Məhkəmə qərarları › İş №2(103)-3171/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3171/2025

29.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3171/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X7 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1355/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı xx.xx.2024-cü il tarixində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 Bakı Sukanal İdarəsində 2 saylı yaşıllaşdırma sahəsində usta peşəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətli olaraq (3 ay müddətinə) bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsiin müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, 2418/K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və mediasiya üçün ödədiyi 60 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

2. İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və idddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 2418/K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və mediasiya üçün ödədiyi 60 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1355/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

4. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

5. İddiaçı xx.xx.2025-ci il tarixdə yazılı ərizə ünvanlayaraq işlə təmin olunduğunu, işəgötürənə qarşı hər hansı iddia tələbinin olmadığını bildirərək apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 nümayəndəsi X3 apellyasiya şikayətindən imtinanın qəbul edilməsinə etiraz etmədiyni bildirdi.

7. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

Mülki Prosessual Məcəllə

8. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 9.Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

10. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

11. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, apellyasiya icraatına xitam verilməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2025-ci il tarixə yazılı ərizə ünvanlayaraq, işlə təmin olunduğunu, işəgötürənə qarşı hər hansı iddia tələbinin olmadığını bildirərək apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. 14.İş materiallarında əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyaytları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X13 Bakı Sukanal /İdarəsinin xx.xx.2025-ci il tarixli, 82/5 nörməli əmirinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixdən "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 Bakı Sukanal İdarsəinin Pirşağı tullantı sutəmizləyici qurğusuna 3-cü dərəcə ilə təmizləyici qurğuların operatoru peşəsinə qəbul edilməsi əmr edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1355/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən iddiaçının imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar