Məhkəmə qərarları › İş №2(103)-3142/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3142/2021

21.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3142/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3795/2020 nömrəli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi maraqlı şəxs qismndə Maraqlı şəxs göstərməklə məhkəməyə müraciət edərək, X4 miras qalan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7, 19 nömrəli mənzili (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 53, M1, mənzil 1) üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü hesab edilməsinə və həmin əmlak üzrə ona vərəsəlik şəhadətnaməsinin verilməsini 1 saylı “ASAN Xidmət” X11 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3795/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin olunması barədən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X9 özünə məxsus bütün əmlakları (harada olmasından asılı olmayaraq), o cümlədən Bakı şəhəri, Xuluflu küçəsi, ev 7, 19 nömrəli mənzili 2006-cı ildə Ərizəçi vəsiyyət edib. Vəsiyyətnamə verəndən 12 il sonra X9 xx xxxx 2018-ci il tarixdə ölmüşdür. Lakin qardaşı X7 tərəfindən Ərizəçi və 9 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi tələbinə dair” iddia qaldıraraq xx.xx.2018-ci ildə ölən bacısı - X9 tərəfindən cavabdeh - Ərizəçi verilmiş xx xxxxxx 2006-cı il tarixli Vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi , ev 7, mənzil 19 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilə X5 miras əmlakı üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2929/2019 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdehlər Ərizəçi və 9 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. X1 vəsiyyət etdiyi əmlakı ölümündən sonra faktiki olaraq qəbul etmişdir. Qətnamə qanuni qüvvəsini alandan sonra Ərizəçi tərəfindən 1 saylı Bakı “ASAN XİDMƏT” X12 vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət olunmuşdur. Lakin 1 saylı Bakı “ASAN Xidmət” X14 tərəfindən vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyü üçün imtina edilərək ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi göstərilmişdir. Halbuki, miras əmlak tərəfindən faktiki qəbul edilmiş və hal-hazıradək də onun istifadəsindədir. Lakin məhkəmə bu halları nəzərə almamışdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyi şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Ərizəçi miras qoyanın ölümündən əvvəl Rusiyaya gedib, ölümündən 6 ay sonra isə qayıdıb. Faktiki olaraq mirası qəbul edib, lakin xəstələri olduğu üçün təcili getmək məcburiyyətində qalıb. Sonra da məhkəmə mübahisələri başlayıb. Mərhumun başqa vərəsəsi yoxdur. Vərəsə ancaq ərizəçidir və ölkəyə gələndə həmin evdə qalır. Ərizəçi miras qoyanın qardaşı ilə mirasla bağlı razılaşıblar. İşə baxılması vaxtı və yeri haqqında maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işdən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 7 nömrəli evin 19 nömrəli mənzili (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 53, M1, mənzil 1) X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi xx.xx.2019-cu il tarixli 05/01-2-54/13 nömrəli məktubla ərizəçiyə bildirmişdir ki, Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda xx xxxxxx 2006-cı il tarixdə 2V-1/01 reyester nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının verilməsi barədə müraciətə baxılmış və qeyd olunan vəsiyyətnamənin xx.xx.2019-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. xx.xx.2006-cı il tarixli vəsiyyətnamə ilə X8 Bakı şəhəri, Xuluflu küçəsi, ev 7, 19 nömrəli mənzili Ərizəçi vəsiyyət etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(005)-2929/2019 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Ərizəçi və 9 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X14nin xx xxxxxx 2020-ci il tarixli 89 nömrəli ərizəçiyə cavab məktubunda göstərilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 adına xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılmış, təqdim olunan sənədlər araşdırlmış və müəyyən edilmişdir ki, iddiaçının vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, hazırki iddia ilə iddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etsə də bu müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair sübutlar təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Ərizəçinin, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni ərizənin təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, ərizənin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdur. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi, Ərizəçi özünü ərizəçi, Maraqlı şəxs qismndə göstərməklə məhkəməyə müraciət etsə də birinci instansiya məhkəməsi ərizəçini iddiaçı, maraqlı şəxsi isə cavabdeh kimi göstərməklə faktiki olaraq işə maraqlı şəxslər arasında hüquqa dair mübahisə olmasada iddia icraatı qaydasında baxmış və düzgün olmayan nəticəyə gəlmişdir. Bununla da, MPM-in 305.1.8-ci maddəsinin tələblərini pozmuşdur. İkincisi, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 33/454 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2014 çıxış, xx.xx.2017 giriş, xx.xx.2017 çıxış, xx.xx.2019 giriş, xx.xx.2019 çıxış, xx.xx.2019 giriş, xx.xx.2019 çıxış, xx.xx.2019 giriş, xx.xx.2019 çıxış, xx.xx.2019 giriş, xx.xx.2019 çıxış, xx.xx.2019 giriş, xx.xx.2019 çıxış. Göründüyü kimi, ərizəçinin miras qoyan öldüyü və mirasın açıldığı vaxt ölkə ərazisində olmadığı, yalnız xx.xx.2019-cu il tarixdə qayıtdığı, bundan sonra da qısa fasilələrlə ölkədən çıxdığı və qayıtdığı müəyyən olunur. Üçüncüsü, Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Maraqlı şəxs ərizəçinin vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyü qənaətinə gəlsə də, əvvəla, yuxarıda qeyd olunduğu kimi bu müddət üzrlü səbəbdən ötürülmüşdür. İkincisi, ərizəçinin miras qoyanın qardaşı ilə məhkəmə mübahisəsinin olması da üzrlü hal hesab edilməlidir. Çünki, məhkəmə mübahisəsinin predmeti elə vəsiyyətnamənin etibarsızlığı olmuş, lakin iddia rədd edilmişdir. Bunlarla yanaşı, ərizəçinin ölkə ərazisində olarkən miras mənzildə yaşaması da açıq-aşkar təkzib olunmur. Buna görə də, bu halda mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılmasını şərtləndirir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Ərizəçi apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ərizə təmin edilməli, mərhum X4 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7, 19 nömrəli mənzilə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 53, M1, mənzil 1) dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzrlü hesab edilməli və uzadılmalı, həmin mənzilə dair Ərizəçi vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi 1 saylı “ASAN Xidmət” X11 həvalə edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Ərizəçi Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3795/2020 nömrəli qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. Mərhum X4 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7, 19 nömrəli mənzilə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 53, M1, mənzil 1) dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzrlü hesab edilsin və uzadılsın. Həmin mənzilə dair Ərizəçi vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi 1 saylı “ASAN Xidmət” X11 həvalə edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar