Məhkəmə qərarları › İş №2(103)-3172/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3172/2022

30.03.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3172/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə 02.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 25000 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli 2(009)-36/2022 saylı qətnaməsindən çıxarışda iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən İddiaçı xeyrinə 22890.72 (iyirmi iki min səkkiz yüz doxsan manat yetmiş iki qəpik) manat sığorta ödənişi tutulması, keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASC-dən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, cavabdeh "xxxx" ASC-dən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadı ilə Səbail rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli 2(009)-36/2022 saylı qətnaməsindən çıxarışda düzəliş edilməsi və həmin çıxarışın qət etdi hissəsində düzəliş edilərək, “İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 17870,82 manat (on yeddi min səkkiz yüz yetmiş manat səksən iki qəpik) manat sığorta ödənişi tutulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASC-dən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin” kimi oxunsun.” qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, qətnamə tərtib edilərkən Səbail Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli 2(009)- 36/2022 saylı qətnaməsindən çıxarışda 22890,72 manat qeyd edilməklə yalnışlığa yol verildiyi müəyyən edilmişdir. 25.02.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadı ləğv edilməlidir. Belə ki, kollegiya qeyd edir ki, şikayətin dəlili olmaqla, iş materiallarından görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada onlara göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Göründüyü kimi, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamış, bununla da prosessual pozuntuya yol verilmişdir. Digər tərəfdən Prosessual Qanunvericilikdə qətnamədən çıxarışdakı yanlışlığı deyil, qətnamədəki yanlışlığın düzəldilməsi məsələsinə baxılması nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi MPM-nin 269-cu maddəsinə əssasən şikayətə baxarkən, ümumiyyətlə heç bir dəlilə qiymət verməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadı ləğv edilməli, mülki iş materialları tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə yenidən baxılması üçün 1-ci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)- 36/2022 saylı qərardadı qərardadı ləğv edilsin, mülki iş materialları qərardadda qeyd olunan pozuntuların aradan qaldırılmaqla yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar