Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3155/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehlərin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh1nə, Cavabdeh3 və X1 qarşı "pul tələbi"nə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)- 3509/2020 nömrəli qətnaməsindən X3 və "Cavabdeh1" MMC-nin nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Quliyev X12 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə 10.000 (on min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müşətərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı vasitəçiliyi ilə X6 ilə Cavabdeh1 MMC arasında imzalanmış 01 iyun 2017- ci il tarixli müqaviləyə əsasən birinci tərəfindən borc olaraq cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 10 000 (on min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği 2 ildən az olmamaq şərti ilə MMC-yə verilmiş, həmin məbləğ MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq MMC hər ayın 20-si tarixinədək iddiaçıya 200 (iki yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi (indiki halda iddiaçı) tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Lakin, MMC tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Bundan sonra X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-dən iddiaçı X2 xeyrinə ümumilikdə 15.000 (on beş min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmiş və iddiaçının xeyrinə ümumilikdə 15.000 (on beş min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3715/2019 saylı, 15.11.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İşə baxan məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, “Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə çıxarılmış 24 aprel 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2016-cı ilin fevral-mart aylarında şərikli iş qurmaq üçün Yasamal rayonu ərazisində müxtəlif yerlərdə və vaxtlarda Cavabdeh2 adlı şəxs onun etibarından sui-istifadə edərək 260000 (iki yüz altmış min) ABŞ dolları məbləğində pul vəsaitini mənimsədiyini bildirmişdir. Müvafiq ərizə araşdırılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. Aparılmış araşdırma zaman X2 verdiyi izahatından müəyyən olunmuşdur ki, o rəfiqəsi Ziniyət Hüseynovanın qardaşı Zaura rəfiqəsi vasitəsi ilə 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaitini sonuncunun tanışı Cavabdeh2 verməsi və müvafiq müqavilənin bağlanması üçün vermişdir. Sonradan Cavabdeh2 vədinə əməl etmədiyindən İddiaçı pullarını geri tələb etmişdir. Zaur da öz növbəsində 10.000 (on min) ABS dolları məbləğində pul vəsaitini ona qavtarmısdır. Göründüyü kimi müvafiq pul vəsaiti ilkin iddiaçı şəxsə qaytarılmış, qaytarılmış pul vəsaitinin yenidən və hesablanmış faizlərlə geri tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçı şəxs haqlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı şəxs tərəfindən tələb edilən pul vəsaitinin ona qaytarılması müəyyən edildiyindən, iddia təmin edilməməlidir. L.Rəhimova tərəfindən Nərimanov rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq təmin edilməmişdir. L.Rəhimova ilə cavabdehlər arasında münasibətlərin qurulmasında İddiaçı vasitəçi olmuş və L.Rəhimova öz vəsaitini cavabdehlərə məhz iddiaçının vasitəsi ilə çatdırmışdır ki, bu da cavabdehlərdən Cavabdeh2 həm Nərimanov rayon məhkəməsində verdiyi izahatında, həm də Yasamal Rayon Polis İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 aprel 2019-cu il tarixli qərarındakı ifadələrində öz təsdiqini tapmışdır. Belə ki, Yasamal Rayon Polis İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, Cavabdeh1 MMC qeyri-rəsmi olsa da, reallıqda özünə məxsusdur, lakin həmin MMC 2005-ci ildə dövlət qeydiyyatından keçərkən onu tanışı və həmin vaxtlar mühasib kimi ona köməklik edən X7 adna rəsmiləşdirilmişdir... Bundan sonra isə 2008-ci ildə o həmin MMC R.Xəlilovun adından rəsmi qaydada öz anası Cavabdeh3 adına keçirmiş və bununla bağlı MMC-ni Vergi orqanlarından yenidən qeydiyyatdan keçirərək MMC-nin 100%-i anası Cavabdeh3 adına rəsmiləşdirilmiş və həmçinin MMC-nin direktoru kimi X4 təyin olunmuşdur. Rəsmi sənədlərə uyğun olaraq onun həmin MMC-yə hüquqi əsaslarla isə heç bir aidiyyəti yoxdur. 2016-cı ilin mart ayında İddiaçı öz bacısı Z.Hüseynovanın rəfiqəsi X2 10.000 ABŞ dolları miqdarında pul vermək istəyi barədə bildirmiş və o da, həmin pulları MMC-nin işləri ilə bağlı dövriyyəyə buraxacağı təqdirdə əvəzində hər ay üçün 330 ABŞ dolları miqdarında qazancı L.Rəhimovaya verə biləcəyini bildirmişdir. İddiaçı onun sözlərini L.Rəhimovaya çatdırıb və sonuncu da razılaşdığı üçün İddiaçı vasitəsi ilə həmin pulları ona göndərmiş, lakin İddiaçı bu kimi vasitəçiliyinə görə əlavə qazanc əldə etmək istədiyi üçün ondan xahiş etmişdir ki, L.Rəhimova ilə bağlayacağı müqaviləyə qazanc kimi ödəniləcək, pulun miqdarı 330 deyil, 200 ABŞ dolları kimi qeyd etsin ki, o da, yəni İddiaçı bu yolla da 130 ABŞ dolları xeyir götürə bilsin. L.Rəhimova həmin pulları verməmişdən əvvəl və özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini İddiaçı vasitəsi ilə ona göndərmişdir və 2016-cı ilin mart ayında, dəqiq günü xatırlamadığı gündə onunla Cavabdeh1 MMC-nin aralarında 10.000 ABŞ dollarına aid olan müqaviləni tərtib edib, İddiaçı vasitəsi ilə L.Rəhimovaya göndrmişdir və sonuncuda həmin müqaviləni imzalayaraq 10.000 ABŞ dolları ilə birlikdə həmin müqavilənin bir nüsxəsini İddiaçı vasitəsi ilə ona geri qaytarmışdır. O, L.Rəhimovanın adına müqaviləni tərtib edərkən onun üzərində bağlanma tarixini 01.06.2017-ci il pulların verilmə tarixini 30.05.2017-ci il kimi mexaniki səhv ucbatından düzgün yazmamışdır. Eyni olaraq həmin müqavilə bağlandığı 2016-cı ilin mart ayında anası Cavabdeh3 xəstə olduğu üçün onu narahat etməmək məqsədi ilə L.Rəhimova ilə bağlanmış müqaviləni də anasının əvəzinə özü imzalayaraq MMC-nin möhürü ilə təsdiq etmişdir. Bu kimi ödənişlər təxminən 6 ay davam edəndən sonra İddiaçı bildirmişdir ki, L.Rəhimova onun bacısı və özü ilə mübahisə yaradaraq pullarını geri tələb etməyə başlamış və buna görə də o, yəni İddiaçı xəbər vermədən özü öz hesabına L.Rəhimovaya 10.000 ABŞ dollarını geri qaytarmışdır. Bununla da, İddiaçı ona bu barədə məlumat verməklə L.Rəhimovanın ona vermiş olduğu 10.000 ABS dollarını İddiaçı pulları kimi hesab etməsini xahiş etmişdi. Yuxarıda qeyd edilənlərdən və L.Rəhimovanın iddia tələbi üzrə Nərimanov rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin araşdırmalarından da göründüyü kimi L.Rəhimovanın İddiaçı vasitəsilə Cavabdeh1 MMCyə vermiş olduğu vəsait daha sonra İddiaçı tərəfindən L.Rəhimovaya qaytarılmışdır ki, bu faktın özü də cavabdehlərdən Cavabdeh2 ifadə və izahatlarında təsdiq edilmişdir. Bu səbəbdən də müqavilə əsasında Cavabdeh1 MMC-yə həmin MMC-nin faktiki sahibi, hazırki iş üzrə Cavabdeh2 vasitəsilə verilmiş 10.000 ABŞ dolları məbləğindəki vəsait cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır. Belə ki, cavabdehlərdən Cavabdeh2 həm məhkəmədə, həm də Yasamal rayon Polis İdarəsində verdiyi izahatından da göründüyü kimi Cavabdeh2 müqaviləni anası Cavabdeh3 adından imzalamış və möhür vurmuş və MMC-nin fəaliyyətini faktiki olaraq özü idarə etdiyindən 10.000 ABŞ dolları məbləğindəki vəsaiti də İddiaçı şəxsən alaraq cavabdeh MMC-nin fəaliyyətinə sərf etmişdir. Vəsaitin alınmasında və sərf edilməsində cavabdehlər Cavabdeh2, anası Cavabdeh3 iştirak etdiyindən və həmin vəsait Cavabdeh1 MMC-nin fəaliyyətinə sərf edildiyindən 10.000 ABŞ dolları məbləğindəki vəsait də hər üç cavabdehdən müştərək qaydada tutulmalıdır. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar pretenziya qaydasında həll etməyə çalışsa da, lakin bu da heç bir nəticə verməmişdir. Beləliklə də, bu günki gündə cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ümumilikdə 10.000 (on min) ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)- 3509/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 10.000 (on min) ABŞ dolları məbləğində pulun (ödəniş günü manata məzənnə ilə) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)- 3509/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Hər iki apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh2 və Cavabdeh1 MMC 10.000 ABŞ dolları məbləğində vəsaiti Leyla Rəhimovadan almamış və həmin pul vəsaitini cəmiyyətin fəaliyyətini maliyyələşdirmək üçün istifadə etməmişdir. Bundan başqa, birinci instansiyası məhkəməsi Cavabdeh2 pulun İddiaçı almasını qəbul edir, lakin həmin pulun qaytarılmasını qəbul etmir. Həmin pul vəsaitlərinin mədaxil və məxaric edilməsi ilə əlaqədar iş materialında olan “Google” vasitəsilə bulud sistemində yaradılmış “Zaur payment” adlı cədvəlin yaradılması ilə bağlı “xxxx” MMC tərəfindən “şəxsə məxsus g-mail hesabının və bulud hesabının təftişi” xidmətinin göstərilməsi nəticəsində təftiş aktı təqdim edilmişdir. Əgər birinci instaniya məhkəməsi bunu araşdırsaydı, onda müəyyən olunacaqdı ki, həmin cədvəldə aybaay İddiaçı alınan və ona ödənilən pul məbləğləri göstərilmişdir. İddiaçı “Google” da yaradılmış fayla giriş, qeyd və düzəliş etmək imkanları var idi və o, bu imkanlardan istifadə etmişdir. Belə ki, iş üzrə Cavabdeh2 Google axtarış sistemində mailto:1millionidea@gmail.comElektron ünvan 1 elektron poçt vasitəsilə qeydiyyatdan keçib və 15 mart 2016-cı il tarixdə vətəndaş Cavabdeh2 Google bulud serveri daxilində "Cədvəllər” bölməsində “X14” adlı “Excel” sənədi yaradıb. Həmin sənədə baxmaq və dəyişiklik etmək üçün vətəndaş Cavabdeh2 mailto:1millionidea@gmail.comElektron ünvan 1 elektron poçtundan İddiaçı 16 mart 2016cı il tarixdə mailto:zauramg63@gmail.comElektron ünvan 2 və 29 aprel 2016-cı il tarixdə mailto:zaur0086@icloud.comElektron ünvan 3 poçtuna sorğu göndərmişdir. İddiaçı həmin sorğunu qəbul etməklə, qeyd olunan “X14” adlı “Excel” sənədinə baxmaqla ona 28 mart 2016-cı il tarixdə dəyişiklik etmişdir. Təftiş aktında qeyd olunur ki, “yuxarıda əks olunan faktların aşkar edilməsi zamanı istinad olaraq Google Sheets (Google Cədvəlləri) tərəfindən təqdim olunan “Sənədə olunan ən son dəyişikliklər” qeydlərinə müraciət edilmişdir. Bu qeydlər onu deməyə əsas verir ki, İddiaçı Cavabdeh2 tərəfindən yaradılmış və Google Drive üzərindən paylaşılmış bu sənədə giriş izni olmuş və hətta bu sənəd üzərində dəyişiklik də etmişdir. Təftiş onu göstərdi ki, Cavabdeh2 özünün də iddia etdiyi kimi, məhz bu məqsədlə, sənəd üzərində müştərək redaktə edə bilməni təmin etmək üçün “X14” adlı Excel sənədi İddiaçılə paylaşmışdır. Bu paylaşmanın baş verməsi üçün ilk öncə Cavabdeh2 öz Google e-poçtundan İddiaçı Google e-poçtuna dəvətnamə göndərir. Google-un siyasətinə əsasən qarşı tərəfin qəbulu olmadan bu dəvətnamə heç bir halda qüvvəyə minə bilməz. Təftiş onu göstərdi ki, Cavabdeh2 göndərmiş olduğu bu sənədin paylaşılması dəvətnaməsi İddiaçı tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətlərini müdafiə etdiyini, şikayətlərin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq göstərmişlər ki, cavabdeh öz şikayətinin dəlili kimi Google Bulud serveri daxilində “X14” adlı “Excel” sənədi yaratmasına, həmin sənəd əsasında ödənişlərin qeydiyatının aparılmasına və guya İddiaçı də bu sənədə daxil olaraq orada müavfiq dəyişikliklər edə bilməsi barədə dedikləri həqiqətə uyğun deyildir. Ən azı ona görə ki, iddiaçının elə bir elektron poçt ünvanı mövcud olmamış və İddiaçı tərəfindən həmin səhifədə hər hansı bir dəyişiklik aparılmamışdır. Pulun verilməsini isə Cavabdeh2 özü bundan əvvəlki məhkəmə işində və polisdə izahatlarında dəfələrlə etiraf etmişdır. Ona görə də, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan 01 iyun 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, X6 ilə Cavabdeh3 arasında Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən 2 (iki) il müddətinə imzalanır və 2 (iki) ildən az olmamaq şərti ilə vəsait “Sərmayəçi” geri tələb oluna və xitam verilə bilməz. 2.2-ci bəndə əsasən müqavilənin müddətinin artırılması ilə əlaqədar müddətin bitməsinə 30 (otuz) gün qalmış müraciət olumalıdır. Müraciət olunmadığı halda hər müddət sonunda müqavilə müvafiq olaraq 1 (bir) il müddətə uzadılmış sayılır. 3.2-ci bəndə əsasən sərmayə “sərmayəçi” tərəfindən 30.05.2017-ci il tarixində tam olaraq 10.000 (on min) ABŞ dolları məbləğində ödənilmişdir. 3.3-cü bəndə əsasən “sərmayəni qəbul edən” hər növbəti ayın 20-si tarixnədək “sərmayəçiyə” yatırılmış sərmayə qarşılığında 200 (iki yüz) usd məbləğində ödənişin edilməsini təmin edir. 3.7-ci bəndə əsasən müqaviləyə “sərmayəçi” tərəfindən birtərəfli qaydada xitam verildiyi təqdirdə “sərmayəni qəbul edən” “sərmayəçi” tərəfindən yatırılan pul vəsaitini ona 12 ay müddətində qaytarılmasını təmin edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “sərmayə məbləğinin geri qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməyərək, ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilərək, qarşılıqlı iddia ərizəsi təmin edilərək, Cavabdeh1 ilə X6 arasında 01 iyun 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X6 (sərmayəçi) ilə Cavabdeh1 (sərmayəni qəbul edən) arasında bağlanmış 01 iyun 2017-ci il tarixli müqaviləyə əsasən, sərmayəçi tərəfindən borc olaraq sərmayəni qəbul edən cəmiyyətin fəaliyyətini (mobil telefon istifadəçilərinin istifadəsi üçün müxtəlif xidmətlərin göstərilməsi) maliyyələşdirmək üçün 10.000 (on min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsimləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği iki ildən az olmamaq şərti ilə sərmayə qəbul edən cəmiyyətə verilmiş (qeyd edilən məbləğ sərmayəçi tərəfindən 30 may 2017-ci il tarixdə tam olaraq ödənilmişdir), həmin məbləğ müvafiq cəmiyyət tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq müvafiq cəmiyyət hər ayın 20-dək sərmayəçiyə 200 (iki yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Müqavilə müddəti bitdiyindən X6 Cavabdeh1nə 01 iyul 2019-cu il tarixli bildirişlə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilənin müddəti 01 iyun 2019cu il tarixdə başa çatdığından, həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqaviləyə onun tərəfindən birtərəfli qaydada xitam verilməsini bildirmişdir. Bu baxımdan müqavilə üzrə qoyulmuş 10.000 (on min) ABŞ dolları sərmayə məbləğini, eyni zamanda sərmayə məbləğinə görə aylıq ödənilməli, lakin müqavilə bağlandığı tarixdən bu günədək ödənilməmiş ümumilikdə 5.000 (beş min) ABŞ dolları məbləğində gəlirin, cəmi 15.000 (on beş min) ABŞ dolları məbləğində vəsaitin 5 (beş) iş günü müddətində ona ödənilməsini xahiş etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X4 qeyd edilmiş, Cavabdeh1 MMC-nin təsisçiləri və nizamnamə kapitalında mayalarının 100% miqdarı hazırkı vaxtda Cavabdeh3 məxsusdur. X6 rəfiqəsi Ziniyət Hüseynovanın qardaşı Zaura rəfiqəsi vasitəsilə 10.000 ABŞ dolları pulu sonuncunun tanışı Cavabdeh2 verməsi və müvafiq müqavilələrin bağlanması üçün vermişdir. Samir vədinə əməl etmədiyindən İddiaçı pullarını geri tələb etmişdir. Zaur da onun pulunu geri qaytarmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2020-ci il tarixli 2(103)-1514/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə iddiaçı X6 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3715/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 24 aprel 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora və digər maraqlı şəxslərə göndərilməklə toplanmış material saxlanması üçün Yasamal RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan ASAN-3 tərəfindən 26 oktyabr 2018-ci il tarixdə verilmiş AZE seriyalı 18538662 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ASAN-3 tərəfindən 24 dekabr 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yasamal RPİ tərəfindən 21 avqust 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyesteri məlumatlarından görünür ki, Cavabdeh1 MMC-nin hüquqi ünvanı ünvan 7 olan 11.12.2012-ci il tarixli dövlət reyesterindən çıxarışdan görünür ki, Cavabdeh3 Cavabdeh1 MMC-də 100% dəyərində nizamnamə kapitalı paya malikdir. İş materiallarında olan 16.09.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat (otuz manat) məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan “xxxx” proqramından çıxarışdan əldə edilmiş təftiş aktından görünür ki, Cavabdeh2 25.08.2020-ci il tarixdə laboratoriyaya müraciət edərək ona aid olan Google e-poçt ünvanına sorğu göndərərək onunla paylaşılmış “X13” adlı Excel sənədinin nə zaman yaradılması, olunmuş dəyişikliklərin xronoloji ardıcıllığı, sənədin digər şəxslərlə paylaşılması vaxtı və kimlərin bu sənədə giriş icazələrinin olması xüsusunda aktın tərtib olunmasına başlanlması qeyd edilmişdir. İş materiallarında olan kassa mədaxil orderindən görünür ki, 31 avqust 2020-ci il tarixdə Cavabdeh2 “xxxx” MMC-nin xidmətlərindən istifadə etmək üçün 200 manat (iki yüz manat) məbləğində ödəniş etmişdir. Beləliklə, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X6 (sərmayəçi) ilə Cavabdeh1 (sərmayəni qəbul edən) arasında bağlanmış 01 iyun 2017-ci il tarixli müqaviləyə əsasən, sərmayəçi tərəfindən borc olaraq sərmayəni qəbul edən cəmiyyətin fəaliyyətini (mobil telefon istifadəçilərinin istifadəsi üçün müxtəlif xidmətlərin göstərilməsi) maliyyələşdirmək üçün 10.000 (on min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsimləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği iki ildən az olmamaq şərti ilə sərmayə qəbul edən cəmiyyətə verilmiş (qeyd edilən məbləğ sərmayəçi tərəfindən 30 may 2017-ci il tarixdə tam olaraq ödənilmişdir), həmin məbləğ müvafiq cəmiyyət tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq müvafiq cəmiyyət hər ayın 20-dək sərmayəçiyə 200 (iki yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi tərəfindən birtərəfli qaydada xitam verildirkdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Müqavilə müddəti bitdiyindən X6 Cavabdeh1nə 01 iyul 2019-cu il tarixli bildirişlə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilənin müddəti 01 iyun 2019-cu il tarixdə başa çatdığından, həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə müddəti başa çatdığından müqaviləyə onun tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu baxımdan müqavilə üzrə qoyulmuş 10.000 (on min) ABŞ dolları sərmayə məbləğini, eyni zamanda sərmayə məbləğinə görə aylıq ödənilməli, lakin müqavilə bağlandığı tarixdən bu günədək ödənilməmiş ümumilikdə 5.000 (beş min) ABŞ dolları məbləğində gəlirin, cəmi 15.000 (on beş min) ABŞ dolları məbləğində vəsaitin 5 (beş) iş günü müddətində ona ödənilməsini xahiş etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 qanuni təmsilçisi X4 qeyd edilmiş, Cavabdeh1 təsisçiləri və nizamnamə kapitalında mayalarının 100% miqdarı hazırkı vaxtda Cavabdeh3 məxsusdur. X6 rəfiqəsi Ziniyət Hüseynovanın qardaşı Zaura rəfiqəsi vasitəsilə 10.000 ABŞ dolları pulu sonuncunun tanışı Cavabdeh2 verməsi və müvafiq müqavilələrin bağlanması üçün vermişdir. Samir vədinə əməl etmədiyindən İddiaçı pullarını geri tələb etmişdir. Zaur da onun pulunu geri qaytarmışdır. Qeyd edilən hallar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2020-ci il tarixli 2(103)-1514/2020 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Hazırki iddia ilə İddiaçı cavabdehə verdiyi pulu tələb edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyasının müəyyənləşdirdiyi mübahisəsiz hallar ondan ibarətdir ki, X6 Cavabdeh1 MMC-nin hər ay ona 200 ABŞ dolları məbləğində ödəniş etməsi, müqaviləyə xitam verildirkdə isə sərmayə məbləğini tam olaraq ona qaytarması şərti ilə 10000 ABŞ dolları məbləğində pulu iddiaçıya sonuncunun tanışı Cavabdeh2 verməsi və müvafiq müqavilənin bağlanması üçün vermişdir. Bundan sonra iddiaçının icra etdiyi xidmət vasitəsi ilə X6 və Cavabdeh1 MMC arasında MMC-nin fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə 10.000 ABŞ dolları məbləğində sərmayə yatırılması barədə 01 iyun 2017-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X4 olsa da, Cavabdeh2 müqaviləni Cavabdeh1 MMC-nin nizamnaməsində 100% paya malik olan digər cavabdeh - anası Cavabdeh3 adından tərtib etmiş, lakin özü imzalayıb möhür vurmuş, eləcə də MMC-nin fəaliyyətini faktiki olaraq özü idarə etdiyindən iddiaçının, X2 adından ona verdiyi 10.000 ABŞ dolları məbləğində pulun üzərində sərəncam verərək, MMC-nin fəaliyyətində zəruri saydığı təyinatlar üzrə sərf etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15.11.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “sərmayə məbləğinin geri qaytarılması” tələbinə dair ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi təmin edilərək, Cavabdeh1 ilə X6 arasında 01 iyun 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamədə məhkəmə gəldiyi nəticəni iddiaçı Leyla Rəhimovanın Cavabdeh2 verdiyi 10.000 ABŞ dolları məbləğində pulu həmin pulun verilməsində vasitəçi olmuş İddiaçı tələb edib geri alması ilə əsaslandırmışdır. Beləliklə, işin müəyyən olunan hallarından görünür ki, X6 və Cavabdeh1 MMC arasında MMC-nin fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə 10000 ABŞ dolları məbləğində sərmayə yatırılması barədə 01 iyun 2017-ci il tarixli müqavilə üzrə 10000 ABŞ dollarını Cavabdeh2 Leyla Rəhimovanın tapşırığı ilə iddiaçı vermişdir. Həmin əqd etibarsız olsa da, 10.000 ABŞ dollarını şəxsən qəbul etmiş Cavabdeh2 və ya Cavabdeh1 MMC əqd üzrə aldıqlarını qaytarmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.3-cü maddəsinə əsasən əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərinə əsasən belə hesab edir ki, 01 iyun 2017-ci il tarixli müqavilə üçüncü şəxs olaraq Cavabdeh2 tərəfindən aldadılma nəticəsində bağlanıldığından, eləcə də 10.000 ABŞ dolları məbləğindəki vəsait onun tərəfindən şəxsən alınaraq Cavabdeh1 MMC-nin fəaliyyətinə sərf edildiyindən, etibarsız əqd üzrə alınmış vəsaiti qaytarmaq öhdəliyi onlara aiddir. Cavabdeh3 isə Cavabdeh1 MMC-nin öhdəlikləri üzrə məsuliyyət daşımır. 10.000 ABŞ dollarını Leyla Rəhimovaya qaytarmış iddiaçı etibarsız əqd üzrə ödənilmiş vəsaitin qaytarılmasına dair tələb hüquqları əldə etmişdir. İş üzrə sübutlarla 01 iyun 2017-ci il tarixli müqavilə üzrə Cavabdeh2 verilmiş 10000 ABŞ dolları məbləğində pulun onun və ya Cavabdeh1 MMC tərəfindən Leyla Rəhimovanın tapşırığını icra etmiş iddiaçıya qaytarılması halı təsdiq edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)- 3509/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3155/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3155/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver