Məhkəmə qərarları › İş №2(103)-3158/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3158/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3158/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçının sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlara əsasən, iddiaçıya məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulma faktları aşkar edilmişdir.

2. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi üçün tərtib edilmiş aktlar üzrə iddiaçıya 9.001,86 manat ziyan hesablanmışdır.

3. xx.xx.2018-ci ilədək tərtib olunaraq borc hesablanmış aktlar təqdim olunmamışdır, məhkməyə təqdim olunan ilk akt xx.xx.2018-ci il tarixlidir və həmin akt üzrə hesablanmış borc 307,40 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsinə, həmin aktlardan irəli gələn 9.001,86 manat məbləğin iddiaçının hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə ünvan 1 ünvanda yerləşən 1.200 kv.m. ərazisi olan torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 30 kv.m. sahəsi olan 1 otaqlı yaşayış evini almış və 2015-ci ildə həmin evin sahəsini artıraraq xırda buynuzlu malqaranın saxlanılması üçün tövləyə çevirmişdir. xx.xx.2011-ci il tarixdə həmin ünvana sayğac quraşdırılmış, **********00001 nömrəli abonent kodu verilmişdir. 2016-cı ildən iddiaçı təbii qazdan istifadə etmir. 2017-ci ildə Cavabdeh İB-nin əməkdaşları sayğacdan kənar təbii qaz xətti aşkar etmiş, foto-video çəkmişdir. Sayğacdan kənar təbii qaz xətti ləğv edilməmiş və hər il abonentin hesab koduna borc hesablanmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən Sabunçu rayonu 559 Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 0140-0001 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00001) hesablanmış 8.694,46 manat məbləğdə borcun silinməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin üzrə borcun silinməsi hissəsinə qiymət verərkən tərtib edilmiş aktlarda iddiaçının imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyrimümkündür. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin Cavabdeh tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, hesab edir ki, iddia qismən, yəni məhkəməyə təqdim olunmuş yalnız ilk tərtib olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 307.40 manat saxlanılmaqla, qalan hissədə təmin edilməlidir. Çünki, o vaxtadək tərtib olunmuş aktlar araşdırılması üçün cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və onların əsaslılığını yoxlamaq mümkün olmamışdır. Abonentə məlumat verilmədən və məhkəməyə də təqdim edilməyən akt üzrə iddiaçıdan həmin pulun tələb edilməsi əsaslı deyil.”

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.2, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçının qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, bununla bağlı müvafiq aktlar tərtib edilmiş və hər faktla bağlı fotoşəkillər çəkilmişdir. Həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair tələbnamələr” təsdiq edilmişdir. Həmin “Tələbnamələrə” əsasən itirilmiş təbii qazın həcminin miqdarı ölçülmüş, bu əsasla da ziyanın məbləği hesablanmış və ziyanın ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeydiyyatsız, qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə maddi ziyan vurmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, iddia tələbinin bir qismini təmin etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3462/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə, iddiaçı tərəfindən qaz sayğacına qanunsuz qoşulma halının olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin etmiş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1123 №-li rəyi alınmışdır. Həmin rəydə qeyd edilir ki, iddiaçıya məxsus olan ünvana aid qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Bundan başqa, Məhkəmə, Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda iddiaçının imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, işdə olan fotoşəkillərin çəkilmə tarixinin göstərilməməsi səbəbindən hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olmasını nəzərə alaraq hesab edir, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi halı iş materialları ilə öz təsdiqini tapmır.”

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21.1, 21.2, 1097.1-ci maddələri, “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 6.5-ci maddəsinə və Mülki Prosessual Məcəllənin n 384, 392, 393, 405-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3462/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 iddia iki tələbdən: 1) cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi; 2) həmin aktlardan irəli gələn məbləğin iddiaçının hesab kodundan silinməsi tələblərindən ibarət olsa da, birinci instansiya məhkəməsi iddianın birinci tələbini qətnamədə müzakirə etməmiş, həmin tələbə hər hansı münasibət bildirməmiş, apellyasiya instansiyası məhkəməsi də, baxmayaraq ki, qeyd olunan məsələ düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilən prosessual xarakterli olduğu üçün apellyasiya şikayətinin hədlərinə daxil deyildi, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntuya hüquqi qiymət verməmişdir. 15.2 İkincisi, eyni qaydada nəzərdən keçirdikdə, birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olmur ki, həmin məhkəmə “... məhkəmə, hesab edir ki, iddia qismən, yəni məhkəməyə təqdim olunmuş yalnız ilk tərtib olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 307.40 manat saxlanılmaqla, qalan hissədə təmin edilməlidir” dedikdə, yəni iddianı 307.40 manat hissədə rədd edərkən hansı faktiki və hüquqi əsaslardan hərəkət edərək, bu nəticəyə gəlmişdir. 15.3. Üçüncüsü, işdə olan, xx.xx.2023-cü il tarixə abonentin saldosunda göstərilmişdir ki, iddiaçı tərəfindən 2018-ci ildə 1.278 manat, 2021-ci ildə 2.275 manat, 2022-ci ildə 6.366,24 manat ödəniş edilmişdir, 2023-cü ilin yanvar ayına sonuncunun heç bir borcu mövcud deyil. Lakin işin bu halı məhkəmələr tərəfindən araşdırılmamışdır. 15.4. Dördüncüsü, məhkəmələr iddiaçının iddia ərizəsində sayğacdan kənar qeyriqanuni qaz xəttinin mövcudluğunu etiraf etməsinə (lakin həmin xəttin Mehman Hüseynov adlı qonşu tərəfindən istifadə edilməkdə olduğuna dair mülahizəsinə) də hüquqi qiymət verməmişlər. 15.5 Beşincisi, ““Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486- VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən, “Qaz təchizastı haqqında” Qanuna 13.8-1-ci maddə əlavə edilmişdir. Sözügedən normaya görə, “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” 15.6 Qeyd olunan norma 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan aydın olduğu kimi, həmin tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın talanması nəticəsində az miqdarda, yəni 5.000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən təbii qazın talanması nəticəsində vurulmuş ziyan 5.000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 15.7 Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, “Xalq” qəzeti, 6 iyul 2023-cü il, №138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023cü il, № 6, maddə 878) 15.8 İşdən görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra tərtib olunmuş aktlara münasibətdə məhkəmələr maddi hüquq norması kimi “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsini mübahisəyə tətbiq etməmişlər. Məsələnin xüsusi əhəmiyyəti MPM-in 81-ci maddəsi ilə əlaqəlidir. Həmin normanın tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan qeyd olunan işlər üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddianın əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022- ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar üzrə mübahisələrə baxarkən qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməsi vacibdir. 15.9 Altıncısı, apellyasiya instansiyası məhkəməsi iddianın xx.xx.2018-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış 307,40 manat hissədə qismən təmin olunması ilə razılaşan iddiaçının birinci instansiyası məhkəməsinin qətnaməsindən həmin hissədə apellyasiya şikayəti verməməklə ona yönələn hüquqi tələblə razlaşmasının sonuncuya münasibətdə (həmin tarixədək və ondan sonra, lakin xx.xx.2022-ci ilədək, qaz xəttinə qanunsuz qoşulması faktı kimi qəbul edilib-edilməməsi ilə bağlı) daha hansı hüquqi nəticələri doğurduğunu öz qətnaməsində təhlil etməmiş və qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o fikirləşdi ki, xətt evin çöl divar hissəsində qoşulduğuna görə qonşu qoşulub. O, ehtimal edərək demişdi, çünki qoşulma xəttinin olması xəttin kiminsə istifadə etməsi anlamına gəlir. Qaz xəttinin kimə getməsini araşdırmayıb, bu onun işi deyil. Keçən apellyasiya baxışında ekspert gedən qaz xəttindən onun istifadə etmədiyini bildirib, indi kimin istifadə etdiyini bilmir. O, aktın nə vaxt yazıldığını bilmir. O iddia ərizəsində bildirib ki, yəqin qaz xətti qonşulardan birinə gedir, çünki o işlətməyib. İddia ərizəsini onun özü yazmayıb, yaza bilmir, amma iddia ərizəsini o imzalayıb. Qonşu Mehmanın qaz xəttindən istifadə etdiyini güman edir. Dəqiqliklə, onun istifadə etdiyini bildiyi halda gedib onunla məsələni həll edərdi, məhkəmədə iddia qaldırmazdı. O orada yaşamır, 2015-ci ildən çıxıb. Keçən il abonent kodunu yadından çıxdığına görə öyrənmək üçün getmişdi. Onun adına 9000 manat borc olduğunu dedilər. O, orada yaşamadığını və 9000 manat borcun olduğunu soruşduqda kənar qoşulma olduğunu bildirdilər. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi,döngə 1,ev 3 ünvanında qeydiyyatdadır, orada da yaşayır. Digər ünvanda heyvan saxlamaq üçün yarımtikili var, 2015-ci ildən yaşayış yoxdur. Yalandan onun orada 3 soba yandırdığını qeyd ediblər. 2016-cı ildə onun 100 manat işığa borcu var idi, onun qəbzini ona vermişdilər. Həmin həyəti iş görmək üçün alıb. ünvan 3 ünvanında yaşamadığına dair sübutları təqdim edə bilər. O, həmin ərazidən quşçuluq tövləsi kimi istifadə edib. Bu günə kimi oradan istifadə etmir. Qonşular da təsdiq edir ki, orada yaşamır, orada ümumiyyətlə yaşayış yoxdur. Pəncərəsi belə ev üçün deyil, quşçuluq tövləsinə aid pəncərədir. Savadsızlıqdan 307 manat borca dair hissədən apellyasiya şikayəti verməyib. Cavabdeh orqana yaxınlaşıb ödəyəcəkdi, amma bir müddət sonra apellyasiya şikayəti verildiyini bildi.

18. Əvvəlki məhkəmə iclasında çıxış edən Cavabdeh İB-nin nümayəndəsi Vəkil məhkəmə iclasında çıxış edərək bildirir ki, ödənişlər olmayıb. İş materiallarında çıxarışlar var. Vətəndaşın sayğacı əvvəl mexaniki olub, sonra elektron sayğaca keçib. Yaranmış borc vətəndaş tərəfindən ödənilməyib. Sadəcə olaraq proqramla digər sayğacın yaddaşına keçdiyi üçün mexaniki sayğacda ödənilmiş kimi görünüb. Qanunsuz qoşulamanın iddiaçı olduğunu hesab edir. İddiaçının qonşusu Mehmanın qanunsuz qoşulması halını müəyyən etməyib. 2015-2016-cı illərin aktları onların arxivində qalmadığı üçün onları sistemə yerləşdirə bilməyiblər. 2019-2021-ci ilin aktları var. xx.xx.2022-ci ilə qədər 8085.36 manat borcu olub.

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Maddə 13. 9-cu bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya)

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 8.694,46 manat məbləğdə borcun silinməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.

27. Belə ki, iddia tələbi iki hissədən ibarətdir: 1) cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi; 2) həmin aktlardan irəli gələn məbləğin iddiaçının hesab kodundan silinməsi .

28. İşə baxan birinci instansiya məhkəməsi aktların ləğv edilməsi tələbinə ümumiyyətlə münasibət bildirməmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3158/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.

30. Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır.

31. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iddia tələbi qismən təmin edilmiş, mövqeyini onunla əsaslandırmışdır ki, qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin Cavabdeh tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, hesab edir ki, iddia qismən, yəni məhkəməyə təqdim olunmuş yalnız ilk tərtib olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 307.40 manat saxlanılmaqla, qalan hissədə təmin edilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, aktın tərtib edildiyi zaman qüvvədə olan Qazdan istifadə qaydalarının 6.5-ci maddəsinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş ziyanın ödənilməsini tələb etməli olduğundan ilk tərtib olunmuş akt üzrə borc saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən, yəni borcun silinməsi hissəsində ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, 307.40 manat borcun silinməsinin təmin edilməməsi hissəsi apellyasiya baxışının həddini təşkil etmir.

32. O cümlədən, iddiaçı bildirir ki, 307.40 manat məbləğində borcun silinməsi tələbinin təmin edilməməsi hissəsini savadsızlıqdan mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi tərəfindən 8.694,46 manat məbləğdə borcun silinərək yalnız cüzu hissədə, yəni 307.40 manat məbləğində borcun saxlanılmasını iddiaçının mübahisləndirməməsi onun qanunsuz qoşulma faktını qəbul etməsi kimi qiymətləndirilməməlidir.

33. İşdə olan, xx.xx.2023-cü il tarixə abonentin saldosunda göstərilmişdir ki, iddiaçı tərəfindən 2018-ci ildə 1.278 manat, 2021-ci ildə 2.275 manat, 2022-ci ildə 6.366,24 manat ödəniş edilmişdir, 2023-cü ilin yanvar ayına sonuncunun heç bir borcu mövcud deyil. Bu halın araşdırılması zamanı müəyyən olunmuşdur ki, ödənişlər olmayıb. Vətəndaşın sayğacı əvvəl mexaniki olub, sonra elektron sayğaca keçib. Sadəcə olaraq proqramla digər sayğacın yaddaşına keçdiyi üçün mexaniki sayğacda ödənilmiş kimi görünüb.

34. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, sayğacdan kənar istifadə edən qonşu Mehman Hüseynovun abonent kodu və sayğacı olmadığı səbəbindən Cavabdeh bütün cərimə aktlarını iddiaçının abonent koduna hesablamışdır. Bundan əlavə, istifadəsində olan həyətyanı sahəsinin giriş qapısı və qonşu ilə hasarı yoxdur.

35. İşə təkrar apellyasiya baxışı zamanı İddiaçı bildirir ki, o fikirləşib ki, xətt evin çöl divar hissəsində qoşulduğuna görə qonşu qoşulub. O ehtimal edərək deyib, çünki qoşulma xəttinin olması xəttin kiminsə istifadə etməsi anlamına gəlir. Qaz xəttinin kimə getməsini araşdırmayıb, bu onun işi deyil. Əvvəlki apellyasiya baxışında ekspert gedən qaz xəttindən onun istifadə etmədiyini bildirib, indi kimin istifadə etdiyini bilmir, aktın nə vaxt yazıldığını bilmir. O iddia ərizəsində bildirib ki, yəqin qaz xətti qonşulardan birinə gedir, çünki o işlətməyib. İddia ərizəsini özü yazmayıb, yaza bilmir, amma iddia ərizəsini o imzalayıb. Qonşu Mehmanın qaz xəttindən istifadə etdiyini güman edir. Dəqiqliklə, onun istifadə etdiyini bildiyi halda gedib onunla məsələni həll edərdi, məhkəmədə iddia qaldırmazdı. Orada yaşamır, 2015-ci ildən çıxıb.

36. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ora yaşayış üçün deyil. O, başqa ünvanda – Sabunçu qəsəbəsi, ünvan 4 olan əmlak isə Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 5, ev 14 ünvanında yerləşir. Əvvəl 30 kv.m sahəsi olan 1 otaqlı yaşayış evi olmuş və onu alaraq tövləyə çevirmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə təqdim edilmiş foto şəkillərdən müəyyən olunur ki, torpaq sahəsində ev və iddiaçının adlandırdığı kimi tövlə vardır. İddiaçı qeyd edir ki, ev ona məxsus deyil. Qonşunun istifadəsindədir. Ona məxsus olan sahə ancaq tövlədir. (i.v.11,12)

38. Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, 5-18-5/2-3143/2024 nömrəli arayışda qeyd edilir ki, Aslanov X3 qəsəbəsi, Zərdabi küçəsi, döngə 1, ev 3 ünvanında daimi pasport qeydiyyatındadır.

39. 06 iyun 2024-cü il tarixli Aktda qeyd edilir ki, aktı imza edənlər Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5-ci döngədə faktiki yaşayırlar. İddiaçı 2011-ci ildən onlar qonşu kimi tanıyırlar. Onun qonşuluqda 1200 kv.m-lik torpaq sahəsi var və bu torpaq sahəsinin içində 40-45 kv.m-lik bir tövlə yerləşir. Orada heç bir yaşayış şəraiti yoxdur, ona görə də ev kimi istifadə edilməsi mümkün deyildir. 2015-ci ilin ortalarından qonşusu İddiaçı adı çəkilən, qonşuluğunda olan torpaq sahəsində görməyiblər və ondan istifadə etməyibdir. Eşitdiklərinə görə haradasa işləyir və daimi doğulduğu ünvanda (Maştağa qəsəbəsi, ünvan 5rixli digər Aktda qeyd edilir ki, 1984-cü il təvəllüdlü Aslanov X3 qəsəbəsi, ünvan 6 ünvanda pasport qeydiyyatındadır və faktiki ailəsi birlikdə yaşayır. İddiaçı heç bir yerdə başqa evi yoxdur və daima Zərdabi küçəsi, dalan 1, ev 3 ünvanında yaşamışdır və halhazırda yaşayır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus tövlədən 2015-ci ildən istifadə etməməsinə dair məhkəməyə sübut təqdim etmişdir. Cavabdeh tərəfindən isə təqdim edilən aktlarda iddiaçının imzası yoxdur. Habelə, həmin aktlara əlavə edilən fotoşəkillərin isə məhz iddiaçıya məxsus tövləyə aid şəkillər olmasını da müəyyən etmək olmur.

42. İlkin apellyasiya baxışı zamanı məhkəmə-trasoloji ekspertizası təyin etmiş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1123 №-li rəyi alınmışdır. Rəydə qeyd edilir ki, iddiaçıya məxsus olan ünvana aid qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir

43. Beləliklə, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış borcun silinməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadığından bu aktlar üzrə yazılmış cərimə silinməlidir.

44. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.§22

45. Məhkəmə kollegiyası qeyd edir ki, ““Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486- VİQD nömrəli Qanunununa əsasən “Qaz təchizastı haqqında” Qanuna 13.8-1-ci maddə əlavə edilmişdir. Qeyd olunan norma 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir.

46. İşin hallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar tərtib edilmiş və iddiaçıya cərimə hesablanmışdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə edilmiş dəyişikliyi nəzərə alaraq qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.§ 21

48. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, “Xalq” qəzeti, 6 iyul 2023-cü il, №138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023cü il, № 6, maddə 878).

49. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz .§ 23

50. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış və maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməlidir.

52. Belə ki, Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 25 fevral 2022-ci il tarixli dəyişiklik edilməmişdən əvvəlki dövrə, həm də sonrakı dövrə aiddir.

53. İşə baxan məhkəmə maddi hüquq norması kimi “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 25 fevral 2022-ci il tarixli dəyişiklik edildikdən sonra tərtib edilmiş aktlar üzrə borcun silinməsi tələbinə hüquqi qiymət verərkən Qanunun 13.8-1-ci maddəsinə istinad etməmiş, ümumi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə istinad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1 maddəsi 2022-ci ilin may ayında qüvvəyə mindiyindən həmin tarixdə və ondan sonra tərtib edilmiş aktlara münasibətdə tətbiq edilir.

54. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “cavabdeh tərəfindən Sabunçu rayonu 559 Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 0140-0001 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00001) hesablanmış 8.694,46 manat məbləğdə borcun silinməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilərək cavabdehin Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 7 ünvanına (abonent kodu **********00001) hesablanmış 8.694,46 manat məbləğdə borc silinməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

55. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

56. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “cavabdeh tərəfindən Sabunçu rayonu 559 Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 0140-0001 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00001) hesablanmış 8.694,46 manat məbləğdə borcun silinməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilərək Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 7 ünvanına (abonent kodu **********00001) hesablanmış 8.694,46 manat məbləğdə borc silinsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar