Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3160/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh vəkili X5 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)-4520/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 16.07.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh AD163612 seriyalı şəhadətnaməsi üzrə əldə etdiyi “Mercedes Benz 200” minik markalı, 1995-ci il buraxılışlı, gümüşü metalik rəngli ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satılması nəticəsində əldə etdiyi pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə Cavabdeh verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən “Mercedes 200” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş AD 163612 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, həmin AD 163612 saylı şəhadətnamə əsasında ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 15.09.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuşdur. O, həmin avtomobili 12.12.2016-cı il tarixdə etibarnamə ilə X8 vermişdir. X11 avtomobili qaytarmadığına görə 03.10.2017-ci il tarixdə etibarnaməni ləğv etmişdir.İslam Quliyevə qarşı avtomobilin qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.06.2018-ci il tarixli 2(001)-1819/2018 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilmiş, “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin X3 alınaraq ona qaytarılması qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs X10 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli 2(103)- 7310/2019 nömrəli qətnaməsi ilə X4 apellyasiya şikayəti təmin edilmiş, onun iddiası rədd edilmişdir. Sonradan öyrənmişdir ki, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən avtomobil 27.03.2018-ci ildə Cavabdeh adına sənədləşdirilmiş, 30.03.2018-ci ildə Əmirov Abasın adına keçirilmiş, sonra isə 10.04.2018-ci il tarixdə X1. O, Cavabdeh tanımır və ona avtomobil satmamışdır. Avtomobili qanunsuz olaraq əlindən çıxdığına görə, iddiasının təmin edilməsini xahiş edir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)-4520/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddiaçı iddia tələbi ilə oxşar məzmunda əsaslandırmışdır. Apellyasiya baxışı zamanı cavabdehin vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İş üzrə iddiaçı və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmişlər.Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya tərəfi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)-4520/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin 01.10.2019-cu il tarixli 016-91164-1219 nömrəli məktubundan və avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından müəyyən edilir ki, 15.09.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin avtomobilə dair müxtəlif vaxtlarda müxtəlif şəxslərin adına, 12.12.2016-12.12.2017-ci illər üçün X7 adına etibarnamə vermişdir.X2 avtomobili qaytarmadığına görə 03.10.2017-ci il tarixdə etibarnaməni ləğv etmişdir. İş materiallarından görünür ki, iddiaçı İslam Quliyevə qarşı avtomobilin qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.06.2018ci il tarixli 2(001)-1819/2018 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilmiş, “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin X3 alınaraq ona qaytarılması qət edilmişdir.Həmin qətnamədən maraqlı şəxs X10 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli 2(103)-7310/2019 nömrəli qətnaməsi ilə X4 apellyasiya şikayəti təmin edilmiş, avtomobil cavabdehin sahibliyində olmadığından iddiası rədd edilmişdir.İddiaçı məhkəmə icraatı zamanı bilmişdir ki, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən avtomobil 27.03.2018-ci ildə Cavabdeh adına sənədləşdirilmiş və dövlət qeydiyyat nişanı dəyişdirilərək ** MZ *** qeydiyyat nişanı verilmişdir. 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Mercedes 200” markalı ** MZ *** qeydiyyat nişanlı avtomobil Cavabdeh adından X12 adına keçirilmiş, sonra isə 10.04.2018ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 adından X4 adına keçirilmiş və dövlət qeydiyyat nişanı dəyişdirilərək ** MU *** qeydiyyat nişanı verilmişdir. İş materiallarından görünür ki, 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Mercedes 200” markalı ** MZ *** qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən X13 8000 manata satılmışdır. Bakı şəhəri 1 saylı Notariat Kontorunun 25.09.2018-ci il tarixli məktubundan görünür ki, (i/v-7) Bakı şəhəri 1 saylı Notariat Kontorunda 25.12.2017-ci il tarixdə 2V3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi iddiaçı sağ olduğu halda onun adına tərtib olunmuş 25.12.2017-ci il tarixdə 2V3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında (Bakı şəhəri 1 saylı Notariat Kontorunda 25.12.2017-ci il tarixdə 2V3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir.)27.03.2018-ci ildə Cavabdeh adına sənədləşdirilmiş və dövlət qeydiyyat nişanı dəyişdirilərək ** MZ *** qeydiyyat nişanı verilmişdir. 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Mercedes 200” markalı ** MZ *** qeydiyyat nişanlı avtomobil Cavabdeh adından X12 adına keçirilmiş, sonra isə 10.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 adından X4 adına keçirilmiş və dövlət qeydiyyat nişanı dəyişdirilərək ** MU *** qeydiyyat nişanı verilmişdir. Hazırda iddiaçı Cavabdeh tanımadığını və avtomobili qanunsuz olaraq əlindən çıxdığını, odur ki, tələbinin təmin olunmasını iddia edir. Mülki Məcəllənin 1145.-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfmə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələrə nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eynilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pul ilə ödəməlidir. Beləliklə, Kollegiya hesab edir ki, vərəsəlik haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında verilmiş avtomaşının qeydiyyat şəhadətnaməsi və həmin şəhadətnmə əsasında aparılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin, cavabdeh saxta “vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında iddiaçıya məxsus avtomaşını qanunsuz yolla əldə edərək həmin avtomaşını satmış və pulu mənimsəmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə Cavabdeh verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən “Mercedes 200” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş AD 163612 saylı şəhadətnamə, eləcə də həmin AD 163612 saylı şəhadətnamə əsasında ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 8.000,0 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)-4520/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə Cavabdeh verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən “Mercedes 200” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş AD 163612 saylı şəhadətnamə, eləcə də həmin AD 163612 saylı şəhadətnamə əsasında ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin alqısatqı müqaviləsi əsasında əldə etdiyi 8.000,0 (səkkiz min) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3160/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3160/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver