Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3163/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-76/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlak sığortası növü ilə sığortalanmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat məbləğində zərərin və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 25709 (iyirmi beş min yeddi yüz doqquz) manat məbləğində pulun "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-76/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, sığorta ödənişinin əvəzi olaraq 18235 (on səkkiz min iki yüz otuz beş) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən alınaraq faydalanan şəxs Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun hesabına ödənilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsinin cavabdeh "xxxx" ASC-dən, 30 (otuz) manat hissəsinin isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; Dövlət Xəzinədarlığı Agentliyi VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Məhkəməyə 04 aprel 2022-ci il tarixdə daxil olmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli məktubu ilə, iş üzrə İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-76/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkməsənin icraatında olan hazırki mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-76/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-76/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmi apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3163/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3163/2022
27.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver