Məhkəmə qərarları › İş №2(103)-3200/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3200/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3200/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma (boşaldılması) və mənzilin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 saylı işi üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "Simpatiya-S” MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən 12 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 saylı işi üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 1 ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, 12 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək,Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 109/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir.Sonradan icraat zamanı Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən məhkəməyə vəsatət ünvanlanaraq, xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti vermək üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edildiyini bildirmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixində Cavabdeh2 apellyasiya şikayətinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 qarşı tərəfin apellyasiya şikayəti verməkdə məqsədinin işi uzatmaq olduğunu bildirmiş,prosessual əsaslar olduğu təqdirdə işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Simpatiya-S” MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 384.0.6-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məcəllənin 402.2.5-ci maddəsinə əsasən, Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qərardadından kassasiya şikayəti verilə bilər. Kollegiya hesab edir ki, iş üzrə Cavabdeh2 şikayətinin məzmun tələblərinə riayət edilməsinə (mümkünlüyünə) səlahiyyət həddində qiymət verilməsi üçün Cavabdeh1 apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3200/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Cavabdeh2 apellyasiya şikayətinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar