Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3200/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X9 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İlk iddia üzrə İddiaçı nümayəndəsi X8, ilk iddia üzrə cavabdeh “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və İsmayılova Xədicət Ömərovnanın nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxx” MMC-yə və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, qanunsuz tikilmiş sanitar qovşağın sökülməsi və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh1 və İsmayılova Xədicət Ömərovnanın cavabdehlər İddiaçı və “xxxxxxxxxxxx” MMC-nin direktoru X3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-546/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 və İsmayılova Xədicət Ömərovnanın nümayəndəsi X10 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxxxxxxxxxx” MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərətbəsində yerləşən 144 kv.metr sahəsi olan 04 saylı və 70 kv. metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi, 70 kv. metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsinin cavabdeh “xxxxxxxxxxxx” MMC-yə həvalə edilməsi, qeyri-yaşayış sahələrinin satış ofisi və sanitar qovşağı kimi istifadə edilməsinə görə vurulmuş maddi zərərin əvəzi kimi cavabdehlərdən 77040 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh1 və İsmayılova Xədicət Ömərovna cavabdehlər İddiaçı və “xxxxxxxxxxxx” MMC-nin direktoru X3 qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxx” MMC-nin direktoru X5 ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu ərazisindəki S.Orucov və N.Əİiyev küçələrinin kəsişməsində MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 144 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2016-cı il tarixli və 70 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2017-ci il tarixli müqavilələrin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-546/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərətbəsində yerləşən 144 kv. metr sahəsi olan 04 saylı və 70 kv. metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 70 kv. metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsinin cavabdeh “xxxxxxxxxxxx” MMC-yə həvalə edilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər "xxxxxxxxxxxx" MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-546/2020 saylı qətnaməsinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində ona məxsus olan 04 saylı, 144 kv.metr qeyri-yaşayış sahəsinin və həmin ünvanda olan 05 saylı, 70 kv.metr qeyri-yaşayış sahəsinin “xxxxxxxxxxxx” MMC-nin satış ofisi kimi və sanitar qovşaq kimi istifadə etmələrinə görə vurulmuş maddi zərərə görə cavabdehlərdən 77040 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxx” MMC ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ilə binanın birinci mərtəbəsində yerləşən 144 kv.m sahəsi olan 4 saylı və xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə ilə həmin ünvanda yerləşən 70 kv.m sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsini almışdır və müqavilə ilə razılaşdırılmış məbləği tam olaraq ödəmişdir. Ona məxsus sahənin Cavabdeh1 tərəfindən istifadə edilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Vurulmuş maddi zərər həmin ərazidə birinci mərtəbədə icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə qiymətləri ilə hesablanmalıdır. 144 kv.m. qeyri-yaşayış sahəsinin hər kv.m üçün aylıq 15 manat qiymətinə götürülməklə 2160 manat, 70 kv.m üçün isə hər kv.m üçün aylıq 15 manat götürülməklə aylıq 1050 manat hesablanmaqla cavabdehlərdən vurulmuş maddi zərər tələb edilmişdir. Vurulmuş maddi zərər 77040 manat məbləğində hesablanmışdır. Cavabdeh “xxxxxxxxxxxx” MMC tərəfindən müqavilə ilə razılaşdırılmış şərtlərə əməl edilməmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və İsmayılova Xədicət Ömərovnanın nümayəndəsi X10 apelyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-546/2020 saylı qətnaməsini ləğv edərək birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında əsas iddianın tamamilə rədd edilməsi və qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız əsas iddiaçı tərəfin və onun iddiasının təminində maraqlı olan, əsas iddiaçı tərəfindən qəsdən cavabdeh kimi işə cəlb etdirilmiş, əsas iddiaçıya mübahisəli qeyri-yaşayış sahəsini qanunsuz və özbaşına satmış olan “xxxxxxxxxxxx” MMC-nin rəhbər vəzifəsini mənimsəmiş formal direktoru X2 təqdim etdiyi əsassız sənədləri və onların əsassız ifadələrini nəzərə almış, cavabdeh tərəf olan onların sənəd sübutlarını və ifadələrini isə nəzərə almamışdır. İddiaçı göstərmişdir ki, guya o, “xxxxxxxxxxxx” MMC-nin direktoru X1 qeyd olunan binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən xx.xx.2016cı il tarixli müqavilə ilə 144 kv.m, xx.xx.2017-ci il tarixli müqavilə ilə isə 70 kv.m qeyriyaşayış sahəsi almışdır. Lakin həmin qeyri-yaşayış sahələri iddiaçıya satıla bilməzdi. Belə ki, iddiaçı ilə müqavilə bağlanılmasından hələ iki il əvvəl X5 ilə İsmayılova Xədicət Ömərovna arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən binanın birinci mərtəbəsindən 167 kv.m qeyri-yaşayış sahəsi 334.000 manata, xx.xx.2016-cı il tarixli müqavilələrə əsasən 167 kv.m 334.000 manata, 209.5 kv.m 419.000 manata, 209.5 kv.m 419.000 manata Xədicət Ömərovnaya satılmış və dəyəri tam ödənilmişdir. X5 faktiki olaraq eyni qeyri-yaşayış sahəsini cavabdehə satdığı halda, cavabdeh tərəfindən orada təmir işləri aparılaraq ofis və sanitar qovşaq inşa edildiyini bildiyi halda həmin qeyriyaşayış sahəsini əsas iddiaçıya satdığını bildirərək sonuncudan pul alaraq mənimsəmişdir ki, onun bu əməli cinayətkarcasına dələduzluq kimi qiymətləndirilməklə CM-in 178-ci maddəsi ilə barəsində cinayət işi başlanılması məsələsinin həll edilməsi üçün iş üzrə MPM-in 265-ci maddəsinə əsasən məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmalı və cinayət işi başlanılıb istintaq aparılması üçün Baş Prokurorluğa göndərilməlidir. İddiaçı göstərmişdir ki, guya onun əri Qəhrəman Məhərrəmovun mübahisəli binanın inşa edildiyi ünvanda mağazası olmuşdur. Guya binanın inşa edilməsi üçün mağaza sökülməli imiş, həmin vaxtlarda “xxxxxxxxxxxx” MMC-nin direktoru X5 maliyyə problemləri olmasını əsas gətirərək mağazanın əvəzinə ona inşa ediləcək çoxmərtəbəli binanın birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi almağı təklif etmiş və bu barədə yuxarıda qeyd olunan xx.xx.2016-cı il tarixli müqavilə ilə 144 kv.m, xx.xx.2017-ci il tarixli müqavilə ilə isə 70 kv.m qeyri-yaşayış sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin saxta müqavilələrdən belə çıxır ki, iddiaçı həm mağazasının sökülməsinə və yerində çoxmərtəbəli bina inşa edilməsinə razılıq vermiş, həm də 680.000 manat ödəyərək həmin binadan qeyri-yaşayış sahələri almışdır ki, bu da reallıqla bir araya sığmır. Eyni zamanda iddiaçı tərəfindən guya ödənildiyi maliyyə arayışlarında qeyd edilmiş 680.000 manat pul heç vaxt “xxxxxxxxxxxx” MMC-yə ödənməmişdir, çünki bu qədər pul mühasibata və xəzinəyə daxil olsaydı tam ortaq olan şərik İsmayılova Xədicət Ömərovnanın da bu barədə məlumatı olardı. İddiaçıya qeyri-yaşayış sahəsi satılması barədə müqavilələr qanunsuz və etibarsızdır, həmin müqavilələr qanunsuz və etibarsız olduğundan iddiaçının onlara qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qarşı tərəf həm birinci instansiya məhkəməsində verdiyi izahatında, həm də apelyasiya şikayətində Mülki Məcəllənin tam ortaqlıqla bağlı maddələrinə istinad edib. Müqavilədə dəqiq göstərilib, S.Orucov və N.Əliyev küçələrinin kəsişdiyi yerdir. Mübahisəli qeyri-yaşayış sahəsi tam tində yerləşir, həm S.Orucov küçəsinə, həm də N.Əliyev küçəsinə baxır. Təmsil etdiyi tərəf bu şəxslərlə birgə mülkiyyət münasibətlərinə girməyib. xxxxxxxxxxxx ilə alqı-satqı müqaviləsi bağlayıb. İddiaçı ilə xxxxxxxxxxxx arasında müqavilənin etibarsızlığı ilə bağlı sübut təqdim edə bilmirlər. Babayev Vəliyullahın hərəkətlərində dələduzluq əməlləri aşkar olunub. Cavabdehlərin əməllərində Cinayət Məcəlləsinin müvafiq maddələrinin əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxarılmalıdır. Məhkəmə iclasında ilk iddia tələbi üzrə cavabdeh “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, satılan 2 qeyri-yaşayış sahəsi Xədicət xanımın adınadır. 74 tamamilə başqasına satılıb. Hər birinin ayrı sxeması var. 70 həm də 144-dür. Hələ satış olmamışdan qabaq həmtəsisçinin nümayəndəsi yanına gəlib dedi ki, orda müvəqqəti oturmaq istəyir. O da etiraz etmədi. Sonra dedi çıxmıram. O, 4-cü və 5-ci yerləri direktor kimi Ceyran xanıma və onun nümayəndəsinə satmış, pulunu da almışdır. O vaxt münaqişə yox idi, ona peçat vurub müqavilə də vermişdir. Xədicət xanım 1-ci və 2-ci yerləri almışdır. Sadəcə bura gəlməsin qol çəkməsin deyə müqavilələri Cavabdeh1 vermiş, o da qol çəkdirəndən sonra surətlərini ona qaytarmamışdır. Məhkəmə iclasında ilk iddia tələbi üzrə Cavabdeh1 apelyasiya şikayətini müdafiə edib təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, yerin altında qeyri-yaşayışda heç bir sxem olmayıb. 144 ona yazıldı. 3 müqavilə bir tarixdə, 1 müqavilə başqa tarixdədir. Həmin yerdə ofis tikilib. Cüt mərtəbəli rəqəmlər ona aiddir, tək rəqəmli mərtəbələr Babayev Vəliyullaha aiddir. 4 müqavilədir, artıq kvadrat yoxdur. Öz mərtəbələri ilə bağlı müştərilərlə danışır, müqaviləni Babayev Vəliyullah bağlayır. Həmin qeyri-yaşayış sahəsində tikintilər gedir. Nə sxemi, nə müqaviləni vermir, özü imzalayır verir ona, onun əlində peçat yoxdur. Məhkəmə iclasında Cavabdeh1 və İsmayılova Xədicət Ömərovnanın nümayəndəsi X10 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, ilk iddia tələbi üzrə İddiaçı ilə “xxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsindən 4 nömrəli 144 kv.m qeyri-yaşayış sahəsinin 400.000 manata və xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən eyni ünvanda binanın birinci mərtəbəsində yerləşən 70 kv.m qeyri-yaşayış sahəsinin 280.000 manata İddiaçı satılması razılaşdırılmış, İddiaçı tərəfindən hər iki müqavilə üzrə 4 və 5 nömrəli sahələr üzrə ümumilikdə 680.000 manat “xxxxxxxxxxxx” MMC-yə ödənilmişdir. Bu barədə maliyyə arayışları mövcuddur. İş materiallarından görünür ki, X5 və İsmayılova Xədicət Ömərovna “xxxxxxxxxxxx” MMC-nin həmtəsisçiləridir. Hər birinin cəmiyyətdə payı 50 faizdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahələrə baxış keçirilmiş, baxış zamanı iddiaçıya məxsus olan qeyri-yaşayış sahələrinin MMC-nin həmtəsisçisi və nizamnamə kapitalında 50% paya sahib olan İsmayılova Xədicət Ömərovnanın etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən zəbt edilərək 144 kv. metr sahəsi olan 04 saylı qeyri-yaşayış sahəsinin ofis kimi, 70 kv. metr sahəsi olan 05 saylı qeyriyaşayış sahəsinin sanitar qovşağı tikilərək istifadə edilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin 04 və 05 saylı qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi və 05 saylı qeyri-yaşayış sahəsində tikilmiş sanitar qovşağının sökülməsinin cavabdeh “xxxxxxxxxxxx” MMC-yə həvalə edilməsi hissələrini təmin edərkən Mülki Məcəllənin 5.3, 425. 152.1, 157.2, 157.8, 43.1, 49.3, 49- 1.1, 4-1.1.1. 49-1.1.4, 49-1.3. 49-1.4, 49-1.5, Mülki Prosessual Məcəllənin iddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi ilə bağlı 191.1, 191.3 və 220.4-cü maddələrinə istinad edərək, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019, xx.xx.2016 və xx.xx.2016-cı il tarixli qərarlarında göstərilən hüquqi mövqeyi nəzərə alaraq əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh “xxxxxxxxxxxx” MMC”nin direktoru X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərətbəsində yerləşən 144 kv. metr sahəsi olan 04 saylı və 70 kv. metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin İddiaçı satılması, onun razılığı olmadan həmin qeyriyaşayış sahələrinin MMC-nin həmtəsisçisi və nizamnamə kapitalında 50% paya sahib olan İsmayılova Xədicət Ömərovnanın etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən zəbt edilərək 144 kv. metr sahəsi olan 04 saylı qeyri-yaşayış sahəsinin ofis kimi, 70 kv. metr sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsinin sanitar qovşağı kimi istifadə edilməsi bununla da iddiaçının qanunla qorunan hüquqlarının pozulması müəyyən edilmişdir. Göstərilənlərə əsasən, həmçinin, cavabdeh “xxxxxxxxxxxx” MMC”-nin qanuni nümayəndəsi X5 tərəfindən qismən etiraf edildiyinə görə, ilkin iddia ərizəsi qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 05 saylı, 70 kv. metr qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsi hissələrində təmin edilməli, vurulmuş maddi zərərin tutulması hissəsində isə əsaslandırılmadığına görə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 324.1, 324.2, 324.5. 337.1 və 337.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və İsmayılova Xədicət Ömərovna “'xxxxxxxxxxxx” MMC-nin direktoru X5 ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu ərazisindəki S.Orucov və N.Əİiyev küçələrinin kəsişməsində MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 144 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2016-cı il tarixli və 70 kvadrat metr qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2017-ci il tarixli müqavilələrin qanunvericiliyin tələblərinə uyğun bağlamadıqlarını, bu səbəbdən də, etibarsız əqdlər olduğlarını iddia etsələr də, iş üzrə araşdırılmış sübutlarla bu təsdiq olunmamışdır, həmçinin, qarşılıqlı iddia üzrə iddiaçılar bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, qarşılıqlı iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdeh1 və İsmayılova Xədicət Ömərovnanın nümayəndəsi X10 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-546/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-3200/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3200/2020
20.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver