud olmadığını, Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunduqları, əmək stajının 10 ildən çox olduğu üçün Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, 9 təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulduğundan, onunla bağlanmış Əmək müqaviləsinin xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən ləğv ediləcəyini, əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması ilə əlaqədar əmək funksiyalarının icrasından azad edilməyi barədə xəbərdar edərək, ərizə yazmağı təklif etdilər. O bu təkliflə razılaşmamış və bu günə qədər də razı deyil. İddiaçı Cavabdeh MMC-də 17 il vicdanla çalışmışdır. Hazırda hər hansı bir yerdə iş tapmaq da çox çətindir və o, ailəlidir, himayəsində yaşlı valideynləri, iki uşağı var, o, işləyib ailəsini dolandırmağa məcburdur. Ailədə işləyən təkcə iddiaçıdır. xx xxxx 2020-ci il tarixdə iddiaçı və Cavabdeh MMC-nin 4 nəfər işçiləri - Əliyev Elçin, Əliyev Nadir, Ağayev Babacan və Əmirov Sahil Cavabdeh MMC-nin rəhbəri Məmmədov Rasimə teleqram vuraraq, xx xxxxx 2020-ci il tarixdən bu günə qədər işlədikləri Cavabdeh MMC-yə buraxılmadıqları, əmək haqqının əmək müqaviləsinə əsasən tam şəkildə ödənilmədiyini qeyd edərək, iş rejiminə əmək müqaviləsinə uyğun olaraq yaradılan maneələri aradan qaldırmaqla üzərinə düşən əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması barədə Müraciət etmiş və xx xxxx 2020-ci il tarixdə Cavabdeh MMC-nin xəbərdarlıq məktubunu almışdır. Hesab edir ki, «X2» MMC-nin onun işdən çıxarılmağı barədə əmri ləğv edilməli, Cavabdeh MMC-də işə bərpa edilməli və həmin müddət əmək stajıma aid edilməli, 2002- ci ilin iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqım hesablanaraq ona ödənilməli, işdən azad edilməyi ilə əlaqədar ona vurulmuş 10.000 manat məbləğində mənəvi ziyan ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, Dünyanı bürüyən COVtD-19 pandemiyası Azərbaycandan, o cümlədən Baku Steel-dən yan keçməmişdir. Baku Steel daha çox ixrac yönümlü müəssisə olduğundan artıq 2020-ci ilin yanvar ayından xarici sifarişləri azalmağa başlamış və ölkəmizdə mart ayından başlayraq karantin rejiminin tətbiq edilməsi ilə müəssisənin fəaliyyəti demək olar ki dayanmışdır. Baku Steel məcburiyyət qarşısında qalaraq aprel ayından başlayaraq fəlaiyytənin zəifləməsi səbəbi ilə müəssisənin hesabına işçilərinə 2/3 əmək haqqı ödənilməklə boşdayanma elan etmişdir. Ölkədə davam edən pandemiya və karantir. rejiminin bu gün də davam etməsi səbəbindən və işçilərin yoluxmasının qarşısını almaq üçün cövlətimizin tələb və tövsiyyələrinə əməl edərək Baku Steel öz işlərinin işə gəlməməyi və evdə qalmaları tövsiyyə olunmuş, əvəzində Baku Steel əmək haqqlarının 2/3 ödəmişdir. Qeyd edilən digər yüzlərlə işçilərdən biri də İddiaçı olmuşdur. Baku Steel tərəfindən boşdayanma təkcə iddiaçı barəsində deyil, müəssisədə işləyən digər işçiləri də əhatə etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 13/i №-li əmrinə əsasən müəssisədə iş həcminin azalması ilə əlaqədar iş bölgüsünün daha səmərəli paylanmasını təmin etmək məqsədi ilə şöbələrdə işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsinə ehtiyac yaranmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilən işçilərin siyahısı müəyyən edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, ixtisar edilməsi nəzərdə tutulan işçilər rəsmi xəbərdar edilmişdir. (əmrə əlavə edilmiş siyahı, 11№-li İddiaçı). Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 47/k №-li əmrinə əsasən xüsusi karantin rejiminin tətbiqi nəticəsində xammal yığımının, habelə məhsul satışının kəskin azalması, istehsalın, müəssisənin fəaliyyətinin, işin normal ahənginin pozulması, bunların bərpasının işlərinin hələlik nəticə verməməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə, 169 maddəsinə əsasən Şirkətin aşağıda adları qeyd olunan işçiləri haqqında tarif maaşlarının üçdə iki hissəsi ödənilmək şərti ilə boşdayanma elan edilmişdir. (əmrə əlavə edilmiş siyahı, 10 №-li İddiaçı) Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 70/k №-li əmrinə əsasən xüsusi karantin rejiminin tətbiqi nəticəsində xammal yığımının, habelə məhsul satışının kəskin azalması, istehsalın, müəssisənin fəaliyyətinin, işin normal ahənginin pozulması, bunların bərpasının işlərinin hələlik nəticə verməməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə, 169 maddəsinə əsasən Şirkətin aşağıda adları qeyd olunan işçiləri haqqında tarif maaşlarının üçdə iki hissəsi ödənilmək şərti ilə boşdayanma elan edilmişdir. (əmrə əlavə edilmiş siyahı, 41 №-li İddiaçı) Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 85/k №-li əmrinə əsasən xüsusi karantin rejiminin tətbiqi nəticəsində xammal yığımının, habelə məhsul satışının kəskin azalması, istehsalın, müəssisənin fəaliyyətinin, işin normal ahənginin pozulması, bunların bərpasının işlərinin hələlik nəticə verməməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə, 169 maddəsinə əsasən Şirkətin aşağıda adları qeyd olunan işçiləri haqqında tarif maaşlarının üçdə iki hissəsi ödənilmək şərti ilə boşdayanma elan edilmişdir. (əmrə əlavə edilmiş siyahı, 56 №-li İddiaçı) Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 98A/k №-li əmrinə əsasən xüsusi karantin rejiminin tətbiqi nəticəsində xammal yığımının, habelə məhsul satışının kəskin azalması, istehsalın, müəssisənin fəaliyyətinin, işin normal ahənginin pozulması, bunların bərpasının işlərinin hələlik nəticə verməməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə, 169 maddəsinə əsasən Şirkətin aşağıda adları qeyd olunan işçiləri haqqında tarif maaşlarının üçdə iki hissəsi ödənilmək şərti ilə boşdayanma elan edilmişdir. (əmrə əlavə edilmiş siyahı, 17 №-li İddiaçı) İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 213/k saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı yayma sexinin yayıcısının (K3) Əmək müqaviləsi xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, SM/116 saylı məktubundan görünür ki, Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət edərək, müəssisədə iş həcminin azalması ilə əlaqədar iş bölgüsünün daha səmərəli paylanmasını təmin etmək məqəsədi ilə şöbələrdə işçilərin sayının azaldılmasına ehtiyac yaranmışdır və xx xxxx 2020-ci il tarixli 08/i №-li əmrə əsaslanaraq siyahıda adları qeyd edilən işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Əmək müqavilələrinin ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir. (ixtisar edilən işçilərin siyahısı, 36 №-li İddiaçı) Cavabdeh MMC-nin işçilərinin X1 İcraiyyə Komitəsinin iclasının xx.xx.2020-ci il tarixli protokoluna əsasən İddiaçı ixtisar edilməsinə və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. İş materiallarında olan "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialının “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Süleyman Məmmədova ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli 1139 nömrəli məktubunun məzmunundan görünür ki, “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı əmək haqqı kart hesabına 2020-ci il iyun ayında 657,77 manat, iyul ayında 707,48 manat, avqust ayında 959,37 manat məbləğində vəsait köçürülmüşdür Aşağıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən cavabdeh Şirkət tərəfindən qanunvericiliyin hər hansı pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinə görə isə, “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə: 1) orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 2) işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”. İş materiallarından aydın olur ki, cavabdeh Şirkətin xx.xx.2020-ci il tarixli əmri əsasında müəssisədə iş həcminin azalması ilə əlaqədar iş bölgüsünün daha səmərəli paylanmasını təmin etmək məqsədi ilə şöbələrdə işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsinə ehtiyac yaranmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilən işçilərin siyahısı müəyyən edilmiş, bununla əlaqədar xx.xx.2017-ci il tarixində iddiaçıya onun əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya iddia tələbi üzrə iddiaçının 2020-ci ilin iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı sübuta yetir ki, “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı əmək haqqı kart hesabına 2020-ci il iyun ayında 657,77 manat, iyul ayında 707,48 manat, avqust ayında 959,37 manat məbləğində vəsait köçürülmüşdür. İddiaçının qeyd etdiyi digər hallar isə sübuta yetirilməmiş, bununla bağlı sübutlar təqdim edilməmişdir. Kollegiya iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” hissələrindən törəmə tələb olduğundan və həmin tələblər təmin edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərər hissəsi də təmin etməməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar