Məhkəmə qərarları › İş №2(103)-3154/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3154/2022

04.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3154/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X3 ibarət tərkibdə, X1 Səbail Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli, 2(009)- 2325/2021 saylı qərardadından verdiyi şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli, 2(009)-2325/2021 saylı qərardadına əsasən, Bakı şəhər Səbail rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(009)-2325/2021 saylı qətnaməsi X1 hər hansı hüquq və vəzifələrinə toxunmadığından onun tərəfindən həmin qətnamədən verilən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan X5 09.03.2022-ci il tarixdə şikayət verərək onun ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(001)-2325/2022 nömrəli iş üzrə qəbul etdiyi 10 mart 2022-ci il tarixli qərardadı ilə şikayət rədd olunmuş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayəti iş materialları ilə birgə yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Belə ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(009)- 2325/2021 saylı qətnaməsinin onun maraqlarına toxunma əsası kimi Badamdar qəsəsbəsi, bağlar ərazisindəki, 2-ci yaşayış massivi, bağlar döngəsi 14 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi olmuş V.V.Puqaçovadan alqısatqı yolu ilə atası X6 tərəfindən almasını, məhkəmə qətnamələri ilə alqı-satqı müqaviləsinin ləğv edilməsini bununla da həmin torpaq sahəsi ilə bağlı qəbul edilən məhkəmənin yekun aktının hüquq varisi kimi onun mənafeyinə toxunduğunu göstərmişdir. Kollegiya qeyd edir ki, iş Səbail rayon Məhkəməsinin icraatında olarkən K.Ş.Şabanov onu maraqlarına toxunan şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir.Səbail rayon Məhkəməsinin 05 oktaybr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında vəsatətin məhkəmə tərəfindən qəbul edilməsinin mümkünsüzlüyü bildirilərək və AR MPM-nin 57-ci maddəsinin tələbləri izah edilərək vəstatət və ona əlavə edilmiş sənədlər K.Şabanova qaytarılmışdır. Məhkəmə apellyasiya şikayətinin verilməsinə əsas kimi şikayətçinin gətirdiyi dəlilləri üzrə aşağıdakıları qeyd edir. İş materiallarında olan iddiaçı X2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(103)-2070/2021 saylı qətnaməsinin əsaslandırıcı hissəsində onun mübahisəli torpaq sahəsinin istifadə hüququnun olmaması və belə bir tələblə iddia qaldırmağa subyektiv hüququnun olmaması göstərilmişdir. Mülki-prosessual qanunveriliyin tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən qaldırılan iddia tələbində torpaq sahəsinin onların mülkiyyətində olması və bu səbəbdən qanunsuz zəbt olunmuş torpaq sahəsinin cavabdeh tərəfindən geri qaytarılması barədə qətnamə qəbul edilməsi göstərilmişdir. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən halları nəzərə alaraq hesab edir ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(009)-2325/2021 saylı qətnaməsi X2 hüquqi varisi kimi X1 hər hansı maraqlarına toxunmur və bu səbəbdən onun həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli, 2(009)- 2325/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar