Məhkəmə qərarları › İş №2(103)-3162/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3162/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3162/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1124/2018 saylı qərardadından Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1124/2018 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək “xxxx” MMC-dən maddi ziyanın əvəzi kimi 45860 ABŞ dolları, mənəvi zərərin əvəzi kimi 5000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 Abuzər oğlundan mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 14548,80 manatın tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 Abuzər oğlundan mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 14548,80 manat pulun ödənilməsi ilə İddiaçı ünvan 1 2347-48 ünvanında inşa edilmiş yaşayış binasının İ blok, Vİ mərtəbəsində ümumi tikinti sahəsi 85,5 kv.m olan 1 otaqlı 37 saylı mənzilindən çıxarılmasının eyni anda icra olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1826/2019 nömrəli qətnaməsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)- 1124/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 5506/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1124/2018 nömrəli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədəki ifadələr “eyni zamanda icra” ifadəsinin altına düşüb-düşməməsi barədə izah verilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1124/2018 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 şikayət verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1124/2018 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mənzildən çıxarılmalı olan borclu-tələbkar İddiaçı sözügedən qətnamədə qeyd olunan ifadələrinin sonunda eyni vaxtda icra olunma ifadəsinə münasibət bildirilməsinin vacibliyini vurğulamış və bu səbəbdən mənzildən könüllü olaraq çıxmaqdan imtina etmişdir ki, bu da qətnamənin vaxtında icra olunmasına maneəçilik yaratmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1124/2018 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1.-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3.-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir Belə ki, qətnamənin nəticə hissəsi aydın tərtib olunduğundan və həmin məhkəmə aktı yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanıldığından, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1124/2018 nömrəli qətnaməsinə izah verilməsinə zərurət olmadığına və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsində və şikayətində qeyd olunanlar məhkəmə aktına izah verilməsi üçün əsas olmadığına görə ərizənin təmin edilməməsi barədə qərardad qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1124/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar