Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3161/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X18ə qarşı iddiası üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək mübahisəsi, əmrin ləğvi, işəbərpa, məcburi iş buraxma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, Heydərli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 oğlunun, Cavabdeh Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X18 nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X18ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-1966/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 24 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 2015-ci il tarixdən “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”ndə (bundan sonra – cavabdeh) istehsalat təlimi ustası vəzifəsinə təyin edilmişdir. Eyni zamanda 2013-cü ildən 9 saylı Binəqədi ikinci seçki dairəsində katib işləmişdir.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli, 28 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 28 saylı əmr ləğv edilməklə əvvəlki işinə bərpa olunması, xx.xx.2023-cü il tarixdən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh pudlik hüquqi şəxsdə istehsalat təlimi ustası işində işləmişdir. İşlədiyi müddətdə dərs apardığı qruplarda heç bir neqativ hal aşkar edilməmişdir. Eyni zamanda o, 2013-cü ildən hazırki vaxtadək 9 saylı Binəqədi ikinci seçki dairəsində katib vəzifəsində işləmişdir. Lakin Zülfüqar xx.xx.2021-ci il tarixdə X19 və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru təyin olunandan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, işçiləri formal əsaslarla işdən azad etmək, 2021/2022-ci tədris ilində qanuni şəkildə dərs saatları ilə təmin olunmuş istehsalat təlimi ustalarından kütləvi şəkildə dərslərdən imtina ərizəsi alaraq, yeni dərs saatları tətbiq etmək, mərkəzdə ******* saylı qrupda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixlərdə dərs saatlarının və sinif jurnalındakı qayıbların ağardıcı ilə düzəliş etmək kimi qanunsuz hərəkət etmiş, onu bu barədə irad bildirdiiyinə görə münasibətləri pozulmuş, direktor ona qarşı qərəzli olmuşdur. X9 saxtakarlıqları ört-basdır etmək üçün məktəbin tələbələri Mehman Həsənovun, Amil Bəşirovun, Vüsal Hüseynovun və Ozal Məmmədlinin vasitəsilə ona şər-böhtan ataraq, qrupun işinə qarışmaq ittihamı ilə qrupdan uzaqlaşdırılmışdır. Şikayət edən həmin tələbələr direktora müraciət edərək, onlara dərsdən icazə verilməsini xahiş etmiş, direktor da öz növbəsində onlara icazə vermişdir. xx.xx.2023-cü il tarixdə direktor X6 İttifaqının bütün üzvlərinin olmamasına baxmayaraq iclas keçirtmişdir. İclasda iştirakçılar onu digər qrupa keçirilməsini direktora təklif etsə də, direktor buna məhəl qoymamış və bildirmişdir ki, “başqa qrup yoxdur”-deyərək bundan imtina etmişdir. Sonradan aydın olmuşdur ki, işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq çıxarılmışdır. Əmək müqaviləsinə xitam verilməsinin əsasları kimi şagirdlərlə kobud davranması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə onlara bilik və bacarıqlarını düzgün aşılamamasını göstərilmişdir. Halbuki belə hallara yol verməmişdirö Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Cavabdehin nümayəndəsi iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Yüksək gərginlikli hava xətlərinin və təmas şəbəkəsinin elektrik montyoru-xətçi” ixtisaslı qrupun istehsalat təlimi ustası vəzifəsində çalışmışdır. Fəaliyyəti dövründə vəzifə borcunu tam yerinə yetirmədiyinə görə bir dəfə töhmətlə cəzalandırılmış, dəfələrlə şifahi xəbərdarlıq almışdır. Buna baxmayaraq iddiaçı öz işində dönüş yaratmaq əvəzinə ciddi nöqsanlara yol verməkdə davam etmişdir. Belə ki, həm 2021-2022-ci, həm də 2022-2023-cü tədris illərində iddiaçı rəhbərlik etdiyi qrupların tələbələri ilə qarşılıqlı anlaşılmazlıq, qrupdaxili çəkişmələr müşahidə olunmuşdur ki, bunun da nəticəsində 2021-2022-ci tədris ilində töhmətlə cəzalandırılmışdır. Həmin tədris ilinin sonunda onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığı üçün gələcəkdə belə nöqsanlara yol verməyəcəyini bildirmiş və əmək müqaviləsini yeniləyərək, fəaliyyətinə davam etmək barədə ərizə ilə xahiş etmişdir. Xahişi nəzərə alaraq diaqnostik qiymətləndirmədən keçmiş olduğu ixtisas üzrə 2022-2023-cü tədris ilində təşkil edilmiş ******* saylı, “Yüksək gərginlikli hava xətlərinin və təmas şəbəkəsinin elektrik montyoru-xətçi” ixtisaslı qrupun istehsalat təlimi ustası vəzifəsinə təyin edilmişdir. 2022-ci ilin dekabr ayında ******* saylı qrupun nümayəndəsi tərəfindən tələbələrin imzası ilə direktorun adına müraciət daxil olmuşdur. Müraciətdə istehsalat təlimi ustası İddiaçı başqası ilə əvəz edilməsi xahiş olunmuşdur. Məsələnin araşdırılması məqsədilə Təhsilalanlarla iş şöbəsinin müdiri Nəzakət Allahverdiyeva ilə birlikdə əvvəlcə İddiaçı, sonra isə qrup tələbələri dinlənilmişdir. Tələbələr İddiaçı dərslərin tədrisini düzgün aparmadığını və nəticədə tələbələrdə tədris müddəti ərzində mövzu üzrə bilik və bacarığlarının inkişafına yönələn heç bir irəlilləyiş olmadığını bildirmişlər. Həmçinin qrup nümayəndəsindən digər müəllimlərin tədris prosesi zamanı yaranmış problemləri audio-video qeydini ona göndərilməsini tələb etmiş, bunun müqabilində tələbələrə yüksək qiymət etmişdir.
6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ******* saylı qrupun tələbələrinin Mərkəzin direktoru Zülfüqar Əsgərova olunmuş müraciətin məzmununa görə xx.xx.2022-ci il tarixdə məktəbdə istehsalat təlimi zamanı qrup rəhbərləri olan İddiaçı tərəfindən oxuduqları ixtisasa uyğun heç bir bilik və bacarığa yiyələnməmişlər. 2-ci günlər keçirilən 8 saat dərs zamanı demək olar ki, boş oturmuşlar. xx.xx.2022-ci il tarixdən Biləcəri dəmiryolu stansiyasına təcrübə üçün müəssisəyə yollansalar da, ixtisasları ilə bağlı heç bir təlimat keçməmişlər. Dəfələrlə bu barədə özünə bildirilsə də, heç bir nəticəsi olmamışdır. Təlimə ancaq qeydiyyat jurnalında imza edərək getmişlər.
7. Həmçinin xx.xx.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərova ünvanlanmış müraciətin məzmununa əsasən ******* saylı qrupun tələbələri istehsalat təlimi ustası İddiaçı qrup tələbələri ilə davranış qaydalarına düzgün riayət etmədiyinə, başqa müəllimlərin dərsinə girərək dərsə mane olduğuna görə də onu digər istehsalat təlimi ustası ilə əvəz edilməsinin nəzərdən keçirilməsini xahiş etmişlər.
8. Bundan əlavə xx.xx.2022-ci il tarixli Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ******* saylı qrupun tələbələri olan Məmmədov Fikrət, Vəlixanova Mariya, Pənahov Məhəmməd, Bəşirov Amil, Mirzəxanov Tariyer, Tarıverdiyev İlkin, Məmmədov Səid, Hüseynov Vüsal, Qasımov Elman, Əliyev Yusif, Əliyev Arif, Həsənov Mehman və s. şəxslər tərəfindən (ayrı-ayrılıqda) Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərova olunmuş müraciətin ümumi məzmunu İddiaçı dərslərin gedişatına mane olması, tələbələri qiymət yazmamaqla hədələməsi və digər müəllimlərin dərs prosesinin audio-videosun qeydə alıb yüksək qiymət yazmaq vədi ilə ona verilməsi barədə şikayətlər təşkil etmişdir.
9. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli aktın məzmununa əsasən ******* saylı qrupun tələbələrinin mərkəzin direktoruna təqdim etdikləri müraciətin araşdırılması məqsədi ilə həmin qrupun müəllimlərindən və istehsalat təlimi ustasından yazılı izahatlar tələb edilmişdir. Lakin İddiaçı tələbələrinin şikayətinin tələblərinə və məzmununa uyğun heç bir yazılı izahat verməyəcəyini bildirmişdir.
10. Həmçinin, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixində keçirilmiş iclasın protokoluna əsasən iddiaçı rəhbərlik etdiyi ******* saylı qrup tələbələri arasında yaranmış münaqişənin müzakirəsi aparılmışıdır. Nəticədə xx.xx.2022-ci il tarixində iddiaçıdan izahat alınmışdır.
11. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərov tərəfindən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5 saylı təqdimata əsasən, Mərkəzin ******* saylı qrupunun tələbələrinin yazılı müraciəti ilə iddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirmir. Belə ki, tələbələrlə davranışı, fənn müəllimlərin dərslərini pozması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə bilik və bacarıqların tələbələrə düzgün aşılamaması ilə yanaşı onun kobud rəftarı tələbələrin etirazına səbəb olmuşdur. Tələbələrin yazılı şikayəti əsasında onlar tək-tək dindirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində keçirilmiş iclasda qrupda təhsil alan 14 tələbədən 13 tələbə iddiaçı ilə bağlı şikayəti şifahi şəkildə təsdiq etmişlər və qrupun istehsalat təlimi ustasının dəyişdirilməsini tələb etmişlər. Müəllim-tələbə konflikti xx.xx.2022-ci il tarixindən başlamışdır. Qrupla söhbətdən sonra iddiaçı ilə danışıqlar aparılmışdır. Belə ki, ona başqa qrupa istehsalat təlimi ustası keçirilməsi və əlavə dərs saatı ilə təmin olunması təklif olunmuş, lakin o, ona edilən təklifdən imtina etmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi xahiş olunur.
12. İş materiallarında olan, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad Həmkarlar İttifaqının xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokoluna əsasən, təqdimat təmin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
13. Həmçinin, son haqq-hesab vərəqəsinə əsasən iddiaçı 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarının ödənişi həyata keçirilmişdir.
14. Bundan əlavə, ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 02 mart 2023-cü il tarixli məktubunun məzmununa əsasən, Bakı Şəhər İdarəsinə təqdim edilmiş bank hesabı çıxarışa əsasən İddiaçı sonuncu ödənişin xx.xx.2022-ci il tarixində ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan pozuntularla əlaqədar olaraq, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin” direktoru X4 İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2023- cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
15. Cavabdeh tərəfindən ünvanlandığı xx.xx.2023-cü il tarixli, 69 nömrəli məktuba əsasən, 09 yanvar 2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilmiş, ona çatası son əmək haqqı isə 31 yanvar 2023-cü il tarixdə hesablanaraq aidiyyəti üzrə göndərilmişdir. Hesabatın gecikdirilməsinə səbəb yeni ilin ilk ayında Dövlət büdcəsindən maliyyələşən digər idarə və təşkilatlarda olduğu kimi onlarda da maliyyə sənədlərinin işlənməsinin 7 saylı xəzinədarlıq idarəsi tərəfindən gecikdirilməsidir. İşə xitam verilməsi cari ilin yanvar ayına təsadüf etdiyindən Dövlət büdcəsindən maliyyələşmə 25-29 yanvar 2023-cü il tarixdə açılmışdır.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1966/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri ləğv edilməsi, İddiaçı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq İddiaçı ödənilməsini qət etmişdir. (hakim A.N.Novruzova)
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 28 nömrəli əmrində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad Həmkarlar İttifaqının xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. Pozuntuların əsası kimi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iddiaçı barəsində şikayət məzmunlu izahatlarına istinad edilmişdir. Tələbələrinin iddiaçı barəsində şikayət məzmunlu izahatlarında göstərilən hallar cavabdeh Mərkəzin rəhbərliyi tərəfindən tam yoxlanılmamış, formal mülahizələrlə İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
18. Bundan başqa Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad Həmkarlar İttifaqının xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışa əsasən iddiaçının digər bir qrupun “istehsalat təlimi ustası” vəzifəsinin həvalə olunması təklif olunsa da, sonuncu bunu qəbul etməmişdir. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitamına əsas olacaq konkret hallar müəyyən edilməmişdir.
19. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işəgötürən iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verərkən əmri əsaslandırmamış, tələbələrin müraciəti əsasında hər hansı xidməti araşdırma aparmamış, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması və ya işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsinə dair konkret hallar aşkar edilməmişdir.
20. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərdiyi digər əsaslarla bağlı isə məhkəmə qeyd etmişdir ki, “əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozma” əmək müqaviləsinə xitam verilməsinin tamamilə müstəqil əsasıdır və bu hal konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə işçinin əmək müqaviləsinə həmin əsasla xitam verilə bilməz. Başqa sözlə, işçinin əvvəllər hər hansı bir səbəblə intizam tənbehi almış olması 6 ay ərzində onun əmək müqaviləsinə xitam verilməsinə o halda səbəb ola bilər ki, həmin dövr ərzində işçi əmək müqaviləsi ilə ona tapşırılmış əmək funksiyalarını pozmuş olsun. Cavabdeh məhkəmə iclasında iddiaya etirazının əsası kimi iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə və 13 may 2022-ci il tarixdə töhmət və şiddətli töhmət verilməsinə istinad etsə də, Azərbaycan Respublikası ƏM-nin 190-cı maddəsinin 1-ci bəndi bəndinin tələbi baxımından həmin intizam tənbehi 6 ay qüvvədə olmuşdur.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 42.1, 45.4, 47, 56.2, 287, 288 və 292-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6103/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Babayevdan və G.T.Axundovadan ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1966/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması qət edilmişdir.
24. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına uyğun düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatına qabaqcadan təqdimatla müraciət edilmiş, müvafiq əsaslandırma sənədləri təqdimata əlavə olunmuş və əvvəlcədən həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla son haqqhesab aparılmışdır.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilmişdir. İddiaçının tələbələrlə davranışı, fənn müəllimlərin dərslərini pozması, istehsalat təlimi və təcrübəsi zamanı ixtisas üzrə bilik və bacarıqların tələbələrə düzgün aşılamaması ilə yanaşı onun kobud rəftarı tələbələrin və fənn müəllimlərinin etirazlarına səbəb olmuşdur. Qeyd olunan bu hallar Mərkəzin ******* saylı qrupunun tələbələrinin və müəllimlərin yazılı müraciətlərinə əsasən öz təsdiqini tapmışdır. Həmçinin xx.xx.2022-ci il tarixində keçirilmiş iclasda qrupda təhsil alan 14 tələbədən 13 tələbə iddiaçı ilə bağlı şikayətlərini şifahi şəkildə təsdiq etmiş, onlar, qrupun istehsalat təlimi ustasının dəyişdirilməsini tələb etmişlər. Həmkarlar İttifaqı tərəfindən xx.xx.2023-cü il tarixdə direktor, tədris şöbəsi, fənn müəllimləri və ******* saylı qrupun tələbələrinin iştirkaı ilə keçirilən iclasda Mərkəzin direktoru Zülfüqar Əsgərovun ünvanladığı xx.xx.2023-cü il tarixli 5 saylı təqdimat müzakirə edilmiş, araşdırmaya təqdim olunmuş sənədlərlə iddiaçı tərəfindən qanunvericiliyinin tələblərinin və müəssisədaxili qaydaların pozulması halı aşkar edilmiş, buna görə onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
26. İddiaçının əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi nəticəsində işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tədris müəssisəsində müəllim işləməsi nəzərə alınaraq onun tərəfindən peşə fəaliyyəti zamanı müəllim adına xələl yetirən hərəkətə yol verilməsi təhsil müəssisəsinin qanunla qorunan mənafelərinə ziyan dəymiş olur, o, bu cür hərəkətlə hətta gələcək nəslin savadlı, mədəni, tərbiyəli, mənəvi olaraq sağlam böyüməsini təhlükə altına qoymaqla dövlətin ümumi maraqlarına zərər vurmuş olur.
27. İddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 3.5, 10, 70, 71, 72, 80.1, 80.2, 186.2 və 292.2-ci maddələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə və MPM-nin 14.1, 14.2, 77.1 və 88-ci maddərlərinə istinad etməklə əsaslandırmışdır.
a. Kassasiya instansiyası məhkəməsindəki icraat
29. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2024cü il tarixli, 2(102)-535/2024 nömrəli qərarı (X2 (məruzəçi hakim), X5 və X8 ibarət tərkibdə) ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6103/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
31. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tələbələrin məlumatlarında göstərilən halların həqiqət olduğunu qəbul edən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin hallar digər hər hansı bir sübutla öz təsdiqini tapmır, Mərkəzin isehsalat təlimi ustası və müraciət edən tələbələrin aid olduğu ******* nömrəli qrupun rəhbəri kimi iddiaçının göstərilən hərəkətləri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilk növbədə tələbələrin özlərinin biliklərinin, peşə bacarıqları və vərdişlərinin aşağı olmasında, tədris-istehsalat işlərini və təlim proqramlarını müəyyən edilmiş texniki tələblər səviyyəsində yerinə yetirməmələrində, onların gündəlik davranışlarında, daxili intizam qaydalarına əməl etməmələrində özünü göstərməli idi. Lakin göstərilən halları təsdiq edən sübutlar işəgötürən tərəfindən təqdim olunmamış, bu cür halların mövcud olması müəyyən edilməmiş, əksinə fənn müəllimlərinin Mərkəzin direktoruna yazdıqları məlumatlarda qrup tələbələrinin bilik səviyyəsinin, etik davranış qaydalarının, dərsə davamiyyətinin yüksək olduğu bildirilmişdir. İddiaçı göstərmişdir ki, tələbələrin onun başqa istehsalat təlimi ustası ilə əvəz olunması barədə müraciətləri və müraciətlərdə göstərilən əsassız xüsusatlar oqanlara qarşı tələbkar olması, tələbələrin əsassız olaraq dərsdən yayınmalarının qarşısını alması, onlara üzrlü səbəblər olmadan icazə verməməsi ilə bağlı olmuşdur. İşə baxan apellyasiya məhkəməsi göstərilən halları nəzərə almamış, tələbələrin məlumatlarında göstərilən halları təsdiq edən faktların müəyyən edilməsi ilə bağlı rəsmi sənədlərin təqdim olunması cavabdehə təklif edilməmiş, iddiaçının göstərdiyi halları isə ümumiyyətlə diqqətdən kənarda qoymuşdur. Fənn müəllimləri Mübarizə Cəfərov və Tamella Məmmədovanın məlkmatlarana gəldikdə onlar özləri etiraf etmişlər ki, bu dərsin boş keçməsi və qrup jurnalında ağardıcıdan istifadə edilməklə düzəliş olunması ilə bağlı olmuşdur. Göründüyü kimi, cavabbeh işəgötürən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru iddiaçı tərəfindən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi qənaətinə gələrkən iddiaçının başqa istehsalat təlimi ustası ilə əvəz olunmasında maraqlı olan tələbələrin və yol verdikləri nöqsanlara görə irad bildirdiyi fənn müəllimlərinin həqiqət olması müəyyən edilməmiş məlumatlarına əsaslanmışdır. Həmin məlumatların həqiqət olması, iddiaçının özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirib-yetirməməsi faktını təsdiq edən rəsmi sənədlərin olması müəyyən edilməmişdir. İşdən daha sonra görünür ki, iddiaçı ilə olan əmək müqaviləsinin ləğv olunması barədə işəgötürən cavabdehin 09 yanvar 2023-cü il tarixli 28 nömrəli əmrində də əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir ki, bu da həmin əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi əsaslarından biridir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
32. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş materilları obyektiv təqdiq olunmamış, sübutlara obyektiv yanaşılmamışdır. Belə ki, iş materiallarında mövcud olan ******* saylı qrupun adından “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X18 rəhbərinə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli kollektiv müraciətlərdən görünür ki, qrupda olan tələbələrə təlim keçirilən zaman iddiaçı tərəfindən mütəmadi olaraq cəmiyyət arasında təşəkkül tapmış davranış qaydalarına riayət edilmir, oxuduqları ixtisas üzrə onlara heç bir bilik verilmir, iddiaçı başqa müəllimlərin dərslərinə müdaxilə etdiyi üçün əmək və icra intizamının normal ahəngini pozur və bəzi günlərdə tələbələr dərslərdə boş oturduqları üçün vaxtlarını səmərəsiz keçirirlər. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli 403 saylı Əmri ilə təsdiq edilmiş “Peşə məktəbi və peşə litseyinin istehsalat təlimi ustası haqqında” Əsasnaməyə əsasən, istehsalat təlimi ustası davranış və nizam-intizam qaydalarına riayət etməlidir, əməyə münasibətdə şagirdlərə nümumə olmalıdır, onlara müraciətdə pedaqoji nəzarəti gözləməlidir, şagirdlərin şəxsiyyətinə hörmətlə yanaşmalıdır və onlara yüksək səviyyədə peşə təlimi keçməlidir. Beləliklə, iddiaçı tərəfindən əmək vəzifələrinin yetərincə yerinə yetirilməməsi nəticəsində, tələbələrin Azərbaycan Respublikası Konstitusiyasında və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş yüksək keyfiyyətli təhsil almaq hüquqları pozulmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi tələbələrin müraciətlərini böhtan xarakterli məlumatlar kimi qəbul edərək formal mülahizələr siyahısına daxil etmişdir. Bununla bağlı bildirir ki, tələbələrin məlumatlarının böhtan xarakterli olduğu yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə sübut edilə bilər. Beləliklə, tələbələrin şikayətlərinin böhtan xarakterli olub-olmaması birinci instansiya məhkəməsində mübahisə predmeti olmamış və digər məhkəmə qətnaməsi ilə sübut edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi, işəgötürənin iqtisadi baxımdan daha güclü tərəf olduğunu qeyd edərək, işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünün tətbiq edilməsini əsassız hesab etmişdir. Məhkəmənin qeyd etdiyi dəlilinə münasibətdə bildirilməlidir ki, Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh növlərindən konkret olaraq hansı hallarda işçi barəsində tətbiq edilməsi əmək qanunvericiliyi ilə müəyyən edilməmiş və işəgötürənin mülahizəsinə buraxılmışdır. Belə ki, Əmək Məcəlləsinin 186.3-cü bəndinin tələblərinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
34. Həmçinin, müxtəlif vaxtlarda həm tələbələr, həmçinin kollektivdə çalışan digər həmkarlar tərəfindən rəhbərliyin ünvanına iddiaçının davranışı ilə bağlı şikayətlər daxil olmuşdur. Yuxarıda qeyd edilən işin hallarından müəyyən etmək olar ki, iddiaçı əmək kollektivi arasında böyük nüfuza malik olmamış və eyni zamanda peşakarlıq səviyyəsi də aşağı olmuşdur. Eyni zamanda, tərəflər arasında mövcud olmuş əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməmişdən əvvəl, işəgötürən tərəfindən iddiaçı - İddiaçı barəsində əmək vəzifələrinin pozulması ilə bağlı xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə intizam tənbehinin növləri olaraq töhmət və şiddətli töhmət verilmişdir. Beləliklə, iş materiallarında mövcud olan sübutların məcmusundan görünür ki, işəgötürən işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünü tətbiq etməmişdən əvvəl, digər yüngül intizam tənbeh növlərindən istifadə etmiş, lakin iddiaçı bundan nəticə çıxartmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
36. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əvvəlki məhkəmə icraatları zamanı verilmiş izahata, eləcə də iddia tələbinə qarşı etiraza və apellyasiya şikayətinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv olunaraq, iddianın təmin olunmamasını xahiş etmişdir..
37. Apellyasiya baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat verərək apellyasiya şikayətin təmin olunmamasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
39. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
40. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
41. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra, ƏM): - ƏM-nin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). - ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - ƏM-nin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - ƏM-nin 72-ci maddəsinə əsasən: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - ƏM-nin 80-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - ƏM-nin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu məlumat göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. - ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra, MPM) - Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. - Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh təşkilatda istehsalat təlimi ustası vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 28 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir.
47. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması nəticəsinə gələrkən göstərmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 28 nömrəli əmrində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad Həmkarlar İttifaqının xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. Pozuntuların əsası kimi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iddiaçı barəsində şikayət məzmunlu izahatlarına istinad edilmişdir. Tələbələrinin iddiaçı barəsində şikayət məzmunlu izahatlarında göstərilən hallar cavabdeh Mərkəzin rəhbərliyi tərəfindən tam yoxlanılmamış, formal mülahizələrlə İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bundan başqa Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad Həmkarlar İttifaqının xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışa əsasən iddiaçının digər bir qrupun “istehsalat təlimi ustası” vəzifəsinin həvalə olunması təklif olunsa da, sonuncu bunu qəbul etməmişdir. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitamına əsas olacaq konkret hallar müəyyən edilməmişdir.
48. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işəgötürən iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verərkən əmri əsaslandırmamış, tələbələrin müraciəti əsasında hər hansı xidməti araşdırma aparmamış, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması və ya işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsinə dair konkret hallar aşkar edilməmişdir.
49. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərdiyi digər əsaslarla bağlı isə məhkəmə qeyd etmişdir ki, “əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozma” əmək müqaviləsinə xitam verilməsinin tamamilə müstəqil əsasıdır və bu hal konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə işçinin əmək müqaviləsinə həmin əsasla xitam verilə bilməz. Başqa sözlə, işçinin əvvəllər hər hansı bir səbəblə intizam tənbehi almış olması 6 ay ərzində onun əmək müqaviləsinə xitam verilməsinə o halda səbəb ola bilər ki, həmin dövr ərzində işçi əmək müqaviləsi ilə ona tapşırılmış əmək funksiyalarını pozmuş olsun. Cavabdeh məhkəmə iclasında iddiaya etirazının əsası kimi iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə və 13 may 2022-ci il tarixdə töhmət və şiddətli töhmət verilməsinə istinad etsə də, Azərbaycan Respublikası ƏM-nin 190-cı maddəsinin 1-ci bəndi bəndinin tələbi baxımından həmin intizam tənbehi 6 ay qüvvədə olmuşdur.
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd etməyi zəruri hesab edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
51. İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməli olması müəyyən edilmişdir. Bu hal həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının xx.xx.2021-ci il tarixli Qərarında də öz əksini tapmışdır.
52. Qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin üzərinə mühüm vəzifələr qoymuşdur. Bu sahədə işəgötürənən əmri qanunvericilikdə nəzərədə tutulmuş maddi və formal tələblərə cavab verməlidir.
53. İşçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmalı, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün zəruri araşdırma aparılmalıdır.
54. İş materiallarından (əmr və s.) isə görünür ki, iddiaçı barəsində tətbiq edilmiş intizam tənbehi əsasən ******* saylı qrup üzrə bəzi tələbələrin müracitələri ilə bağlı olmuşdur.
55. Lakin, cavabdeh tələbələrin məlumatlarında göstərilən halların həqiqət olubolmaması istiqamətində hər hansı zəruri araşdırma aparmamış, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
56. Kassasiya instansiyasının da qeyd etdiyi kimi, Mərkəzin isehsalat təlimi ustası və müraciət edən tələbələrin aid olduğu ******* nömrəli qrupun rəhbəri kimi iddiaçının göstərilən hərəkətləri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilk növbədə tələbələrin özlərinin biliklərinin, peşə bacarıqları və vərdişlərinin aşağı olmasında, tədris-istehsalat işlərini və təlim proqramlarını müəyyən edilmiş texniki tələblər səviyyəsində yerinə yetrməmələrində, onların gündəlik davranışlarında, daxili intizam qaydalarına əməl etməmələrində özünü göstərməli idi. Lakin göstərilən halları təsdiq edən sübutlar işəgötürən tərəfindən təqdim olunmamış, bu cür halların mövcud olması müəyyən edilməmiş, əksinə fənn müəllimlərinin Mərkəzin direktoruna yazdıqları məlumatlarda qrup tələbələrinin bilik səviyyəsinin, etik davranın qaydalarının, dərsə davamiyyətinin yüksək olduğu bildirilmişdir.
57. Halbuki, iddiaçı bildirmişdir ki, tələbələrin onun başqa istehsalat təlimi ustası ilə əvəz olunması barədə müraciətləri və müraciətlərdə göstərilən əsassız xüsusatlar onlara qarşı tələbkar olması, tələbələrin əsassız olaraq dərsdən yayınmalarının qarşısını alması, onlara üzrlü səbəblər olmadaq icazə verməməsi ilə bağlı olmuşdur.
58. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tələbələrin məlumatlarında göstərilən halları təsdiq edən faktların müəyyən edilməsi ilə bağlı hər hansı rəsmi sənədlərin olmamasını, əmr verilərkən yalnız müvafiq müraciətlərin əsas götürülməsini bildirmişdir.
59. Bununla yanaşı, kassasiya instansiyasının etdiyi kimi, fənn müəllimləri Mübarizə Cəfərov və Tamella Məmmədovanın məlumatlarana gəldikdə onlar özləri etiraf etmişlər ki, dərsin boş keçməsi və qrup jurnalında ağardıcıdan istifadə edilməklə düzəliş olunması ilə bağlı olmuşdur.
60. Həmçinin, qeyd edilməlidir ki, Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azad Həmkarlar İttifaqının xx.xx.2023-cü il tarixində keçirilən iclasın 06 №-li Protokolundan çıxarışdan görünür ki, iddiaçıya digər bir qrupun “istehsalat təlimi ustası” vəzifəsinin həvalə olunması təklif olunsa da, sonuncu bunu qəbul etməmişdir. Göründüyü kimi, iddiaçı ilə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitamına əsas olacaq, konkret hallar aşkar edilməmişdir. Əksinə, iddiaçıya digər bir qrupun “istehsalat təlimi ustası” vəzifəsinin həvalə olunması təklif edilmişdir.
61. Əgər cavabdeh həqiqətən iddiaçının istehsalat təlimi ustası kimi vəzifələrini lazımi qaydada yerinə yetirməməsi qənaətinə gəlmişsə, o zaman ona digər bir qrupun “istehsalat təlimi ustası” vəzifəsini təklif etməsi ziddiyyətli olmaqla, anlaşılan deyildir.
62. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi qənaətinə gəlinərkən iddiaçının başqa istehsalat təlimi ustası ilə əvəz olunmasında maraqlı olan tələbələrin və yol verdikləri nöqsanlara görə irad bildirdiyi fənn müəllimlərinin həqiqət olması müəyyən edilməmiş məlumatlarına əsaslanmışdır. Həmin məlumatların həqiqət olması, iddiaçının özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirib-yetirməməsi faktını təsdiq edən rəsmi sənədlərin olması müəyyən edilməmişdir.
63. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir.
64. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 09 yanvar 2023-cü il tarixli 28 nömrəli əmrində də əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir ki, bu da həmin əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi əsaslarından biridir.
65. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu məlumat göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (ƏM-nin 84-cü mad.).
66. Göründüyü kimi, əmrin lazımi qaydada əsaslandırılmaması, xüsusilə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin göstərilməməsi özü-özlüyündə işəgötürənin lazımi araşdırma aparmamasına, ehtimal olunan pozuntu faktının rəsmi sənədlərlə rəsmiləşdirilməməsinə və s. ehtiva edir ki, bu da əmrin qanunsuzluğuna dəlalət edir.
67. Halbuki, ƏM-in başdan bəri sadalanan normalarının qarşılıqlı təhlilindən belə aydın olur ki, işəgötürən bütün hallarda, xüsusilə də Məcəllənin 70-ci maddəsində müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
68. Birinci instansiya məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə iclasında iddiaya etirazının əsası kimi iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə və 13 may 2022-ci il tarixdə töhmət və şiddətli töhmət verilməsinə istinad etsə də, nəzərə almamışdır ki, ƏM-nin 190-cı maddəsinin 1-ci bəndi bəndinin tələbləri baxımından həmin intizam tənbehi 6 ay qüvvədə olmuşdur və mübahisələndirilən əmrin qanuni əsasını təşkil edə bilməz.
69. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslanıdıra və sübut edə bilməmişdir. Belə olan olan halda iddia tələbi – cavabdehin 09 yanvar 2023-cü il tarixli əmrinin ləğv olunması hissədə əsaslıdır. Cavabdeh bunun əksini sübut edə bilməmişdir.
70. Belə olan halda, ƏM-in 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əmr ləğv olunmalı, iddiaçı əvvəlki işinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.
71. Həmin maddəyə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
72. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına qanunsuz müdaxilə baş verməsi halı müəyyən edilmişdir.
73. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
74. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-1966/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.