Məhkəmə qərarları › İş №2(103)-3169/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3169/2025

04.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3169/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-639/2025nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ərizə ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, ünvan 1 ünvandan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-639/2025 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia təmin edilməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın digər əsaslarla rədd olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə obyektiv araşdırmanın aparılmaması, iddia tələbinə və sübutlara düzgün hüquqi qiymət verilməməsi, icraatın dayandırılması barədə ərizənin prosessual hüquq normalarının tələbləri pozulmaqla təmin edilməməsi, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən iki mərtəbəli özbaşına tikiliyə istifadə hüququnun tanınması, qətnamənin əsaslandırıcı hissəsində bu hallara düzgün hüquqi qiymət verilməməsi, cavabdehin mübahisəli evə istifadə hüququnun olmaması qənaətinin formalaşdırılması, bununla da hazırki qətnamənin gələcəkdə cavabdehin mübahisəli mənzildən inzibati qaydada qeydiyyatdan çıxarılmağı üçün preyudisial əhəmiyyət qazanmağına səbəb olacağı və s. kimi əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdeh tərəf apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, həmçinin ərizə təqdim edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3169/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı 2(103)-3169/2025 saylı mülki işin icraatı, iddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı "sərəncamın və evin yerləşdiyi torpaq sahəsinin və tikililərin plancizgisinin qanunsuz hesab edilərək ləğv edilməsi" tələbinə dair inzibati mübahisəyə baxılanadək (məhkəmənin yekun qərarı qanuni qüvvəsini alanadək) dayandırılmışdır. İş üzrə icraat dayandırıldığı müddətdə Cavabdeh məhkəməyə ərizə (ərizə cavabdeh tərəfindən imzalanaraq təsdiq olunmuş, həmçinin onun vəkili və nümayəndəsinin elektron kabineti vasitəsilə məhkəməyə göndərilmişdir) ilə müraciət edərək, iddiaçı ilə aralarındakı mübahisəni məhkəmədənkənar barışıq yolu ilə həll etdiklərini və buna görə də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, keçid 7, ev 39 E mənzilindən qeydiyyatdan çıxaraq ünvan 3 ünvanına qeydiyyata düşdüyünü bildirmiş, bu səbəbdən apellyasiya şikayətindən imtina edərək apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə elektron kabineti vasitəsilə ərizə göndərərək, cavabdehin qeyd etdiyi halları təsdiq etmiş, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3169/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı 2(103)-3169/2025 saylı mülki işin icraatı təzələnmiş və məhkəmə baxışı xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini, həmçinin şikayətdən imtina ilə bağlı cavabdeh tərəfin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən, xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilməlidir ki, məhkəmədə mülki (həmçinin, kommersiya mübahisələrin) işlərin başlanması bir qayda olaraq məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, icraatın sonradan davam etdirilib-etdirilməməsi də məhz həmin şəxslərin iradəsindən asılıdır. Dispozitivlik prinsipinə uyğun olaraq, apellyasiya şikayəti vermiş şəxsin ondan imtina etməsi, icraatın davam etdirilməsini lüzumsuz edir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-639/2025nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar