Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3186/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 qətnaməyə izah verilməsi və icra məmurunun hərəkətlərindən şikayətlə bağlı icraat üzrə (Açar sözlər: ərizəyə yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı X1 nümayəndəsi (vəkil) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli 10/5841 nömrəli ekspertiza rəyi ilə əlaqəli şəkildə, rəydə istinad olunan koordinatlar habelə otrofoto çəkilişlərdən istifadə etməklə Cavabdeh tərəfindən zəbt edilmiş 50 kv.m torpaq sahəsinin koordinatlarına dair izah verilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra vəziyyətini Binəqədi Rayon icra şöbəsindən sorğulanmasını və geri qaytarma halında Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra sənədinin geri qaytarılmasına dair qərarı ləğv edərək icra sənədini yenidən icra edilməsi məqsədilə Binəqədi rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(001)-5157/2021 saylı qərardadı ilə iddiaçı X1 nümayəndəsi (vəkil) Vəkil ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən (qətnaməyə izah verilməsi hissəsi ayrı, icra məmurunun hərəkətlərindən şikayət hissəsi ayrıca) ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizənin məzmunundan belə müəyyən olunur ki, ərizə iki hissədən ibarət olmaqla, ərizənin birinci hissəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə izah verilməsi, digər ikinci hissəsi isə icra məmurunun hərəkətlərindən şikayət təşkil edir. Belə ki, ərizədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli 10/5841 nömrəli ekspertiza rəyi ilə əlaqəli şəkildə, rəydə istinad olunan koordinatlar habelə otrofoto çəkilişlərdən istifadə etməklə Cavabdeh tərəfindən zəbt edilmiş 50 kv.m torpaq sahəsinin koordinatlarına dair izah verilməsi xahiş edilsə də, ərizəyə qətnaməyə izah verilməsi üçün əsasların yaranma səbəbi, eləcə də icra şöbəsi tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı çətinliklərin yaranması barədə heç bir rəsmi sənəd (sübut) əlavə edilməmişdir. Halbuki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra şöbəsi tərəfindən məhkəməyə belə bir müraciət daxil olmamışdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı hazırda çətinliklər yaranmamışdır. Həmçinin ərizənin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra vəziyyətini Binəqədi Rayon icra şöbəsindən sorğulanmasını və geri qaytarma halında Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra sənədinin geri qaytarılmasına dair qərarı ləğv edərək icra sənədini yenidən icra edilməsi məqsədilə Binəqədi rayon İcra şöbəsinə qaytarılması ilə bağlı hissədə qeyd edilməlidir ki, şikayətin həmin hissəsinin əsasını icra məmurunun hərəkətlərindən şikayət təşkil edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanununun 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Beləliklə, yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olur ki, ərizədə göstərilən məsələlərin hər biri ilə bağlı ayrıca müraciət edilməlidir. Yəni, qeyd edilən məsələlərə bir icraatda baxılması yolverilməzdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə cavabdeh X3 şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşin apelyasiya baxışı həyata keçirilən zaman mütəxəssis və ekspertiza rəyləri də əldə edilmişdir. Cavabdehin qətnamədən verdiyi kassasiya şikayətiəsasında işə Ali Məhkəmədə baxılmış və kassasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyi qətnaməsi icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə yönəldilmişdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən icra sənədi üzrə bəzi texniki məsələlərə aydınlıq gətirilməsi üçün mütəxəssis dəvət edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarı ilə X4 alqı-satqı yolu ilə ayrılmış 300 kv.m torpaq sahəsi Binəqədi qəsəbə bələdiyyəsinin hüdudları daxilindədirmi? - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarı ilə X4 alqı-satqı yolu ilə ayrılmış 300 kv.m torpaq sahəsi borclu Cavabdeh tərəfindən zəbt edilmişdirmi? Zəbt edilmişdirsə, nə qədər hissəsizəbt edilmişdir? - İcra sənədində göstərilən 300 kv.m torpaq sahəsinin hüdud koordinatları və həmin torpaq sahəsinin borclu Cavabdeh tərəfindən zəbt edilmiş, mübahisələndirilən 50 kv.m hissəsinin yerimüəyyən edilsin. - Qərarın icrası AR İN yanında ƏMDX-nin DƏDKRPHŞ-nin 1 saylı Bakışəhər ərazi idarəsinə həvalə edilsin. Qərar əsasında AR İN yanında ƏMDX-nin DƏDKRPHŞ-nin 1 saylı Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktub əsasında aşağıdakı rəy verilmişdir: - “.........Sorğuda qeyd edilən suallarla bağlı bildiririk ki, torpaq sahələri dövlət qeydiyyatına alınmadığı və sahələrin naturada yerləşməsini bildirən təsdiq olunmuş koordinatları olan cizgiləri olmadığı üçün üst-üstə düşmə, zəbt etmə hallarının olub-olmaması barədə qeyd verilməsi mümkün olmamışdır. Qeyd edilən suallara torpaq ayırmasına dair qərar qəbuletmiş bələdiyyənin münasibət bildirməsiməqsədəmüvafiqdir.” Əldə etdiyimiz məlumata əsasən Binəqədi Rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov qeyd edilən rəyə əsaslanmaqla, icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasına dair qərar qəbuletmişdir. Qərar aşağıdakı formada əsaslandırılmışdır: - “...... torpaq sahələri dövlət qeydiyyatına alınmadığı və sahələrin naturada yerləşməsini bildirən təsdiq olunmuş koordinatları olan cizgiləri olmadığı üçün üst-üstə düşmə, zəbt etmə hallarının olubolmaması barədə qeyd verilməsi mümkün olmamışdır. Bütün bunlarla bağlı qeyd edilən obyektiv səbəblərə əsasən icra sənədinin mahiyyəti üzrə icrasımümkün olmamışdır.” Qərarın yekun nəticə hissəsində icra sənədinin geri Binəqədi Məhkəməsinə qaytarılması əks edilmişdir. Lakin qərar bu günədək rəsmi olaraq, tərəfimizə təqdim edilməmişdir. Əldə etdiyimiz məlumatlar yalnızşifahi və dolayıdır. Yuxarıda qeyd edilənlərlə əlaqədar hesab edirik ki, qətnamənin müvafiq izahı verilməli və Binəqədi Rayon İcra şöbəsinin geri qaytarılmaya dair qərarı ləğv edilməklə sənəd yenidən icra şöbəsinə icra üçün göndərilməlidir. Belə ki,: - İşin məhkəmə baxışı zamanı Bakı Apellyasiya Məhkəməsi tərəfindən müvafiq ekspertiza və mütəxəssis rəylərinin alınması qərara alınmışdır. Müvafiq qərardada uyğun olaraq,AR İN yanında ƏMDX-nin DƏDKRPHŞ-nin 1 saylı Bakı şəhər ərazi idarəstəirəfindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi verilmişdir; - Yuxarıda qeyd edilən mütəxəssis rəyiəsasında isə,Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli 10/5841 nömrəliekspertiza rəyi verilmişdir. Ekspertiza rəyində ərazinin koordinatlarının ortofoto çəkilişlərnin edildiyi özəksini tapmışdır. Rəyə əsasən: · İddiaçının şifahi məlumatına əsasən faktiki göstərilən torpaq sahəsinin 50.0 kv.m hissəsi mübahisəli olmaqla, Cavabdeh faktiki istifadəsindədir. Mübahisəli torpaq sahəsinin üzərində Cavabdeh aid tikilinin (market) bir hissəsi yerləşir. Göründüyü kimi, Binəqədi Rayon İcra şöbəsi tərəfindən mütəxəssis təyin edilərkən, artıq məhkəmə tərəfindən araşdırılmış, hüquqi qiymət verilmiş və bu məhkəmə çəkişməsi üçün predusiyal əhəmiyyət daşıyan müəyyən edilmiş halların yenidən qiymətləndirilməsinə cəhd edilmişdir. Bu isə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi qüvvəsinisualaltına qoymaq kimi qəbuledilməlidir. Binəqədi Rayon İcra şöbəsi tərəfindən mütəxəssis dəvət olunması yerinə müvafiq icra sənədinin izahı icra sənədini verən məhkəmədən tələb edilməli və ekspert rəyində istinad olunan koordinatlar dəqiqləşdirilməli idi. Bununla əlaqədar Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş və Binəqədi RM-nin 2(001)-5157/2021 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı X1 nümayəndəsi (vəkil) Vəkil ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Geri qaytarılmanın əsası onunla izah edilmişdir ki: “Hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizənin məzmunundan belə müəyyən olunur ki, ərizə iki hissədən ibarət olmaqla, ərizənin birinci hissəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə izah verilməsi, digər ikinci hissəsi isə icra məmurunun hərəkətlərindən şikayət təşkil edir. Belə ki, ərizədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli 10/5841 nömrəli ekspertiza rəyi ilə əlaqəli şəkildə, rəydə istinad olunan koordinatlar habelə otrofoto çəkilişlərdən istifadə etməklə Cavabdeh tərəfindən zəbt edilmiş 50 kv.m torpaq sahəsinin koordinatlarına dair izah verilməsi xahiş edilsə də, ərizəyə qətnaməyə izah verilməsi üçün əsasların yaranma səbəbi, eləcə də icra şöbəsi tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı çətinliklərin yaranması barədə heç bir rəsmi sənəd (sübut) əlavə edilməmişdir. Halbuki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra şöbəsi tərəfindən məhkəməyə belə bir müraciət daxil olmamışdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı hazırda çətinliklər yaranmamışdır. Həmçinin ərizənin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra vəziyyətini Binəqədi Rayon icra şöbəsindən sorğulanmasını və geri qaytarma halında Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra sənədinin geri qaytarılmasına dair qərarı ləğv edərək icra sənədini yenidən icra edilməsi məqsədilə Binəqədi rayon İcra şöbəsinə qaytarılması ilə bağlı hissədə qeyd edilməlidir ki, şikayətin həmin hissəsinin əsasını icra məmurunun hərəkətlərindən şikayət təşkil edir. Qeyd edilməlidir ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanununun 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Beləliklə, yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olur ki, ərizədə göstərilən məsələlərin hər biri ilə bağlı ayrıca müraciət edilməlidir. Yəni, qeyd edilən məsələlərə bir icraatda baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analojimünasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.” Yuxarıda qeyd edilənlərlə əlaqədar aşağıdakıları qeyd etməyizəruri hesab edirik: 1. İcra işinin hazırkı vəziyyəti ilə maraqlanmaq üçün Binəqədi Rayon icra şöbəsinə dəfələrlə müraciət etsək də, lazımlı cavab ala bilməmişdir. Sonuncu müraciəti zamanı yəni xx.xx.2025-ci il tarixində icra işinin icrası mümkünsüz olaraq təsnifləşdirilməklə geri qaytarıldığı bildirildi. Müvafiq qərarın surətini qeyd edilən tarixdə əldə edə bilmiş və hazırda da bu şikayətin əlavəsi kimi diqqətinizə çatdırırıq. Müvafiq qərarla da tanış olan zaman əvvəlki ərizədə və bu şikayətdə qeyd etdiyi halların əsaslı olmasını görürük. İcra işinin geri qaytarılma qərarı və əvvəlki tarixli ərizə və bu şikayətlə birlikdə baxdığı zaman hesab edir ki, analoji qaydada bu məsələlər yəni həm izah vermə həm də İcra məmurunun hərəkətlərindən şikayət vermə əlaqəli məsələlərdir və tam əksinə olaraq birmənalı eyni icraatda baxılmalıdır. Bu məsələlərin eyni icraatda baxılması işin tezliyinin, operativliyinin habelə obyektivliyini təmin edəcək, uzun illərdir davam edən süründürməçiliyin qarşısınıalacaqdır Bakışəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 02 aprel 2025-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli 10/5841 nömrəli ekspertiza rəyi ilə əlaqəli şəkildə, rəydə istinad olunan koordinatlar habelə otrofoto çəkilişlərdən istifadə etməklə Cavabdeh tərəfindən zəbt edilmiş 50 kv.m torpaq sahəsinin koordinatlarına dair izah verilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra vəziyyətini Binəqədi Rayon icra şöbəsindən sorğulanmasını, geri qaytarma halında Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin icra sənədinin geri qaytarılmasına dair qərarı ləğv edərək icra sənədini yenidən icra edilməsi məqsədilə Binəqədi rayon İcra şöbəsinə qaytarılması xahiş edilmişdir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları: 8.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur.
9. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu:
29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5157/2021 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməklə iş materialları ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
11. Belə ki, kollegiya məhkəmənin mövqeyi ilə razılaşır ki, ərizənin məzmunu iki hissədən ibarət olmaqla, onun birinci hissəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə izah verilməsi, digər ikinci hissəsi isə icra məmurunun hərəkətlərindən şikayət təşkil edir. 12.Kollegiya qeyd edir ki, icra məmurunun hərəkətlərindən şikayətlə bağlı hissədə məsələyə baxılması ayrıca icaraatda, “8” indeksi ilə olan icraat qaydasında baxılmalı olsa da bu hal ərizənin birinci hissəsini təşkil edən qətnaməyə izah verilməsi ilə bağlı məsələyə hüquqi qiymət verilməsinə manea olmur. 13.Belə ki, MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 14.Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.
15. Göründüyü kimi prosessual qanunvericilik, işdə iştirak edən şəxsin ərizəsinə əsasən işə baxmış hakim tərəfindən qətnamənin izah edilməsi prosedurunun əsaslarını müəyyən etmişdir. 16.Digər tərəfdən mübahisələndirilən qərardaddan göründüyü kimi məhkəmə iddiaçının qətnaməyə izah verilməsi ilə bağlı xahişinə “İcra haqqında” Qanunun tələbləri çərçivəsində hüquqi qiymət verərək, həmin Qanunun 14.1-ci maddəsinə istinadən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra şöbəsi tərəfindən məhkəməyə belə bir müraciətin daxil olmadığını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı hazırda çətinliklər yaranmadığnı qeyd etmişdir. 17.Göründüyü kimi, məhkəmə MPM-in hakim tərəfindən işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin izah edilməsinin mümkünlüyünü təsbit edən 230.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. 18.Belə olan halda kollegiya hesab edirk ki, məhkəmə ərizənin ikinci hissəsinin ayrıca icraatda baxılmalı olması əsası ilə iddiaçı tərəfindən verilmiş ərizəni bötüvlükdə geri qaytararkən iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququnu pozmaqla prosessual hüquq normalarının tətbiqinda səhvə yol vermişdir.
19. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv edilməklə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
20. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək iş materialları ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Xumar Mərdanova