Məhkəmə qərarları › İş №2(103)-3172/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3172/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3172/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Kənan Əliyevin iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxx MMC” cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə xx.xx.2015-ci ildə imzalanmış kredit müqaviləsi, əsas öhdəliyin ölçüsünün dəyişdirilməsi barədə xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli Sazişlər daxil olmaqla və xx.xx.2017-ci il tarixli, BAKU1-28095-13106 saylı razılaşmanın ləğv edilməsinə, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada əsas borca görə 212052,63 manat, faiz borcuna görə 119 438,07 manat, dəbbə puluna görə 131462 manat olmaqla cəmi 462952,7 manat məbləğində kredit borcunun, 721,00 manat sığorta haqqının və bildirişlərin DƏDRX -də qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 40 manat xidmət haqqının və məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına, Cavabdeh3 məxsus olan Daşınmaz əmlakın Dövlət reyestrində 131 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınan ünvan 1 ünvanında mülkiyyətində olan 0,05916 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 216,6 kv.m, yaşayış sahəsi 101,2 kv.m və yardımçı sahəsi 115,4 kv.m olan 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 100000 manat və Cavabdeh1 məxsus olan, Daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 106,12 kv.m yaşayış, 115,95 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə açıq hərracdan satılaraq borcun ödənilməsinə, ipoteka predmetlərinin boşaldılmasına, Cavabdeh4 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 106,12 kv.m yaşayış, 115,95 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi hərracda satıldıqdan bir ay sonra həmin evdən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən “xxxxxxxxxxxxxxx” MMC ilə borcalan Cavabdeh1 arasında illik 30 %-dən artıq olmamaqla, 120 ay müddətinə 500000 ABŞ dolları və 258000 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2015-ci il tarixli, BAKU1-28095-11806 saylı kredit müqaviləsi, əsas öhdəliyinin ölçüsünün dəyişdirilməsi barədə xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli sazişlər daxil olmaqla, imzalanmış və xx.xx.2017-ci il tarixli, BAKU1-28095-13106 saylı razılaşma ilə borcalana illik 27% hesablanmaqla, 36 ay müddətinə 258000 manat kredit verilmiş və kreditin aylıq 10563 manat olmaqla qaytarılması razılaşdırılmışdır. Bu müqavilədən irəli gələn öhdəliklərin lazimi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə aşağıda göstərilən təminat müqavilələri bağlanmışdır. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə birgə məsuliyyətini müəyyən edən xx.xx.2017-ci il tarixli, BAKU1-28095-13106+BAKU1- 28097 saylı zaminlik müqaviləsi, Cavabdeh1 məxsus olan və Bakı şəhəri Qaradağ rayonu Sədərək TM, Şirniyyat sıra 11, korpus 2, mağaza 59 ünvanda yerləşən müxtəlif çeşidli yuyucu vasitələrdən ibarət 175000 manatlıq dövriyyə vəsaitlərinin girov qoyulmasını nəzərdə tutan xx.xx.2017-ci il tarixli, BAKU1-28095-13106+C********** saylı girov müqaviləsi, Cavabdeh1 məxsus olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 106,12 kv.m yaşayış, 115,95 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2015-ci il tarixli, BAKU1-28095-12226+C********** saylı ipoteka müqaviləsi imzalanmış və yüklülük xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası DƏDRX tərəfindən qeydə alınmışdır. Daha sonra isə əsas öhdəliyin ölçüsünün dəyişdirilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdə ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsinə dair Saziş imzalanmış və xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası DƏDRX tərəfindən qeydiyyata alınmışdır. Eyni zamanda bu əmlak barəsində TBC-İP seriyalı 001458 nömrəli ipoteka kağızın buraxılması MBNP tərəfindən xx.xx.2016cı il tarixdə 06/3-18932 nömrəsi ilə qeydiyyata alınmış, əsas öhdəliyin ölçüsünün dəyişdirilməsi də MBNP tərəfindən xx.xx.2017-cı il tarixdə 06/3-18932/18258 nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh3 məxsus olan Daşınmaz əmlakın Dövlət reyestrində 131 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınan ünvan 1 ünvanında mülkiyyətində olan 0,05916 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 216,6 kv.m, yaşayış sahəsi 101,2 kv.m və yardımçı sahəsi 115,4 kv.m olan nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi imzalanmış və yüklülük xx.xx.2015-ci il tarixdə ********** nömrəsi ilə Azərbaycan Respublikası DƏDRX tərəfindən qeydə alınmışdır. Əsas öhdəliyin ölçüsünün artması ilə bağlı tutan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsinə dair Saziş xx.xx.2015-ci il tarixdə bağlanılmış və yüklülük xx.xx.2015-ci il tarixdə ********** nömrəsi ilə Azərbaycan Respublikası DƏDRX tərəfindən qeydə alınmışdır. Əsas öhdəliyin ölçüsünün dəyişilməsi ilə bağlı tutan xx.xx.2017-ci il tarixdə ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsinə dair Saziş imzalanmış və yüklülük xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası DƏDRX tərəfindən qeydə alınmışdır. Cavabdeh1 tərəfindən kredit üzrə qeyd olunan ödəniş qrafiki ilə kreditin və faizlərinin qaytarılması günləri dəfələrlə pozulmuş və sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə 10563 manat məbləğində edilmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixə cari əsas borcu 36789,78 manat, faiz borcu 29422,29 manat hesablanan dəbbəyə görə borcu 29082 manat olmaqla cəmi borcu 95294,07 manat yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci bəndinə görə kredit alan ona verilmiş kredit üzrə əsas məbləğ və ya faizi ödəniş qrafikində göstərilən tarixdən on gün müddətində ödəmədikdə kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə və verilmiş krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. Eyni zamanda müqavilənin 4.3-cü bəndinə görə kredit alan bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq ona verilmiş kredit hissəsini razılaşma(lar)da əks olunmuş ödəniş qraifikində göstərilən tarixdə ödəmədikdə kredit verən gecikdirilən günlər üçün də faizi hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin bir faizi miqdarında dəbbə pulu tətbiq edə bilər. İş materiallarında göründüyü kimi, ipoteka predmeti olan evlər kreditin qaytarılması üçün ipotekaya qoyulmuşdur. Cavabdeh3 məxsus olan Daşınmaz əmlakın Dövlət reyestrində 131 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınan ünvan 1 ünvanında mülkiyyətində olan 0,05916 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 216,6 kv.m , yaşayış sahəsi 101,2 kv.m və yardımçı sahəsi 115,4 kv.m olan 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti ipoteka müqaviləsində 87000 ABŞ dolları və bu müqavilənin imzalandığı tarix üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi valyuta kursu üzrə müvafiq manat ekvivalentində müəyyən edilməsi nəzərdə tutulsa da, daşınmaz əmlak bazarında mövcud olan hazırki tələb-təklifin nisbətini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətinin 100000 manat və Cavabdeh1 məxsus olan, Daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 106,12 kv.m yaşayış, 115,95 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti ipoteka müqaviləsində 84000 ABŞ dolları və bu müqavilənin imzalandığı tarix üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi valyuta kursu üzrə müvafiq manat ekvivalentində müəyyən edilməsi nəzərdə tutulsa da, daşınmaz əmlak bazarında mövcud olan hazırki tələb-təklifin nisbətini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətinin 100000 manat müəyyən edilməlidir. Məhkəməyə müraciət edildikdən sonra da borcalan tərəfindən yaranmış borc üzrə xx.xx.2019-cu il tarixədək heç bir ödəniş edilməmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 11384 nömrəli rəyi ilə əsas borc 212052,64 manat, faiz borcu isə 76497,99 manat müəyyən edilmişdir. Tədqiqat zamanı ekspert gündəlik faiz məbləğini 159,04 manat, gecikdirilən günlərin sayını isə xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixinədək 481 gün götürmüşdür. Deməli, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 270 gün keçdiyini və gündəlik faiz borcunun 159,04 manat olmasını nəzərə alaraq 270 günə 42 940,08 manat faiz hesablandığını bilərək, xx.xx.2019-cu il tarixinə ümumi faiz borcunun 119438,07 manat olmasını müəyyən etmək olar.Beləliklə, xx.xx.2019-cu il tarixinə kredit müqaviləsi üzrə borcalanın əsas borca görə 212052,63 manat, faiz borcuna görə 119 438,07 manat, dəbbə puluna görə 631462 manat olmaqla cəmi borcu 962957,7manat məbləğində kredit borcu mövcuddur. Eyni zamanda müqavilənin 6.2-ci bəndinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən iddiaçı ipoteka predmetlərini məhv olma və zədələnmə risqlərindən qorunması məqsədi ilə öz hesabına sığorta etdirmiş və bunun üçün hər evə görə 360,50 manat olmaqla cəmi 721 manat ödəmiş, bu məbləğ səhfən iddia ərizəsində 723 manat olaraq göstərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, BAKU1-28095-11806 saylı kredit müqaviləsinin və həmin müqavilə üzrə öhdəliyin dəyişdirilməsinə dair bağlanan xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli sazişlərin ləğv edilməsi, “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, BAKU1-28095-13106 saylı razılaşmanın ləğv edilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borca görə 212052,63 manat, faiz borcuna görə 119438,07 manat, dəbbə puluna görə 1000 manat olmaqla cəmi 332490,7 manat borc, sığorta haqqına görə 721 manat ödənilmiş rüsumlara görə 90 manat olmaqla cəmi 333301,7 manat pulun “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 300 manat pulun dövlət nəfinə tutulması, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada ipoteka predmetlərinin qiymətəndirilməsi ilə bağlı çəkilən xərclərə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 300 manat pulun tutulması, Cavabdeh3 mülkiyyətində olan ünvan 4 saylı ev ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 125000 manat, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin birgə borcluların hazırkı qətnamə ilə müəyyən olunan borclarının və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, ünvan 4 saylı ev ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evinin və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satıldıqdan 1 ay sonra boşaldılması, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay Cavabdeh4 evdən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin faiz borcunun tutulması hissəsində ləğv olunmasını və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan iddianın yaranması üçün əsas olmuş kredit müqaviləsi xx xxxxxx 2015-ci il tarixində olan və manatın 50 faizdən çox dəyər itirməsi ilə nəticələnən devalvasiyadan əvvəl xarici valyuta ilə bağlanmış, dolların manat qarşısında bahalaşması ilə cavabdehlərin kredit üzrə ödənişləri etməkdə çətinlikləri yaranmış, iddiaçı tərəfindən onların çoxsaylı müraciətlər edilməsinə baxmayaraq kurs ancaq 1.70 səviyyəsinə çatdıqdan və stabilləşdikdən sonra iddiaçı tərəfindən kredit müqaviləsi üzrə əlavə buraxılmasına razılıq verilmişdir ki, bu da cavabdehlərin təkcə kurs fərdinə görə ilkin müqavilə üzrə razılaşdırılmış məbləğdən 120000 manat artıq ödəniş etmələrinə səbəb olmuşdur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş faiz borcunun tutulması hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı və digər cavabdehlər mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, Kredit verən “xxxxxxxxxxxxxxx” MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, BAKU1-28095-11806 saylı kredit müqaviləsinə əsasən, Bank kredit alana kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə təqdim edilmiş layihənin maliyyələşdirilməsi məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 30% ödəmək şərti ilə 200000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit verən “xxxxxxxxxxxxxxx” MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəflər bu müqavilə üzrə verilməsi ehtimal olunan kreditin maksimal məbləğinin bu müqaviləyə məbləğ barədə müvafiq dəyişiklik edilməyənə qədər illik 30%dən artıq olmamaqla 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit verilməsinin mümkünlüyünü müəyyən etmişlər. Kredit verən “xxxxxxxxxxxxxxx” MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2017-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəfllər bu müqavilə üzrə verilməsi ehtimal olunan kreditin maksimal məbləği bu müqaviləyə məbləğ barədə müvafiq dəyişiklik edilməyənə qədər illik 30%-dən artıq olmamaqla 120 ay müddətinə 500000 ABŞ dolları və 258600 manat məbləğində kredit verilməsinin mümkünlüyünü müəyyən etmişlər. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh1 258600 manat kredit vermişdir. Kreditor “xxxxxxxxxxxxxxx” MMC, borclu Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, BAKU1-28095- 13106+BAKU1-28097 saylı zaminlik müqaviləsinə əsasən, zaminliklə təmin edilən öhdəliyin yaranması üçün əsas kreditorla borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, BAKU1-28095-11806 saylı kredit müqaviləsidir, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün öhdəlik götürmüşlər. İpoteka saxlayan “xxxxxxxxxxxxxxx” MMC, ipoteka qoyan Cavabdeh3, borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 216,6 kv.m, yaşayış sahəsi 101,2 kv.m, yardımçı sahə 115,4 kv.m olan 6 otaqlı fərdi yaşayış evi və onun fəaliyyətini təmin edən 0,05916 ha torpaq sahəsi ilə birlikdə ipoteka saxlayan qarşısında yüklü etmiş, ipoteka saxlayanın ipoteka predmetinə dair hüququ onun ləvazimatına və ipoteka predmetindən istifadə nəticəsində əldə edilmiş bəhərə, məhsula və gəlirə də şamil edilir. İpoteka saxlayan “xxxxxxxxxxxxxxx” MMC ilə ipoteka qoyan Cavabdeh3, borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəflər xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsini və aşağıdakı redaksiyada verilməsini müəyyən edirlər: 3.1. ipoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası borcalana illik 30% artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 500000 ABŞ dolları kreditin verilməsinin mümkünlüyünü nəzərdə tutan xx.xx.2015-ci il tarixli BAKU1-28095- 11806 saylı kredit müqaviləsidir. İpoteka saxlayan “xxxxxxxxxxxxxxx” MMC ilə ipoteka qoyan Cavabdeh3, borc alan Cavabdeh1 arasında arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2017-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəflər xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsini və aşağıdakı redaksiyada verilməsini müəyyən edirlər: 3.1. ipoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası borcalana illik 30% artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 500000 ABŞ dolları və 258000 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2017-ci il tarixli sazişə əsasən dəyişikliklər edilmiş xx.xx.2015-ci il tarixli BAKU1-28095-11806 saylı kredit müqaviləsidir. İpoteka saxlayan “xxxxxxxxxxxxxxx” MMC, ipoteka qoyan-borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, BAKU1-280095-12226+C********** saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 6 otaqlı 106,12 kv.m yaşayış 115,95 kv.m köməkçi səhədən ibarət fərdi yaşayış evini onun yerləşdiyi və fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka saxlayan qarşısında yüklü etmiş, ipoteka saxlayanın ipoteka predmetinə dair hüququ onun ləvazimatına və ipoteka predmetindən istifadə nəticəsində əldə edilmiş bəhərə, məhsula və gəlirə də şamil edilir. Cavabdeh4 xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən fərdi yaşayış evininin ipotekaya qoyulmasına etiraz etməyərək, ipotekaya qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz evi tərk edəcəyini öhdələrinə götürmüşdür. İpoteka saxlayan “xxxxxxxxxxxxxxx” MMC ilə ipotekaqoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2017-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəflər xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsini və aşağıdakı redaksiyada verilməsini müəyyən edirlər: 3.1. ipoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası borcalana illik 30% artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 500000 ABŞ dolları və 258000 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2017-ci il tarixli sazişə əsasən dəyişikliklər edilmiş xx.xx.2015-ci il tarixli, BAKU1-28095-11806 saylı kredit müqaviləsidir. İpoteka saxlayan “xxxxxxxxxxxxxxx” MMC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən müəyyən olunur ki, tərəflər arasında bağlanılmış və xx.xx.2015-ci il tarixli, BAKU1-28095-11806 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan xx.xx.2017-ci il tarixli Sazişə əsasən məbləğ dəyişdirilərək illik 30 faizdən artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 500000 ABŞ dolları və 258600 manat məbləğində kredit verilməsi müəyyən edilmiş, kredit müqaviləsinə bu dəyişikliklərin edilməsi ipoteka müqaviləsinə də dəyişikliklərin edilməsini zəruri etmişdir və nəticədə tərəflər xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin, habelə Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında mülkiyyətində olan 0,05916 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü qeydə alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 62/1 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə yerləşən fərdi yaşayış evinin hazırki şəraitdə satış qiyməti 120000 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, 62 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki şəraitdə satış qiyməti 125000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21765 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları xx.xx.2015-ci il tarixli, BAKU1-28095-11806 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-yə olan borcu iddia verilən tarixə, yəni xx.xx.2018-ci il tarixə əsas borc üzrə 212052,64 manat, faiz borcu üzrə 29740,38 manat, məhkəmə ekspertizası təyin olunan tarixə, yəni xx.xx.2018-ci il tarixə əsas borc üzrə 212052,64 manat, faiz borcu üzrə 40873,15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 11384 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, BAKU1-28095-13106 saylı kredit razılaşması üzrə borcalanın “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilməli olan əsas kredit borcu 212052,64 manat, faiz borcu 76497,99 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 425.1, 442 və 472.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1 və 59.3-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 qarşı faiz borcunun tutulması hissəsində təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, apelyasiya baxışı zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, 9/2836 saylı rəyinə əsasən, Cavabdeh1 ilə iddiaçı «TBC Kredit» BOKT Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, Bakul-28095-11806 saylı kredit müqaviləsi, həmin müqavilə üzrə öhdəliyin dəyişdirilməsinə dair bağlanan xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli sazişlər, xx.xx.2017-ci il tarixli, Bakul-28095- 13106 saylı kredit razılaşması üzrə borcalanın iddiaçı banka xx xxxxxx 2019-cu il tarixinə 212.052,64 manat əsas kredit borcu, 119.597,69 manat faiz borcu müəyyən olunmuşdur. İş üzrə ekspert rəyini şübhə altına alan hər hansı dəlil təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar