Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-318/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı QƏTNAMƏSİ iş № 2(103)-318/2023 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 07 fevral 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-414/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Məsuliyyətli Cəmiyyətindən müqavilədə sahəsi 81.3 kv.m göstərilən, çıxarışa əsasən sahəsi 67.8 kv.metr olan, lakin sahəsi 81.3 kv.metrdən hesablanmaqla X4 Məsuliyyətli Cəmiyyətindən Bakı şəhəri Yasamal rayonu X5 Bünyadzadə küçəsi 15 saylı evin 609 saylı ünvanında aldığı mənzilin 13 kv.metr sahəsi üçün dəyərini artıq ödədiyinə görə 13 kv.metr sahəsi üçün həmin mənzilin kvadratının hazırkı bazar dəyəri ilə kvadratı 1320 manatdan hesablanmaqla 17160 manat pulun, 18 noyabr 2006-cı il tarixdən bu günə kimi illik 5%-lə hesablanmaqla 2000 manat faiz borcunun, 2500 manat məbləğində maddi zərərin əvəzi kimi, cəmi 21660 manat pul vəsaitinin, həmçinin 193 manat miqdarında iş üzrə ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 18 noyabr 2006-cı ildə Kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Beliy Lebed Mənzil Tikinti Kooperativi sonradan Şirkət adlanan və şirkətin nizamnaməsi əsasında hərəkət edən şirkətin direktoru Zeynalov Şəmsəddin 2 otaqdan, sahəsi 81.3 kv.metrdən ibarət olan Bakı şəhəri Yasamal rayonu X5 Bünyadzadə küçəsi ev 15 ünvanında tikilməkdə olan 7-ci blok 11 -ci mərtəbə 609 saylı mənzili müqavilənin şərtlərinə əsasən payçı olaraq iddiaçıya verməyi öhdəsinə götürmüşdür, iddiaçı isə həmin mənzilin müqabilində Şirkətə 28617 manat pul ödəməli idi, həmin tarixdə də kvadratı manatla 935 manat 550 ABŞ dolları olmaqla təqribən 44550 ABŞ dollarını sahəsi 81.3 kv.metrdən ibarət olan mənzilin müqabilində şirkətin baş mühasibi Kərimov Nurəddinə ödəmişdir, həmin mənzili başqa adamdan iddiaçının adına rəsmiləşmişdir, tərəflər arasında rəsmiləşmə öz yanında həyata keçirilmişdir, pulu ABŞ dolları ilə ödəməyinə baxmayaraq mənzilin dəyəri olaraq 28617 manat pul ödəməyi barədə ona maliyyə arayışı verilmişdir, həmin mənzil təhvil verilmişdir, lakin iddiaçı ailəsi ilə birlikdə qeydiyyatda olduqları Lənkəran şəhərində yaşayırdı, hazırda da orada yaşayırlar, sonradan mənzildə təmir işləri aparılmış, 2021-ci ilin yanvar ayında sahəsi 81.3 kv.metrdən ibarət olan Bakı şəhəri Yasamal rayonu X5 Bünyadzadə küçəsi ev 15 ünvanında tikilməkdə olan 7-ci blok 11ci mərtəbə 609 saylı mənzilin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir, reyestrə sənədləri şəxsən özü təqdim etmişdir, Reyestr Xidmətindən onlara Cavabdeh MMC-dən ona heç bir borcun olmaması barədə maliyyə arayışı alıb gətirilməsi bildirilmişdir, Beliy Lebed MMC-yə müraciət etdikdə MMC mənzilin tikintisi barədə müqavilənin əslini onlardan almış, müqavilədə onun xəbəri olmadan mənzilin sahəsində qələmlə düzəliş edərək 76.5 kv.m göstərməklə müqavilənin surətini və sahəsi 76.5 kv.m olan mənzilin pay dəyərinin ödənilməsi və MMC-yə borcun olmaması barədə maliyyə arayışını onlara təqdim etmişdir, əvvəl müqavilədə 81,3 kv.m yazılmışdı, xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən həmin evə iddiaçının xüsusi mülkiyyət hüququ qeydə alınmışdır, mənzilin sahəsi 67.80 kv göstərilmişdir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin həmin mənzil barəsində xx.xx.2021-ci il tarixli Texniki Pasportunda da mənzilin sahəsi 67.80 kv.m göstərilmişdir, çıxarışı və Texniki pasportu aldıqdan sonra Beliy Lebed MMC-dən aldıqları mənzilin sahəsinin 67.80 kv.m olduğunu və hüquqlarının Beliy Lebed MMC tərəfindən pozulduğunu bilmişdir, belə ki onlardan Cavabdeh MMC tərəfindən mənzilin dəyəri kvadratla hesablanaraq 81.3 kv.m sahənin dəyəri alınmışdır, həmin mənzili kvadratını bu günün bazar qiyməti ilə dəyərləndirərək özgəninkiləşdirməyi düşünmüşdür, lakin bu gün çıxarışa əsasən Beliy Lebed MMC-dən aldığı sahəsi 67.8 kv.metr olan mənzili özgəninkiləşdirməyi mümkün olduğundan, aldığı zaman haqqını ödədiyi həmin mənzili 13 kv.metr sahəyə görə bu günün bazar dəyəri məbləğində zərərə düşür, bu günün bazar dəyəri də hesablandıqda kvadratı 1320 manat olmaqla 17160 manat zərərə düşür, həmçinin cavabdeh 18 noyabr 2006-cı il tarixdə aldığ mənzilin 13 kv.metr çatışmayan sahəsinə görə ödədiyi pulu bilərəkdən ondan alaraq geri qaytarmamışdır, cavabdeh bu günə qədər özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmışdır, xx.xx.2021-ci il tarixdə cavabdeh X4 Məsuliyyətli Cəmiyyətinə müraciət edərək 3 gün ərzində həmin pulun qaytarılmasını xahiş etmişdir, lakin nəticəsi olmamışdır, əgər mənzil 76.5 kv.m olsa idi buna razı olardılar, ancaq sənəddə 67,8 kv.m yazılmışdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-414/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddianın rədd edilməsini qət etmişdir (hakim: Şəhriyar Əliyev). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iş materiallarında olan bəzi sübutlara qiymət verməmiş, bəzi sübutlara düzgün qiymət verməmiş və qətnaməni sübutlar asasında düzgün əsaslandırmamışdır. Maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Beliy Lebed MMC-nin direktoru Zeynalov A.Ş və İddiaçı arasında bağlanmış 18 noyabr 2006-cı il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, şirkət Bakı şəhəri, Yasamal rayonu, X2 15 küçəsində tikilməkdə olan 2 otaqdan, sahəsi 81.3 kv.metrdən ibarət olan 7-ci blok, 11-ci mərtəbə, 609 N-li mənzil sahəsini payçıya verməyi, payçı isə həmin mənzilin müqabilində Şirkətə 28617 (iyirmi səkkiz min altı yüz on yeddi) manat pul ödəməyi öhdəsinə götürmüşdü. 18 noyabr 2006-cı il tarixli Maliyyə Arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə 15 küçəsində yerləşən binanın 7-ci giriş, 11-ci mərtəbəsi, yaşayış sahəsi 81,3 kv.m olan 609 saylı mənzilin pay dəyərindən 28617 manat payçı İddiaçıtərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan və Texniki Pasportdan görünür ki, bakı şəhəri, ünvan 3 ünvanındakı, ümumi sahəsi 67.8 kvşm olan mənzil tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə qətnamədə tutarsız bir cümlə ilə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra olunmamasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Həmçinin qeyd edir ki, tərəflər arasında mənzilə dair müqavilə imzalanarkən mənzili xarakterizə edən digər şərtlərlə bərabər, orada mənzilin 2 otaqlı olması və qiymətinin 28617 manat olmasını nəzərdə tutan bəndlər ifadə olunmuş və mənzilin alqı-satqısının və dəyərinin bilavasitə onun sahəsindən asılı edən şərtlər nəzərdə tutulmamışdır. Halbuki iş materiallarında olan sübutlara və iddia ərizəsində göstərilmiş maddi hüquq normalarına əsasən tamamilə aydın olur ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımınca icra olunmamamışdır. Tərəflər arasında bağlanmış müqavilədən və maliyyə arayışından da görünür ki, mənzilin ümumi sahəsi 81.3 kv.metrdir və 2 otaqdan ibarət mənzil olmaqla ümumi sahəsi 81.3 kv metr olan mənzil şirkət tərəfindən 28617 manata payçıya satılmışdır. Elektron çıxarışdan və Texniki Pasportdan da görünür ki, aldığı mənzilin ümumi sahəsi 67.8 kv.metr göstərilmiş və aldığı mənzilin 13 kv.metr sahəsi kəsr gəlmişdir. Ancaq iddiaçı müqavilə bağlayan zaman müqavilənin şərtlərinə görə 81.3 kv metr ümumi sahə üçün maliyyə arayışına əsasən 28617 manat pul ödəmişdir, lakin əslində şirkət başqa adamın sənədini cırıb, iddiaçıdan 45000 ABŞ dolları alıb, həmin evi iddiaçıya satmışdır və şirkət onun ödədiyi pulun müqabilinə iddiaçıya ümumi sahəsi 81.3 kv metr olan mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin Şirkət iddiaçıya 13 kv metr sahəsi kəsr gələn mənzil verməklə öhdəliyini lazımınca icra etməmişdir. Bundan da aydın olur ki, iddiaçı 13 kv metr sahənin pulunu artıq ödəmişdir. Buna görə X4 Məsuliyyəyli Cəmiyyətdən Bakı şəhəri, Yasamal rayonu X5 Bünyadzadə küçəsi15 saylı evin 609 saylı evin ünvanında aldığı mənzilin kəsr gələn 13 kv.metr sahəsi üçün dəyərini artıq ödədiyinə görə 13 kv.metr sahəsi üçün həmin mənzilin dəyərini hesablanıb iddiaçıya ödənilməlidir. Hamıya da məlumdur ki, mənzillər MTK-lar tərəfindən satılanda mənzillərin kvadratının dəyəri hesablanmaqla satılır. İşə baxan zaman məhkəmə mənzilin kvadrat dəyərinin hesablanması üçün ekspertiza təyin etməli olduğu halda bunu da etməmişdir. Məhkəmə xx.xx.2006-cı ildə ümumi sahəsinin 81.3 kv metr göstərilən mənzilin alqı-satqısının baş tutduğu əsas müqaviləyə deyil, sonradan evini qeydiyyatdan keçirmək istəyən zaman 2021-ci ildə şirkətin saxtakarlıq edərək müqavilədə mənzilin ümumi sahəsi olan 81.3 kv metrdə düzəliş edərək 76.5 kv metr yazdığı müqaviləyə istinad etmişdir. Halbuki iddiaçı alqı-satqı zamanı şirkətə ümumi sahəsi 81.3 kv metr olan mənzilin dəyərini ödəmişdir. Bu qətnamənin tamamilə qanunsuz və əsassız olduğunu göstərir. Həmçinin məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, mənzilin ümumi sahəsi 76,5 kv-m, otaqların sayı 2-dir, mənzilin ümumi dəyəri 28617 manat vahid məbləğində müəyyən olunmuşdur, həmin mənzilin faktiki sahəsi 71,5 kv.m-dir. Belə ki, ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 Bünyadzadə küçəsində inşa edilmiş 15 saylı evin 7-ci blokunda yerləşən 609 saylı mənzilin faktiki sahəsi 71.5 kv.m olduğu müəyyən olunmuş, mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsində göstərilən sahə ilə (81,3 kv.m) həmin mənzilin sahəsi (71,5 kv.metr) arasındakı fərq 9,8 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Alqı-satqı müqaviləsində göstərilən sahə ilə (81,3 kv.m) həmin mənzilin sahəsi (71,5 kv.metr) arasındakı fərqin 9,8 kv.metr təşkil etdiyinin müəyyən olunmasına baxmayaraq məhkəmə buna da düzgün qiymət verməmiş, həmçinin mənzilin hazırkı bazar dəyəri ilə kvadratının dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etməmişdir. Bununla bərahər tərəflər arasında bağlanan 18 noyabr 2006-cı tarixli müqavilədə və maliyyə arayışında mənzilin ümumi sahəsinin 81.3 kv metr göstərilməsinə baxmayaraq həmin sübutlara qiymət verilməmişdir. Halbuki göstərilən müqavilə şirkət tərəfindən bağlanmış və həmin maliyyə arayışı şirkət tərəfindən verilmişdir. Sonradan müqavilədə mənzilin ümumi sahəsinin 76.5. kv metr göstərilməsi həqiqətə uyğun deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
6. Cavabdeh apellyasiya şikayətinə etirazında qeyd etmişdir ki, iddiaçı tərəf vaxtilə həmin iddia ərizəsini məhkəməyə təqdim edərək öz mövqeyini qısa və ümumi olaraq belə əsaslandırmışdır ki, “Tərəflər arasında 18 noyabr 2006-cı il tarixində Kooperativ Binada Mənzil Tikintisi haqqında Müqavilə imzalanmışdır. Həmin müqavilədə satılan mənzilin Bakı şəhəri Yasamal rayonu, X5 Bünyadzadə küçəsi ev 15 ünvanında tikilməkdə olan 7-ci blok 11-ci mərtəbə 609 saylı mənzil olması, həmin mənzilin dəyərinin müqavilədə 28.617 manat təşkil etməsinin göstərilməsi, mənzilin 2 otaqdan ibarət olması və həmin mənzilin ilkin olaraq ümumi sahəsinin 81.3 kvadrat metr təşkil etməsi qeyd edilmişdir. Bu zaman baxmayaraq ki, mənzilin ümumi dəyəri müqavilədə 28.617 manat təşkil etməsi göstərilmişdir, iddiaçı öz ərizəsində və apellyasiya şikayətində iddia etmişdir ki, həmin mənzilə görə o əslində hər bir kvadrata görə manatla 935 manat (yəni 1 ABŞ dollarının 1.70 manatdan hesablanmaqla 550 ABŞ dolları ekvivalentində olmaqla) 81.3 kvadrata görə cavabdehə 44550 ABŞ dolları məbləğində güya pul ödəmişdir. (Halbu ki, həmin dövrdə 1 ABŞ dollarının manata ekvivalenti 0,78 manat təşkil etmişdir.) Lakin bütün bunlara baxmayaraq cavabdeh təşkilat həmin mənzillə bağlı ona verdiyi Maliyyə Arayışında mənzilin dəyərinin 28.617 manat təşkil etməsini göstərmiş, ilkin olaraq həmin mənzilin ümumi sahəsinin 81.3 kvardrat metr göstərilməsinə baxmayaraq, güya cavabdeh tərəf iddiaçı ilə bağladığı müqavilədə sonradan mənzilin sahəsinin göstərilən hissəsində qələmlə düzəliş etmiş və mənzilin sahəsinin 76.5 kvdarat metr olmasını qeyd etmişdir. Yalnız həmin vaxtdan xeylı müddət keçdikdən sonra yəni xx.xx.2021-ci il tarixində həmin mənzilə mülkiyyətini təsdiq edən Çıxarış əldə edilən zaman ona verilmiş həmin hüquq müəyyənedici sənəddən müəyyən etmişdir ki, əslində həmin mənzilin sahəsi 67.80 kvadrat metrdir. Əgər onun mənzilinin sahəsi həmin sənəddədə 76.5 kvdrat metr göstərilsə idi o bu hal ilə razı olardı. Lakin belə olmadığı təqdirdə iddiaçı hesab edir ki, o 2006-cı ildə aldığı mənzilə görə 13 kvadrat metr artıq sahə ilə bağlı cavabdehə bu günkü bazar dəyəri ilə hesablandıqda hər bir kvardat metri 1320 mantdan olmaqla 17.160 manat məbləğində zərərə düşür. Ona görə də iddiaçı hazırda cavabdehdən həmin 17.160 manatı, əlavə olaraq müqavilə bağlanan tarixdən yəni 18 noyabr 2006-cı il tarixindən hazırki vaxtadək illik 5%-lə hesablanmaqla 2000 manat faiz borcunun, 2500 manat məbləğində maddi zərərin əvəzi olmaqla cəmi 21.660 manat pul vəsaitinin və iddia üzrə ödədiyi 193 manat dövlət rüsumunun əvəzinin tutulmasını məhkəmədən xahiş etmişdir”. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli 2(011)-414/2022 saylı qətnaməsinə əsasən iddiaçının həmin iddiası təmin edilməmişdir. İddiaçı həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Belə ki, iddiaçı əsas olaraq şikayətini onunla əsaslandırmışdır ki, hazırki işə güya Bakı şəhəri Xətai rayon Məhkəməsində düzgün baxılmamışdır. Aşağıda qeyd olunan əsaslara görə hesab edirik ki, qeyd edilən iş üzrə iddiaçının apellyasiya şikayəti əsassızdır və şikayət təmin edilməməlidir. Hesab edirik ki, bu iş üzrə iddiaçının öz iddia ərizəsində və hazırki apellyasiya şikayətində gətirdiyi dəlillər tamamilə əsassızdır və həmin iddia ərizəsi vaxtilə rayon məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, işin mübahisəsiz halından da göründüyü kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı mövcud olan müqavilə 18 noyabr 2006-cı il tarixli müqavilədir. İddiaçının özünündə iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi kimi, həmin müqavilənin imzalanmasında iddiaçı özü şəxsən həmin vaxtı iştirak etmişdir. Yəni bu müqavilə bağlanan zaman ona verilmiş eyni tarixli maliyyə arayışında mənzilin 2 otaqdan ibarət olması və həmin mənzilin ümumi dəyərinin 28.617 manat təşkil etməsinin qeyd edilməsindən iddiaçı şəxsən həmin vaxtı məlumatlı olmuşdur. Ona görədə iddiaçının ümumiyyətlə həmin mənzilə görə müqavilə bağlanan zaman güya hər bir kvadrata görə manatla 935 manat (yəni 1 ABŞ dollarının 1.70 manatdan hesablanmaqla 550 ABŞ dolları ekvivalentində olmaqla) 81.3 kvadrata görə cavabdehə 44550 ABŞ dolları məbləğində pul ödəməsinə dair gətirdiyi dəlillər tamamilə absurd və yalandır. Belə ki, hamıya məlumdur ki, 2014-cü ilin dekabr ayının sonlarına kimi ölkəmizdə 1 ABŞ dollarının manata olan məzənnəsi əslində 0,78 manat təşkil etmişdir. Məhz bu baxımdan iddiaçının 2006-cı ildə bağladığı məlum müqavilə üzrə cavabdehə 44550 ABŞ dolları məbləğində pul ödəməsinə dair bildirdikləri tam ağ yalandır. Üstəlikdə həmin vaxtı müqavilə bağlanan zaman iddiaçıya verilmiş maliyyə arayışında və müqavilənin özündə mənzilin dəyərinin məhz 28.617 manat təşkil etməsi qeyd edildiyi halda, həmin mənzilə görə əgər faktiki olaraq iddiaçı cavabdehə 44550 ABŞ dolları ödəmişdirsə bu zaman iddiaçının cavabdeh təşkilatdan məhz ondan faktiki olaraq alınmış məbləğə görə maliyyə arayışı tələb edə bilərdi, eyni zamanda müqavilədə də faktiki ödədiyi məbləğin qeyd edilməsinə israr edə bilərdi. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd edilən Məcəllənin 324.3-cü maddəsinə əsasən, Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Adı çəkilən Məcəllənin 324.4-cü maddəsinə əsasən, Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Eyni Məcəllənin 324.5-cü maddəsinə əsasən, İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Lakin işin rəsmi və faktiki hallarından görünür ki, sözügedən müqavilə, yəni iki tərəfli əqd məhz iddiaçının özünün şəxsən iştirakı ilə rəsmiləşdirilmiş və iddiaçı həmin vaxtı müqavilədə aldığı mənzilin dəyərinin məhz 28.617 manat təşkil etməsinə rəsmi olaraq müqaviləyə imza atmaqla bu faktı təsdiq etmişdir. Bundan başqa iddiaçının özünündə iddia ərizəsində qeyd etdiyi kimi, cavabdeh təkilat tərəfindən ona verilmiş bütün maliyyə arayışlarında həmin mənzilin dəyərinin məhz 28.617 manat təşkil etməsi göstərilibdir. Odur ki, hazırda həmin müqavilənin imzalanmasından 16 il keçdikdən sonra iddiaçının öz iddia ərizəsində mənzilin dəyəri ilə bağlı gətirdiyi dəlillərin hamısı əsassızdır. Belə ki, ümumiyyətlə Mülki Məcəllənin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə, o cümlədən pul tələbləri üzrə iddia müddəti 3 (üç) il olduğu halda iddiaçının hazırda 16 ildən sonra belə bir tələblə cavabdehə qarşı çıxması tamamilə qeyd edilən qanunun tələblərinə uyğun deyildir. Belə olan halda cavabdeh tərəf hesab edir ki, hazırda istənilən halda iddiaçının pul tələblərinə dair iddiası ümumiyyətlə iddia müddətinin keçməsi əsası ilə də rədd edilə bilinər və cavabdeh tərəf hazırki etiraz ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsindən bu iş üzrə iddia müddətinin tətbiq edilməsi əsası ilə iddianın rədd edilməsini xahiş edir. Nəhayət iddiaçının 2006-cı ilin 18 noyabr tarixində cavabdehdən satın aldığı mənzilin ümumi sahəsi ilə bağlı iddia tələbində gətirdiyi əsaslara gəlincə isə, qeyd olunmalıdır ki, iddiaçı tələbinin bu hissəsini onunla əsaslandırmağa çalışmışdır ki, tərəflər arasında həmin mənzillə bağlı müqavilə imzalandığı vaxtdan xeylı müddət keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixində həmin mənzilə mülkiyyətini təsdiq edən Çıxarış əldə edilən zaman iddiaçı ona verilmiş həmin hüquq müəyyənedici sənəddən müəyyən etmişdir ki, əslində həmin məzilin sahəsi 67.80 kvadrat metrdir. Əgər onun mənzilinin sahəsi həmin sənəddə də 76.5 kvdrat metr göstərilsə idi, (yəni mövcud müqavilə də göstərildiyi kimi) o bu hal ilə razı olardı. Cavabdeh tərəf olaraq iddiaçının belə bir tələbinə etiraz olaraq bir daha bildirirk ki, iddiaçının özünün şəxsən imzaladığı müqavilədə satın aldığı mənzilin ümumi sahəsinin 76,5 kv.metr təşkil etməsi və iki otaqdan ibarət olması açıq aydın qeyd edilmişdir. Bu haqda Reyestr Xidmətinə təqdim edilməsi üçün iddiaçıya verilmiş maliyyə arayışında da həmin məlumat öz əksini tapmışdır. İddiaçının özünün də bildirdiyi kimi, iddiaçı həmin mənzili aldıqdan sonra mənzildə şəxsən təmir işləri aparmışdır və həmin vaxtı onun mənzilinin ümumi sahəsinin 76.5 kv.m təşkil etməsini bir daha bilmişdir. Bundan başqa iddiaçı geridə qalmış illər üzrə cavabdeh təşkilata hər ay üzrə həmin mənzillə bağlı kommunal xərclər ödəmiş və hər dəfə onun ödədiyi həmin xərclər məhz ümumi sahəsi 76,5 kv. metr təşkil edən mənzilə görə baş vermişdir. Eyni zamanda iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi, o özü şəxsən cavabdeh təşkilatdan əldə etdiyi ümumi sahəsi 76.5 kv. metr təşkil edən mənzilin müqaviləsini və həmin mənzillə bağlı verilmiş maliyyə arayışını Daşınmaz Əmlakın Reyestr Xidmətinə təqdim etmiş və həmin qurumdan Çıxarışı özü şəxsən əldə etmişdir. Yəni həmin mənzil hələ dövlət orqanında xüsusi mülkiyyət kimi qeydiyyata alınmadan öncə iddiaçı həmin mənzilin ümumi sahəsinin məhz 76.5 kv. metr təşkil etməsini bilmişdir. Əgər o həmin vaxtı bu faktla razı deyildirsə, onda iddiaçı ümumiyyətlə həmin sənədləri dövlət orqanına təqdim etmədən aidiyyatı orqanlara cavabdeh təşkilatdan şikayətlər etməli idi. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, mübahisəli mənzilin ümumi sahəsinin məhz iddiaçı tərəfindən həmin mənzilə yalnız Çıxarış alınan zaman əskik olmasına dair gətirilən dəlillər tamamilə yanlışdır. Belə ki, tərəflər ərasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin 76.5 kv. metr təşkil etməsi göstərildiyi halda, dövlət orqanı tərəfindən iddiaçıya verilmiş mənzilin ümumi sahəsinin 67.8 kv. metr təşkil etməsi (yəni mənzilin sahələrinin 21.7, 17.5, 15.6, 8.0, 3.4 və 1.6 kv. metr kimi göstərilməsi), ondan irəli gəlir ki, həmin ünvanda yerləşən bütün mənzillərin (iddiaçıya məxsus mənzilin istər üst, istərsədə alt mərtəbələrində yerləşən eyni 2 otaqlı mənzillərin) balkon (eyvan) olan sahələri 1.6 kv.m ölçü ilə hesablanır. Yəni balkon (eyvan) olan sahə faktiki olaraq 5.3 kv. metr olduğu halda, həmin sahə 0,3 əmsalına vurularaq balkonun 1.6 kv. metr sahə kimi olması mənzilin texniki pasportunda qeyd edilibdir. (Sübut üçün eyni oxşar mənzilin Texniki Pasportunun surəti məhkəməyə təqdim edilir). Yəni bu hesablama zamanı mənzilin balkon sahəsi faktiki olaraq 3.7 kv. metr az göstərilmişdir. Bundan başqa mənzilin daxili divarlarının ümumi sahəsi 5.0 kvadrat metr təşkil edir. Məhz hüquq müəyyənedici sənəddə göstərilməyən 3.7 kv. metr balkon sahəsi və mənzilin daxili divar hissələri təşkil edən 5.0 kv.metr sahə cəm şəkildə 8.7 kv. metr təşkil etdiyindən və həmin kvardatura 67.8 kv. metr sahənin üzərinə əlavə edildikdən sonra mənzilin ümumi sahəsi məhz 76.5 kv. metr təşkil edir. Odur ki, iddiaçının öz iddia ərizəsində qeyd etdiyi kimi, “əgər onun mənzilinin sahəsi həmin sənəddə də 76.5 kvdrat metr göstərilsə idi, (yəni mövcud müqavilə də göstərildiyi kimi) o bu hal ilə razı olardı” kimi arqumentlərini cavabdeh tərəf olaraq yuxarıda gətirdiyimiz əsaslara görə əsassız hesab edirik. Ona görə də hesab edirik ki, iddiaçının öz iddia ərizəsində cavabdehə qarşı irəli sürülmüş pul tələblərinə dair iddianın bütün hissələri, yəni istər 17.160 manat hissəsi, əlavə olaraq müqavilə bağlanan tarixdən yəni 18 noyabr 2006-cı il tarixindən hazırki vaxtadək illik 5%-lə hesablanmaqla 2000 manat faiz borcu hissəsi, həmçinin 2500 manat məbləğində maddi zərərin əvəzi hissəsi bütünlüklə rədd edilməlidir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilənin azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
12. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
13. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
14. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 646.2-ci maddəsinə görə, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
16. Həmin Məcəllənin 586.1-ci maddəsinə əsasən, qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər.
17. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.
18. Həmin Məcəllənin 578.1-ci maddəsinə görə, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
19. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən, Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
23. “Şəhərsalma və Tikinti” Məcəllənin 59.2-ci maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
24. Həmin Məcəllənin 59.3-cü maddəsinə görə, Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Apellyasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Zeynalov A.Ş və İddiaçı arasında bağlanmış 18 noyabr 2006-cı il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, şirkət Bakı şəhəri, Yasamal rayou, Yeni Yasamal, Bünyadzadə 15 küçəsində tikilməkdə olan 7 blok, 11 mərtəbə, 609 №-li mənzil sahəsini payşıya verməyi, payçı isə həmin mənzil sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş ənzilin pay haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürür, göstərilən mənzil 2 otaqdan ibarətdir, mənzilin sahəsi 76,5 kv.m-dir, göstəriləm mənzilin ümumi dəyəri 28617 manatdır.
29. İş materiallarında olan 18 noyabr 2006-cı il tarixli Maliyyə Arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə 15 küçəsində yerləşən binanın 7ci giriş, 11-ci mərtəbəsi, yaşayış sahəsi 81,3 kv.m olan 609 saylı mənzilin pay dəyərindən 28617 manat payçı İddiaçı tərəfindən ödənilmişdir.
30. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 06 yanvar 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə 15 ünvanında olan 7-ci giriş, 11 mərtəbəsində 2 otaqlı 609 saylı mənzilin ümumi sahəsi 76,5 kv.m-dir, mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. MMCyə borcu yoxdur.
31. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, ünvan 7 ünvanındakı, ümumi sahəsi 67,8 kv.m olan mənzil tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır.
32. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə ev 15, giriş 7, m 609-un hüquq subyekti İddiaçıdır, mənzilin tikildiyi il 2019, yerləşdiyi mərtəbə 11, otaqların sayı 2, ümumi sahəsi 67,8 kv.m, yaşayış sahəsi 37,3 kv.m-dir.
33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə artıq ödədiyi pulun mənzilin kvadratının hazırki bazar dəyəri ilə hesablanaraq ona qaytarılması barədə Cavabdeh MMC-yə ərizə ilə müraciət etmişdir.
34. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/951 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X5 Bünyadzadə küçəsində inşa edilmiş 15 saylı evin 7-ci blokunda yerləşən 609 saylı mənzilin faktiki sahəsi 71,5 kv.m olduğu müəyyən olunmuş, mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsində göstərilən sahə ilə (81,3 kv.m) həmin mənzilin sahəsi (71,5 kv.metr) arasındakı fərq 9,8 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “tərəflər arasında mənzilə dair müqavilə imzalanarkən mənzili xarakterizə edən digər şərtlərlə bərabər, orada mənzilin 2 otaqlı olması və qiymətinin 28617 manat olmasını nəzərdə tutan bəndlər ifadə olunmuş və mənzilin alqı-satqısının və dəyərinin bilavasitə onun sahəsindən asılı edən şərtlər nəzərdə tutulmamışdır.”
36. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qənaətini onunla əsaslandırır ki, tərəflər arasında olan 18 noyabr 2006-cı il tarixli müqavilədə mənzilin 81.3 kv. m. olması göstərildiyi halda, müqavilə üzrə tərəf olan Cavabdeh MTK-nın həmin sahəyə uyğun olmayan mənzili iddiaçıya (alıcıya) verməsi həm müqavilənin, həm də mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
37. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman mənzilin faktiki sahəsinin hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 15 saylı evin 609 saylı mənzilin ümumi tikinti altı sahəsi və mənzilin ümumi sahəsinin ölçüləri müəyyən edilsin.” və “İddiaçı hazırda mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X5 Bünyadzadə küçəsində inşa edilmiş 15 saylı evin 7-ci blokunda yerləşən 609 saylı mənzilin (mənzilin tərkibinə daxil olan bütün sahələr ayrı-ayrılıqda göstərilməklə) hazırda faktiki sahəsinin cəmi kv. metrlə ölçüldükdə nə qədər təşkil edir ?” sualları qoyulmuşdur.
38. Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2022-ci il tarixli rəyinə görə, mənzilin sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin ümumi tikinti altı sahəsinin 81.3 kv. metr, mənzilin ümumi sahəsinin isə 67.8 kv.m. təşkil etdiyi müəyyən olunur. Mənzilin faktiki sahəsi (azalma əmsalları tətbiq olunmadan) 71.5 kv.m. təşkil etdiyi müəyyən olunur.
39. Kollegiya hesab edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən, qeyd edilən ekspert rəyinin hazırki iş üzrə iş materialları ilə yanakı qiymətləndirilməklə sübut kimi qəbul edilməsi yolveriləndir.
40. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, sözügedən mənzilin faktiki sahəsinin (azalma əmsalları tətbiq olunmadan) 71.5 kv.m. təşkil etməsi birinci instansiya məhkməsində icraat zamanı keçirilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapdığından hazırki ekspert rəyinin mötəbərliyi kollegiyada şübhə doğurmur.
41. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən, Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
42. “Şəhərsalma və Tikinti” Məcəllənin 59.2-ci maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
43. Həmin Məcəllənin 59.3-cü maddəsinə görə, Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
44. Qeyd edilən hüquq normalarının tələblərinə və ekspert rəyinə əsasən, kollegiya hesab edir ki, mənzilin faktiki sahəsi (azalma əmsalları tətbiq edilmədən) həm birinci instansiya məhkəməsində icraat zamanı verilmiş, həm də apellyasiya icraatı zamanı verilmiş ekspert rəyləri ilə 71.5 kv.m. müəyyən edildiyindən, bu hal mənzilin faktiki sahəsinin müqavilə üzrə qeyd edilmiş 81.3 kv.m. sahədən 9.8 kv.m. az olmasını deməyə əsas verir (81.3-71.5=9.8).
45. Belə olan halda, müqavilə üzrə tərəf olan Cavabdeh MTK iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş 81.3 kv.m. mənzil deyil, bundan 9.8 kv.m. az sahəsi olan mənzil vermiş və müqavilə şərtlərini pozmuşdur.
46. Kollegiya iş materiallrına, ekspert rəylərinə əsasən qeyd edir ki, Cavabdeh MTK tərəfindən iddiaçıya (alıcı) əksik verilmiş 9.8 kv.m. sahənin dəyəri tutularaq iddiaçıya ödənilməlidir.
47. İddiaçıya əksik verilmiş 9.8 kv.m sahənin dəyərinin hesablanmasına gəlincə isə, kollegiya hesab edir ki, həmin sahənin hazırki bazar dəyəri ilə deyil, mənzil alınan zaman hesablanmış qiymətlə ödənilməsi ədalətlidir.
48. İş materiallarında olan maliyyə arayışından görünür ki, iddiaçı 81.3 kv.m. mənzilin alınması üçün 28.617 manat pul ödəmişdir. Belə olan halda, mənzilin hər kv.metri üçün iddiaçı tərəfindən 352 manat ödənildiyi müəyyən olunur (28.617:81.3=352).
49. Hazırki məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya 9.8 kv.m. sahənin əksik verilməsi müəyyən edilmişdir ki, bu hal özlüyündə iddiaçı tərəfindən 9.8 kv.metrə görə cavabdehə artıq pul ödənildiyini deməyə əsas verir. Belə olduğu təqdirdə, mənzilin dəyərinin ödənildiyi vaxt mənzilin 1 kv.metrinin dəyəri olan 352 manatdan hesablanmaqla 9.8 kv. metrə görə dəyəri, yəni 3449.6 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
50. Məhkəmə kollegiyası iddia tələbinin faiz borcu və maddi zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
51. Qeyd edilən maddənin məzmunundan görünür ki, borclu əsassız əldə etdiyi pul vəsaitindən faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. İş materiallarında cavabdehin həmin pul vəsaitindən faydalanmasını göstərən hər hansı sübut aşkar edilmir. Bu səbəbdən də, iddia tələbi həmin hissədə əsassızdır.
52. İddiaçı maddi zərərə görə 2500 manat məbləğində pul vəsaiti tələb etsə də, həmin maddi zərərin hansı səbəbdən, hansı şəkildə vurulması əsaslandırırlmamış, həmçinin hər hansı maddi zərərin vurulmasını təsdiq edən sübut iş materiallarında aşkar edilməmişdir.
53. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
56. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
57. Sadalanan xüsusatlara əsasən, kollegiya müqavilədə mənzilin 81.3 kv.m. göstərilməsini, ekspert rəylərinə əsasən mənzilin faktiki sahəsinin 71.5 kv. m. müəyyən edilməsini nəzərə alaraq, mənzilin alındığı zaman 1 kv.m. üçün müəyyən edilən qiymətin əsas götürülməklə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə əksik olan 9.8 kv. metrə görə hər kv.metri 352 manatdan hesablanmaqla, 3449.6 manat məbləğində pul vəsaiti tutulmalıdır.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
59. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
60. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
61. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-414/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3449.6 (üç min dörd yüz qırx doqquz manat altmış) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh MMC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh MMC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev