Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3163/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X11, Cavabdeh Yuriyeviç, cavabdehin nümayəndəsi və vəkili X6 və maraqlarına toxunan şəxs X3 iştirakları ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7325/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh Yuriyeviç və X8 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə 917952.88 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı2nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı tərəf iddianın təmin edilməsi tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzilin; Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 416 a nömrəli bağ evinin; 90- HT690 dövlət qeydiyyat nişanlı, “LEXUS LX 70” minik markalı avtomobilin; “xxxx” BOKT ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 220000 manat dəyərində qiymətli kağızların(istiqrazların); “xxxx” ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 18500 manat dəyərində qiymətli kağızların(istiqrazların); cavabdehin həyat yoldaşı X10 adına “xxxx” BOKT ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 67000 manat dəyərində qiymətli kağızların(istiqrazların); X4 adına “xxxx” ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 50000 manat dəyərində qiymətli kağızların üzərinə həbs qoyulması, həmin əmlakların, qiymətli kağızların satılması, bağışlanması, girov qoyulması, icarəyə verilməsi və digər şəkildə yüklü edilməsinin Cavabdeh və digər şəxslərə, həmçinin “xxxx” BOKT ASC-yə və “xxxx” ASC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehdən vurulmuş zərərə görə 917952.88 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə iddia qaldırılmışdır. Göstərilən əmlakların bəziləri cavabdehin adına bəziləri isə cavabdehin həyat yoldaşının adına qeydə alınmışdır. Onlar xx.xx.2016-cı ildən birgə nikahdadırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7325/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzilin; Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 416 a nömrəli bağ evinin; **-HT- *** dövlət qeydiyyat nişanlı, “LEXUS LX 70” minik markalı avtomobilin; “xxxx” BOKT ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 220000 (iki yüz iyirmi min) manat dəyərində Cavabdeh adına olan qiymətli kağızların (istiqrazların); “xxxx” ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 18500 (on səkkiz min beş yüz) manat dəyərində Cavabdeh adına olan qiymətli kağızların (istiqrazların); cavabdehin həyat yoldaşı X4 adına “xxxx” BOKT ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 67000 (altmış yeddi min) manat dəyərində qiymətli kağızların (istiqrazların); cavabdehin həyat yoldaşı X4 adına “xxxx” ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 50000 (əlli min) manat dəyərində qiymətli kağızların üzərinə həbs qoyulması, həmin əmlakların, qiymətli kağızların satılması, bağışlanması, girov qoyulması, icarəyə verilməsi və digər şəkildə yüklü edilməsi Cavabdeh və digər şəxslərə, həmçinin “xxxx” BOKT ASC-yə və “xxxx” ASC-yə qadağan edilməsi qərara alınmışdır (sədrlik edən : İlkin Əliyev). Cavabdehlər Cavabdeh Yuriyeviç və X8 tərəfindən həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş edilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırılmışdır ki, o keçmiş hərbi qulluçudur. Əvvəl Sovet ordusu tərkibində Bakıda, ölkə müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunda hərbi xidmət keçmişdir. Xəzər Ali Hərbi Dənizçilik Məktəbinin məzunudur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0783 saylı, xx.xx.1997-ci il tarixli əmri ilə 3-cü dərəcəli kapitan hərbi rütbəsi ilə ehtiyata buraxılmışdır. Hərbi qulluqçu kimi pensiyaçıdır. Müdafiə nazirinin 0783 saylı xx xxxxxx 1997-ci il tarixli əmri ilə ehtiyata buraxıldıqdan sonra ona pensiya təyin edilmiş və biznes fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Şirkət qurmuş, idarə və müəssisələrə mebel, mebel avadanlıqlarının istehsalı, quraşdırılması ilə məşğul olmuşdur. 2010-cu ildə məlum olmuşdur ki, “xxxx” MMC maliyyə çətinlikləri yaşayır və rəhbəri Fransa vətəndaşı X15 şirkəti satmaq niyyətindədir. Şirkət baha qiymətə satılırdı və o vəsaitin 100 %-ni ödəmişdir. Hüseynov İsada (Tağıyev Elşən) pul olmadığından, razılığa gəlmişlər ki vəsaitin hamısını o, ödəyir. Bu vəsaitin 1/5 hissəsinə bərabər olan “xxxx” MMC-nin rəhbərinin banka olan borcunu ödəməyi Hüseynov İsa (Tağıyev Elşən) öz öhdəsinə götürdü. Şirkətin rəhbəri hissələrin 50 % -ni Hüseynov İsanın (Tağıyev Elşən), 50 %-ni isə onun adına keçirdi. 2010-cu ildən 2019-cu ilədək İddiaçı2 MMC-nin direktoru o olmuşdur. Onunla bərabər Tağıyev Elşən şirkətin kommersiya direktoru olmuş və şirktin idarə edilməsini demək olar ki, özü həyata keçirmişdir. Bütün bank və digər sənədlər onun adı ilə imzalanmışdır. Bununla yanaşı demək olar ki, o hər ilin 5 ayını xaricdə olmuşdur. Həmin vaxtlar şirkətin idarə edilməsini Tağıyev Elşən həyata keçirmişdir. Əlavə olaraq bildirir ki, Tağıyev Elşən adını və soyadını dəyişib X5 göstərmişdir. Qeyri-adi bu hərəkətinin səbəbini isə interpolda axtarışda olması, maliyyə problemlərinin olması ilə izah edirdi. Hal-hazırda hamı onu Elşən kimi çağırır. xx.xx.2019-cu il tarixində yeni təsis müqaviləsi imzalamışlar. Bundan sonra şirkətin 3 təsisçisi olmuşdur. Tağıyev Elşənin həyat yoldaşı X9 (Elşən payını onun adına keçirmiş və bildirmişdir ki, problemləri ilə əlaqədar adı heç bir yerdə görünməməlidir) X12 və onun özü. Hər bir üzv 1/3 paya sahib olmuşdur. Müqavilə rəsmiləşdirildikdən sonra X1 şirkətə payçı kimi rəsmiləşdirilməsinin lazımsız olduğunu bildirmişdir.Daha sonra isə öz adamını Orxan Əliyevi direktor təyin etdi. Bundan sonra Hüseynov İsanın münasibəti dəyişdi. Bundan sonra o idarəçilikdən kənarda qalmış və bu işlərə qarışa bilməmişdir. Hazırki direktor O.Əliyev təyin edildikdən sonra ona emaillə müraciət edərək bildirmişdir ki, şirkətin fəaliyyətinin möhkəmləndirilməsi ilə əlaqədar 300000 ABŞ dolları vəsait qoyulmalıdır. O, anlamışdır ki, şirkətin maliyyə vəziyyəti pis olmadığı halda vəsaitə ehtiyac yoxdur. Pulun qoyuluşu isə Hüseynov İsanın (Tağıyev Elşən) şirkətə aid olmayan borcları üçündür. Məhkəmənin qərardadı heç bir rəsmi sənədə əsaslanmamışdır ki, o şirkətə 917952,88 manat mələğində ziyan vurmuşdur. İddia ərizəsində əsaslanma yalnız xx.xx.2019-cu il tarixli audit aktınadır. Audit aktı “xxxx” MMC-nin asılı vəziyyətdə olan işçılərdən alınmış izahatlarla əsaslandırılmışdır. Heç bir sənəddə şirkətdə mal çatışmazlığı. Maliyyə çatışmazlığı müəyyən deyildir. Şirkətin mühasibatlığında hər hansı əskiklik yoxdur. Hazırki iddianın verilməsi, audit aktının tərtib edilməsi məhs Hüseynov İsanın (Tağıyev Elşənin) sifarişi əsasında, onun varlanması və borclarının bağlanması məqsədilə edilmişdir. Direktor isə onun göstərişlərini icra edir. Şirkətin fəaliyyəti o şəkildə qurulmuşdur ki, mallar xaricdən gətirilir və müqavilələr bağlanılaraq satılır, müştərilərdən isə vəsaitlər bank vasitəri ilə şirkətin hesabına köçürülür. Daha sonra xərclər ödənilir. Bu halda qaimə əsasında hansı malların satışından alınmış vəsaitdən söhbət gedə bilər. Bütün qeyd edilən sənədlər vergi orqanında vardır. Məhkəmə bu sənədləri görmədən qanunsuz və asılı və işçilərin izahatına əsaslanan audit aktını sübut kimi qəbul edilməli idi. Şirkətin ümumiyyətlə göstərilən məbləğdə gəliri olmamışdır. Son illərin illik mənfəəti 70.000 manat civarında olmuşdur ki, bütün işlərin içərisində Hüseynov İsa (Tağıyev Elşən) iştirak etmiş və həmişə də təsisçilərdən ən çox o gəlir götürmüşdür. Məhkəmədən sənədin surətini götürdükdən sonra ona məlum olmuşdur ki, audit 2020-ci ilin aprel-dekabr aylarında 9 ay müddətinə keçirilmişdir. Bu müddət ərzində audit onun fikrini nə üçün öyrenməmişdir məlumatı yoxdur. Bir neçə illik fəaliyyət üçün auditin yoxlama keçirməsi və sonda bir vərəq həcmində akt yazması qeyri-müəyyəndir. Şirkətin rəsmi fəaliyyəti qalıb kənarda, bununla bağlı təhlil aparılmayıb , təsir dairəsində olan işçilərin izahatları alınıb və bunu əsasında sifarişli yoxlama keçirilib. İddianı təmin etmə tədbiri o demək deyil ki, verilən bütün iddialar barəsində bu tədbir görülsün. Məhkəmə ağlabatanlığa, uğurluluqla sübutlara fikir verməlidir. Məhkəmə qərardadında qeyd etmişdir ki, əmlakların satılma ehtimalı var. Bununla bağlı sübutlar olmasa belə, iddiaçı hətta şifahi olaraq ərizəsində 1 cümlə də olsun göstərməmişdir ki, əmlakların satılma ehtimalı var. Həbs qoyduğu əmlakların dəyəri bəlli olmadan məhkəmə necə müəyyən edib ki, onların dəyəri iddia tələbindən artıq deyil. Buna qalsa istənilən şəxs istədiyi rəqəmi göstərməklə saxta iddia verə bilər. 1-ci instansiya məhkəməsinin qərəzi ondan ibarətdir ki, hazırki işə aid olmayan və cavabdeh kimi göstərilməyən həyat yoldaşı X3 adına olan əmlaklar üzərinə həbs qoyulub. Sual olunur ki onun bu işə nə aidiyyəti var? Əgər varsa nə üçün o cavabdeh kimi göstərilməmişdir? Məhkəmənin qərardadda əmlakların satılmasını qadağan etdiyi digər şəxslər kimdir? Əgər bu X2 niyə onun adı açıq yazılmır, digər şəxslər kimi gizlin yazılır, axı əmlakın mülkiyyətçisi məhz odur. Məhkəmə qərardadda Ailə Məcəlləsinin 36.1-ci maddəsinə istinad etsə də, nəzərə almayıb ki, əmlak bölgüsü həyata keçirilməmişdir. Həmin əmlaklar bu gün X3 adına qeyd edilib. Əgər məhkəmənin dediyi kimi qəbul edilirsə o zaman onun adına qeydiyyata alınmış əmlakların bir hissəsi Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən məhz həyat yoldaşına məxsusdur. X8 şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh olmadığı mülki iş üzrə onun əmlakının üzərinə həbs qoyulmaqla hüquqları pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1618/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, şikayətlər təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili E.Dadaşov şikayələrin dəlillərinə etiraz edərək, şikayətlərin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili E.Qanbayev şikayətin məzmununa uyğun izahat verərək, qərardadın ləğvini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən L.Qitlina şikayətin məzmununa uyğun izahat verərək, qərardadın ləğvini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, L.Qitlinanın şikayəti təmin edilməli, Cavabdeh şikayəti təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən qəbul etdiyi qərardadında tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, qeyd edilən hüquq normalarının mahiyyətinə əsasən, iş üzrə Cavabdeh əmlakı üzərin həbs qoyulduğu halda, maraqlarına toxunulan şəxs (eyni zamanda cavabdehin arvadı) L.Qiylinaya məxsus əmlak üzərinə həbs qoyulması əsassız olmuşdur. İşin hallarından müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh olduğundan və L.Qitlina həm yuxarıda göstərilənlərə əsasən həm də cavabdeh statusunda olmadığından L.Qitlinanın əmlakı üzərinə həbs qoymaqda birinci instansiya məhkəməsi haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və qeyd edilən hüquq normalarının tələblərinə əsasən hesab edir ki, L.Qitlinanın şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı maraqlarına toxunulan şəxs L.Qitlinanın əmlakı üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Maraqlarına toxunulan şəxs X3 şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7325/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı cavabdehin həyat yoldaşı X4 adına “xxxx” BOKT ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 67000 (altmış yeddi min) manat dəyərində qiymətli kağızların (istiqrazların); cavabdehin həyat yoldaşı X4 adına “xxxx” ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 50000 (əlli min) manat dəyərində qiymətli kağızların üzərinə həbs qoyulması, həmin əmlakların, qiymətli kağızların satılması, bağışlanması, girov qoyulması, icarəyə verilməsi və digər şəkildə yüklü edilməsi Cavabdeh və digər şəxslərə, həmçinin “xxxx” BOKT ASCyə və “xxxx” ASC-yə qadağan edilməsi hissəsində ləğv edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3163/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3163/2021
19.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver