Məhkəmə qərarları › İş №2(103)-3170/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3170/2022

04.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3170/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-230/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni sahə” massivində yerləşən 750 m2 torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli, 22 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən ona Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.metr torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin ərazi Şağan qəsəsbəsi “Yeni Sahə” massivi adlanır. O qeyd edilən torpaq sahəsinin torpaq vergisini vaxtlı-vaxtında ödəmişdir. Xəzər rayon Şağan bələdiyyəsinin 06 avqust 2020-ci il tarixli 28 nömrəli arayışına əsasən ünvan 1 ünvanında daimi qeydiyyatda olan İddiaçı həqiqətən Şağan qəsəsbəsi “Yeni Sahə” massivində 750 kv.metr torpağın vergi ödəyicisi kimi Şağan Bələdiyyəsində qeydiyyatdadır. Hal-hazırda vegi borcu yoxdur. Lakin ona məxsus olan və yuxarıda qeyd olunan ünvanda yerləşən 750 kv.metr torpaq sahəsini qonşu Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh ərazini zəbt etdiyini və həmin ərazinin ona məxsus olduğunu dəfələrlə şifahi olaraq etiraf etsə də, həmin ərazini boşaltmaq istəmir. O dəfələrlə Cavabdeh xəbərdarlıq etsə də, cavabdeh onun haqlı tələblərinə əhəmiyyət verməyərək həmin ərazidən çıxmır və qanunsuz hərəkətlərini bu günə kimi davam etdirir. Zəbt olunmuş sahə hasara alınıb, lakin ərazidə tikinti aparılmayıb. Hazırda onun həmin torpaq sahəsinə ehtiyacı vardır. Həmin torpaq sahəsində yaşayış evi tikib yaşamaq istəyir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20 L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə” massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə dair çıxarış təqdim etmişdir. Cavabdeh təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 05.12.2019-cu il tarixdə verilən ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20L ünvanda 0,1 ha torpaq sahəsi onun mülkiyyətindədir. Bakı şəhəri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli, 22 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən ona Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.metr torpaq sahəsi ayrılmışdır. Hazırda həmin ərazi Şağan qəsəbəsi “Yeni Sahə” massivi adlanır. Ona məxsus 750 kv.metr torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması işin mübahisələndirilməyən halıdır. Belə ki, onun dəfələrlə tələbi ilə əlaqədar Cavabdeh şifahi olaraq onun torpaq sahəsini qaytarmağa hazır olduğunu bildirmiş, lakin həmin sahənin bir hissəsində tikinti apardığına görə həmin hissə ilə əlaqədar razılığa gəlməyi təklif etmişdir. Onlar ümumi razılığa gələ bilmədiklərinə görə məhkəməyə müraciət etmişdir. Hətta 28.10.2020-ci il tarixdə məhkəmə iclasından sonra məhkəmənin həyətində bu barədə danışaraq razılığa gəlməyə çalışmışlar. Məhkəmədə iddia qaldırmadan qabaq Xəzər rayon İcra Hakimiyyətinə mübahisənin həlli ilə əlaqədar müraciət etmiş, Xəzər rayonu İcra Hakimiyyətinin 27.07.2020-ci il tarixli cavab məktubunda qeyd olunan ərazinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən vətəndaş Cavabdeh verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olduğu bildirilmişdir. Xəzər rayon Şağan bələdiyyəsinin 06 avqust 2020-ci il tarixli 28 nömrəli arayışında onun həqiqətən Şağan qəsəbəsi “Yeni Sahə” massivində 750 kv.metr torpağın vergi ödəyicisi kimi Şağan Bələdiyyəsində qeydiyyatda olduğu və halhazırda vegi borcunun olmadığı göstərilir. Məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında qoyulmuş “İddia olunan torpaq sahəsi naturada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, sahə 20L nömrəli bağ sahəsi ilə üst üstə düşürmü, düşürsə (koordinatları göstərilməklə) hansı hissədə düşür” sualına mütəxəssis və ekspert tərəfindən verilən cavabda göstərlir ki, faktiki sahəsi 2170 kv.m olan torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alınmış 0,10 ha hissə üst-üstə düşür və baza məlumatları mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli, 22 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən ona Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmış 750 kv.metr torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh verilmiş 0.1 ha torpaq sahəsinin 750 kv.m hissəsi ona məxsusdur. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-230/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri eləcə də mütəxəssiss tədqiqatının dəyəri iddiaçıdan tutulmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla bildirilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında qoyulmuş “İddia olunan torpaq sahəsi naturada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, sahə 20L nömrəli bağ sahəsi ilə üst üstə düşürmü, düşürsə (koordinatları göstərilməklə) hansı hissədə düşür” sualına mütəxəssis və ekspert tərəfindən verilən cavabda göstərlir ki, faktiki sahəsi 2170 kv.m olan torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alınmış 0,10 ha hissə üst-üstə düşür və baza məlumatları mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Həmin sənədlərdən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli, 22 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən ona Mərdəkan qəsəbəsində m/368 №-li sahədə fərdi ev tikmək üçün ayrılmış 750 kv.metr torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh verilmiş 0.1 ha torpaq sahəsinin 750 kv.m hissəsi ona məxsusdur. Ona görə də Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışı ləğv edilməlidir. Qeyd edilməlidir ki, fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq ayrılmasına dair Bakı şəhəri, keçmiş Əzizbəyov rayon (Xəzər rayonu) XDS İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli, 22 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarı heç kim tərəfindən mübahisələndirilməmişdir və qüvvədədir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, Cavabdeh istifadə etdiyi torpaq sahəsi faktiki 2170 kv.metrdir. Cavabdehin təqdim etdiyi Çıxarışla ona məxsus olan torpaq sahəsi 0.10 ha təşkil edir. Əgər məhkəmə hesab edir ki, ona məxsus torpaq sahəsinin plan-cizgisi olmadığı üçün koordinatlarını müəyyən etmək mümkün deyildir. Onda hansı əsasla hesab edir ki, çıxarışla Cavabdeh verilmiş 0.10 ha torpaq sahəsinin 750 kv.m hissəsi mənə məxsusdur. Baxmayaraq ki, ekspert belə hesab etmişdir. Bəlkə ona məxsus 750 kv.m torpaq sahəsi Cavabdeh zəbt etdiyi digər 1170 kv.metr ərazinin içərisindədir. Məhkəmə bu faktı araşdırmadan iddianı rədd etmişdir. Eyni zamanda məhkəməyə dəvət edilmiş şəxsin şahid qismində dindirilməsi barədə vəsatət hakim tərəfindən əsassız olaraq rədd edilmişdir. Həmin şəxs torpağın ona verildiyi 1991-ci ildə Əzizbəyov rayonu Şağan qəsəsəbəsində icra nümayəndəsi vəzifəsində işləmişdir, onun bu vəzifədə işləməsini təqdim etdiyi əmək kitabçası təsdiq edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin edilməmişdir. Hesab edir ki, onun mübahisəli torpağa dair hüquqları qeydiyyatdan keçməsə də, qeyd olunan torpağa dair “qanuni gözlənti” hüququ vardır, cavabdehin qanunsuz hərəkətləri isə rəsmi dövlət orqanı tərəfindən ona verilmiş torpaq sahəsinin mülkiyyətçisi olacağına dair gözlənilən xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaradır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 20 L nömrəli 0,1 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir, lakin İddiaçı iddia etdiyi torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi ilə eyni olması iş materialları ilə təsdiq edilməmişdir. Hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə işə iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 18.11.1991-ci il 22 nömrəli qərarından görünür ki, Binə qəsəbəsi Zevin küçəsi ev 25,26 nömrəli mənzildə yaşayan müvəqqəti işləməyən İddiaçı Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün 750 m2 torpaq sahəsi ayrılması. Ümumi sahəsi 97,5 m2 olan onun yaşayış sahəsi 54,7 m2 olan təsdiq edilmiş 185-000-111c seriyalı layihəsi əsasında (evin tikintintisi aparılması) hündürlüyü 2,2 m2 olan kürsülü evin tikintisinin aparılması qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon Şağan bələdiyyəsinin 06.08.2020-ci il tarixli 28 nömrəli arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanında daimi qeydiyyatda olan İddiaçı həqiqətən Şağan qəsəsbəsi “Yeni Sahə” massivində 750 kv.metr torpağın vergi ödəyicisi kimi Şağan Bələdiyyəsində qeydiyyatdadır. Hazırda vegi borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin 27.07.2020-ci il tarixli K-35-148 nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reysetr Xidməti tərəfindən vətəndaş Cavabdeh verilmiş çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətindədir. İş materiallarında olan 28.11.2019-cu il tarixli AN -İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 20 L nömrəli 0,1 ha torpaq sahəsini Cavabdeh satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 05.12.2019-cu il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 20 L Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin A45622 nömrəli 04.12.2019 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 20 L Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Milli Arxiv İdarəsinin Bakı filialının 30.09.2020-ci il tarixli 692 nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 22 saylı sərəncamı 18.11.1991-ci il tarixli kimi deyil, 19.12.1991-ci il tarixi kimi Dövlət Arxivinin Bakı filialında mövcud olmaqla həmin sərəncamda vətəndaş İddiaçı torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Resublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.03.2021-ci il tarixli ********* nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, faktiki sahəsi 2170 kv/m olan torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alınmış 0.10 ha hissə üst-üstdə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27.05.2021-ci il tarixli 10/1825 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, faktiki sahəsi 2170 kv/m olan torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alınmış 0.10 ha hissə üst-üstdə düşür. İş materialları ilə müəyyən edilmişdir ki, Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 18.11.1991-ci il 22 nömrəli qərarı ilə Binə qəsəbəsi Zevin küçəsi ev 25,26 nömrəli mənzildə yaşayan müvəqqəti işləməyən İddiaçı Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün 750 m2 torpaq sahəsi ayrılması, ümumi sahəsi 97,5 m2 olan onun yaşayış sahəsi 54,7 m2 olan təsdiq edilmiş 185-000-111c seriyalı layihəsi əsasında (evin tikintintisi aparılması) hündürlüyü 2,2 m2 olan kürsülü evin tikintisinin aparılması qərara alınmışdır. Həmçinin Milli Arxiv İdarəsinin Bakı filialının 30.09.2020-ci il tarixli 692 nömrəli məktubunda, keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 22 saylı sərəncamı 18.11.1991-ci il tarixli kimi deyil, 19.12.1991-ci il tarixi kimi Dövlət Arxivinin Bakı filialında mövcud olmaqla həmin sərəncamda vətəndaş İddiaçı torpaq sahəsi ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 20 L Cavabdeh mülkiyyətindədir. Eyni zamanda mütəxəssis və ekspert rəyləri əsasında müəyyən edilmişdir ki, faktiki sahəsi 2170 kv/m olan torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alınmış 0.10 ha hissə üst-üstdə düşür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh mülkiyyətindədir, belə olduğu halda Cavabdeh qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinin təmin olunması hüquqi baxımdan mümkün deyildir. Belə ki, mübahisələndirilən torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinin qanuniliyini sübhə altına alan hər hansı bir əsas və sübut iş materiallarında olmadığı kimi, iddiaçı tərəfindən də təqdim edilməklə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Bununla yanaşı, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdeh adına verilmiş 05.12.2019-cu il tarixdə verilmiş ********** saylı reyestr çıxarışının və reyestr qeydiyatının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. İddiaçının hazırkı tələbi Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə” massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20 L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı olsa da, mülki işin materiallarından da göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsidir və mübahisəli torpaq sahəsinin naturada iddiaçıya aid olmasına dair torpaq ayrıc aktı (plan cizgi və ya plan sxem) məhkəməyə təqdim edilməmişdir. İddiaçının qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Beləliklə, Cavabdeh mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Eyni zamanda Cavabdeh mübahisələndirilən hüququnun qeydiyyatı üçün əsas olmuş sənədlər etibarsız hesab edilmədən həmin qeydiyyatın ləğv edilməsini tələb etmək əsassızdır. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Bundan başqa iddiaçının iddia tələbinin Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə” massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının iddiasının qeyd edilən hissəsi mülkiyyət hüquqları ilə bağlıdır. Hazırkı halda qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh olduğundan və sonuncunun mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının tələbi qeytd edilən hisədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 18.11.1991-ci il 22 nömrəli qərarı ilə Binə qəsəbəsi Zevin küçəsi ev 25,26 nömrəli mənzildə yaşayan İddiaçı Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün 750 m2 torpaq sahəsi ayrılmışdır. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 20 L Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27.05.2021-ci il tarixli 10/1825 nömrəli ekspert rəyi ilə faktiki sahəsi 2170 kv/m olan torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alınmış 0.10 ha hissənin üstüstdə düşməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin koordinatlarına dair sübut təqdim etmədiyindən, ekpert rəyi ilə üst-üstə düşən 0.10 ha sahənin həqiqətən də iddiaçının qeyd etdiyi 750 kv. metr sahənin çərçivəsində olması müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı tərəf cavabdehin ona ayrılmış 750 kv. metr torpaq sahəsinə müdaxilə etməsini sübut edə bilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-230/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar