Məhkəmə qərarları › İş №2(103)-3189/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3189/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3189/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul vəsaitinin qaytarılması və mənəvi ziyanın ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “pul vəsaitinin qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-264/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13300 manat tapşırıq müqaviləsinə görə ödənilmiş pul vəsaitinin, eyni zamanda ona vurulmuş 2000 manat mənəvi ziyanın və pulunu vaxtında ödəmədiyinə görə hüquqi yardıma görə ödədiyi 300 manat pulun, tərəfindən ödənilmiş 137 manat dövlət rüsumunun, cavabdehlərdən tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-264/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 10000 manat və dəymiş mənəvi ziyanın əvəzi qismində 1000 manat olmaqla, cəmi 11000 məbləğində pul vəsaiti və cavabdeh "X4” MMC-dən 3300 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 137 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və "X4” MMC-dən müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 389.1, 425.1, 430.1, 442, 448.1, 777.1, 779.1, 1091.1, 1091.2, 1092.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2, 10-cu bəndlərinə istinadən qeyd edilmişdir ki, 06 fevral 2021-ci il tarixli, 282 nömrəli tapşırıq müqaviləsi ilə hüquq xidməti göstərən cavabdeh "X4” MMC-yə İddiaçı tərəfindən 5000 manat ödənilmiş, lakin qeyd olunan müqavilə üzrə MMC öhdəliklərinə əməl etmədiyindən, həmin pul vəsaitinin 1700 manat hissəsini iddiaçıya qaytarmışdır. Belə olan halda, ümumilikdə qeyd olunan 5000 manat məbləğində ödənilməmiş qalan 3300 manat məbləğində hissəsi "X4” MMC-dən tutularaq, İddiaçı ödənilməlidir, hüquqi yardıma görə digər cavabdeh "X4” MMC-nin direktoru Cavabdeh1 ödənilmiş 10000 manat pul vəsaitinin qaytarılması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi M.M.Ağalarovun qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə 30 noyabr 2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh1 həmin pul vəsaitinin ona ödənildiyini və bütün zəruri hüquqi yardımın İddiaçı göstərildiyini qeyd etmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçıya həmin pul vəsaiti müqabilində hər hansı hüquqi yardımın göstərilməsi sübuta yetirilməmiş, o cümlədən cavabdeh tərəfindən də bunun əksini sübut edə biləcək mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, Cavabdeh1 10000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir, digər Cavabdeh2 münasibətdə isə, məhkəmə araşdırması zamanı iddiaçının qeyd olunan məbləği Cavabdeh2 ödəməsi sübuta yetirilməmiş və müəyyən olunmuşdur ki, Cavabdeh2 sadəcə hazırkı iddiaçının hüquqlarını müdafiə etmək üçün onunla ayrıca müqavilə bağlayaraq, onun vəkili kimi hüquqi yardım göstərmişdir. Belə olan halda, iddia tələbi Cavabdeh2 dair hissələrdə təmin edilə bilməz, Cavabdeh1 iddiaçıya tərəflərin razılaşmasına uyğun formada hüquqi xidmət göstərilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyə əməl etməməsi səbəbindən, o, iddiaçının hesabına əsassız varlanmışdır ki, bunun nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə o, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 1000 manatın alınıb, iddiaçıya verilməsini məqsədəmüvafiq hesab etmişdir, belə, mənəvi zərərin məbləğinin 2000 manat məbləğində müəyyən edilməsi üçün əsaslar yoxdur, iddia həmin hissədə qismən təmin olunmalıdır, iddia tələbinin "pulu vaxtında ödəmədiyinə görə hüquqi yardıma görə ödədiyi 300 manatın cavabdehlərdən tutulması” hissəsinə münasibətdə isə, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur, iddiaçı isə buna dair mötəbər sübutunu təqdim etməmişdir, məhkəmə araşdırması zamanı da iddia tələbini həmin hissədə əsaslı edə biləcək hallar müəyyən olunmamışdır. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəmədə iddia qaldırmalı olmuş, iddia ərizəsinin verilməsi üçün 137 manat dövlət rüsumu ödəməli olmuşdur. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 137 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və "X4” MMC-dən müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - 06 fevral 2021-ci il tarixli, 282 nömrəli tapşırıq müqaviləsinin surətinə əsasən, həmin tarixdə hüquq xidməti göstərən "X4” MMC-nin direktoru Cavabdeh1 ilə hüquqi xidmət alan İddiaçı arasında tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1, 1.2 və 4.1-ci bəndlərinə əsasən, hüquq xidməti göstərən- ona müraciət edən fiziki və hüquqi şəxslə müqavilə bağlayan andan dərhal müqavilədən irəli gələn öhdəliyin icrasına başlayır.Öhdəliyi yerinə yetirmək üçün hüquq məsləhətləri verir, hüquqi arayışlar və ərizələr tərtib edir, qanuni əsaslarla lazımi, dövlət və qeyri dövlət təşkilatlarında müdafiə etmək məqsədi ilə nəzərdə tutulan bütün vasitələrdən istifadə edir. Hüquq xidməti göstərən, hüquqi xidməti alanın mənafeyini müdafiə etmək məqsədi ilə, ehtiyac olan halda "Hüquq Xidmət Göstərən” şəxslə müqavilə əsası ilə işə cəlb etdiyi, tərçüməçi, hüquqşünas, vəkil və digər mütəxəsislərdən istifadə etməklə müdafiəni qurur və idarə edir. Hüquqi xidməti alan xidmət haqqı kimi 5000 manat (ƏDV daxil olmaqla) məbləği ödəyir; - Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi M.M.Ağalarovun qəbul etdiyi 30 noyabr 2022-ci il tarixli qərara əsasən, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır; - xx.xx.2023-cü il tarixli 27448 nömrəli qəbzə əsasən həmin tarixdə iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 137 manat dövlət rüsumu ödənilmişdir; - Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli 180 saylı və xx.xx.2021-ci il tarixli 1337 nömrəli müqavilələrə əsasən, Cavabdeh2 ilə İddiaçı arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır; - X2 məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində iştirak etmişdir. X2 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci ildə İlqarla Vaqif onu sonuncunun ofisində gözləmişlər. Belə ki, İlqara zəng etmiş, İlqar da Vaqifin ofisinə gəlməsini bildirmişdir. Bundan sonra orada Vaqifə 5000 manat pul vermiş, növbəti gün isə Samirlə müqavilə bağlanmış, daha sonra onlara 10000 manat pul verilmiş, İlqarın 1000 manatı sonradan qaytarmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, İş N- 2(007) 264/2024 qətnaməsini ləğv edilməsini və apellyasiya şikayətini təmin edərək iddianı rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422, 460.1, 777.1; Mülki Prosessual Məcəllənin 14.2, 216-cı maddələrinə istinad etməklə qeyd edilmişdir ki, sözügedən maddi hüquq norması X4 MMC-yə yox, müqavilə məbləği tam 15000 rəsmi qəbul edilsə də, bu norma səhv tətbiq edilərək fərdi şəxs kimi onu cəlb etmişdir. Bu maddə düz tətbiq edilməmişdir, belə ki, birinci öhdəlik X4 MMC-yə aiddir və eyni zamanda tərəflər arasındakı müqavilə öhdəliyi icra edilmişdir və bu halın Vaqifə fərdi şəxs kimi heç dəxli olmadığı halda Cavabdeh1 cəlb edilmişdir. İddiaçı iddiasını sübut etmək vəzifəsi olmasına baxmayaraq, iddianı sübut edə bilməsə də, iddia qismən təmin edilməklə bu prosessual hüquq norması düzgün tətbiq edilmədi, qətnamə tərtib edilərkən bu prosessual hüquq normasına heç uyğun gəlməyərək ziddiyyətli qərar oldu. Bakı Şəhər Nəsimi RPİ İş-nin müstəntiqi M.M.Ağalarovun 30 noyabr 2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqda qərar bu qətnaməyə ziddir. Belə ki, bütün məbləği yəni 15000 manatı istintaq X4 MMC tərəfindən qəbul edilib və xidmət göstərildiyini təsdiq edir, həmin qərar qanuni qüvvədə ola-ola həmin qərarın ziddinə olan yeni məhkəmə qətnaməsi qanunsuzdur. Məhkəmənin gəldiyi nəticənin birmənalı bu mülki işdə birbaşa sübutu mövcud deyil. Məhkəmənin gəldiyi nəticədə Cavabdeh1 geri pul ödəməsi qət edilib ki: münasibət Cavabdeh1 yox, Hüquqi şəxs X5 MMC ilə olub. Digər tərəfdən istintaq qərarında sübut edilib və hüquqi şəxs X4 MMC iddiaçıya xidmət göstəribdir

5. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, Cavabdeh1 verdiyi apellyasiya şikayəti əsassız və qanunsuz olduğundan rədd olunmasını və Nizami rayon məhkəməsinin 2(0071- 264/24 saylı, xx.xx.2024-cü il tarixli Qətnaməsin qüvvəsində saxlanılmasını xahiş etmiş və etiraz ərizəsində qeyd etmişdir: Vəkili İlqarın yönəldici məsləhəti ilə birinci dəfə xx.xx.2019-cu ildə Cavabdeh1 ilə 5000 tapşırıq müqaviləsi bağlanmışdır. 15 gün ərzində atası Nağı gördü ki, kefiyyətli hüquqi xidmət yoxdur, başqa vəkillə müqavilə bağlamaq istədiyini bildirərək,verilən 5000 manatı geri istədi. Bir həftə ərzində cavabdehlər 2 dəfəyə 4700 manat pulu qaytardılar. 300 manat vergi xərcləri olub deyib qaytarmadılar. Heç bir vergi qəbzi göstərilmədi. Sonra yenə də vəkili İlqarın məsləhəti ilə xx.xx.2021-ci ildə yenidən o, cavabdeh İlqarla gedib atasından 5000 manat alıb gətirib cavabdeh Vaqifə verib tapşırıq müqaviləsi bağladı. Cavabdeh İlqarla da müqavilə bağladı. Bir həftədən sonra cavabdeh Vaqif zəng edib dedi ki, gəlin görüşək. Axşam tərəfi saat 21-22 radələrində cavabdehlər və o, bacanağı Bəşir birgə görüşdülər. Cavabdeh1 məndən 10000 man pul istədi, dediki,lazım olsa ayrı vəkillə işinizi aparacam, prokurorla danışacam, buna görə pul lazımdır. O da, maşınını dəyər dəyməzə satdı, qohum qonşudan borc pul aldı, bir neçə gündən sonra gətirib İ0000 manatı Cavabdeh1 verdilər. Yəni, qanun-qaydanın doğru-düzgün olacağına inandı. Uşağının boğazından kəsdi, bütün qohumdan, qonşudan borc aldı, günahkar olmadığını düşünüb, tələyə kimlər tərəfindən düşdüyünü hesab edib, müvəqqəti çətinlikdi deyib, azadlıqda qalacağını düşündü. Cavabdehlər də ona söz verdi ki, sən azadlıqda qalacaqsan. Vaqif dediki nə vaxt işin aparılmasından narazı olsanız 10 gün müddətində pulunuzu geri qaytaracam. O da cavabdehlərə inanıb evdə öz işi ilə məşğul oldu. Birdə onu 202l-ci ilin aprel ayının 30-da Abşeron rayonundan müstəntiq çağırdı, vəkili olan ilqar Şahməmmodovla getdi. Həmin vaxt heç bir işin vəkil tərəfindən aparılmadığını, ondan 15000 manat pulu elə belə aldıqlarını başa düşdü. O, həbs edildi. Cavabdehlər ondan 15000 manat pulu almışdılar ki, sən azadlıqdan məhrum edilməyəsən. Bacanağı o həbs olunduqdan sonra gedib cavabdehlərlə görüşüb deyib ki, siz söz vermişdiniz ki, iş istintaqda bağlanacaq, bacarmadınız, Samir həbs olundu »verilmiş 15000 manat pulu qaytarın. Cavabdeh Vaqif dedi ki, Samir çöldə olanda şikayətlər çox olunduğundan İstintaq Samiri tutubdur ki, şikayətçi rahatlaşsın, amma istintaq işini bağlayıb Samiri evə buraxacaqlar. Gözlədik, sonra gördü ki, iş Sumqayıt ağır cinayətlər məhkəməsinə verildi. Bacanağı Bəşir artıq pulu geri qaytarılmasını cavabdehlerdən tələb etdi. Beləliklə, hər iki cavabdeh heç də ona keyfiyyətli hüquqi yardım göstərmədilər, yalnız onun pulunu öz aralarında bölüşdürdülər. Cavabdeh2 məhkəmə iclasına gəldi, hətta vəsatət də verdiki, o, bu işdə cavabdeh ola bilməz, pulu Cavabdeh1 alıb cavabdeh odur. Digər Cavabdeh1 məhkəməyə gəlib, ancaq məhkəmə iclasına girib iştirak etməyib. Anladı ki,qanunlarımıza riayət etməyən, qanunu istədiyi kimi bilən və ona kefiyyətli hüququ yardım göstərməyən şəxslər tərəfindən aldadılmışdır. Cavabdehlər verdikləri sözün üstündə durmadılar, pulunu bu günə kimi qaytarmadılar, nədə cinayət işinin aparılmasında ona heç bir köməklik göstərmədilər. Pullarını bu qədər tələb etdikdən sonra, on beş min manat verdiyi puldan, 1000 ABŞ dolları məbləğində pulu Cavabdeh2 qaytardı. Dedi ki. 10000 manatdan çıx min dolları. Onlar Bakı şəhəri Nəsimi rayon Polis idarəsinə müraciət etdilər. Cinayət işinin rədd olunması barədə Qərarda yazılıb, mülki qaydada məhkəməyə orqanlarına müraciət etmələri tövsiyyə olundu. Qərarda cavabdeh Vaqif bildirib ki, aldığı 5000 manatdan 2500 manat MMC-nin xərclərinə tətbiq edərək bu hüquq xidmətinin aparılması üçün «müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh2 verdi. Cavab olaraq bildirir ki, Cavabdeh2la o ödəniş edib müqavilə bağlayırdı, nə ehtiyac vardı ki, onu aldadıb, o qədər pulunu mənimsəməyə. Sonra yazıb ki, Samir yaxınlaşıb işinin uzanacağını bildirdi. Cavab olaraq deyir ki, hüquqşünas deyil, hardan bilir ki, işi uzanacaq və ya tez sonlanacaq. Vaqif zəng edib ona dedi ki, gəlin görüşək, axşam tərəfi saat 21-22 radələrində cavabdehlər və o, bacanağı Bəşir birgə görüşdülər. Cavabdeh1 ondan 10000 manat pul istədi. Cavabdeh1 yazırki, 10000 manat pulu Samirdən nağd formada qəbul edərək, 31 mart 2021-ci il tarixdə bağladıqları xx.xx.2021- ci il tarixli müqavilənin 4.3-cü bəndinə əsasən əlavə şifahi razılaşmanı hüquqi xidmət göstərən tərəfindən protokol tərtib olunaraq rəsmiləşdirilmişdir. Cavab olaraq bildirir ki, iri həcmli iş, hara ezamiyyət hansı uzun məhkəmə proseslərində iştirak ediblər? Subut etsinlər, onun işi üçün xx.xx.2021 -ci ildə tapşırıq müqaviləsi bağladılar,1 həftə sonra ondan 10000 manat pulu aldılar, o, xx.xx.2021-ci ildə həbs edildi 1 ay çəkdi. 2 il çəkmədi, hansı 2 il müddətindən danışır. Ödədiyi vergi qəbzlərini məhkəməyə təqdim etsinlər. O, vəkil İlqar Şahmammədovla müqavilə bağlayıb ödəniş edirdi .Cavabdeh1 yazdığı apellyasiya şikayətində Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 460.1, 422-ci maddələrinə istinad edərək göstərmişdir ki, müqavilə icra edilmişdir. Cavab olaraq bildirir ki, həmin maddədə girov, dəbbə pul, borclunun əmlakının saxlanılmasından söhbət gedir, onun isə azadlığının məhdudlaşdırılmaması öhdəliyi götürmüşdü, onu da icra eda bilmədi. MM-nin 422-maddəsində deyilir,müqavilə bağlayarkan asas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi,onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Heç bir aidiyyatı olmayan maddələrə istinad edir. Onu aldadaraq har iki cavabdeh tərəfindən 15000 manat pulunu alıblar. Ona qarşı dələduzluq etdilər. İlqar Şahmammədovla yenə müqavilə bağladı, arada onun pulunu mənimsədilər. Nəsimi rayon Polis idarəsi tərəfindən verilmiş Qərarda bildirirki, Samirdən aldığı 10000 manat puldan 500 manat vəkil Cavabdeh2 verdi. Cavabdeh1 sözündən başa düşülür ki, 15000 manatdan göstərir ki, ümumilikdə 2200 manat vəkil Cavabdeh2 veribdi, 1700 manat onlara qaytarıb, qalan pul cavabdeh Vaqifin özündədir. Ancaq məhkəmə zamanı vəsatət yazaraq cavabdehlər məhkəmə iclasına gəlib iştirak edib sözlərini bir-birinə demək istəməyən, oyun oynayan cavabdehlər indi apellyasiya şikayəti verir. Bu işdə Vaqifə verilən pulların batmayacağına zamin duran vəkil Cavabdeh2dur. Onun üçün fərq etmir kim qaytarır, pulunu qaytarsınlar ki, o da borclarını qaytarsın. Hər ikisi də onu aldadıb. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil birinci instnasiya məkhəməsinin qətnaməsi ilə razılaşdıqlarını, həm Cavabdeh1, həm də rəhbəri olduğu Cavabdeh3 MMC-ni cavabdeh kimi qoyduqlarını və apellyasiya şikayətinin əsassız hesab etdiklərini qeyd etmiş, Aliyev Vaqifin iddiaçıdan yalan vədlər verərək, aldadaraq 15000 manat pul aldığını, 1000 dollarını isə qaytardığını bildirmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkil kimi iddiaçı ilə müqavilə bağladığını və hüquqi xidmət göstərdiyini və onunla bağlanmış müqavilələrin mübahisələndirilmədiyini, Cavabdeh3 MMC –yə hər hansı şəkildə üzvlüyünün olmadığını bildirmişdir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən kollegiyanın son iclasında cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

11. Mülki Məcəllənin tələblərinə əsasən: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə

12. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

14. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə qeyd edilən normativlərə müvafiq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 181; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilənləri təkzib edən, yəni pulun verilməsi üzrə münasibət Cavabdeh1lə yox, “X5” MMC ilə olmasına və məhz ödənilən pul vəsaitlərinin MMC-nin hesabına mədaxil edilməsinə dair sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, cavabdehin mübahisələndirdiyi (apellyasiya şikayətində anlaşılan) iddiaçı ilə münasibətlərinin olmayaraq cavabdehliyinin daşımaması olmuşdur.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin əsassız olduğunu nəzərə alaraq, şikayətlərin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərclərinin onu ödəyən şəxslərə aid edilməsini kollegiya əsaslı hesab edir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-264/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar