Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3170/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh, üçüncü şəxs Maraqlı şəxs, üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı iki uşağı – xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən 35 nömrəli evə köçürülsün . Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçı iki uşağı ilə birlikdə həmin evə köçürülsün. İşdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Maraqlı şəxs apellyasiya icraatı zamanı cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs bildirdi ki, həmin ev qeydiyyatsız tikilidir, evin yerləşdiyi 1 sot torpaq sahəsini qonşusu Şirazi adlı şəxsən 2005ci ildə almış, 2008-ci ildə orada ev tikməyə başlamışdır. 2008-ci ildə etibarən həmin evdə özü, arvadı Cəmilə Həsənova, qızı Xalidə Həsənova və oğlu Cavabdeh yaşamağa başlamışlar, hazırda da evdə yaşayırlar. Evin su, qaz və elektriklə təmin edilməsinə dair "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB ilə müqavilələr özünün adına bağlanıb və bütün ödənişlər özü tərəfindən edilib. 2016-cı ildə oğlu Cavabdeh iddiaçı ilə nikah bağlamış, iddiaçı evə köçmüş, 2020-ci ildə nikah məhkəmə qaydasında pozulmuş və iddiaçı qeydiyyatda olduğu ata evinə - Suraxanı rayonu, Malik Mustafayev küçəsi, ev № 24-də yerləşən 21 №-li mənzilə getmişdir. 2021-ci ildə iddiaçı yenidən onun oğlu ilə nikaha daxil olmuş, 2022-ci ildə onların arasında yenidən mübahisə yaranmış, xx.xx.2022-ci ildə iddiaçı bütün əşyalarını yığışdıraraq ata evinə çıxıb getmişdir. Ona görə də qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh atasının - üçüncü şəxs Maraqlı şəxs izahatına uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən 35 nömrəli ev özbaşına tikilidir. İddiaçı Cavabdeh ilə xx.xx.2016-cı ildə nikah bağlayıb, bundan sonra yaşamaq üçün həmin evə köçüb, orada yaşadığı müddətdə iki uşağı doğulub. 2020-ci ildə tərəflərin nikahı pozulub. xx.xx.2021-ci ildə tərəflər yenidən nikaha daxil olublar. İddia ərizəsi xx.xx.2020-ci ildə verilib. Ərizədə iddiaçı qeyd edib ki, cavabdehlə aralarında mübahisə yaranıb, cavabdeh onu evdən qovub, ev onun yaşayış yeridir, ona görə də evə köçürülməsini tələb edir. Ev özbaşına tikinti olduğuna görə evə köçürlmə tələbi evə sahiblik edən və evdən yaşayan şəxslərə qarşı irəli sürülməlidir. Evə sahiblik edən və evdə yaşayan şəxslər 4 nəfərdir: Maraqlı şəxs, onun arvadı Cəmilə Həsənova, onun qızı Xalidə Həsənova və onun oğlu Cavabdeh. İddiaçı iddia ərizəsində yalnız Cavabdeh kimi göstərmiş, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh iddianı etiraf etmiş, birinci instansiya məhkəməsi isə buna əsaslanaraq iddianı təmin etmişdir. Bundan başqa, mülki işdə olan sənədlərdən görünür ki, evin elektrik enerjisi ilə təmin edilməsi üçün abunə kodu xx.xx.2008-ci ildə Maraqlı şəxs adına açılmış (iş v. 7), evin su ilə təmin edilməsi üçün abonent kodu xx.xx.2009-cu ildə Maraqlı şəxs adına açılmışdır (iş v. 8). O cümlədən Maraqlı şəxs bildirir ki, evin yerləşdiyi torpaq sahəsinini özü almış, oradakı evi də özü inşa etmişdir. Cavabdeh isə apellyasiya icraatı zamanı bunu təsdiq etmişdir. Lakin Maraqlı şəxs qarşı iddia verilməmiş, o cümlədən birinci instansiya məhkəməsində icraat zamanı o, işə cəlb edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Əgər iddiaçı hesab edirsə ki, yaşadığı evdən qanunsuz məhrum edilib, belə halda evə köçürülmə tələbini evə sahiblik edən və evdə yaşayan bütün şəxslərə qarşı irəli sürməlidir. Evə sahiblik edən şəxslərdən biri – üçüncü şəxs Maraqlı şəxs bildirir ki, iddiaçının evə köçməsinə etiraz edir. Maraqlı şəxs, o cümlədən evdə onunla birlikdə yaşayan ailə üzvlərinə qarşı iddia verilmədiyinə görə məhkəmə iddiaçının evə köçürülməsini qət edə bilməz. Beləliklə, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3170/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3170/2023
19.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver