Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3177/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-1058/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 1058/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, əlavə iş saatlarına görə əmək haqqı, maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-1058/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1058/2020 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və prosessual müddətin bərpasına dair ərizə əlavə edilmədiyindən geri qaytarılmışdır. Bundan sonra cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-1058/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan verdiyi şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-1058/2020 saylı qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, koronavirus infeksiyasının dünyada və Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbayca Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli Qərarı ilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət dayandırıldığından və işçilərin məhdud sayda işə gəlməsi səbəbindən apellyasiya şikayətinin verilmə müddəti üzrlü səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə Bakı şəhəri, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunda yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma surətinin azaldılması, onun törədə biləcəyi fəsadların minimuma endirilməsi üçün müvafiq məhdudiyyətlər tətbiq edilmiş, Ekologiya və X3 xx.xx.2020-ci il tarixli, 388/Ü nömrəli əmri ilə zəruri hesab edilən əməkdaşların iyirmi faiz olmaqla nazirliyin tabeli qurumlarında növbəli şəkildə işə çıxmaları təmin edilmişdir. Odur ki, onlardan asılı olmayan səbəbə görə iş üzrə apellyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Lakin məhkəmə müddətin bərpası ilə bağlı qərar çıxararkən qeyd olunan üzrlü hesab etdikləri səbəblər nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından isə görünür ki, qətnamə xx xxxx 2020-ci il tarixli məktubla və xx xxxx 2020-ci il tarixli poçt reyestri ilə tərəflərə göndərilmiş, xx xxxx 2020-ci il tarixdə xəbərnaməyə imza olunmaqla cavabdeh təşkilat tərəfindən qəbul edilmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, xx xxxxxx 2020ci il tarixdə şikayət məhkəməyə daxil olmuşdur. Beləliklə, cavabdeh təşkilat tərəfindən prosessual müddət ötürülmüşdür. Cavabdeh təşkilat prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi ölkədə və dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar işçilərin məhdud sayda işə buraxılmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan dövrdə məhkəmələr fəaliyyət göstərmiş, o cümlədən sənəd qəbulu elektron qaydada da həyata keçirilmişdir. Kollegiya hesab edir ki, cavabdeh təşkilatda işçilərin məhdud sayda işə buraxılması apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına əsas vermir. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı Quba rayonunun ucqar Xınalıq kəndində yaşadığı halda qətnamədən qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayəti vermiş, onun apellyasiya şikayətinə baxılaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti bərpa etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 133.1, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1058/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3177/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3177/2021
17.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver