Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-318/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər : (“mənzildən istifadə hüququna xitam verilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2204/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsindədki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzil üzrə istifadə hüquqları müəyyən müddətə saxlanılmamaq şərti ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçının mülkiyyətində olsa da, faktiki olaraq iddiaçının valideynlərinə məxsus olmuşdur. Belə ki, həmin mənzil iddiaçının valideynləri tərəfindən 09 iyun 2003-cü ildə "xxxx" MTK-dan alınmışdır. İddiaçı və cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Mədinə adlı və xx.xx.2017-ci il təvəllüdlü Altay adlı iki uşağı da var. Ailə qurduqları vaxtdan münasibətlər pozulduğu vaxtadək cavabdeh mübahisəli mənzildə iddiaçı və onun valideynləri ilə birlikdə yaşamışdır. Tərəflər arasında münasibətlər pozulduğu vaxtdan cavabdeh öz istəyi ilə mənzildən çıxmış və mənzildə yaşamaqdan imtina etmişdir. 2022-ci in sonunda cavabdeh iddiaçıya qarşı mənzilə köçürmə və ona məxsus mübahisəli mənzildə olan əşyalarının istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Mahkəməsinə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-2392023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dayişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3739/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-133/2023 saylı xx.xx.2023-cü il tanki qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-133/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-765/2024 saylı xx.xx.2024-cü il tardi qərarı ilə Bakı Apellyasiya 2(103)- 4806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi və istifadəsində olan əşyaların ona qaytarılması qət edilmişdir. Həmin icra sənədi hazırda icra mərhələsindədir və onun icrası ilə Yasamal Rayon İcra və Probasiya Şöbəsi məşğul olur. Qeyd olunmalıdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi barədə tələbinə hüquqi qiymət verilərkən məhkəmə tərəflərin nikah münasibətlərində olmasını əsas tutmuş və mübahisəyə Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini tətbiq edərək iddianı təmin etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş şikayətlər apellyasiya və kassasiya icraatlarında baxılarkən iddiaçı tərəfindən artıq nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Lakin işə baxan məhkəmələr nikahın pozulması barədə işə baxılıb yekun qərar qəbul edilməsini gözləməmişlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-765/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı ilə cavabdeh arasında nikahın pozulması barədə qətnamə qanuni qüvvəyə minmiş, tərəflər arasında nikah münasibətlərinə xitam verilmiş və həmin andan cavabdeh iddiaçının ailə üzvü sırasından çıxmışdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən cavabdehlə iddiaçı aranda nikah münasibətlərinə xitam verildiyi və cavabdeh artıq iddiaçının ailə üzvü hesab olunmadığı üçün, onun həmin mənzilə olan istifadə hüquqlarına xitam verilmişdir. Qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Lakin həmin qətnamə qəbul edilərkən cavabdeh hələ iddiaçının ailə üzvü olmuşdur. Hazırda isə cavabdeh artıq iddiaçının ailə üzvü deyil və bu səbəbdən Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi hazırki iddianın rədd edilməsi üçün əsas kimi çıxış edə bilməz. Hazırda cavabdeh mübahisəli mənzildə yaşamır və mənzillə hər hansı əlaqəsi yoxdur. Digər tərəfdən cavabdeh hazırda nikahdan əvvəl yaşadığı evdə anası ilə birlikdə yaşayır və onun mübahisəli mənzilə ehtiyacı yoxdur. Beləliklə, cavabdehin mübahisəli mənzilə köçürülməsinə əsas olmuş halların aradan qalxması, onun həmin mənzilə olan istifadə hüquqlarına Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən xitam verilməsi üçün əsasdır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli qərardadında (20-ci bənd) olan hüquqi mövqeyi nəzərə alaraq qeyd olunmalıdır ki, cavabdehin mübahisəli mənzilə müəyyən müddətə istifadə hüquqlarının saxlanılmasına da hər hansı əsas yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə əsasən məhkəmələr həmin qəbildən işlərə baxarkən hüquqlarına xitam verilmiş şəxsin mənzildən istifadə hüququnun mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi səbəbindən saxlanılmaması barədə qənaətə gələrkən, onun maddi vəziyyətini və diqqətəlayiq digər halları, şəxsin özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib-verməməsini ayrıca müzakirə etməlidir. Plenumun qeyd olunan qərarını nəzərə alaraq qeyd etmək lazımdır ki, mübahisəli mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, faktiki olaraq iddiaçının valideynlərinə məxsusdur və həmin mənzildə hazırda onlar yaşayırlar. Mənzil onlar tərəfindən və onların vəsaiti hesabına alınsa da, sonradan iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdehlə həm iddiaçı, həm onun valideynləri arasında hazırda çox gərgin münasibətlər mövcuddur və onların bir evdə yaşaması qeyri-mümkündür. Cavabdeh iddiaçıya qarşı mənzilə köçürülmə tələbinə dair qaldırdığı iddiasında qeyd etmişdir ki, mübahisəli mənzildən məcburi çıxarılmış, mənzilin açarlarını dəyişdirmiş və o, mənzilə buraxılmamışdır. Cavabdehin qeyd etdiyi hallar hər hansı sübutla təsdiq olunmur və heç bir əsası yoxdur. Belə ki, cavabdeh iddiaçı ilə ailə münasibətlərinin gərginləşməsi zəminində könüllü olaraq evi tərk etmişdir. Cavabdeh evi tərk etdikdən sonra iddiaçının valideynləri mübahisəli mənzilə köçmüş və hazırki vaxtadək orada yaşayırlar. Mübahisəli mənzildə yalnız iddiaçı yaşamış olsa idi, bu halda cavabdehin mənzildə yaşamasına şərait yaratmaq mümkün olardı. Mübahisəli mənzildə iddiaçının valideynlərinin yaşamasını, cavabdehin mübahisəli mənzildə yaşayarkən iddiaçı ilə birlikdə yalnız bir otaqdan istifadə etməsini və hazırda cavabdehin mübahisəli mənzildə iddiaçı ilə nikah pozulduqda bir evdə yaşamasının qeyri-mümkünlüyü nəzərə alaraq, cavabdehin mübahisəli mənzildə müəyyən müddət ərzində istifadə hüququnun saxlanılması mümkünsüzdür. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisəli mənzil 3 otaqdan ibarətdir. Otaqlardan biri zal kimi istifadə olunur, digər iki otaq isə iddiaçı və onun valideynlərinin yataq otağıdır. Göründüyü kimi cavabdehin mübahisəli mənzilə istifadə hüququnun müəyyən müddətə saxlanılması halında belə ona ayrıca otağın ayrılması qeyri-mümkündür. Digər tərəfdən cavabdeh artıq bir ildən çoxdur ki, valideynləri ilə birlikdə yaşayır. Bu onu göstərir ki, onun başqa yaşayış yeri var və mübahisəli mənzilə hər hansı ehtiyacı yoxdur. Bundan başqa cavabdehin hazırda yaşadığı və valideynlərinə məxsus mənzil mübahisəli mənzillə bir ərazidə yerləşir. Həmin mənzildə onun şəraiti mübahisəli mənzillə müqayisədə daha əlverişlidir və daha yaxşıdır. Cavabdehin eyni zamanda maddi təminatı da kifayət qədər yüksəkdir. Belə ki, cavabdeh Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi işləyir və 3000 manata yaxın əmək haqqı alır. Görünən odur ki, cavabdehin həm maddi vəziyyəti, həm mübahisəli mənzillə müqayisədə daha şəraitli mənzildə valideynləri ilə birlikdə yaşaması, onun mübahisəli mənzilə hər hansı ehtiyacının olmamasını bir daha təsdiq edir. Digər tərəfdən cavabdehin mübahisəli mənzildə iddiaçı və onun valideynləri ilə birlikdə yaşamasının qeyri-mümkünlüyü hazırki işdə diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Cavabdehin mübahisəli mənzilə köçüb yaşaması tərəflər arasında münasibətlərin daha gərginləşməsinə və məişət münaqişələrinə səbəb olacağına ehtimalların kifayət qədər yüksək olmasını nəzərə alaraq irəli sürülmüş tələb əsaslı hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh arasında olan nikah münasibətlərinə xitam verildiyi üçün, həmin mənzildən olan və cavabdehə məxsus əşyalar da məcburi şəkildə mənzildən çıxarılmalıdır. Cavabdeh mənzilə köçürülməsi barədə iddiasında eyni zamanda ona məxsus əşyaların qaytarılması barədə tələb irəli sürmüşdür. Qanuni qüvvəyə minmiş və yuxarıda qeyd olunmuş məhkəmə qətnaməsi ilə əmlakların ona qaytarılması qət edilmişdir. Cavabdeh bu gün də gəlib özünə məxsus əşyaları həmin mənzildən apara bilər. Lakin bunu ona görə etmir ki, iddiaçıya əziyyət və narahatçılıq yaratsın. Beləliklə mübahisəli mənzildə iddiaçının valideynlərinin yaşamasını, həmçinin cavabdehin hazırda yaşamaq üçün başqa yaşayış sahəsi olmasını və maddi vəziyyətinin kifayət qədər yüksək olmasını və göstərilən diqqətəlayiq halları nəzərə alaraq onun mübahisəli mənzildə istifadə hüququnun müəyyən müddət ərzində saxlanılması üçün heç bir hüquqi əsas yoxdur və bu səbəbdən də irəli sürülmüş tələb təmin edilməlidir.
2. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, həyat yoldaşı İddiaçı tərəfindən uşaqlarının gözü qarşısında 15 may 2022-ci il tarixində zorakılığa məruz qalaraq yaşadığı mənzildən döyülüb çıxarıldığına görə (hətta 4 ay məsələnin sivil qaydada razılaşma yolu ilə həll olunacağına ümid bəslədikdən sonra) xx.xx.2022-ci il tarixindən cavabdeh İddiaçı qarşı "azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə və əşyaların mənzildə özünə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi işə baxaraq iddianın tam təmin olunması ilə bağlı qətnamə çıxarmışdır. Cavabdeh tərəfin növbəti hər iki instansiyada şikayətlərinə baxılmış, həm Bakı Appelyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi, həm də Ali Məhkəmənin 2(102)-3739/2023 saylı xx.xx.2023 tarixli qərarı ilə (Ali Məhkəmədə artıq bir dəfə işə baxılmışdır) Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddia tam təmin olunmuşdur. Yasamal Rayon Məhkəməsinə icra üçün geri qayıtmış iş artıq qüvvəyə minmiş, Yasamal Rayon İcra şöbəsinə yönləndirilmiş, icraçı təyin olunmuş, hətta icraçı Bəhruz Bayramov tərəfindən icraata başlamaq haqqında qərar verilmiş və icra günü də təyin olunmuşdur. Lakin işin icraatı qəsdən yubadılmış və həmin müddət ərzində 12 yanvar 2024-cü il tarixindən etibarən qaynatası X5 və qaynanası X8 AR MPM-nin 403.2-ci maddəsinə əsasən maraqlarına toxunan şəxslər kimi ərizə ilə müraciət edərək, guya keçən bu 2 il ərzində məsələdən xəbərdar olmadıqlarını bildirmiş, guya öz doğma nəvələrinin və onun həyat yoldaşının adına qeydiyyata alınmış mənzilə köçürüləcəyi təqdirdə guya onların hansısa maraqlarına toxunacağını bildirmiş, əsası olmayan sənədlər təqdim etməklə prosesi yayındırmağa çalışmış, ərizəyə kassasiya şikayəti də əlavə etmişlər. Heç bir əsası olmayan, sadəcə evə köçürülmə işini suni şəkildə növbəti dəfə yubatmağa xidmət edən ərizə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il Qərardadı ilə rədd edilmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, Cavabdeh əri İddiaçı rəsmi və qanuni həyat yoldaşıdır. Belə ki, cavabdeh boşanma iddiası ilə məhkəməyə müraciət etsə də, rəsmi olaraq nikahdadır, faktiki olaraq nikahın pozulması ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə yoxdur və nikah şəhadətnaməsi qüvvədə olan sənəddir. Nikahın pozulması ilə bağlı birinci instansiya məhkəməsi olan Yasamal Rayon Məhkəməsinin e-2(004)-133/2023 saylı qətnaməsi qüvvəyə minməmiş və icraaya yönləndirilməmişdir. Belə ki, nikah şəhadətnaməsi hələ də rəsmi qüvvədə olduğundan, etibarsız hesab edilmədiyindən o hələ də bu işdə İddiaçı ailə üzvü sayılır. Əsaslı ve qanuni olaraq irəli sürülən iddia üzrə onun azyaşlı uşaqları ilə birlikdə köçürülmək istədiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki, 586-cı məhəllədə, 68 saylı evin 28 saylı mənzil (Yeni ünvanı Z.Xəlilov küçəsi, 208, M4,m2) nikah dövründə yəni 2016-cı ildə əri cavabdeh İddiaçı adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdən İddiaçı adına qeydə alınmışdır. O və cavabdeh ilə birgə nikahdan doğulmuş, yetkinlik yaşına çatmamış iki övladları - xx.xx.2013-cü il təvəllüdlü qızı Mədinə İddiaçı qızı və xx.xx.2017-ci il təvəllüdlü oğlu Altay İddiaçı oğlu qeyd olunan həmin mənzildə qeydiyyatdadır. Ərizəyə əlavə etdiyi rəsmi dövlət qurumları tərəfindən birbaşa məhkəməyə təqdim olunmuş çoxsaylı əsaslı təsdiq olunmuş sənədlərdən də göründüyü kimi köçürələcəyi ünvanda yerləşən mənzil həyat yoldaşı İddiaçı adına qeydiyyata alınmışdır, həm də nikah dövründə qeydiyyata alınmışdır. Hal-hazırda birgə nikah dövründə əldə edilmiş mənzil ilə bağlı ayrıca məhkəmə prosesi gedir və digər məhkəmə prosesinin nəticəsindən asılı olmayaraq, hal-hazırda onun və övladlarının köçəcəyi mənzilin onun həyat yoldaşı İddiaçı adına qeydiyyata alınmış olması və hal-hazırda da sənədin dəyişməz olaraq qalması rəsmi dövlət qurumu tərəfindən verilmiş sənədlərlə sübut olunmuş bir faktdır. Qeyd etmək istəyir ki, o və iki övladı həmin mənzildə qeydiyyatdadır və 2022-ci il 15 may tarixinə qədər həmin mənzildə müstəqil bir ailə olaraq yaşamışdır. Qaynana və qaynata isə özlərinin ayrıca evində (Renessans Palace) yaşayırdılar. O, evdən qovulduqdan sonra 10 gün ərzində cavabdeh özbaşına olaraq, onun və uşaqların əşyalarını mənzildən çıxarıb kimə məxsus olduğu onlara məlum olmayan hansısa avtomobil qarajına təsərrüfatsızca yığmışdır. Bir neçə aydan sonra isə özü atasıgilin Renessans Palace-dakı evlərinə köçmüş, onların boş qalan evini isə kirayəyə vermişdir. Məhz cavabdehin bu qanunsuz hərərkətləri səbəbindən iki azyaşlı övladıyla birlikdə evə mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildən çıxarılmış əşyaların köçürüləcəyi mənzildə ona təhvil verilməsinə dair ərizə vermişdir. Hesab edir ki, ailə üzvü kimi yaşadığı, qeydiyyatda olduğu mənzilə azyaşlı uşaqları ile birlikdə köçürülməlidir, öz atalarının evində yaşamaq uşaqların da haqqıdır. O iddia ərizəsi ilə müraciət etdikdən bir müddət sonra, evin kirayə verilməsi faktı ilə bağlı videolar tərəfindən məhkəməyə təqdim edildikden sonra hətta ev bir neçə ay boş qalmış, sonradan proses getdiyi müddətdə boş evi doldurmaq üçün cavabdeh İddiaçı anası və atası ilə birlikdə Renessans Palacedan çıxaraq onların evində yaşamağa başlamışlar. Evin bir neçə ay boş olması ilə də bağlı da faktlar əvvəlki məhkəmə proseslərində təqdim olunmuşdur. Bildirmək istəyir ki, Yasamal rayon məhkəməsinin e-2(004)-133/2023 nömrəli, xx.xx.2023 tarixli qətnaməsi ilə uşaqlar onun-ananın himayəsinə verilmişdir. Nəzərə alınsa ki, ananın himayəsində iki yetkinlik yaşına çatmamış uşaq var, maddi vəziyyəti özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir, adına qeydiyyata alınmış hər hansı ev, mənzil, yaşayış sahəsi olmadığı üçün gələcəkdə keçmiş ailə üzvü kimi məhkəmədən göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ iddia etmək hüququ yaranır. Məsələnin digər tərəfi də odur ki, cavabdehlə 2012-ci il tarixindən etibarən nikaha girdiklərini nəzərə alaraq, sözügedən mənzil evlilik müddətində, birgə nikah dövründə, yəni 2016-ci ildə həyat yoldaşının adına dövlət reyestrində rəsmi qeydiyyata alınmış olduğundan hal-hazırda birgə nikah dövründə əldə olunmuş birgə əmlak kimi həmin mənzilə münasibətdə onun və uşaqların hüququ nəzərə alınmaqla müəyyən hissədə payın müəyyənləşdirilməsi ilə bağlı iddia üzrə ayrıca məhkəmə prosesi getdiyi bir halda onun həmin mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia qaldırmaq absurddur, qəbulolunmazdır. Cavabdeh icraata maneə törətdiyi üçün icraçı tərəfindən məhkəməyə "məcburi gətirilmə” İlə bağlı təqdimat təqdim olunmuş və təqdimata əsasən halhazırda Yasamal Rayon Məhkəməsində 8(004)-170/2024 saylı işə baxılmaqdadır. Yuxarıda qeyd olunan faktları diqqətə çatdıraraq, iki ildən çoxdur o və iki uşağı qeydiyyatda olduğu, İ0 ildən çoxdur yaşadığı, onun həyat yoldaşının, onların isə doğma atalarının adına qeydiyyatda olan evdən didərgin qaldığını, iddiası əsasında onun və iki azyaşlı övladlarının qeydiyyatda olduğu, həyat yoldaşının adına dövlət qeydiyyatında olan mənzilə köçürülməyi və yaşayış üçün ehtiyacı olan siyahı üzrə şəxsi əşyaların ona həmin mənzildə təqdim olunması ilə bağlı hüququn Ali Məhkəmənin 2(102)-3739/2023 saylı xx.xx.2023 saylı qərarı ilə təmin olunduğunu, qüvvəyə minmiş qətnamənin icrası üçün 2023-cü ilin noyabr ayından etibarən Yasamal Rayon icra şöbəsinə yönləndirildiyini, cavabdeh tərəfindən 6 aydan çoxdur ki, icraat prosesinin qəsdən süni maneələrlə icra olunmadığını və hələ də cavabdehin ailə üzvü olduğunu nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2204/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 228.5; Mənzil Məcəlləsinin 30.4; Mülki Prosesual Məcəllənin 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil 2003-cü ildə iddiaçının atası tərəfindən alınmışdır. Sonradan 2016-cı ildə iddiaçıya bağışlanmışdır. İddiaçı və cavabdeh isə 2012-ci ildə nikaha daxil olmuş və aralarında olan nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-239/2023 saylı qətnaməsindən müəyyən edilir ki, iddia tələbi təmin edilərək iki azyaşlı uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzilə köçürülməsi və qətnamədə sadalanan əşyaların köçəcəyi mənzildə ona təhvil verilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-239/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3739/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda işin mübahisəsiz halıdır ki, tərəflər arasında paralel olaraq nikahın pozulması ilə bağlı iddia tələbləri üzrə məhkəmə çəkişmələri getmiş və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə tərəflər arasında olan nikah pozulmuş və hal-hazırda cavabdeh iddiaçının ailə üzvü olması statusundan çıxmışdır. Bu səbəbdən iddiaçı cavabdehin Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindəki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzil üzrə istifadə hüquqlarına müəyyən müddətə saxlanılmamaq şərti ilə xitam verilməsini xahiş edir. İş materialları ilə də müəyyən olunur ki, tərəflər arasında hüquq münasibətlərinin şəraiti dəyişmişdir. Belə ki, cavabdehin mənzilə köçürülməsi ilə bağlı iddia tələblərinə baxılarkən tərəflər nikahda idilər və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri əsas tutularaq cavabdehin sözügedən mənzilə köçürülməsi qərara alınmışdır. Lakin qətnamə icraya yönəldilsə də, icra sənədi bügünədək icra edilməmişdir. Belə ki, hal-hazırda da cavabdehin verdiyi izahatından da görünür ki, o, 2022-ci ilin ortalarından uşaqları ilə birlikdə atası evində yaşayır. Tərəflər arasında mövcud olan münasibətlər üzrə şərait dəyişdiyindən, cavabdehin sözügedən yaşayış sahəsinin mülkiyyətçisi Tağızadə ilə ailə münasibətlərinə xitam verildiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, nikah münasibətlərinə xitam verildiyi andan cavabdehin yaşayış sahəsindən istifadə hüququ saxlanılmamışdır. Belə olan halda hal-hazırda mövcud olmayan istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia ərizəsi rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin hal-hazırda sözügedən mənzilə istifadə hüququ saxlanılmadığından, İddiaçı Cavabdeh qarşı "Cavabdeh Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzil üzrə istifadə hüquqlarına müəyyən müddətə saxlanılmamaq şərti ilə xitam verilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir: - ’’Maliyyəçi” MMC-nin sədri X6 ilə X17 -Tağı oğlu arasında bağlanmış xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə məhəllədə yerləşən 4 bloklu 12 mərtəbəli 99 mənzili yaşayış evinin İİ blok 4-cü mərtəbə ümumi sahəsi 96 kv.m olan izolə olunmuş 2 otaqlı mənzili X3 satmışdır; - "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2003-cü il tarixli 11 nömrəli kassa məxaric orderindən müəyyən edilir ki, X5 Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindədki 586-cı məhəllə məhəllədə yerləşən 4 bloklu 12 mərtəbəli 99 mənzili yaşayış evinin İİ blok 4-cü mərtəbə ümumi sahəsi 96 kv.m olan izolə olunmuş 2 otaqlı mənzil üçün 22000 ABŞ dolları "xxxx" Mənzil-Tikinti Kooperativə ödəniş etmişdir; - "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2003-cü il tarixli 14 nömrəli kassa məxaric orderindən müəyyən edilir ki, X5 Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindədki 586-cı məhəllə məhəllədə yerləşən 4 bloklu 12 mərtəbəli 99 mənzili yaşayış evinin İİ blok 4-cü mərtəbə ümumi sahəsi 96 kv.m olan izolə olunmuş 2 otaqlı mənzil üçün ABŞ dolları "xxxx" Mənzil-Tikinti Kooperativə ödəniş etmişdir; - AZ-İ 766265 nömrəli xx.xx.2012-ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı ilə X2 arasında Yasamal Rayon qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 537 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Tağızadə soyadı verilmişdir; - X1 ’Maliyyəçi” MMC-yə ünvanladığı xx.xx.2016-cı il tarixli ərizədən müəyyən edilir ki, X5 Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindəki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzili oğlu İddiaçı bağışladığını bildirmiş və onun adına keçirilməsini xahiş etmişdir; - "xxxx" MTK-nin xx.xx.2016-cı il tarixli 16 nömrəli maliyyə arayışından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı yaşayış binası "Maliyyəçi” MTK-ya məxsusdur. Bu binanın İİ giriş İV mərtəbəsində ümumi sahəsi 96 kv.m olan 28 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı "Maliyyəçi” MTK-ya borcu yoxdur; - "Maliyyəçi” MTK-nın üzvlərinin ümumi iclasının 28 aprel 2016-cı il tarixli 74 nömrəli protokolundan çıxarışdan müəyyən edilir ki, İddiaçı "Maliyyəçi” MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindədki 586-cı məhəllə, 68 saylı binanın İİ giriş İV mərtəbəsində ümumi sahəsi 96 kv.m olan 28 nömrəli mənzilin İddiaçı verilməsi və sənədə bir nəfər ailə üzvünün (İddiaçı) daxil edilməsi, sənədlər payçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ƏƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqı şəxs tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, **********09-05301-093067 reyestr nömrəli elektron çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir; - ’’Maliyyəçi” MMC-nin 07.2023-cü il tarixli 25 nömrəli məktubundan müəyyən edilir ki, Maliyyəçi" MMC-nin əvvəlki adı "xxxx" Mənzil-Tikinti Kooperativi olub. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən verilmiş N 01/Ç-1164 nömrəli sənədlə "xxxx" MTK "xxxx" MMC adı ilə qeydiyyata alınmışdır. Bildirilir ki, "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 68 saylı yaşayış binasının 28 nömrəli mənzli İddiaçı məxsusdur. Belə ki, bu mənzil ilkin olaraq, 09 iyun 2003-cü il tarixdə X5 (İddiaçı atası) tərəfindən alınmışdır. Tağızadə C.Ə. tərəfindən əmlakın dəyərindən xx.xx.2003-cü il tarixdə 22000 ABŞ dolları, sonradan xx.xx.2003-cü il tarixdə isə 1000 ABŞ dollari, cəmi 23000 ABŞ dolları tam odənilmiş və MTK-ya borcu qalmamışdır. 28 aprel 2016-cı il tarixdə C.Ə.Tağızadə "xxxx" MMC-yə Ərizə ilə müraciət edərək, mənzili oğluna bağışladığını və əmlakın onun adına sənədləşdirilməsini xahiş etmişdir. Tərəfimizdən İddiaçı Ceyhun oğluna Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində mənzilə Çıxarış alması üçün sənədlər (protokol, maliyyə arayışı, Forma N 2, binanın təhvil aktı) təqdim edilmişdir. Hal-hazırda bu mənzildə İddiaçı atası və anası ilə birlikdə yaşayır; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-239/2023 saylı qətnaməsindən müəyyən edilir ki, iddia tələbi təmin edilərək iki azyaşlı uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzilə köçürülməsi və qətnamədə sadalanan əşyaların köçəcəyi mənzildə ona təhvil verilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(004)-239/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3739/2023 saylı xx.xx.2023cü il tarixli qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-199/2024 saylı qətnaməsindən müəyyən edilir ki, iddia qismən təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri İddiaçı adına qeydiyyata alınmış **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı, BAN nömrəsi 1G1ZE5ST3GF290120 olan, tünd boz metallik rəngli, buraxılış ili 2016-cı il olan “Chevrolet Malibu” minik markalı avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satışından əldə edilmiş 20.000 manat vəsait Cavabdeh və İddiaçı arasında payları bərabər olmaqla bölünməsi, onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi, cavabdeh İddiaçı 10.000 manat vəsait alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddia tələbi - Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 586-cı məhəllə, ev 68 mənzil 28 (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 208, M4, m2) iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlak kimi bölünərək Cavabdeh 2/3 hissədə, İddiaçı 1/3 hissədə mülkiyyət hüquqlarının tanınması hissəsində rədd edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3739/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4806/2023 saylı cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan eyni zamanda görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-133/2023 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır; - AZ-İ 489324 nömrəli xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixdə nikah pozulmuşdur, nikahın pozulması haqqında akt qeydləri kitabında 249 nömrəsi ilə qeyd edilmişdir; - Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyyən edilir ki, Cavabdeh adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir; - Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5301/2022-026 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır; - Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi könüllü icra etməyi barədə məlumat göndərilmişdir; - Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan borclu İddiaçı Yasamal rayon icra Şöbəsinə gəlmədiyi halda məcburi qaydada şöbəyə gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır; - Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-170/2024 saylı qərardadından müəyyən edilir ki, təqdimat təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan - İddiaçı Yasamal rayon icra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-170/2024 saylı qərardadından müəyyən edilir ki, təqdimat təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan - İddiaçı Yasamal rayon icra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti vermiş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)- 2204/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9, 30.2, 30.4; Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci ildə nikah bağlanılmışdır. Nikahdan sonra cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzilinə köçüb yaşamağa başlamışdır. 2022-ci ildə tərəflər arasında münasibətlər pozulmuş və 2022-ci ilin sonunda cavabdeh iddiaçıya qarşı mənzilə köçürmə və ona məxsus mübahisəli mənzildə olan əşyalarının istifadəsinə verilməsi tələbinə dair idida ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3739/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməs dəyişdirilmədən saxlanılmışdır. 2023-cü ildə iddiaçı cavabdehə qarşı nikahın pozulması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-133/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Beləliklə, qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan ailə və nikah münasibətlərinə xitam verilmişdir. Lakin, cavabdehin mübahisəli mənzilə köçürülməsi barədə qətnaməsi nikahın pozulması barədə qətnamə çıxarılanadək qüvvəyə mindiyi üçün, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-2204/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “Cavabdeh Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzil üzrə istifadə hüquqlarına müəyyən müddətə saxlanılmamaq şərti ilə xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsiniı 2(004)-133/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-765/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya 2(103)-4806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında mövcud olan münasibətlər üzrə şərait dəyişdiyindən, cavabdehin sözügedən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, nikah münasibətlərinə xitam verildiyi andan cavabdehin yaşayış sahəsindən istifadə hüququ saxlanılmamışdır. Belə olan halda hal-hazırda mövcud olmayan istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iddianı rədd etməklə, iddiaçının Mənzil Məcəlləsində təsdit etdilmiş məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur. Məhkəmənin gəldiyi nəticəyə görə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququ (istifadə haqqı), mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi andan itirilmişdir və bu səbəbdən həmin hüquqların itirliməsi üçün məhkəmə qətnamənin qəbul edilməsi mümkün deyil. Lakin məhkəmə nəzərə almamışdır ki, mənzilə istifadə hüquqlarının yaranması və itirilməsi ilə bağlı mübahisə olduqda, həmin mübahisə yalnız məhkəmənin qərarı ilə həll edilə bilər. Bu səbəbdən cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqlarına Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən xitam verilməsi baş verdiyindən, həmin halın təsdiqi üçün məhkəmə qətnaməsi ilə təsdiq edilməlidir. Tərəflər arasında həmin hüquqla bağlı mübahisə olduğundan, eyni zamanda cavabdehin mübahisəli mənzilə köçürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, həmin hüquqlar da yalnız məhkəmə qətnaməsi ilə itirilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsi isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmənin cavabdehin mübahisəli mənzilə olan hüquqlarının saxlanılmaması ilə bağlı gəlidyi nəticə düzgün olmamışdır. Bununla belə məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında mübahisəli mənzildən istifadə ilə bağlı mübahisə var və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Belə olan halda cavabdehin mübahisəli mənzilə istifadə hüquqları qanunla saxlanılmasa da, onun yaşayış hüququna yalnız məhkəmə qətnaməsi ilə xitam verilə bilər. Birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamış, cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının artıq aradan qalxmasına dair nəticəyə gəlsə də, iddianın rədd olunması barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqlarının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən aradan qalxması nəticəsinə gəlsə də, qanunsuz olaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilmişdir. Bu hal özü-özlüyündə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmadığını göstərir. Qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olması təsdiq edilərək köçürülməsi qət edilmişdir. 1-ci instansiya məhkəməsi işə baxarkən Yasamal Rayon Məhkəməsinin 2(004)- 239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini nəzərə almamışdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi çıxarılarkən tərəflər arasında nikah mövcud olmuş və həmin qətnamə məhz tərəflər arasında rəsmi nikah münasibətləri əsas tutulmaqla çıxarılmışdır. Hazırda həmin hal aradan qalxmış, tərəflər arasında artıq nikah pozulmuş və bununla da şərait dəyişmişdir. Cavabdehin mübahisəli mənzilə köçürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, şərait dəyişdikdən sonra cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi yalnız məhkəmə qətnaməsi ilə mümkündür. Digər tərəfdən Mənzil Məcəlləsinin 9-cu maddəsi mənzildən istifadə ilə bağlı mübahisənin yalnız məhkəmə yolu ilə həll edilə biləcəyin göstərir. Bu səbəbdən işə baxarkən məhkəmə cavabdehin mübahisəli mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını nəzərə almalı idi.Lakin məhkəmə iddia ərizəsində iddiaçının bununla bağlı gətirdiyi dəlillərinə hüquqi qiymət verməmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə belə nəticəyə gəlmişdir ki, mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi andan cavabdehin yaşayış sahəsindən istifadə hüququ saxlanılmamışdır. Belə olan halda, hazırda mövcud olmayan istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia ərizəsi rədd edilməlidir. Göründüyü kimi işin hallarına və məhkəmənin əsaslandırılmasına görə cavabdehin mübahisəli mənzilə olan hüquqları aradan qalxmışdır. Yəni işin hallarına və qanunun tələblərinə əsasən cavabdehin mübahisəli mənzilə olan hüquqlarına artıq xitam verilmişdir. Belə olan halda, həmin nəticəyə gələn məhkəmə iddianın rədd yox, onun təmin olunması barədə qətnamə qəbul etməli idi. Lakin məhkəmə işin hallarına və qətnamənin əsaslandırma hissəsində müəyyən etdiyi hallara uyğun olmayan nəticəyə gəlmişdir.
6. Cavabdeh apellyasiya şikayəti vermiş və Yasamal Rayon Məhkəməsi tərəfindən İddiaçı tərəfindən verilmiş “keçmiş ailə üzvünün yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi” ilə bağlı xx.xx.2024-cü il tarixli e-2(004)-2204/2024 saylı Məhkəmə qətnaməsi əsaslanma hissəsində düzgün əsaslandırılmadığı üçün ləğv edilməsini, İddiaçı iddiasının rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə AZərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4; Mülki Məcəllənin 27.2; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli qərardadına istinadən qeyd edilmişdir ki, İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinə onun mənzildən (Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzil) istifadə hüquqlarına müəyyən müddətə saxlanılmamaq şərti ilə xitam verilməsi barədə iddia ərizəsi təqdim olunmuşdur. O, Cavabdeh həmin iddia ərizəsinə Məhkəmədə etiraz edərək istər yazılı şəkildə, istərsə də məhkəmədə iştirakı zamanı bildirmişdir ki, onun və iki uşağının həmin evə köçürülməsi ilə bağlı hər üç instansiyada da qanuni təsdiq olunmuş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı var və həmin qərar hələ də cavabdeh tərəfindən icra olunmur, himayəsində iki yetkinlik yaşına çatmamış uşaq var, maddi vəziyyəti özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir, ARİN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən adına qeydiyyata alınmış hər hansı ev,mənzil, yaşayış sahəsi yoxdur ( Arayış məhkəməyə təqdim olunmuşdur), eyni zamanda İddiaçı ilə 2012-ci ildə nikah bağladıqları halda, cari mənzil 2016-ci ildə, yəni birgə nikah dövründə əldə olunmuşdur (1 övladlarının 3 yaşı var idi, digər övladı isə ana bətnində idi), ilkin dövlət qeydiyyatı da İddiaçı adına olmuşdur (bütün sənədlər Məhkəməyə təqdim olunmuşdur). Əlavə olaraq da, həmin mənzildən birgə nikah dövründə əldə olunmuş mülk kimi payının müəyyənləşdirilməsi üçün ayrıca bir məhkəmə prosesi hələ də davam edir. Qeyd olunan qanunvericiliyə əsasən, həm yazılı həm şifahi şəkildə iddiaya etiraz edərək, məhkəmədən cari mənzil üzrə istifadə etmək hüququnun saxlanılması məsələsini Məhkəmənin öz vəzifə və səlahiyyətləri çərçivəsində həll etməsini xahiş etmişdir. Eyni zamanda bildirmək istəyir ki, İddiaçı iddiasını təqdim edən zaman onların nikahları hələ də qanuni qüvvədə olmuşdur, belə ki qarşı tərəf məhkəmə prosesi gedişində, bir neçə hazırlıq iclasından sonra, yəni 3 may 2024-cü il tarixində nikahın pozulması haqqında şəhadətnaməni əldə etmişdir. Yəni, iddiaçı məhkəməyə onun mənzildə istifadə hüququna müvəqqəti saxlanılmama şərtilə xitam verilməsi ilə iddia təqdim etdikdə o, hələ də onun qanuni həyat yoldaşı idi. Məhkəmə yekun olaraq İddiaçı iddiasının rədd olunması ilə bağlı qətnamə çıxarsa da, ilk baxışda onun hüquqlarının müdafiəçisi kimi görünən qətnamənin əsaslandırma hissəsini tam oxuduqda şahidi oluruq ki, Məhkəmə öz yekun qərarını onun bir çox hüquqlarının pozulmasına səbəb olacaq cümlələrlə ifadə etmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən İddiaçı tərəfindən verilmiş “keçmiş ailə üzvünün yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi” ilə bağlı xx.xx.2024-cü il tarixli e-2(004)-2204/2024 saylı Məhkəmə Qətnaməsi sənədin 9-cu səhifəsinin 5-6-7-ci abzaslarında qeyd olunmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cı maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan münasibətlər üzrə şərait dəyişdiyindən, cavabdehin sözügedən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, nikah münasibətlərinə xitam verildiyi andan cavabdehin yaşayış sahəsindən istifadə hüququ saxlanılmamışdır. Belə olan halda, hal-hazırda mövcud olmayan istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia ərizəsi rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin hal- hazırda sözügedən mənzilə istifadə hüququ saxlanılmadığından, İddiaçı Cavabdeh qarşı “Cavabdeh Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzil üzrə istifadə hüquqlarına müəyyən müddətə saxlanılmamaq şərti ilə xitam verilməsi” tələbinə dair iddiası rədd edilməlidir.) hissəyə münasibətdə o, haqlı olaraq məhkəmə qətnaməsinin mətnində qeyd olunmuş araşdırma və əsaslanma hissəsinə etiraz edir. Belə ki, Qətnamənin 9-cu səhifəsinin 5-6- 7-ci abzasında məhkəmə nikahları pozulmasını və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bir hissəsini (yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.) əsas gətirməklə kifayətlənərək qarşı tərəfin iddiasını yekun hissədə rədd edir. Halbuki, iddianı rədd etmək üçün səbəb ola biləcək daha mötəbər məsələlər tərəfindən məhkəməyə təqdim olunduğu halda məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsini müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd olunan məsələləri (30.4. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər) araşdırmamış, təqdim olunmuş mötəbər sübutlara hüquqi qiymət və münasibət verməmişdir. Üstəlik, həmin mənzilin birgə nikah dövründə əldə olunmuş mülk kimi başqa bir məhkəmə işində hələ də mübahisələndirilməsi davam etdiyini nəzərə alaraq, Məhkəmə ən azından həmin mənzil mübahisəsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə aktının imzalanmasına qədər çəkən müddət ərzində cari məhkəmə prosesinə baxışın müvəqqəti dayandırılması ilə bağlı qərar verə bilərdi. Məhkəmə isə yuxarıda qeyd olunan mötəbər və əsaslı sübutları nəzərə almadan yalnızca nikahın pozulması faktı ilə kifayətlənmişdir. Əks yanaşma indiki halda olduğu kimi onun və övladlarının qanunda nəzərdə tutulmuş hüquqlarının (mənzildən istifadə hüququ) məhkəmə tərəfindən pozulması ilə nəticələnmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırmaq istədiyi məqamlar: 1. O və iki uşağının qeydiyyatda olduğu, 10 ildən çoxdur ki yaşadığı, iki ildən çoxdur qovulduqları evdən didərgin qalmışlar, iddia əsasında həmin mənzilə köçürülmələri və yaşayış üçün ehtiyacı olan siyahı üzrə şəxsi əşyalarının ona həmin mənzildə təqdim olunması ilə bağlı hüquqları Ali Məhkəmənin 2(102)-3739/2023 saylı xx.xx.2023 saylı qərarı ilə təmin olunduğunu, qüvvəyə minmiş qətnamənin icra üçün 2023-cü ilin noyabr ayından etibarən Yasamal Rayon icra şöbəsinə yönləndirildiyini, lakin cavabdeh tərəfindən 7 aydan çoxdur ki icraat prosesinin qəsdən süni maneələrlə icra olunmadığını və icra məmuru tərəfindən cavabdehin məcburi gətirilməsi ilə bağlı təqdimatın məhkəmə tərəfindən təmin olunduğunu, hətta icra şöbəsində inzibati xəta haqqında protokol imzalandığını nəzərə alardınız; 2. Məsələnin digər tərəfi də odur ki, cavabdehlə 2012-ci il tarixindən etibarən nikaha girdikləri nəzərə alaraq, sözügedən mənzil evlilik müddətində, birgə nikah dövrundə yəni 2016-ci ildə həyat yoldaşının adına dövlət reyestrində rəsmi qeydiyyata alınmış olduğundan hal-hazırda birgə nikah dövrundə əldə olunmuş birgə əmlak kimi həmin mənzilə münasibətdə onun və uşaqların hüququ nəzərə alınmaqla müəyyən hissədə payın müəyyənləşdirilməsi ilə bağlı iddiası üzrə ayrıca məhkəmə prosesi getdiyi bir halda, onun həmin mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia qaldırmaq absurddur, qəbulolunmazdır. Bu mənzilin birgə nikah dövrundə əldə olunduğu əmlak kimi Cavabdeh və İddiaçı arasında bölgüsü ilə bağlı hələ də mübahisə davam edir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hələ ki qəbul edilməmişdir, mübahisə həll edilməmişdir. AR Mülki Prosessual Məcəlləsinin 254-262-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə tərəfindən iş üzrə icraat dayandırıla, ərizə baxılmamış saxlanıla, hətta bəzi məqamlarda iş üzrə icraata xitam verilə bilər. 3. Onun himayəsində iki yetkinlik yaşına çatmamış uşaq var, maddi vəziyyəti özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. Biri yeniyetməlik dövründə olan 11 yaşlı qız, digəri isə 7 yaşlı oğlan uşağıdır. Onun və iki uşağının evə köçürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı var və həmin qərar hələ də cavabdeh tərəfindən icra olunmur. 4. ARİN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən adına qeydiyyata alınmış hərhan ev,mənzil, yaşayış sahəsi yoxdur (arayış Məhkəməyə təqdim olunmuşdur). 5. Hal-hazırda uşaqları ilə birgə, atasının, anasının, qardaşının və həyat yoldaşının, əmiləri və ailə üzvlərinin, bibisi və ailə üzvlərinin yaşadığı baba həyətinə sığınmışdır. Uşaqların atası İddiaçı bizi evə köçürməyə mane olduğu üçün, uşaqları üçün yaşayış yeri təmin etmək istəmədiyi üçün, son ümidi məhkəmədə mübahisələndirilən, iddiasının təmin olunduğu təqdirdə birgə nikah dövründə əldə olunmuş bu mənzilin ona məxsus olan pay hissəsinin satışından əldə olunmuş məbləğ hesabına uşaqları ilə birgə yaşayabiləcəyi kiçik mənzil almaqdır. 6. Həmin mənzil 96 kv.m əraziyə malikdir və 2022-ci ildə, yəni birgə nikah dövründə əsaslı remont olunmuş, 4 otaqlı ev kimi düzəldilmişdir. Videoları təqdim edir. 7. İddiaçı anası İradə Tağızadənin və Ceyhun Tağızadənin hər birinin adına ayrıca mənzil var. Həmişə müstəqil ailə kimi onun valideynlərindən ayrı yaşamışlar. Turalın valideynləri o, evə köçürülmə iddiası verənə qədər, Renessans Palace adlı müasir üslübda tikilmiş xüsusi binada aldıqları yeni mənzildə yaşayırdılar. Daha sonra onun evə köçmə məsələsinə suni maneə törətmək məqsədilə mənzilə köçdülər. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
7. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı ("xxxx" MTK və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-199/2024 saylı işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmış və yekun akt qəbul edildikdən sonra icraat təzələnmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı ("xxxx" Mənzil-Tikinti Kooperativi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iddiasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3875/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2122/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərardan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2122/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-199/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə isə (hakim Vahid Hacıyev) iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri mübahisəli avtomobilin xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, satışından əldə edilmiş 20.000 manat vəsaitin tərəflər arasında payları bərabər olmaqla bölünməsi, onların hər birinin payının 1/2 hissədə müəyyən edilməsi, cavabdehdən 10.000 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin mübahisəli mənzilə aid hissədə rədd edilməsi qət olunmuşdur.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil özlərinin apellyasiya şikayətini müdafiə etmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 24 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 29-İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 71 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
12. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir; 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır; 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən: 1. 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1.Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
17. Qanunvericiliyin təhlili müəyyən edir ki, mülkiyyət hüququna malik olan şəxsə münasibətdə istifadə hüququ olan şəxslərin ilk növbədə mülkiyyətçinin (keçmiş) ailə üzvləri kimi bir-birilərilə bağlılığı olmalıdır. Mübahisə edilən münasibətdə belə halın mövcudluğu sübuta yetirilmir. Belə ki, ailə qanunvericiliyi ailə üzvləri sırasına ər-arvad, valideynlər və uşaqların daxil olmasını müəyyən edir (Ailə Məcəlləsinin 2.1-ci maddəsi).
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 228; Mənzil Məcəlləsinin 30-34; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayə üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ailə və mənzil qanunvericiliyinə əsasən hazırki mülki münasibətlər üzrə cavabdehin mülkiyyət hüquqları tanınmadığından və ailə-nikah münasibətlərinə xitam verildiyindən istifadə hüququnun əsasların təşkil edən müstəvidə bu hüquqlara da məhkəmə qaydasında xitam verilə bilər və bu, tələb hüququnun gərcəkləşməsi sayəsində mümkün ola bilər. Bu baxımdan birinci instansiya məhkəməsi şəxsin istifadə hüququn artıq itirilmiş olmasına istinad etməklə yanlış qənaətə baş vurmuş, Mənzil Məcəlləsinin 30-cu maddəsini səhv təfsir etmişdir. İşin halları, münasibətlərin dəyişik vəziyyəti, ələlxüsus rəsmi və faktiki ailə münasibətlərinə son qoyulması nəzərə alınaraq, cavabdehin məhkəmə aktı ilə tanınan istifadə hüquqlarına belə, möhlət verilməsi üçün şərait müəyyən edilmədiyindən iddiaçının apellyasiya şikayəti təmin, cavabdehin apellyasiya şikayəti rədd edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
20. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumları tələb olmadığından onu ödəyən şəxslərə aid edilməlidir.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2204/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzili üzrə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.