Məhkəmə qərarları › İş №2(103)-317/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-317/2022

27.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-317/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X27 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-1657/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin N° K-1094 saylı, 19 noyabr 2020-ci il tarixli əmrin ləğv olunmaqla onun Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və xx.xx.2020-ci il tarixindən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-1657/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-1657/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir . Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət versə də, məhkəmə həmin vəsatəti açıq saxlamış və münasibət bildirəcəyini qeyd etmişdir. Lakin araşdırma aparmaq yerinə işi tez yekunlaşdırmışdır. Onun kobud səhvlərə yol verməsi, işin ahənginin pozulması ilə bağlı heç bir sübut yoxdur. Karantin dövründə o, heç bir iclas keçirməmişdir. İclası Sona müəllimə keçirmiş, onun da iş materiallarında ərizəsi vardır. O, dəfələrlə Sona müəllimənin dindirilməsini xahiş etsə də, məhkəmə Sona müəlliməni dindirməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, izahatında qeyd etdi ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2017ci il tarixli, 2(006)-8982/2017 saylı qətnaməsi ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli, K-615 saylı əmri ləğv edilmiş, iddiaçı direktor müavini vəzifəsinə bərpa olunmuş və ona xx.xx.2017-ci il tarixindən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1730/2019 saylı qətnaməsi ilə qətnamə prosessual pozuntuya görə ləğv edilsə də, faktiki olaraq Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(006)- 8982/2017 saylı qətnaməsi qüvvədə qalmış, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1730/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmənin qətnaməsi icra olunduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən iddiaçı Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunsa da, bərpa olunduğu gündən işdən çıxarıldığı günə kimi onunla istər məktəb direktoru, istərsə də Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi normal davranmamış, ona dəfələrlə bildirilmişdir ki, “gec-tez maddə ilə yenidən işdən çıxarılacaq, məhkəmənin qərarı ilə işə bərpa olunan şəxsin aralarında yeri yoxdur, qəbuledilməz şəxsdir, işində nöqsan axtarırlar, tapan kimi çıxarılacaqdır”. Daha sonra, iddiaçı işə bərpa olunduğu gündən bir gün sonra direktor Arzu Nəzərova (hansı ki, məktəbə müvəqqəti təyin olunmuşdu) iddiaçını yanına çağırıb dedi ki, onu öz vəzifəsini icra etməyə qoymayacaq, başqa iş verəcəkdir. İddiaçı təhsil idarəsinə müraciət etdi, ondan sonra direktor A.Nəzərova tez-tez iddiaçını narahat edir, ibtidai siniflərin jurnallarını gizlədir, iddiaçının siniflərdə dərs dinləməsinə mane olur, texniki işçilərə iddiaçının adından yalan sözlər deyərək onların dalaşmasına şərait yaradırdı. Əlindən gələni edirdi ki, məktəbdə iddiaçının səsi çıxsın, o da bundan istifadə edib təhsil idarəsinə xəbər versin ki, iddiaçı işçilərlə dalaşır və ya mübahisə edir. Lakin İddiaçı direktorun onunla olan qərəzli hərəkətlərinə ümumiyyətlə məhəl qoymurdu. Daha sonra, direktor iddiaçıya 2019- cu ilin oktyabr ayından dərs vermədi, halbuki başqa müavinin dərsi var idi. Siniflərdə tez-tez müəllimlər dərs buraxır, valideyn müəllimin əvəzinə dərs keçir. İddiaçı bu baş verənlərə etiraz etsə də, direktor ona deyirdi ki, “özü bilər, ona aidiyyəti yoxdur”. Qanunsuz şəkildə başqa müavin və zavxoz direktorun göstərişi ilə ibtidai siniflərdən pul yığdıqları zaman, iddiaçı dərhal müdaxilə etdi. Sonra yazılı şəkildə direktora verdi və dedi ki, bu adamlar barəsində tədbir görmək lazımdı. Bir neçə gündən sonra direktor iddiaçıya dedi ki, “burada direktor özüdür, o bilər”. İddiaçı məhkəmənin qətnaməsi ilə bərpa olunduqdan sonra işlədiyi bir il ərzində ona stol, stul, otaq verilməyib, o, zavxozun otağında oturmuşdur. xx.xx.2020-ci il tarixində iddiaçı heç bir iclas keçirməmişdir. Ə.Sona müəllimənin dərsin başlanması ilə bağlı müəllimlərə tövsiyyəsi var idi, danışırdı sinifdə hansı ki, dövlət tərəfindən 10 nəfərin bir yerdə məsafəli şəkildə oturmağa icazə verilmişdi, hamısı da qoruyucu tibbi maskada, iddiaçı da axırıncı partada oturmuşdu və 10 nəfər müəllim də hərəsi bir partada məsafəli şəkildə oturmuşdu. Bir sözlə, iddiaçı heç bir iclas keçirməmişdir. Sonra müəllimə də onlara dedi ki, direktordan icazə almışdır. Daha sonra, 2-ci bir ərizə göndərib təhsil idarəsinə o da tamamilə böhtandır. Orada xeyli müəllimlər iştirak edib və müəllimləri direktor öz otağına çağırıb. İddiaçı yazını yazıb çıxandan sonra gördü ki, Aydan onu çağırır. İddiaçı tez direktorun otağına gəldi, müəllimlər hamısı oturmuşdu, iddiaçı qapıdan içəri tərəfdə dayandı və salamlaşdı. Aydan Nəzərova heç bir söz demədən başladı müəllimə yaraşmayan şəkildə, sanki məktəbdə yox, bazarda imiş kimi qışqıra-qışqıra qarğış etməyə. İddiaçı bir an nə olduğunu dərk etmədi, elə müəllimlər də çaş-baş qaldılar və heç kim heç nə başa düşmədi. Lakin bir xeyli qarğış, qışqırığdan sonra dedi ki, “Elnarə məlumat atıb, sən də saytlara onun səsini vermisən”. İddiaçı ondan sonra başa düşdü ki, o, nə demək istəyir. İddiaçı ona bu hal ilə əlaqədar öz iradını bildirmişdir. Direktor bildiyi şəkildə təhsil idarəsinə iddiaçı barəsində yalan və böhtan dolu məktublar göndərmişdir ki, həmin məktublara da imza atan şəxslər, onun məktəbə yerləşdirdiyi qohumlarıdır. İddiaçı BŞTİ-nin müdiri R.Tağıyevdən xahiş etdi ki, araşdırılsın, yoxlanılsın, lakin heç bir araşdırma və yoxlama aparılmamışdır. 12 oktyabr 2020-ci il tarixində iddiaçı Həmkarların iclasına çağırıldı və həmin tarixdə iclasda iştirak etdi. xx.xx.2020-ci il tarixində Həmkarlar iclasının katibi iddiaçıya telefonla zəng vuraraq öz razılığı ilə işdən çıxmağını bildirdi, iddiaçı da öz növbəsində ərizə yazmayacağını bildirdi. xx.xx.2020-ci il tarixində iddiaçıya Bakı şəhəri üzrə Təhsil İdarəsindən zəng olundu və iddiaçının Əmək Məcəlləsinin “70”-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı barədə əmr verildiyini, gəlib idarədən əmri və əmək kitabçasını götürə biləcəyi bildirildi. İddiaçının səlahiyyətli nümayəndəsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsində getmiş və ona bildirilmişdir ki, iddiaçı barəsində heç bir əmr verilməyib. Məhz bu səbəbdən, iddiaçı xx.xx.2020-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsində rəsmi ərizə ilə müraciət etdi və poçt vasitəsi ilə göndərdi. Nəhayət, 23 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin K-1094 saylı, 19 noyabr 2020-ci il tarixli əmrinin surəti iddiaçının poçt ünvanına rəsmi şəkildə göndərilsə də, əmək kitabçası verilmədi. Sözügedən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin K-1094 saylı, 19 noyabr 2020-ci il tarixli əmri tam qanunsuz və əsassız bir əmrdir. Belə ki, qanunsuz əmrdə qeyd edilmişdir ki, guya iddiaçı “dəfələrlə ona olunan xəbərdarlıqlara baxmayaraq, cari təqvim ili ərzində bir neçə saat işə gec gəlmiş, habelə məktəb rəhbərliyi və müəllimlərə qarşı münasibətdə ‘‘Müəllimlərin etik davranış qaydaları”nın tələblərini dəfələrlə pozaraq müəssisədaxili nizam- intizamın və iş ahənginin pozulmasına, təhsil müəssisəsinin nüfuzuna xələl gəlməsinə səbəb olan hərəkətlərə yol vermişdir”. Halbuki, qeyd edilənlər tamamilə əsassızdır və heç bir sübuta əsaslanmayan fərziyyələrdən, böhtandan başqa bir şey deyildir. Çünki iddiaçı işlədiyi 38 illik müəllimlik fəaliyyəti müddətində 1 dəqiqə olsun belə işə gecikməmiş, hər zaman nizam- intizamlı olmuşdur. Əgər gecikmiş olsaydı, ondan izahat tələb olunardı, iddiaçıdan da indiyə kimi belə bir izahat tələb olunmayıb. Çünkü izahatın yazılmasını zəruri edəcək iddiaçı tərəfindən hər hansı bir qanunsuz hərəkət olmamışdır. Daha sonra, qanunsuz əmrdə qeyd edilmişdir ki, guya iddiaçı “ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, xx.xx.2020-ci il tarixində ibtidai sinif müəllimlərini bir yerə toplayaraq, sanitar gigiyenik qaydalara əməl etmədən (üz maskası, ara məsafəsi saxlamadan) məktəbdə kütləvi halda iclas təşkil etmişdir. Bununla bağlı məktəbin direktoru tərəfindən ona bildirilən irada nümayişkaranə şəkildə əhəmiyyət verməyərək iclası davam etdirmişdir”. Qanunsuz əmrin bu hissəsi də təbii ki, tamamilə əsassızdır və gülünc doğurur. Əvvəla məktəbdə iddiaçı həmin tarixdə belə bir iclas keçirməmişdir. İclasın kim tərəfindən keçirilməsi yuxarıda qeyd olunub. O ki, qaldı karantin qaydalarının tələblərinə əməl olunmamasına, bu tamamilə böhtan və şərdir. Belə ki, müəllim və ya müəllimələrin tibbi maskasız ümumiyyətlə məktəbə gəlmələri qadağan olunmuşdur. Daha sonra, qanunsuz əmrdə qeyd edilmişdir ki, guya iddiaçı işçiləri təhqir etmişdir. Bu isə tamamilə ağ yalandır. İddiaçı işlədiyi bütün məktəblərdə hələ heç kim deyə bilməz ki, o, kimisə nalayiq söyüşlərlə təhqir etmiş, kiməsə şəxsiyyətinə toxunan və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Bir daha görünür ki, əmrdə adları qeyd edilmiş şəxslərin iddiaçının onlar haqqında o cür ifadələr işlədib-işlətməməyi sübut olunmalıdır. Əmri bəzəmək xətrinə geniş, uzun-uzadı gülməli sözləri yazmaq olar və əsas odur ki, sübuta yetirilsin. Daha sonra, qanunsuz əmrin digər hissələri söz toplusudur. Əsassız əmrin sonuncu hissəsinə qeyd edilmişdir ki, “İddiaçı ilə xx.xx.2020- ci il tarixdə əlaqə saxlanılmış və onun xəstəlik vərəqəsinin bağlandığı məlum olmuşdur. Buna baxmayaraq, İddiaçı bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsində və məktəbin rəhbərliyinə məlumat verməmişdir. Xəstəlik vərəqəsinin bağlanmasına baxmayaraq, bugünədək üzrsüz səbəbdən işə çıxmamışdır”. Bu da tamamilə əsassızdır. Belə ki, iddiaçının barəsində xəstəlik vərəqəsi olmamış, o, həmişə işdə olmuşdur. Göründüyü kimi, iddiaçı işə bərpa olunan kimi, ona qarşı qərəzli hərəkətlər yenidən başlanılmışdır. Onun barəsində saxta aktlar tərtib edilmişdir. Aktlarda imzaların çoxu qeyd olunan şəxslərə aid deyildir. Bu da aktın saxta olmasını bir daha sübut edir. İddiaçı öz əmək funksiyasını vicdanla yerinə yetirmişdir. İddiaçının 44 ildən çox pedaqoji fəaliyyəti var, 10 ildən artıq məktəb direktoru vəzifəsində çalışıb. O, heç bir vaxt əmək vəzifələrini kobud şəkildə pozmamış, həmişə vaxtında işdə olmuşdur. Əmrdə qeyd olunmuş iddiaçının barəsində xəstəlik vərəqəsinin olması ilə bağlı qeyd olunanlar həqiqətə uyğun deyildir. İddiaçı barəsində xəstəlik vərəqəsi olmamışdır. Sadəcə olaraq cavabdeh tərəf intizam tənbehi verilməsi üçün bir aylıq müddəti keçirdiyi üçün, iddiaçının guya xəstəlik vərəqəsinin olmasını qeyd etmişdir. Lakin iddiaçının xəstəlik vərəqəsi olmamış, cavabdeh bununla bağlı sübutlar təqdim etməmiş, iddiaçı vaxtında işində olmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsində şahid qismində dinlirilmiş: X10 ifadəsində bildirmişdir ki, o, 162 saylı orta məktəbdə tədris üzrə direktor müavinidir. 2 ildir ki, həmin vəzifədə işləyir. İddiaçı müəyyən vaxt direktor müavini vəzifəsində işləmişdir. İddiaçı işdən azad olundu, sonra həmin işə bərpa olundu. Yeni direktor gəldi. İddiaçı bundan sonra yeni direktora qarşı qruplaşmalar yaratmağa başladı. İddiaçının məqsədi direktorun işdən çıxarılması, əvəzinə isə onun direktor təyin edilməsi idi. O və digər əməkdaşlar şahiddirlər ki, iddiaçı direktoru nalayiq ifadələrlə təhqir etmişdir. X19 ifadəsində bildirmişdir ki, iddiaçı iş vaxtı mütəmadi olaraq səs-küy salmış, direktora qarşı nalayiq ifadələr işlətmişdir. Bundan əlavə, iddiaçı mütəmadi olaraq işə gecikirdi. X13 ifadəsində bildirmişdir ki, o, jurnalistdir. Övladını məhkəmə gətirdiyi vaxt iddiaçı ona yaxınlaşıb bildirmişdir ki, bura yaxşı məktəb deyil, direktora qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra, o, direktora iradını bildirmişdir. X14 ifadəsində bildirmişdir ki, o jurnalistdir. Nəzirənin məsləhəti ilə övladını məktəbə gətirmək fikri var idi. Dərs cədvəli ilə tanış olmaq üçün məktəbə gedəndə iddiaçı onlara yaxınlaşıb bildirmişdir ki, burada təhsil verilmir, direktor yaxşı adam deyildir. Bu hal iki dəfə baş vermişdir. Bundan sonra, direktora iradını bildirmişdir. X15 ifadəsində bildirmişdir ki, o, məktəbdə xadimə işləyir. İddiaçı münaqişə yaradan insandır. O, iddaçının direktoru təhqir etdiyinin şahidi olmuşdur. X20 ifadəsində bildirmişdir ki, o, 162 saylı məktəbdə ingilis dili müəlliməsi kimi işləyir. İddiaçı ilə direktorun arasında mütəmadi olaraq mübahisələr olmuşdur. Bir dəfə dəhlizdə olarkən iddiaçının direktoru təhqir etdiyini eşitmişdir. Tərəflər arasında olan münaqişənin dəqiq səbəbi bilinmir. İddiaçının əvvəlki direktorla da mübahisəsi olmuşdur. İddiaçı xasiyyətcə konfliktli insandır. X34 ifadəsində bildirmişdir ki, o, 162 saylı məktəbin direktorudur. O, iddiaçını məhkəmə qətnaməsi ilə işə bərpa olunduğu gün tanımışdır. İddiaçı ona demişdir ki, o, bu məktəbdə işləyə bilməyəcəkdir. İddiaçı onun otağında onu dəfələrlə təhqir etmişdir. Bu səbəbdən də o, iddiaçını otağından qovmaq məcburiyyətində qalmışdır. İş materiallarından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1730/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(006)-8982/2017 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi qismən təmin edilərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri 162 saylı tam orta məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli, K- 615 saylı əmri ləğv edilmiş, İddiaçı Bakı şəhəri 162 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2017-ci il tarixdən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 162 saylı Təhsil İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş: 09 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixində ölkə ərazisindəki pandemiya şəraitini nəzərə almayaraq maskasız No-li fənn kabinetində 16-17 nəfər ibtidai sinif müəllimlərini yığaraq icazəsiz iclas keçirtmişdir. Məktəbin mühafizəçisi Mirzəliyeva Hicran İddiaçı yaxınlaşaraq bu formada iclas keçirtməyin yolverilməz olduğunu bildirmişdir. Daha sonra, direktor Arzu Nəzərova da kabinetə yaxınlaşaraq eyni iradı bildirmiş, lakin İddiaçı direktoru saymayaraq çıxışına davam etmişdir. 11 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14-00 radələrində direktor Arzu Nəzərova müəllimləri və direktor müavini İddiaçı otağa dəvət etmişdir. İddiaçı qəbul otağında dayanaraq “məni bura niyə çağırmısan” soruşduqda direktor Arzu Nəzərova idarə tərəfindən verilən intizam tənbehinin müzakirəsinə görə çağırdığını demişdir. Mələhat Hüseynova “get işinlə məşğul ol mən səninlə heç nəyi müzakirə etmirəm” demiş, direktor ona əyləşməyi və sona qədər qulaq asmağı təklif edəndə, İddiaçı “sən kimsən ki, mən sənin kimi şərəfsiz, tərbiyəsiz adama tabe olmaram” deyərək otaqdan çıxmışdır. Yenidən qayıdaraq direktora “səni tanyan tanıyır sən necə tərbiyəsiz adamsan, o kresloya da yaraşmırsan. O, prezident aparatına teleqram yazaraq Məhəbbət Vəliyevanı, Rəşad Tağıyevi və Arzu Nəzərovanı yoxlamaqlarını istəmişdir. Sənin də vaxtına az qalıb” deyərək, vəzifə başında olan direktorun şərəf və ləyaqətini alçaldaraq hədələmişdir. 28 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işə 10:03 radələrində gəlmişdir. 28 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, dəfələrlə olduğu kimi, xx.xx.2020-ci il tarixlərində saat 10-50 radələrində təlim-tərbiyyə işləri üzrə direktor müavini İddiaçı direktorun otağına əlində dərs bölgüsü ilə uca səslə daxil olaraq tərtib olunmuş dərs bölgüsünə irad bildirərək direktor Arzu Nəzərovanı iş başında olarkən nəlayiq sözlərlə “sənin kimi şərəfsiz burda oturmamalıdır”, bu gün Azərbaycan ordusu şəhid verib, sən isə burada oturubsan, səviyyəsiz, savadsız” deyə təhqir etmiş, onun şəxsiyyətini alçaltmışdır. 30 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, 30 sentyabr 2020-ci il tarixlərində saat 17-05 radələrində məktəbin giriş qapısında yerləşdirdikləri elan lövhəsində siniflərin hansı qaydada məktəbə gəlməkləri, dərs cədvəlləri və.s elanlarla valideynlər tanış olan zaman məktəbin ibtidai siniflər üzrə direktor müavini İddiaçı maraqla oxumaqlarını görərək “o yazılara inanmayın!”, “sizi aldadır!”, “yazılanlar səhvdir!” deyərək növbəti dəfə məktəbin rəhbərini məsxərəyə qoyaraq onu nüfuzdan salmağa, sakit iş mühitini pozmağa çalışmışdır. Məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini X10 məktəb həyətinə daxil olarkən valideynlər ona yaxınlaşaraq təlaş içində” bu nə deməkdir”, “biz indi bu elanlaramı yoxsa Məlahət xanıma inanaq” 30 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işə 09:00 radələrində gəlmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 06 oktyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə aparılan araşdırma ilə əlaqədar BŞTİ-yə dəvət olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı 06 oktyabr 2020-ci il tarixdə, saat 14:30 radələrində BŞTİ-nin 402 nömrəli xidməti otağına gəlmişdir. Araşdırma ilə əlaqədar İddiaçı suallar verilərək izahat yazmaq təklif olunduqda o, izahatını ümumi sözlərlə ifadə edərək suallara cavab verməkdən imtina etmişdir. İş materiallarında olan 19 noyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini İddiaçı xəstəliyini səbəb göstərməklə uzun müddət işə çıxmaması və hazırda xəstəliyinin davam edib-etməməsini öyrənmək məqsədilə, onunla xx.xx.2020-ci il tarixdə ********** nömrəli mobil nömrədən istifadəsində olan ********** nömrəli mobil nömrəsinə zəng olunaraq əlaqə saxlanıldı. Telefon danışığı zamanı İddiaçı bildirdi ki, 13 oktyabr tarixdən açılmış xəstəlik vərəqəsi bağlanmışdır, hazırda yeni xəstəlik vərəqəsi açılmamışdır. Buna baxmayaraq, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri 162 nömrəli məktəbin rəhbərliyinə bu barədə heç bir məlumat verməmişdir. Xəstəlik vərəqəsinin bağlanmasına baxmayaraq, İddiaçı bugünədək üzrsüz səbəbdən işə çıxmamışdır. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan aktlar üzrə Bakı şəhəri 162 saylı tam orta məktəbdə aparılmış araşdırmanın nəticələrinə dair 07 oktyabr 2020-ci il tarixdə arayış tərtib edilmişdir. Qeyd olunan arayışın məzmunu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, K-1094 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin məzmunu ilə eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, K-1094 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydalarının tələblərini dəfələrlə pozaraq müəssisədaxili nizam-intizamın və iş ahənginin pozulmasına yol verdiyinə görə Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi 19 noyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi əmr edilmişdir. Həmin əmrdə aşağıdakılar qeyd olunur: -Bakı şəhəri 162 saylı tam orta məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini İddiaçı məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və onların valideynlərinə qarşı münasibətdə “müəllimlərin etik davranış qaydaları”nın tələblərini dəfələrlə pozması, mütəmadi olaraq işə vaxtında gəlməməsi və xüsusi karantin rejiminin tələbinə riayət etməməsi, bir sözlə müxtəlif qanun pozuntularına yol verməsinə dair ünvan 1 ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli, 273 saylı təqdimatı (daxil olma: xx.xx.2020-ci il tarixli, 2726 saylı) əsasında araşdırma aparılmışdır. -Məsələ ilə əlaqədar araşdırma aparılmış, təqdim edilmiş aktlara baxış keçirilmiş, məktəbin rəhbər və pedaqoji heyətinin izahatları alınaraq müəyyən edilmişdir ki, Bakı şəhəri 162 saylı tam orta məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini İddiaçı dəfələrlə olan xəbərdarlıq olunmasına baxmayaraq, cari tədris ili ərzində mütəmadi olaraq üzürsüz səbəbdən bir neçə saat işə gec gəlmiş, habelə məktəb rəhbərliyi və müəllimlərə qarşı münasibətdə “Müəllimlərin etik davranış Qadaları”nın tələblərini dəfələrlə pozaraq, müəssisədaxili nizam-intizamın və iş ahənginin pozulmasına, təhsil müəssisəsinin nüfuzuna xələl gəlməsinə səbəb olan hərəkətlərə yol vermişdir. Araşdırmaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli aktdan, habelə Bakı şəhəri 162 saylı tam orta məktəbin direktoru Arzu Nəzərova və məktəbin işçisi Hicran Mirzəyevanın izahatlarından göründüyü kimi, məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini İddiaçı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatı sənədlərinin tələblərini pozmaqla, ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, xx.xx.2020-ci il tarixdə ibtidai sinif müəllimlərini bir yerə toplayaraq, sanitar gigiyenik qaydalara əməl etmədən (üz maskaları, ara məsafə gözlənilmədən) məktəbdə kütləvi halda iclas təşkil etmişdir. Bununla bağlı məktəbin direktoru tərəfindən ona bildirilən irada nümayişkəranə əhəmiyyət verməyərək, iclası davam etmişdir. -Həmçinin araşdırmaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli digər aktdan və məktəbin işçiləri Z.Allahmanova və C.Abbasovanın izahatlarından görünür ki, həmin gün Z.Allahmanova 10-cu sinif şagirdləri ilə yeni dərs ili barədə söhbət aparan zaman İddiaçı yaxınlaşaraq Z.Allahmanova və A.Nəzərovanın ünvanına “siz kimsiniz ki, uşaqlara öyüd verəsiniz? Hər yerə yazacağam, o şərəfsiz, alçaq direktorunuzun axırına çıxacağam” deyərək təhqir etmişdir. Daha sonra xx.xx.2020ci il tarixli aktdan və A.Nəzərova, B.Qafarova, A.Pənahova, A.Musayeva və N.Süleymanlının izahatlarından görünür ki, xx.xx.2020-ci il tarixdə A.Nəzərova İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin yazılı xəbərdarlığı ilə tanış edib və müzakirə etmək məqsədi ilə onun və digər müəllimləri otağına dəvət etmiş, İddiaçı isə direktorun qəbul otağında “get işinlə məşğul ol, mən səninlə heç nəyi müzakirə etmərəm”, A.Nəzərova ona əyləşməyə və sona qədər qulaq asmağı təklif etdikdə İddiaçı digər müəllimlərin yanında “sən kimsən ki? mən sənin kimi şərəfsiz, tərbiyyəsiz atama tabe olmaram. Səni tanıyan tanıyır səni necə tərbiyyəsiz adamsan, o kresloya da yaraşmırsan”. -Araşdırmaya təqdim edilmiş 28 09.2020-ci il tarixdə təqtib olunmuş akta və izahatlardan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı direktorun otağına daxil olaraq uca səslə tərtib olunmuş dərs bölgüsünə irad bildirərək, A.Nəzərovanın ünvanına “sənin kimi şərəfsiz burda oturmamalıdır, bu gün Azərbaycan ordusu şəhid verib, sən isə burda oturubsan, səviyyəsiz, savadsız” deyərək təhqir etmiş, bununla bir daha məktəbdaxili nizamı və iş ahəngini kobud şəkildə pozmuşdur. -xx.xx.2020-ci il tarixli aktdan və Z.Allahmanova, M.Mustafayev, N.Nurullayeva və Z.Əmirəliyevanın izahatlarından görünür ki, xx.xx.2020-ci il tarixdə məktəbin giriş qapısında yerləşdirilən elan lövhəsində siniflərin hansı qaydada məktəbə gəlməkləri, dərs cədvəlləri və s. elanlarla valideynlər tanış olduğu zaman İddiaçı “o yazılara inanmayın, Sizi aldadır, yazılanlar səhvdir” deyərək növbəti dəfə məktəbin rəhbərini məsxərəyə qoyaraq, onun nifuzuna xələl gətirməyə çalışmışdır, eyni zamanda bununla valideynlər arasında çaşqınlıq yaranmasına səbəb olmuşdur. -İddiaçı öz izahatlarında ona verilən birbaşa suallardan yayınaraq, həmin suallar üzrə izahat verməkdən imtina etmiş, və özünü müdafiə məqsədi ilə aktlarda və izahatlarda qeyd olunanları böhtan adlandırmış, lakin bu iddiasını əsaslandıracaq heç bir arqument və ya sübutu araşdırmaya təqdim etməmişdir. -Beləliklə, aparılmış araşdırma nəticəsində Bakı şəhəri 152 saylı tam orta təktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini İddiaçı müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışlara yol verərək məktəbdaxili nizam-intizamı, iş ahəngini kobud şəkildə pozduğunu, bununla da təhsil mıüəssisəsinin və ümumilikdə təhsil nazirliyinin nüfuzuna və qanuni mənafelərinə zərər yetirdiyi habelə xüsusi karantin rejiminin tələbini pozduğu müəyyən edilmişdir. -Bununla yanaşı İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 saylı qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qadaları”nın tələbləri də kobud şəkildə pozulmuşdur. -Belə ki, “Müəllimlərin etik davranış Qadaları”na əsasən, müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsil alanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməli (2.1.3-cü bənd), müəllim təhsil alanlarla, rəhbərlik və həmkarları ilə daıranışda nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır (2.1.5-ci bənd), peşə nüfuzunu möhkəmləndirməli, müəllim adını şərəf və ləyaqətini ucu tutmalı (2.1.7-ci bənd), pedaqoji etika və əxlaq normalarına riayyət etməli, müəllim nüfuzunu yüksək tutmalı, ziyalılıq nümunəsi göstərməli (3.8-ci bənd), müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmək prinsipinə əsaslanmalıdır, müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsil alanlar digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir (4.2.1-ci bənd) -Qeyd olunanlarla əlaqədar əmək məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam velməsinə razılıq alması üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuşdur. Verilmiş təqdimata baxılmasının nəticəsi barədə həmkarlar ittifaqı komitəsindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə xx.xx.2020-ci il tarixli, 18 saylı məktub daxil olmuşdur. Məktubda xx.xx.2020-ci il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin iclasının keçirildiyi və əmək fəaliyyətində yol verdiyi nöqsanlara və müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışlara yol verməklə “Müəllimlərin etik davranış Qadaları”nın tələblərini pozduğuna görə Bakı şəhəri 162 saylı tam orta məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini İddiaçı öz vəzifə funksiyalarını yerinə yetirmədiyinə, mövcud qanunvericiliyin tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verildiyi bilidirilmişdir. -Lakin, xx.xx.2020-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlik vərəqəsi açmışdır və işə çıxmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi İddiaçı işə qayıdanadək təxirə salınmışdır. -xx.xx.2020-ci il tarixdə İddiaçı ilə əlaqə saxlanılmış və onun xəstəlik vərəqəsinin bağlandığı məlum olmuşdur. Buna baxmayaraq, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri 162 saylı məktəbin rəhbərliyinə bu barədə heç bir məlumat verməmişdir. Xəstəlik vərəqəsinin bağlanmasına baxmayaraq, İddiaçı bu günədək üzürsüz səbəbdən işə çıxmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışlara yol verərək məktəbdaxili nizam-intizamı, iş ahəngini kobud şəkildə pozmuş, bununla da təhsil müəssisəsinin və ümumilikdə Təhsil Nazirliyinin nüfuzuna və qanuni mənafelərinə zərər yetirmiş, habelə xüsusi karantin rejiminin tələbini pozmuşdur. Bununla yanaşı İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələbləri də kobud şəkildə pozulmuşdur. Məhkəmə iddiaçının ona intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən yazılı izahatın alınmaması ilə bağlı gətirdiyi dəlil ilə əlaqədar qeyd edir ki, araşdırma aparılan zaman İddiaçı İdarənin inzibati binasına dəvət olunmuş və ona suallar verilərək izahat yazmaq təklif olunduqda o, xx.xx.2020-ci il tarixli yazılı izahatını ümumi sözlərlə ifadə edərək əlavə suallara cavab verməkdən imtina etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xəstəlik vərəqəsinin bağlanmasına baxmayaraq, İddiaçı üzrsüz səbəbdən işə çıxmamışdır. Bu səbəbdən işdə hesab olunduğu üçün İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydalarının tələblərini dəfələrlə pozaraq müəssisədaxili nizam-intizam və iş ahənginin pozulmasına yol verdiyinə görə müəssisənin rəhbərliyi tərəfindən məlum əmr qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1730/2019 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri 162 saylı tam orta məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli, K-615 saylı əmri ləğv edilmiş, İddiaçı Bakı şəhəri 162 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilmiş, ona xx.xx.2017-ci il tarixdən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi qət olunmuşdur. İddiaçı işə bərpa olunandan sonra onun barəsində 09 sentyabr 2020-ci il, 11 sentyabr 2020-ci il, 28 sentyabr 2020-ci il, 28 sentyabr 2020-ci il, 30 sentyabr 2020-ci il və 30 sentyabr 2020-ci il tarixlərdə aktlar tərtib olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, K-1094 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydalarının tələblərini dəfələrlə pozaraq müəssisədaxili nizam-intizamın və iş ahənginin pozulmasına yol verdiyinə görə Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi 19 noyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Kollegiya ilkin olaraq əmrin verilməsi üçün əsas olan iddiaçı barəsində tərtib olunmuş aktlarla bağlı aşağıdakıları qeyd edir: Əvvəlki apellyasiya mərhələsində (hakim Anar Tanrıverdiyin sədriliyi ilə baxılarkən) şahid qismində ifadə vermiş Nurməmmədova Hicran Mirzə qızı, X1 Mərdan Əhməd oğlu akt və izahatların onlar tərəfindən yazıldığını və imzalandığını bildirmişlər. Apellyasiya mərhələsində iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə xətşünaslıq və əlavə məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 4/1287 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X11” yazıları qarşısındakı imza ilə X2 adına olan 05 oktyabr 2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqindəki imzalar-eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “Mirzəyeva Hicran Mirzə qızı” yazıları qarşısındakı imza ilə Mirzəyeva Hicran Mirzə qızının adına olan 05 oktyabr 2020-ci il tarixli izahatın 1-3-cü vərəqindəki imzalareyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli 2 ədəd aktda “X12” yazıları qarşısındakı imza ilə X3 adına olan 02 oktyabr 2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqlərindəki imzalar-eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X28” yazıları qarşısındakı imza ilə xx.xx.2020-ci il tarixli aktda “X28” yazıları qarşısındakı imza-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizayə təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “Süleymanlı Nurlana” yazıları qarşısındakı imza ilə xx.xx.2020-ci il tarixli aktda “X16” yazıları qarşısındakı imza, X4 adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqələrindəki imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X21” yazıları qarşısındakı imza ilə X7 adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqələrindəki imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X20” yazıları qarşısındakı imza ilə X8 adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqələrindəki imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “Mirzəyeva Hicran Mirzə qızı” yazıları qarşısındakı imza ilə xx.xx.2020ci il tarixli aktda “Mirzəyeva Hicran Mirzə qızı” yazıları qarşısındakı imza, Mirzəyeva Hicran Mirzə qızının adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-3-cü vərəqələrində imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X19” yazıları qarşısındakı imza, xx.xx.2020-ci il tarixli aktda “X19 yazıları qarşısındakı imza, X9 adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-ci, 2-ci vərəqələrində olan imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X33” qızı yazıları qarşısındakı imza ilə X5 adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqələrindəki imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 4/1287 saylı əlavə rəyinə əsasən ekspertizayə təqdim olunmuş, xx.xx.2020-ci il tarixli X7 adından olan “İzahat”ın 1-ci vərəqinin aşağı hissəsində “Təsdiq edirəm” yazılarının qarşısında olan imza və 2-ci vərəqinin aşağı hissəsində “İmza” qrafasında olan imza-X21 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli “Akt”ın aşağı hissəsində “Mirzəyeva Hicran Mirzə qızı” yazılarının qarşısında olan imza və 05 oktyabr 2020-ci il tarixli “İzahat”ın 1-3-cü vərəqlərində olan imzalar- Mirzəyeva Hicran Mirzə qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli “Akt”ın aşağı hissəsində “X19” yazılarının qarşısında olan imza və xx.xx.2020-ci il tarixili “İzahat”ın 1-2-ci vərəqələrinin sonunda olan imzalar X19 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli X6 adından olan “İzahat”ın 1-ci vərəqinin aşağı hissəsində “Təsdiq edirəm” yazılarının qarşısında olan imza və 2-ci vərəqinin aşağı hissəsində “xx.xx.2020” rəqəmlərinin üst hissəsində olan imza- X13 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli “Akt”ın aşağı hissəsində “X21” yazılarının qarşısında olan imza-X21 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli “Akt”ın aşağı hissəsində “Mirzəyeva Hicran Mirzə qızı” yazılarının qarşısında olan imza-Mirzəyeva Hicran Mirzə qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020ci il tarixli “Akt”ın aşağı hissəsində “X19” yazılarının qarşısında olan imza- X19 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli “Akt”ın aşağı hissəsində “X17” yazılarının qarşısında olan imza- X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Hazırki apellyasiya mərhələsində şahid qismində ifadə verən X20 ifadəsində qeyd etdi ki, o, 162 saylı tam orta məktəbdə ingilis dili müəlliməsi işləyir. Tarixini xatırladığı Məlahətlə bağlı tərtib olunmuş aktı imzalamışdır. Həmin vaxtı Məlahət direktorun otağına keçib, ona ağır söz demişdir. Bu vaxtı onun özü katibənin yanında giriş otağında olmuş, direktorun otağının qapısı açıq olduğu üçün deyilənləri eşitmişdir. Həmin vaxtı direktorun otağında müəllimələr Nübar və Sona müəlliməni görmüşdür. Hazırki apellyasiya mərhələsində şahid qismində ifadə verən X19 ifadəsində qeyd etdi ki, o, 162 saylı tam orta məktəbdə fəhlə işləyir. Tarixini xatırlamadığı dəqiq bildiyi qış aylarında tərtib olunmuş aktı imzalamışdır. Həmin vaxtı səs-küy eşidib, direktorun otağına tərəf getmiş, girəcəyə daxil olmuşdur. Oradan görmüşdür ki, Məlahət direktorun otağında direktora qarşı pis sözlər deyir. Girəcəklə direktorun otağı ayrıdır. Direktorun otağında isə müəllimələr X20, Hicran və Sona olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsnə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya şahid ifadələri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində və əvvəlki apellyasiya mərhələsində (hakim Anar Tanrıverdiyevin sədrliyi ilə ilə baxılarkən) işə baxılarkən ifadə vermiş şahidlər imzaların onlara məxsus olmaları, iddiaçının direktorun barəsində ağır sözlər deməsini qeyd etsələr də, bununla bağlı ətraflı məlumat (hansı tarixdə, vaxtda, şəraitdə, harada və.s kimi hallar) verməmişlər. Buna görə də, hazırkı apellyasiya mərhələsində cavabdeh tərəfdən şahidlərin iştiraklarının təmin olunmaları tələb olunsa da, yalnız şahidlər X20 və X9 iştirakları təmin olunmuşdur. Kollegiya şahid ifadələrinə digər sübutlarla bilrikdə müqayisəli şəkildə qiymət verərək, hesab edir ki, ifadələr bir-birinə tamamilə ziddiyyət təşkil edir. Belə ki, hər iki şahid 28 sentyabr 2020-ci il tarixli aktla bağlı ifadə verərkən, şahid V.Mustafayeva girəcəkdə (katibənin otağında) olduğunu bildirdiyi halda, şahid M.Mustafayev V.Mustafayevanın direktorun otağında olduğunu bildirmişdir. Şahid V.Mustafayeva direktorun otağında müəllimələr Nübar və Sonanın olduğunu qeyd etsə də, tərtib edilmiş aktda həmin müəllimələr qeyd olunmamışdır. Akt xx.xx.2020-ci ildə tərtib edildiyi halda, şahid M.Mustafayev aktın qış aylarında tərtib edildiyini israrla bildirmişdir. Bundan əlavə ekspert tərəfindən xx.xx.2020-ci il tarixli aktda X8 imzasının qarşısında olan imzanın müxtəlif şəxslər tərəfindən icra olunmasını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iltizama imza etmiş X8 imzası ilə xx.xx.2020-ci il tarixli aktda olan imzanın tamamilə başqa imzalar olması bir daha müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixli akt mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, akt-baş vermiş hər hansı hadisədə iştirak etmiş şəxslər tərəfindən bilavasitə tərtib olunur. Bundan əlavə xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktda şahid X9 imza etməsi qeyd olunsa da, şahid M.Mustafayev qeyd olunan akt barədə məhkəməyə heç bir məlumat verməmiş, əlavə ekspert tərəfindən həmin aktda olan imzanın M.Mustafayev tərəfindən icra olunmadığı qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan hallar xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktın mötəbər sübut kimi qəbul olunmasına şübhə yaratdığından, bu şübhənin digər mötəbər sübutlarla aradan qaldırılması mümkün olmadığından, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akt mötəbər sübut kimi qəbul oluna bilməz. Kollegiya qeyd edir ki, xx.xx.2020-ci il tarixli aktda iddiaçının işə saat 10-03-də, xx.xx.2020-ci il tarixli aktda işə saat 09-00-da gəlməsinin qeyd olunması, ƏM-nin 72-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən kobud pozuntu hesab olunmadığından, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmə üçün əsas yaratmır. Həmçinin xx.xx.2020-ci il tarixli aktda iddiaçının No-li kabinetdə maskasız 16-17 nəfər ibtidai sinif müəllimlərini yığaraq icazəsiz iclas keçirməsi qeyd olunsa da, onun karantin rejimini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı iş materiallarında heç bir sübut mövcud deyildir. İş materiallarında olan aktda qeyd olunmuş ibtidai siniflər üzrə metodbirləşmə sədri X28 tərəfindən yazılmış izahatdan görünür ki, o, xx.xx.2020-ci il tarixdə karantin rejimi qaydalarına əməl olunmaqla, müəllimələrin maskadan istifadə etməklə iclas keçirmələrini qeyd etmişdir. (1-ci cild, 179-cu səhifə) Bununla yanaşı ekspert xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda X22 qarşısındakı imzanın müxtəlif şəxs tərəfindən icra olunduğunu qeyd etmişdir. Göründüyü kimi aktlardan xx.xx.2020-ci il tarixli aktda X22, xx.xx.2020-ci il tarixli aktda X28, X21, Süleymanlı Nurlananın, xx.xx.2020-ci il tarixli aktda Mirzəyeva Hicran Mirzə qızının, digər xx.xx.2020-ci il tarixli aktda X5 imzalarının həmin şəxslərə məxsus olmadıqları ekspert rəyində qeyd olunmuşdur. Bütün bunlarla yanaşı kollegiya qeyd edir ki, tərtib olunmuş aktların heç birində iddiaçıya aktları imzalamağın təklif olunması, sonuncunun həmin aktları imzalamaqdan imtina etməsi qeyd olunmamışdır. Aktlarla bağlı qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, əmək müqaviləsinin ləğv edilməsinə əsas olan həmin aktlar işəgötürənin tabeliyində olan şəxslər tərəfindən formal olaraq tərtib olunmaqla, mötəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin maddənin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Digər tərəfdən kollegiya qeyd edir ki, tərtib edilmiş hər bir akt üzrə qanunvericiliyin tələbinə uyğun bir ay müddətində intizam tənbehi verilməmişdir. Bundan əlavə cavabdeh tərəf işdən azad olunma barədə əmrdə iddiaçının barəsində xx.xx.2020ci il tarixdən xəstəlik vərəqəsinin olması, sonuncunun bu səbəbdən işə çıxmaması, intizam tənbehinin verilməsinin ƏM-nin 79-cu maddəsinn 1-ci hissəsinə əsasən təxirə salınması, xx.xx.2020-ci ildə iddiaçı ilə əlaqə saxlanılması, sonuncunun xəstəlik vərəqəsinin bağlandığını bildirməsi, xəstəlik vərəqəsinin bağlandığı vaxtdan işə çıxmadığını qeyd etsə də, iddiaçı tərəf barəsində xəstəlik vərəqəsinin olmadığını, həmişə vaxtında işdə olmasını qeyd etmiş, cavabdehin qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. ƏM-nin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. ƏM-nin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. ƏM-nin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71-ci maddəsinin ikinci hissəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Həmin maddənin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. ƏM-nin 84-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əvvəla kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, K-1094 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, əmrdə işəgötürənin hüquqi ünvanı göstərilməmiş, ƏM-nin 84-cü maddəsinin birinci hissəsinin imperativ göstərişi pozulmuşdur. Kollegiya qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən ƏM-nin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi üçün işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli və qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş olmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli və işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan dəyməlidir. Qanunverici əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılıetmişdir. Lakin əmrdə cavabdeh məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsini göstərilməmiş və əsaslandırmamışdır. ƏM-nin 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 252 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)- 1657/2021 saylı saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, K-1094 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilsin. xx.xx.2020-ci il tarixindən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 252 (iki yüz əlli iki) manat cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar