Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3190/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı X4rşı, qarşılıqlı iddia üzrə iddiaçı X13 Karimin cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3190/2025 (Açar sözlər: pul, maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının (qarşılıqlı cavabdeh) nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh (qarşılıqlı iddiaçı) X13 Karimin iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh X4rşı “pul tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı X13 Karimin cavabdeh İddiaçı qarşı “avtomobilin satışı ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 91/2025 nömrəli 19 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 03 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X13 Karim (satıcı) və İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, satıcı özünə məxsus 2022-ci il buraxılışlı **-RR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsini 192.780 manata alıcıya satmışdır.
2. xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, 2022-ci il buraxılışlı “Mercedes Benz GLS 450” markalı **-RE-*** qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə X13 Karima bildiriş göndərməklə, tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada xx.xx.2023-cü il tarixə kimi həll edilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X13 Karimidən dəymiş maddi zərər qismində 10.000 manat məbləğində pul vəsaitinin, həmin məbləğə illik 5 %-lə hesablanmış 500 manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 125,1 manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaitinin, vəkilə hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pul vəsaitinin, ümumilikdə 11825,1 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. 27.08.2024-cü il tarixdə ilkin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X13 Karimidən dəymiş maddi zərər qismində 28918,5 manat məbləğində pul vəsaitinin, həmin məbləğə illik 5 %-lə hesablanmış 1445,925 manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 257,94 manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin, vəkilə hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pul vəsaitinin, ümumilikdə 35822,365 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan X13 Karimin nümayəndəsi-vəkili Vəkil2 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, İddiaçı buraxılış ili 2022-ci il olan **-RE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsinə vinil çəkilməsinə görə 8900 manat, "xxxx" ASC-də kasko sığorta edilməsinə görə 5600 manatın ödənişin 3500 manat hissəsinin, avtomobilin ayaqaltılarının dəyişdirilməsinə görə ödənilmiş 890 manat pulun, avtomobilin alqı-satqısına görə ödənilmiş 2500 manat pulun və hüquqi yardıma görə ödənilmiş 520 manat pulun, cəmi 16310 manat maddi zərərin və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin alınaraq X13 Karimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İlk iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə “Mercedes Benz GLS 450” markalı 10-RE115 qeydiyyat nişanlı 2022-ci il buraxılışlı minik avtomobilini müvafiq qaydada alqı-satqı etməklə qanuni əsaslarla X13 Karimdən almışdır. Sonuncu həmin avtomobili satarkən avtomobillə bağlı yol nəqliyyat hadisəsi baş vermədiyini bildirmiş və iddiaçı ona inanaraq avtomobili qəzasız avtomobil kimi təklif olunan qiymətə almışdır. Belə ki, Turbo.az saytında avtomobilin 120000 ABŞ dollarına satıldlğı barədə elanı görüb oraya qoyulmuş telefon nömrəsi ilə əlaqə saxlamış, zəngə Əvəz adlı şəxs cavab verərək bildirmişdir ki, satışa qoyulan avtomobil onun müdiri olmuş şəxsə məxsusdur, müdiri hazırda xaricdədir, ona pul lazım olduğuna görə maşını satır, avtomobil təzədir, cəmi 6000 km yürüş edib, (bu məlumat internetdəki elanda da var idi), maşın hazırda Ağ şəhərdə qarajda saxlanılır. Qeyd olunmalıdır ki, həmin markalı avtomobillərin yürüşü “0” km olanları mağazalarda ilk satışı (satış servislərində) 130000 ABŞ dollarına qoyulmuşdur. Belə avtomobillərin satışdan dərhal sonra 2-ci satışa çıxarılırsa qiyməti 10000 ABŞ dolları aşağı düşür. Almaq istədiyi avtomobil də satışa 120000 ABŞ dollarına qoyulmuşdur və onun 6000 km yürüş etməsini 5000 ABŞ dollarda qiymətləndirib avtomobilə görə 115000 ABŞ dolları təklif etmək qərarına gəlmişdir. Bu barədə Əvəz adlı şəxsə bildirəndə, sonuncu demişdir ki, avtomobilin sahibi ilə danışıb ona məlumat verər. Əvəzə demişdir ki, avtomobili mən dediyim qiymətə ala bilsəm, onun özünə də əlavə 1000 manat verəcək. Avtomobil alandan sonra həmin məbləği 3 dəfəyə Əvəz göndərən kart hesabına köçürmüşdür. 1-2 gün sonra Əvəz İddiaçı zəng vurub demişdir ki, maşının sahibi ilə danışmış və o, təklif olunan qiymətlə razılaşmışdır. Vədələşib “Ağ şəhər”də Əvəzlə görüşmüş və birlikdə avtomobilə baxmağa getmişlər. İddiaçı yanında Babək (Babak) adlı şəxs də var idi. Orada Əvəz adlı şəxs onları avtomobilin sahibinin qardaşı və yaxud digər bir qohumu ilə tanış etmişdir. Həmin şəxs avtomobilin açarını gətirmişdir. Onlar avtomobilə baxmışlar. Avtomobil 5-6 ay idi ki, Mersedes mərkəzindən alınmışdır. Avtomobilin hər bir hissəsinə tam şəkildə plastmas plyonka çəkilmişdir, bu səbəbdən avtomobilin hər hansı bir əzik və ya sonradan rənglənməsini görmək mümkün deyildir, həm də maşın sürülmürdü və qarajda saxlanılırdı. Onunla gedən Babək adlı şəxs İran vətəndaşı idi və o, maşının sahibinin qardaşı ilə tanış çıxdığı və bu tanışlıq bir az da səmimiyyət yaratdığından hər hansı şübhəyə yer qoymurdu və o, avtomobilin salonuna əyləşmədən onu almaq qərarına gəlmişdir. Avtomobilin alqı-satqısında vasitəçilik edən Əvəz və avtomobilin sahibinin qardaşı maşının qəzaya uğraması və ya üzərində hər-hansı bir təmir işlərinin aparılması barədə ona heç bir məlumat verməmişlər. Avtomobilin təzə və az yürüşlü olması onda onun qəzaya uğramış avtomobil olmasına heç bir şübhə yaratmamışdır, həm də maşına plyonka çəkilmişdir. Əvəz ona bildirmişdir ki, maşını digər istəyənlər də var, onun əlində isə nağd pulu yox idi, Əvəzə demişdir ki, o, evini satmalıdır ki, maşını alsın. Evi satmasını Əvəz və Kərim bilir və dostu borc almasını təsdiq edə bilər. xx.xx.2023-cü il tarixdə avtomobili onun sahibi X13 Karim ilə Əvəz iddiaçının yaşadığı Yasamal rayonu ərazisində yerləşən ünvanına gətirdilər, avtomobili sahibi idarə edirdi. İddiaçı ön oturacaqda əyləşərək maşının sahibindən avtomobil barədə məlumat verməsini xahiş etmişdir. Cavabdeh avtomobildə olan qüsurları gizlədərək bildirmişdir ki, avtomobilə plyonka çəkdirib, Mersedes şirkətinin istehsal etdiyi ayaqaltılar alıb avtomobilin salonuna qoyub, avtomobil üçün çanta almışdır. Xaricdə iş qurması ilə bağlı olaraq ona pul lazım olduğundan məcbur qalaraq avtomobili satır. Cavabdeh maşının qəza nəticəsində zədələnməsini və mühərrikində zavod qüsuru olduğu üçün onu təmir edildiyi barədə susaraq iddiaçıya məlumat verməmişdir. Tez-tez halallıqdan söhbət salıb, iş zərurətindən avtomobili satmaq məcburiyyətində qaldığını qeyd etmişdir. İddiaçı özü yalanı sevməyən insan olduğundan qarşısındakı insanın da söylədiklərinə səmimi yanaşaraq düşünmüşdür ki, əgər avtomobildə hər hansı qüsur olsaydı, X5 bu barədə mütləq deyərdi. Ona görə də onun dediklərini səmimi qəbul etmişdir. Sonradan avtomobillə bağlı icbari sığorta müqaviləsi bağlayan zaman məlum olmuşdur ki, X13 Karimin satdığı avtomobil əvvəllər törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində qəzalı vəziyyətə düşmüş və “X11 Azərbaycan” MMC-də təmir olunmuşdur. Belə ki, 2023-cü ilin oktyabr ayının sonlarında “Atəşgah” sığortadan zəng vurub avtomobilin “Kasko” sığortasının vaxtı bitdiyini ona demişlər. Bundan əvvəl iddiaçı avtomobili alarkən X13 Karim avtomobili 5600 manata sığorta etdirdiyini ona demişdir, o da 5600 manata razılıq vermiş və sənədlərin hazırlanmasını xahiş etmişdir. Bir neçə gündən sonra sığorta əməkdaşı ona zəng vurub sığorta məbləğinin 6290 manat etməsini demişdir. İddiaçı ona avtomobilin ilk dəfə 5600 manata sığorta edildiyini və bu müddət ərzində heç bir qəza baş vermədiyini bildirib bu səbəbdən də avtomobilin sığorta məbləğinin 5600 manatdan da aşağı olmalı olduğunu demiş və hansı əsaslarla sığorta qiymətinin əvvəlkindən daha çox hesablandığını soruşmuşdur. Sığorta əməkdaşı ona bildirmişdir ki, avtomobil qəzaya uğrayıb və buna görə 12000 manat sığorta ödənişi edilib. İddiaçı bu məlumatı eşidib çox sarsılmışdır, əgər o, bilsəydi ki, aldığı avtomobil qəzalıdır, onu heç vaxt almazdı. İddiaçı X13 Karimə zəng vuraraq avtomobilin qüsurlu olduğu barədə ona məlumat vermişdir, cavabdeh demişdir ki, heç fikir etməyin, necə desəniz elə də olacaq, sonra isə əlavə etmişdir ki, avtomobili qaraja salanda yer yaş olduğundan maşın sürüşmüş və divara dəyib əzilmişdir, sonra əlavə etmişdir ki, Mersedes servisdə hər şeyi dəyişib təzə qoydurub, lakin o, mühərrikin də təmirə məruz qaldığını deməmişdir, avtomobilin mühərrikinin də təmir edilməsindən xx.xx.2023-cü il tarixdə Mersedes mərkəzində olarkən bilmişdir, bu xəbərdən lap pis olmuş, X13 Karimə zəng vuraraq mühərrikin təmir olunduğunu və bunu niyə ondan gizlətdiyini soruşmuşdur, o da susub danışmamışdır. Cavabdeh ilkin olaraq ziyanı qarşılayacağına söz versə də, bir neçə gün sonra iddiaçıya aşağıdakı məzmunda mesaj yazmışdır ki, “almısan qurtardı, maşını 10 günə qaytara bilərdin, üstündən 5 ay keçib, mən pulu borclarıma vermişəm, maşını alanda yoxlayardın”. Bundan sonra cavabdeh iddiaçının nömrəsini bloklayaraq onunla bütün telefon əlaqələrini kəsmişdir. Avtomobili alma mərhələsində iddiaçı tələsik olaraq Bakıxanov qəsəbəsindəki mənzilini dəyərindən aşağı qiymətə satmışdır. Bu barədə həm X13 Karim, həmçinin nümayəndəsi Əvəz məlumatlı olmuşlar. Bundan əlavə, təzə, yəni “0” yürüşlü avtomobil mağazadan satılandan sonra onu bayırda satmaq istəsək, qiyməti 10000 ABŞ dolları aşağı düşmüş olur. Bu formalaşmış avtomobil bazarının qaydasıdır. Eyni zamanda sonradan rənglənmiş maşınla rənglənməyə məruz qalmayan maşınların satış qiymətlərində də böyük fərqlər vardır. Rənglənmiş avtomobilin dəyəri daha aşağı olur. Beləliklə, cavabdeh avtomobilin qəzaya məruz qalması barədə məlumatları iddiaçıdan gizlətməklə ona maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də hesab edir ki, X13 Karimdən alınmış “Mercedes Benz GLS 450” markalı **-RE-*** qeydiyyat nişanlı 2022-ci il buraxılışlı minik avtomobilinin yol nəqliyyat hadisəsi nəticəsində neçə % miqdarında əmtəə görünüşünün itirilməsi və aşağı düşmüş dəyərinin ödənilməsi X13 Karim tərəfindən həyata keçirilməlidir. Dəymiş zərəri 22678,0 manat qiymətləndirir. Göründüyü kimi İddiaçı ilə X13 Karimin arasında dövlət notariat kontorunda alqı-satğı müqaviləsi bağlanmış və bunun əsasında da AR DİN-nin BDYPİ Qİİ tərəfindən “Mercedes Benz GLS 450” markalı 10RE115 qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə keçməsinə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçı bağlanmış müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliyi, yəni avtomobilə görə pul ödənişini tam şəkildə həyata keçirmişdir. X13 Karim isə aralarında olan razılaşmaya əsasən yol nəqliyyat qəzasına uğramayan avtomobil verməyi öhdəsinə götürsə də, öhdəliyini tam şəkildə həyata keçirməmişdir. Hesab edir ki, onun səriştəsizliyindən və avtomobilin buraxılış ilinin təzə olmasından sui-istifadə edərək “Mercedes Benz GLS 450” markalı **-RE- *** qeydiyyat nişanlı avtomobili satarkən üzərinə götürdüyü qəzasız avtomobil təhvil vermə öhdəliyindən əsassız olaraq yayınmışdır və bununla da İddiaçı maddi ziyan vurmuşdur. Bu hüquq pozuntuları nəticəsində İddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Beləliklə, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində o, iztirab və sarsıntı keçirmişdir və hesab edir ki, ona mənəvi zərər vurulmuşdur.
8. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 8900 manat ödəniş edilməklə avtomobilin içərisinə və çölünə vinil çəkdirmişdir. Vinilin çəkilməkdə məqsədi avtomobilin yuyulması və sürülməsi zamanı maşının boyasının qorunması və kənar yad cisimlərdən qorunması olmuşdur. Bundan əlavə, qeyd olunan maşının ayaqaltısının dəyişdirilməsi üçün 890 manat ödəniş edilmişdir. Avtomobil "xxxx" ASCdə 5600 manata sığorta edilmiş, maşın 1 illik sığorta edilsə də, maşın xx.xx.2023-cü ildə satılarkən sığortanın qalan 3500 manat hissəsi İddiaçı tərəfindən X13 Karimə ödənilməmişdir. Habelə avtomobilin alqı-satqısı zamanı dövlət rüsumu və digər ödənişlər alıcı tərəfindən tərəfindən ödənilməli olmasına baxmayaraq İddiaçı əlavə pulu olmadığını bildirmiş, bununla əlaqədar dövlət rüsumu adı altında X13 Karimdən 2500 manat pul almışdır. Məhkəmə çəkişməsi zamanı iddiaçının nümayəndəsi və vəkili avtomobil alınarkən vinil vurulmuş vəziyyətdə olmasını və avtomobildə yeni ayaqaltılar alınmasını etiraf etmiş, lakin vinilin guya avtomobildə olan qüsurları gizlətmək məqsədilə edildiyini əsaslandırmağa çalışmışdır. Habelə İddiaçı iddiası üzrə məhkəmədə nümayəndə və vəkil qismində iştirak ilə bağlı xidməti müqavilə bağlanılmış, bununla əlaqədar 520 manat xidmət haqqı ödənilmişdir ki, həmin vəsait qarşı tərəfdən alınaraq X13 Karimə ödənilməlidir. İddiaçının istinad etdiyi kimi hər hansı qəza hadisəsi baş verməmiş, sadəcə ilk iddia üzrə cavabdeh avtomobili yaşadığı binanın yeraltı qarajında parkinqdən çıxarkən, parkinqdə fəaliyyət göstərən avtomobilyuma sexinin istifadə etdiyi suyu girişə dağıtması nəticəsində təxminən 5- 10 km sürətlə hərəkət edən avtomobil sürüşərək qabaq hissəsi binanın sütununa toxunub dayanmışdır. Bu faktın təsdiqi barədə video və fotogörüntülər məhkəməyə təqdim edilmişdir ki, avtomobilin zədə alan hissəsi cavabdehin tələbi ilə kasko sığortalanmış şirkət tərəfindən Almaniyadan zavoddan gətirilməklə tam olaraq yenisi ilə əvəz edilmiş, bu vəsait isə sığorta şirkəti tərəfindən qarşılanmışdır. İddiaçı əsassız olaraq vinil çəkilməsini maşının zədəsinin görünməməsi xətrinə çəkildiyini bildirir ki, bu gülünc və absurd iddiadır. Maşın o zaman dəyərini itirər ki, hansısa əsas sütunları deformasiyaya uğrasın və gələcəkdə bu hal maşının normal hərəkətinə maneçilik yaratsın. Hazırki vəziyyətdə isə belə bir hal mövcud deyil. Və qarşı tərəf bu avtomaşının cavabdehdə olduğu müddətdə hansısa avtomobil qəzasına düşüb yararsız olması barədə DYP və digər orqanlardan sübut təqdim etməmişdir. Habelə, iddiaçı maşını Turbo.az saytı vasitəsilə Əvəz adlı şəxsdən bəyənmiş, bütün danışıqları onunla etmiş, sonda isə həmin şəxsə qiymət endiriminə görə bank vasitəsilə 1000 manat ödəniş etmişdir. Sadəcə müqavilə bağlanarkən cavabdeh ilə birlikdə DYP idarəsinə gedib alqı satqı-müqaviləsi bağlamışlar. Hamıya bəlli olan haldır ki, maşın alarkən hər bir halda maşını mütəxəssisə göstərilməlidir. İddiaçı maşının kasko sığortası və qarantiyası olduğuna görə əlavə 200-300 manat xərc çəkib maşını hansısa mütəxəssisə təqdim etməyib, bu onun öz problemidir. Eləcə də, maşının kitabçasında və servis məntəqəsində maşınla bağlı bütün məlumatlar mövcuddur ki, iddiaçı maşını alarkən bu vasitələrlə yoxlama apara bilərdi. Yoxlayıbyoxlamayıb bu da öz problemidir. Həmçinin maşını 5200 km yürüşlə dəyərindən qatqat ucuz qiymətə alıb, əlavə 10000 km sürdükdən və azı 6 ay keçdikdən sonra maşında hər hansı zavod qüsuru aşkar edibsə, bu barədə istehsalçı şirkət qarşısında iddia qaldıra bilər. Hesab edir ki, ididaçının hazırki iddia tələbi hüquqdan sui-istifadə halına uyğun gəlir.
9. Şahid qismində ifadə verən X7 bildirmişdir ki, "xxxx" ASC-də işləyir, iddiaçı sığorta şirkətinə müraciət edəndə maşının qüsurlu olduğunu bilmişdir, soruşub ki, niyə belədir, zərər nə ilə bağlıdır, ona ekranda göstəriblər, o da bu barədə məlumatları istəyib, amma ona məlumatlar verməyiblər, amma maşını sığortalayıblar, sığorta şirkətindən iddiaçıya bildirmişlər ki, zərər dəydiyinə görə sığorta şirkəti zərərlə əlaqədar olaraq maşına görə 12000 manat ödəniş etmişdir, 12000 manat sığorta ödənişi olmuşdur. Sahibxan müəllim onların sığorta şirkətinə 2023-cü ilin soyuq aylarında müraciət edib, hansı ay olmasını dəqiq bilmir, maşının hansı vəziyyətdə qəbul edilməsi ilə bağlı onlar heç bir araşdırma aparmayıblar, yalnız Sahibxan müəllimə məlumat veriblər ki, maşın zədəli olub, Sahibxan müəllimə məlumat verilməyib ki, o, qəzalı vəziyyətdə olan maşını alıb, çünki bu, onların səlahiyyətində deyil.
10. Şahid qismində ifadə verən Babak Safayar bildirmişdir ki, İran vətəndaşıdır, İddiaçı dostudur, həmin maşına baxmağa gedəndə o da getmişdir, maşın qarajda idi, Əvəz adında şəxslə görüşüblər, həmin şəxs deyib ki, maşının açarları ondadır, X5 tapşırıb bu işi, yəni maşının satılması məsələsini, maşına baxıblar. Əvəz bildirib ki, maşında bəzi detallar dəyişilib, nəsə dəyişilibsə də, servisdə dəyişilib, maşının qəzalı olması barədə onlara heç nə deyilməyib, avtomobilin hər bir hissəsinə plastmas plyonka çəkilmişdir, maşın 6000 km yürüş etmişdir deyə, yoxlatmağa zərurət bilməmişdilər.
11. “X11 Azərbaycan” MMC tərəfindən məhkəməyə ünvanlanan 017/24 saylı xx.xx.2024cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən (hesab, icra edilmiş xidmətlərə dair akt) görünür ki, xx.xx.2023-cü ildə daxil olmuş “Mercedes Benz GLS 450” markalı **-RE-*** qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla avtomobilə dəymiş zərərin məbləği cəmi 12046,43 manat təşkil edir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/2413-8/1035 nömrəli Rəydən görünür ki, “MERSEDES BENZ” markalı “GLS 450” modelli 2022-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 190000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 6% - 11400,0 (190000,0 x 6%) aşağı olması istisna edilmir. Baxışa təqdim olunmuş “Mercedes Benz GLS 450” markalı **-RE-*** qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hissələri təmir olunmuşdur.
13. “AECS” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin “10RE-115 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı “GLS 450” modelli nəqliyyat vasitəsinin yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərər səbəbindən dəyərinin itirilməsinin həcminin və məbləğinin müəyyən edilməsi haqqında” 25 iyun 2024-cü il tarixli 06- 002/24 nömrəli hesabatından görünür ki, **-RE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı “GLS 450” modelli nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər səbəbindən əmtəə dəyər itkisi faizlə ifadədə xx.xx.2023-cü il tarixinə 11,60%, manatla ifadədə 22678,0 manat təşkil etmişdir.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-91/2025 nömrəli 19 fevral 2025-ci il qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) ilkin iddia tələbinin qismən təmin edilməsi, X13 Karimdan vurulmuş maddi ziyanın əvəzi kimi 11400 manat, mənəvi ziyanın əvəzi qismində 2000 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat olmaqla, ümumilikdə 13600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130,8 manat tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul X13 Karimdan alınaraq dövlət büdcəsinə ödənilməsi, X13 Karimin “İddiaçı buraxılış ili 2022-ci il olan **-RE- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsinə vinil çəkilməsinə görə 8900 manat, "xxxx" ASC-də kasko sığorta edilməsinə görə 5600 manatın ödənişin 3500 manat hissəsinin, avtomobilin ayaqaltılarının dəyişdirilməsinə görə ödənilmiş 890 manat pulun, avtomobilin alqı-satqısına görə ödənilmiş 2500 manat pulun və hüquqi yardıma görə ödənilmiş 520 manat pulun, cəmi 16310 manat maddi zərərin və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin alınaraq X13 Karimə ödənilməsi barədə” qarşılıqlı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir.
15. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X13 Karim və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X13 Karim özünə məxsus 2022-ci il buraxılışlı **-RR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə 115000 ABŞ dollara (192780 manata) İddiaçı satmış, nəqliyyat vasitəsinin qəza nəticəsində zərər görməsi və “X11 Azərbaycan” MMC-də təmir edilməsi 5 aydan sonra avtomobilin sığorta olunması zamanı alıcıya məlum olmuşdur, nəqliyyat vasitəsi satılarkən onun qəza nəticəsində zərər görməsi və ehtiyyat hissələrinin dəyişdirilməsi barədə alıcıya məlumat verilməmişdir, idiaçı avtomobilin texniki vəziyyətini yoxlamadan və onu texniki baxışdan keçirmədən razılaşdırılmasını maşının şəffaf plyonka ilə örtülməsi və avtomobilin satmasının biznes zərurətindən yaranması barədə cavabehin sözləri ilə əsaslandırır, hazırda İddiaçı maşının zədəli olduğu təqdirdə ona qüsursuz görünüşlü nəqliyyat vasitəsinin satılması nəticəsində dəyən maddi və mənəvi ziyanın, ümumilikdə 35822,36 manat məbləğində pul vəsaitinin X13 Karimidən tutularaq ona ödənilməsini, X13 Karim isə İddiaçı **-RE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsinin avadanlıqlarına və digər xərclərinə sərf olunan cəmi 16310 manat məbləğin alınaraq ona ödənilməsini tələb edir. Bununla belə, qarşılıqlı iddiaçının müqavilə üzrə öhdəliklərini, həmçinin alıcıya dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
16. Məhkəmə, ilkin iddia tələbinin “vurulmuş maddi zərərdən 28918,5 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən avtomobil satılarkən onun qüsurlu (zədəli) olması və təmir-bərpa xidmətlərinin dəyəri kimi 12046,43 manat pul vəsaitinin xərclənməsi və bu faktın ilkin iddiaçıdan gizlədilməsi, nəticədə avtomobilin keyfiyyətliliyi, xüsusilə də real bazar dəyərinin qiymətləndirilməsi barədə düzgün nəticəyə gəlməyə təsir etmiş, bununla da avtomobilin alınması üçün artıq ödənişlərə səbəb olmuşdur. Bu əsasda məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən xx.xx.2024-cü il tarixli 9/2413- 8/1035 nömrəli ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği hesablanarkən ekspertin gəldiyi nəticə əsas götürülməli, avtmobilə dəymiş maddi ziyan 11400,0 manat məbləğində qiymətləndirilməlidir.
17. İlkin iddia tələbinin “illik 5 %-lə hesablanmış 1445,925 manat pul vəsaiti” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, kreditor həmin məbləği o halda tələb edir ki, borclu ödəməli olduğu pul məbləğinin ödənilməsini gecikdirmiş olsun, ilkin cavabdehin ilkin iddiaçıya zərər vurması və pul öhdəliyinin olması isə baxılan mülki işin halları ilə müəyyən edildiyindən, ilkin iddiaçının bu məbləği tələb etməsi əsaslı deyil və iddia tələbi həmin hissədə təmin edilə bilməz.
18. İlkin iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ilkin cavabdehin hüquqazidd əməli, ilkin iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilkin iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir. Məhkəmə məbləğin 2000 manat həddində müəyyən edilməsini əsaslı hesab etmişdir.
19. İlkin iddia tələbinin “vəkilə ödənilmiş 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat pul məbləğini ağlabatan hədd kimi qiymətləndirmiş və həmin hissədə ilkin iddia tələbinin təmin olunmasını mümkün saymışdır.
20. Qarşılıqlı iddiaçının iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır, qarşılıqlı iddiaçı nəqliyyat vasitəsinin avadanlıqlarına və digər xərclərinə sərf olunan cəmi 16310 manat məbləğin ödənilməsinə dair sübutetmə vəzifəsi daşıyır. Lakin o, həmin məbləğin ödənilməsini təsdiq edən sübutları iş materiallarını əlavə etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
21. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında bağlanmışdır, yəni satıcı maşını qeyd olunan avadanlıqlarla və ona sərf olunan digər xərclərlə satmağı, alıcı isə həmin əsaslarla qəbul etməyi öhdələrinə götürmüşlər ki, bu da qarşılıqlı iddia tələbinin təmin edilməsini mümkünsüz edir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 390.1, 442, 445.7, 581.1, 581.2, 581.3, 587.1.1, 589.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 115, 119.1, 121.1, 124.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı (qarşılıqlı cavabdeh) onun qismən – yəni, “Mercedes Benz GLS 450” markalı **-RE-*** qeydiyyat nişanlı avtomobilin qəzadan sonra əmtəə dəyərinin aşağı düşməsinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 9/2413-8/1035 nömrəli ekspert rəyində göstərilən 6%-11400,0 manat kimi qəbul edilməsi hissəsində ləğv edilməsi və avtomobilin qəzadan sonra əmtəə dəyərinin aşağı düşməsini ''AECS'' MMC-nin avtomobilin qəzalı vəziyyətdən sonra əmtəə dəyərinin aşağı düşməsi barədə apardıqları hesablamanı daha əsaslı sübut kimi qəbul edərək maddi ziyanın avtomobilin əmtəə dəyərinin aşağı düşməsində onların hesabatda qeyd etdikləri kimi 11,60 %, yəni 22.678,0 manat məbləğində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh (qarşılıqlı iddiaçı) isə qətnaməni “ilk iddianın təmin edilən” hissəsində ləğv edilməsi və ilk iddia tələblərinin tam rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, ''AECS'' MMC-nin mütəxəssisləri tərəfindən avtobobilin qəzadan sonrakı dəyərinin hesablanması haqqında hesabat Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununun, Milli Qiymətləndirmə Standartlarının (MQS), X1 (BQS) tələblərinə uyğun olaraq, həmçinin əmlakın qiymətləndirilməsi üzrə beynəlxalq qiymətləndirmə birliklərinin qaydalarına, “Avtomoto nəqliyyat vasitələrinin bərpa təmir dəyərinin və qiymətləndirilməsinin müəyyənləşdirilməsi məqsədilə tədqiqi haqqında Təlimatlar”a və “X2” tələbləri rəhbər tutulmaqla aparılmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri isə ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqat metodikası və Yol nəqliyyat hadisələri üzrə tədqiqat metodikalarından istifadə edilmişlər ki, bu da ekspert rəyinin dolğunluğunu və obyektivliyini əks etdirmir. Ona görə də məhkəmənin ''AECS'' MMC-nin avtomobilin qəzalı vəziyyətdən sonra əmtəə dəyərinin aşağı düşməsi barədə apardıqları hesablamanı daha ədalətli hesab edərək maddi ziyanın “Mercedes Benz GLS 450” markalı **-RE-*** qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərinin aşağı düşməsində onların hesabatda qeyd etdikləri kimi 11,60 %, yəni 22 678,0 manat məbləğində göstərilməsini istəyirlər.
26. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasındakı öhdəliklər məhz hər iki tərəfin xx.xx.2023-cü ildə bağladıqları “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”ndən yaranmış, satıcı olaraq X13 Karim öz mülkiyyətində olan buraxılış ili 2022-ci il olan “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsini alıcı İddiaçı vermiş, əvəzində razılaşdırlmış məbləğdə pul vəsaitini almışdır. Bununla da hər iki tərəfin öhdəlikləri tam olaraq icra edilmişdir. Buna baxmayaraq, işə baxan hakim mövcud olmayan öhdəlikləri də X13 Karimdən tələb etmiş, bu öhdəliyi isə gözəgörünməz və qanunda nəzərdə tutulmayan qüvvələrlə əsaslandırmışdır. İlk iddia üzrə cavabdeh olan X13 Karim heç kimi, o cümlədən İddiaçı qeyd olunan avtomaşını almağa məcbur etməmişdir. Eləcə də, alıcı qeyd olunan avtomaşını internet saytlarında görüb bəyənmiş, dəyərini X6 vasitəsilə razılaşdırmış və həmin şəxslə birlikdə maşına baxış keçirmişlər. Yəni, bütün danışıqlar bu iki şəxs arasında olmuş, sadəcə müqavilə bağlanan zaman X13 Karim iştirak etmiş, bu zaman ondan əlavə sənəd-sübut tələb edilməmişdir. Alıcı aldığı avtomaşının “0” km deyil, “5600” km yürüşü olmasını görmüş, yəni işlənmiş maşın almasından məlumatlı olmuşdur. Maşın alqı-satqısı ilə bağlı işgüzar adətə uyğun olaraq, maşın alıcısı satıcının sözlərinə uyğun olaraq deyil, özünün tanıdığı maşın ustasına və ya maşın təmiri ilə bağlı firmaya müraciət edir və maşında olan qusurlar barədə məlumat öyrənir. Hazırki mübahisə predmeti üzrə, satılan maşına baxılması alıcı olaraq ilk iddia üzrə cavabdehin iştirakı olmadan aparılmışdır ki, bu zaman cavabdeh olaraq Kərim bəy maşın barədə hansısa məlumatı alıcı İddiaçı deyə bilməzdi. Alıcı tərəf olaraq İddiaçı maşını bəyəndiyi zaman yanında bu sahədə təcrübəsi olan şəxsləri də gətirmiş, maşını hansısa ustaya və ya firmaya göstərib-göstərməməsi onlara məlum deyil. Maşının əvvəlki vaxtda qəzası ilə bağlı qeyd edilir ki, maşın barədə bütün sənədlər və məlumatlar, o cümlədən maşının kasko sığortası və s. alıcı olaraq İddiaçı təqqdim edilmişdir. Alıcı olaraq maşının hansısa bir hissəsinin dəyişdirlməsi, həmin maşının dəyərinin 10-15 faiz aşağı düşməsi üçün əsas ola bilməz. Belə ki, maşının parklanma sahəsindən çıxarkən zədələnmiş qabaq sol fara hissəsi sığorta şirkəti tərəfindən tam olaraq zavod istehsalı olan detallarla yenisi ilə əvəzlənmiş, maşın sahibi tərəfindən bununla bağlı əlavə xərc çəkilməmişdir. Habelə, qanunun tələblərinə uyğun olaraq satıcı satdığı işlənmiş avtomaşın barədə qarşı tərəfə bütün zəruri məlumatları vermiş və sənədləri təqdim etmiş, avtomaşında həmin dövrdə hər hansı qüsur olmamışdır. Alıcı olaraq tərəf bilirdi ki, o, işlənmiş avtomobil alır və həmin maşında onu narahat edən hal varsa, özü peşəkar mütəxəsisə müraciət edə bilərdi. Onun maşını aldığı zaman hər hansı mütəxəsisə göstərməməsinə heç kim maneçilik törətməmişdir. İddiaçının maşın alarkən hansı mənəvi əzab-istirab çəkməsi işin halları ilə müəyyən olunmur. Məhkəmə avtomobilin avtoqəza anı ilə bağlı video və fotoşəkillıər sübut qismində məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutlara ümumiyyətlə qiymət verməyib. Məhkəmə işdə olan ekspert rəyini olduğu kimi köçürmüş, lakin digər sübutlarla yanaşı qiymətləndirməmiş, rəyi tərtib edən ekspertin məhkəmə iclasında dindirilməsini təmin etməmiş, bu barədə öz təşəbbüsü ilə təkrar ekspertiza təyin etsə də, həmin qərardad icrasız qalmışdır. Şahid ifadələrindən də görünür ki, maşının detallarının dəyişdirilməsi barədə maşını satan Əvəz alıcı tərəfə məlumat verib, lakin alıcı İddiaçı özü maşını yoxlatmağa zərurət bilməyib. Məhkəmə isə şahidin qismən etirafına da ümumiyyətlə hüquqi qiymət verməyib, qarşı tərəfin və onun gətirdityi şahidin ifadələri ilə mübahisəli avtomobilin Əvəz adlı şəxsdən alınmasını bilsə də, həmin şəxsin və ekspertin iştirakını təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.
29. Cavabdehin isə öz apellyasiya şikayətinə uyğun izahat verib, onu müdafiə edərək, təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
31. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
32. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır.
33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
38. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
39. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
42. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
43. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
44. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
45. Maddə 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur.
46. Maddə 587.1.1 Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını tələb etsin.
47. Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
52. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
56. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. İşin hallarından da göründüyü kimi X13 Karim və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X13 Karim özünə məxsus 2022-ci il buraxılışlı **-RR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə 115000 ABŞ dollara (192780 manata) İddiaçı satmış, nəqliyyat vasitəsinin qəza nəticəsində zərər görməsi və “X11 Azərbaycan” MMC-də təmir edilməsi 5 aydan sonra avtomobilin sığorta olunması zamanı alıcıya məlum olmuşdur, nəqliyyat vasitəsi satılarkən onun qəza nəticəsində zərər görməsi və ehtiyyat hissələrinin dəyişdirilməsi barədə alıcıya məlumat verilməmişdir, idiaçı avtomobilin texniki vəziyyətini yoxlamadan və onu texniki baxışdan keçirmədən razılaşdırılmasını maşının şəffaf plyonka ilə örtülməsi və avtomobilin satmasının biznes zərurətindən yaranması barədə cavabehin sözləri ilə əsaslandırır, hazırda İddiaçı maşının zədəli olduğu təqdirdə ona qüsursuz görünüşlü nəqliyyat vasitəsinin satılması nəticəsində dəyən maddi və mənəvi ziyanın, ümumilikdə 35822,36 manat məbləğində pul vəsaitinin X13 Karimidən tutularaq ona ödənilməsini, X13 Karim isə İddiaçı **-RE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsinin avadanlıqlarına və digər xərclərinə sərf olunan cəmi 16310 manat məbləğin alınaraq ona ödənilməsini tələb edir.
59. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə münasibətdə kollegiya qeyd edir ki, bu müqavilə forması standart müqavilə forması olmaqla “trafaret” tiplidir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən nəqliyyat vasitəsinin qeydiyyatı aparılarkən tərəflərə təqdim edilmişdir. Həmin müqavilədə tərəflərin hər hansı əlavə şərt və ya öhdəlik müəyyən etmək kimi imkanları yoxdur.
60. Tərəflər arasında müqavilə münasibətləri yaranmışdır.
61. İddiaçının apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı avtomaşını alarkən onun istifadə olunduğunu və 6000 km civarında yürüş məsafəsinin olduğunu bilirdi.
62. Nəqliyyat vasitəsinin daha əvvəl qəza keçirməsi mübahisələndirilmir. İddiaçı avtomobili alarkən satıcının ona həmin qəza barədə heç bir məlumat vermədiyini, cavabdeh isə iddiaçının avtombili almamışdan öncə yoxlatdırmaq imkanında olmasına əsaslanaraq həmin hal üçün heç bir məsuliyyət daşımadığı bildirirlər. İddaçı həmçinin o hala da istinad edir ki, avtomobil tam vinillə üzləndiyindən onu yoxlatdırmaq mümkün deyildir.
63. Kollegiya qeyd edir ki, iddiçı avtomaşını alarkən cavabdehin nümayəndəsi ilə danışıqlar aparmış, onunla görüşmüş və avtomaşının dəyərinin aşağı salınması məsələsini nümayəndə cavabdehlə müzakirə etdikdən sonra razılıq əldə olunmuşdur. Bundan sonra iddiaçı və cavabdeh şəxsən müqavilə bağlamışlar.
64. İllər ərzində avtomaşın alqı-satqı bazarında təşəkkül tapmış işgüzar adətlərdən aydındır ki, “0” km yürüş məsafəsi olan avtomaşın, az yürüş qət etmiş avtomaşından bahadır. Eləcə də qeyd edilən siniflərə aid olan avtomaşınlar “qəzalı”, “boyalı” avtomaşınlardan baha qiymətə satılır. Məlum məsələdir ki, qəza keçirmiş avtomaşınların əmtəə dəyəri itkiyə məruz qalır. İddiaçı da hazırki halda az yürüş məsafəsi qət etmiş, qəza törətməmiş avtomaşın almaq niyyətində olmuşdur.
65. Satıcı Alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Hazırki halda isə cavabdeh avtomaşının qəzaya uğraması barədə susaraq, vicdanlılığın tələb etdiyi tərzdə davranmamışdır.
66. Mülki Məcəllənin 587.1.1-ci maddəsinə görə, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını tələb etsin.
67. Hazırki halda iddiaçı, avtomobilin qəza keçirməsi nəticəsində əmtəə dəyərinin qismən itirilməsinə əsaslanaraq, həmin itkinin ona zərər şəklində cavabdehdən tutulmasını tələb edir. Yuxarıda istinad olunan normada belə vəziyyətdə alıcıya satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması tələb etmək imkanı tanınmışdır. Kollegiya hesab edir ki, iddiaçının həmin hissədə tələbi bu normanın dispozisiya şərtlərinə uyğundur, çünki əmtəə dəyərinin itirilməsi nəticəsində alıcının düşdüyü ziyanın tutulması, həmin həddə alış qiymətinin azaldılması ilə eyni nəticə doğurur. Yəni, iddianın hansı adla təmin edilməsindən asılı olmayaraq, hər iki halda məqsəd alıcının əldə etdiyi əşyanın qüsurları barədə məlumatlı olmaması (satıcının məlumat verməməsi) nəticəsində məruz qaldığı itkinin kompensasiya edilməsindən ibarətdir.
68. Ona görə də iddiaçı dəymiş zərəri tələb etməkdə haqlı olmuşdur. Lakin iddiaçı dəyən zərərin məbləği ilə razı deyil.
69. Kollegiya bu barədə qeyd edir ki, iddiaçı dəyəri 115000 ABŞ dolları (195500 manat) olan avtomaşın almışdır. İddiaçı özü də iddia ərizəsində qeyd edir ki, həmin markalı avtomobillərin yürüşü “0” km olanları mağazalarda satışı 130000 ABŞ dollarına (221000 manat) qoyulmuşdur. Ekspert rəyindən göründüyü kimi normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 190000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 6% - 11400,0 (190000,0 x 6%) aşağı olması istisna edilmir.
70. Kollegiya hesab edir ki, dəyəri 190000 manat olan avtomobilin əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 6% - 11400,0 manat aşağı olması ağlabatandır.
71. Kollegiya ''AECS'' MMC-nin avtomobilin qəza nəticəsində əmtəə dəyərinin 11,60 %, yəni 22678,0 manat məbləğində aşağı düşməsi barədə rəyini əsassız hesab edir.
72. Çünki belə olduğu təqdirdə 195500 manata alınmış avtomobilin və əlavə olaraq 22678 manat itirilmiş dəyər hesablandıqda 218178 manat təşkil edəcək ki, bu da yeni istifadə edilməmiş avtomobilin qiymətinə bərabər olacaqdır.
73. Bu səbəbdən kollegiya ekspert rəyini mötəbər hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
74. Cavabdehin apellyasiya şikayətində qeyd edilən “mübahisəli avtomobilin Əvəz adlı şəxsdən alınmasını bilsə də, həmin şəxsin və ekspertin iştirakını təmin etməmişdir” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, ekspertin məhkəmə iclasında iştirakını təmin etmək, eləcə də ekspert rəyini şübhə altına almaq üçün cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında alan hər hansı mötəbər sübut təqdim edilməmişdir, ona görə də Kollegiya bu hissədə şikayəti əsassız hesab edir.
75. Mülki Prosessual Məcəlləyə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.
77. Əvəz adlı şəxsə gəldikdə Kollegiya “Əvəz”i cavabdehin adından hərəkət edən, onun şifahi tapşırıqlarını icra edən şəxs kimi yuxarıda qəbul etmişdir.
78. Kollegiya “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, ilkin cavabdehin hüquqazidd əməli, ilkin iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması, ilkin iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
79. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
80. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir
81. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
82. Kollegiya hazırda ümumilikdə mübahisə predmeti üzrə apardığı araşdırmada iddiaçının müqavilə üzrə gözlənilənlərdən məhrum olmasını, istədiyi keyfiyyətdə deyil, daha aşağı olan keyfiyyətdə və dəyərdə olan avtomobili almasını, habelə qalıcı olmayan psixolji sarsıntı keçirmə faktının təkzib olunmaz olması səbəbindən cavabdeh tərəfindən vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun iddiaçıya ödənilməsini ədalətli hesab edir.
83. Qarşılıqlı iddia tələbinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
84. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır, qarşılıqlı iddiaçı nəqliyyat vasitəsinin avadanlıqlarına və digər xərclərinə sərf olunan cəmi 16310 manat məbləğin ödənilməsinə dair sübutetmə vəzifəsi daşıyır. Lakin o, həmin məbləğin ödənilməsini təsdiq edən sübutları iş materiallarını əlavə etməmiş, belə hallar nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında müəyyən olunmamışdır.
85. Kollegiya qeyd edir ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında bağlanmışdır, yəni satıcı avtomaşını qeyd olunan avadanlıqlarla və ona sərf olunan digər xərclərlə satmağı, alıcı isə həmin əsaslarla qəbul etməyi öhdələrinə götürmüşlər ki, bu da qarşılıqlı iddia tələbinin təmin edilməsini mümkünsüz edir.
86. Göründüyü kimi, iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmamış, şikayətlərdə qeyd edilən hallar isə onlar tərəfindən sübuta yetirilməmişdir.
87. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətləri əsassızdır.
88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-91/2025 nömrəli iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.