Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3212/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı "xxxxxxxxx" ASC-nin vəkili Vəkil1 iştirakı ilə İddiaçı "xxxxxxxxx" ASC (əvvəlki adı “xxxxxx” İKB ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı nümayəndəlik xərcələri məqsədilə bankın kassasından götürülmüş və hesabatı verilməmiş pul vəsaitlərinin tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-18/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxxxxxxx" ASC (əvvəlki adı “xxxxxx” İKB ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “nümayəndəlik xərcələri məqsədilə bankın kassasından götürülmüş və hesabatı verilməmiş pul vəsaitlərinin tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-18/2020 saylı qərardadı ilə mülki işin baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə dair Cavabdeh2 vəsatəti təmin edilməmişdir. Cavabdeh2 həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və vəsatətinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iş üzrə cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, şikayətin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının vəkilini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinin başqa məhkəmədə baxılmasına yol verilmir. İddia ərizəsi məhkəmə aidiyyatı qaydalarına uyğun şəkildə olaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki,iş üzrə aidiyyat qaydaları pozulmadığından, Cavabdeh2 işin ərazi aidiyyatı üzrə göndərilməsi tələbinə dair vəsatəti əsassız olduğuna görə təmin etməməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3212/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3212/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver