Məhkəmə qərarları › İş №2(103)-3218/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3218/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3218/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “xxxxxxxx (Azərbaycan)” ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri (vəkilləri) X2 iştirakı ilə “xxxxxxxx (Azərbaycan)” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi və müqavilələrin ləğv olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bank) Cavabdeh1 vəCavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2016-cı il tarixinə 18864-1-10087/1 saylı xx.xx.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi" üzrə banka borclu olduğu 677 537,46 ABŞ dolları əsas, 51 760,13 ABŞ dolları faiz və 20 068,00 ABŞ dolları cərimə borcunun, yəni cəmi 740 374,50 ABŞ dolları borcun; 18864-1-10087/3 saylı xx.xx.2014-cü il tarixli “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə banka borclu olduğu 800 000 ABŞ dolları əsas, 63 055,56 ABŞ dolları faiz, 29 568 ABŞ dolları cərimə borcunun, yəni cəmi 892 623,56 ABŞ dolları borcun; 18864-1-10087/4 saylı xx.xx.2015-ci il tarixli “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə banka borclu olduğu 246 000 ABŞ dolları məbləğində əsas, 22 037,44 ABŞ dolları faiz və 318 510 ABŞ dolları cərimə borcunun, yəni cəmi 5 865 447,44 ABŞ dolları borcun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq banka ödənilməsi; tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 45,7 kv.m. ümumi, 96.3 kv.m. yaşayış, 399.4 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 3 mərtəbəli 5 saylı fərdi yaşayış evinə və torpaq sahəsinə ilkin satış qiyməti 1 031 550 manat olmaqla yönəldilməsi, tələbin Cavabdeh2 məxsus ünvan 2ndə 0,07879 ha torpaq sahəsində yerləşən 156,6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 122,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 1 mərtəbəli 67 saylı fərdi yaşayış evinə torpaq sahəsinə ilkin satış qiyməti 125 000 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmeti olan göstərilən fərdi yaşayış evlərinin məcburi qaydada boşaldılması; 118864-1- 10087 saylı xx.xx.2013-cü il tarixli “Baş kredit razılaşması”nın, 118864-1-10087/3 saylı xx.xx.2014-cü il tarixli və 118864-1-10087/4 saylı xx.xx.2015-ci il tarixli “Bərpa olunan kredit xətti müqavilələri”nin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli 118864-1-10087/1 saylı “kommersiya krediti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə kimi 677 537,46 ABŞ dolları əsas, 51 769,13 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla cəmi 729 506,59 ABŞ dolları borcun; xx.xx.2014-cü il tarixli 118864-1-10087/3 saylı “bərpa olunan kredit xətti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə kimi 8125,31 ABŞ dolları əsas, 970,52 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9395,83 ABŞ dolları borcun; xx.xx.2015-ci il tarixli 118864-1-10087/4 saylı “bərpa olunan kredit xətti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə kimi 245 880,00 ABŞ ABŞ dolları əsas, 22.037,44 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 268 417,44 ABŞ dolları borcun, ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 1 007 319,86 (bir milyon yeddi min üç yüz on doqquz ABŞ dolları 86 sent) ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla), ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutuma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manatın tutularaq “xxxxxxxx” (Azərbaycan) ASC-nə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngədə 0.06 ha torpaq sahəsində yerləşən 45.7 kv.m. ümumi, 96.3 kv.m. yaşayış, 399.4 kv.m yardımçı sahədən ibarət 4 otaqla 3 mərtəbəli 5 saylı fərdi yaşayış evinə və torpaq sahəsinə (ilkin satış qiyməti 1 100 000 (bir milyon yüz min) manat qiymətləndirilməklə), ünvan 2 ünvanında 0.07879 ha torpaq sahəsində yerləşən 156.5 kv.m ümumi, 34.1 kv.m yaşayış, 122.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 1 mərtəbəli 67 saylı fərdi yaşayış evinə və torpaq sahəsinə (ilkin satış qiyməti 170.000 (yüz yetmiş min) manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakların satışından artıq qalan vəsaitin ipotekaqoyana qaytarılması, 118864-1-10087 saylı xx.xx.2013-cü il tarixli “Baş kredit razılaşmasının, 118864-1-10087/3 saylı xx.xx.2014-cü il tarixli və 118864-1-10087/4 saylı xx.xx.2015-ci il tarixli “Bərpa olunan kredit xətti müqavilələri”nin ləğv olunması qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin xx.xx.2014-cü il tarixli 118864-1-10087/3 saylı “bərpa olunan kredit xətti müqaviləsi” üzrə borcun məbləğinin ekspert tərəfindən düzgün hesablanmadığını nəzərə almadığı, cərimə borclarını tənasübsüz şəkildə azaltdığı, gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehlərin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmiş, bununla belə xx.xx.2020-ci il tarixdə keçirilən iclasda onlar barışıq sazişi təqdim edərək onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini istəmişlər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişinin şərtlərinə görə: “2. “Kredit alan” və ”Zamin”in “Bank”a müştərək qaydada olan borcu “Bank” ilə “Kredit alan” Cavabdeh1 arasında bağlanmış: - xx.xx.2013-cü il tarixli 118864-1-10087/1 saylı “Kommersiya krediti müqaviləsi” üzrə 677.537,46 ABŞ dolları məbləğində əsas borc, 51.769,13 ABŞ dolları məbləğində faiz borcu və 20.068,00 ABŞ dolları cərimə olmaqla, cəmi 749.374,59 (yeddi yüz qırx doqquz min üç yüz yetmiş dörd dollar 59 sent) ABŞ dolları məbləğində; - xx.xx.2014-cü il tarixli 118864-1-10087/3 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə 800.000,00 ABŞ dolları məbləğində əsas borc, 63.055,56 ABŞ dolları məbləğində faiz borcu və 29.568,00 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 892.623,56 (səkkiz yüz doxsan iki min altı yüz iyirmi üç dollar 56 sent) ABŞ dolları məbləğində; - xx.xx.2015 ci il tarixli 118864-1-10087/4 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə 246.000,00 ABŞ dolları məbləğində əsas borc, 22.033,91 ABŞ dolları məbləğində faiz borcu və 318.510,00 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 586.543,91 (beş yüz səksən altı min beş yüz qırx üç dollar 91 sent) ABŞ dolları məbləğində olmaqla, ümumilikdə 2.228.542,06 (iki milyon iki yüz iyirmi səkkiz min beş yüz qırx iki dollar 06 sent) ABŞ dolları məbləğində müəyyən edilir. 3. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən kredit müqavilələri üzrə “Borclular”ın Banka olan cəmi 2.228.542,06 (iki milyon iki yüz iyirmi səkkiz min beş yüz qırx iki dollar 06 sent) ABŞ dolları borc məbləğindən həmin kredit müqavilələri üzrə “Borclular”ın Banka olan cərimə üzrə borclarının məbləğləri çıxıldıqdan sonra qalan 1.860.396,06 (bir milyon səkkiz yüz altmış min üç yüz doxsan altı dollar 06 sent) ABŞ dolları məbləğində borcları 1 ABŞ dolları = 1.70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 3.162.673,30 (üç milyon bir yüz altmış iki min altı yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində müəyyən olunur və bu məbləğə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. Həmin borc məbləğinin 1.900.000,00 (bir milyon doqquz yüz min) manat məbləğində olan hissəsinin 500.000,00 (beş yüz min) manatı (300.000,00 (üç yüz min) manat Barışı Sazişi imzalandıqdan dərhal sonra, qalan 200.000,00 (iki yüz min) manatı isə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq olunduqdan sonra 30 (otuz) gün ərzində) “Borclular” tərəfindən müştərək qaydada ödənilir və bu saziş qüvvəyə mindikdən sonra 30 (otuz) gün ərzində həmin ödəniş borc məbləğindən silinir, qalan hissəsi isə Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş qrafikə uyğun olaraq 8 (səkkiz) ay müddətində hər təqvim ayının 25-dən gec olmayaraq 175.000,00 (bir yüz yetmiş beş min) manata bölünmüş hissələrlə “Borclular” tərəfindən müştərək qaydada ödənilir. Bununla da, “Borclular”ın Bank qarşısında olan öhdəlikləri tam icra olunmuş hesab olunur, Bank tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və Bank qarşısında yüklü edilmiş ipoteka predmetləri yüklülükdən azad olunur. 3.2 Qrafik: 1 175.000,00 5 175.000,00 2 175.000,00 6 175.000,00 3 175.000,00 7 175.000,00 4 175.000,00 8 175.000,00

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə, aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada 3.162.673,30 (üç milyon bir yüz altmış iki min altı yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində olan borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur.4.2 Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan tutulmalı olan borc Bank qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 495.7 kv.m, ümumi, 96.3 kv.m yaşayış, 399.4 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 3 mərtəbəli 5 saylı fərdi yaşayış evinə, onun tərkibinə (həyətyanı tikiliyə və qurğularına) və torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 718.000,00 (yeddi yüz on səkkiz min) manat məbləğində müəyyən edilməklə), xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 qızına məxsus olan ünvan 3 ünvanında yerləşən 0.07879 ha torpaq sahəsində yerləşən 156.5 kv.m ümumi, 34.1 kv.m yaşayış, 122.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 1 mərtəbəli 67 saylı fərdi yaşayış evinə, onun tərkibinə (həyətyanı tikiliyə və qurğularına) və torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 123.000,00 (bir yüz iyirmi üç min) manat məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlaklar açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın “Bank”a olan borcunun qalığının bağlanmasına yönəldilir, qalan hissəsi isə “ipoteka qoyan”a qaytarılır. 4.4.İpoteka predmetinin satışından əldə olunan vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun qalığının ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “kredit alan” və “zamin”ə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan borcunun ödənilməsinə yönəldilir.5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində göstərilən daşınar və daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir.6. Tərəflər öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədinə müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir”. Kollegiya izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin (səlahiyyətli nümayəndələrinin) imzaladıqları barışıq sazişi təsdiq olunaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, ekspertiza xərcləri Cavabdeh1 alınıb müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə ondan bankın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

“xxxxxxxx (Azərbaycan)” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi və müqavilələrin ləğv olunması” tələblərinə dair mülki iş üzrə tərəflərarasında bağlanmış“2. “Kredit alan” və ”Zamin”in “Bank”a müştərək qaydada olan borcu “Bank” ilə “Kredit alan” Cavabdeh1 arasında bağlanmış: - xx.xx.2013-cü il tarixli 118864-1-10087/1 saylı “Kommersiya krediti müqaviləsi” üzrə 677.537,46 ABŞ dolları məbləğində əsas borc, 51.769,13 ABŞ dolları məbləğində faiz borcu və 20.068,00 ABŞ dolları cərimə olmaqla, cəmi 749.374,59 (yeddi yüz qırx doqquz min üç yüz yetmiş dörd dollar 59 sent) ABŞ dolları məbləğində; xx.xx.2014-cü il tarixli 118864-1-10087/3 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə 800.000,00 ABŞ dolları məbləğində əsas borc, 63.055,56 ABŞ dolları məbləğində faiz borcu və 29.568,00 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 892.623,56 (səkkiz yüz doxsan iki min altı yüz iyirmi üç dollar 56 sent) ABŞ dolları məbləğində; - xx.xx.2015 ci il tarixli 118864-1-10087/4 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə 246.000,00 ABŞ dolları məbləğində əsas borc, 22.033,91 ABŞ dolları məbləğində faiz borcu və 318.510,00 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 586.543,91 (beş yüz səksən altı min beş yüz qırx üç dollar 91 sent) ABŞ dolları məbləğində olmaqla, ümumilikdə 2.228.542,06 (iki milyon iki yüz iyirmi səkkiz min beş yüz qırx iki dollar 06 sent) ABŞ dolları məbləğində müəyyən edilir. 3. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən kredit müqavilələri üzrə “Borclular”ın Banka olan cəmi 2.228.542,06 (iki milyon iki yüz iyirmi səkkiz min beş yüz qırx iki dollar 06 sent) ABŞ dolları borc məbləğindən həmin kredit müqavilələri üzrə “Borclular”ın Banka olan cərimə üzrə borclarının məbləğləri çıxıldıqdan sonra qalan 1.860.396,06 (bir milyon səkkiz yüz altmış min üç yüz doxsan altı dollar 06 sent) ABŞ dolları məbləğində borcları 1 ABŞ dolları = 1.70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 3.162.673,30 (üç milyon bir yüz altmış iki min altı yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində müəyyən olunur və bu məbləğə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. Həmin borc məbləğinin 1.900.000,00 (bir milyon doqquz yüz min) manat məbləğində olan hissəsinin 500.000,00 (beş yüz min) manatı (300.000,00 (üç yüz min) manat Barışı Sazişi imzalandıqdan dərhal sonra, qalan 200.000,00 (iki yüz min) manatı isə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq olunduqdan sonra 30 (otuz) gün ərzində) “Borclular” tərəfindən müştərək qaydada ödənilir və bu saziş qüvvəyə mindikdən sonra 30 (otuz) gün ərzində həmin ödəniş borc məbləğindən silinir, qalan hissəsi isə Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş qrafikə uyğun olaraq 8 (səkkiz) ay müddətində hər təqvim ayının 25dən gec olmayaraq 175.000,00 (bir yüz yetmiş beş min) manata bölünmüş hissələrlə “Borclular” tərəfindən müştərək qaydada ödənilir. Bununla da, “Borclular”ın Bank qarşısında olan öhdəlikləri tam icra olunmuş hesab olunur, Bank tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və Bank qarşısında yüklü edilmiş ipoteka predmetləri yüklülükdən azad olunur. 3.2 Qrafik:

1 175.000,00 5 175.000,00

2 175.000,00 6 175.000,00

3 175.000,00 7 175.000,00

4 175.000,00 8 175.000,00

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə, aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada 3.162.673,30 (üç milyon bir yüz altmış iki min altı yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində olan borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur.4.2 Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan tutulmalı olan borc Bank qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 495.7 kv.m, ümumi, 96.3 kv.m yaşayış, 399.4 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 3 mərtəbəli 5 saylı fərdi yaşayış evinə, onun tərkibinə (həyətyanı tikiliyə və qurğularına) və torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 718.000,00 (yeddi yüz on səkkiz min) manat məbləğində müəyyən edilməklə), xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 qızına məxsus olan ünvan 3 ünvanında yerləşən 0.07879 ha torpaq sahəsində yerləşən 156.5 kv.m ümumi, 34.1 kv.m yaşayış, 122.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 1 mərtəbəli 67 saylı fərdi yaşayış evinə, onun tərkibinə (həyətyanı tikiliyə və qurğularına) və torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 123.000,00 (bir yüz iyirmi üç min) manat məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlaklar açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın “Bank”a olan borcunun qalığının bağlanmasına yönəldilir, qalan hissəsi isə “ipoteka qoyan”a qaytarılır. 4.4.İpoteka predmetinin satışından əldə olunan vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun qalığının ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “kredit alan” və “zamin”ə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan borcunun ödənilməsinə yönəldilir.5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində göstərilən daşınar və daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir.6. Tərəflər öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədinə müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir” məzmunlu barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-25/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək həmin mülki işin icraatına xitam verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 445 (dörd yüz qırx beş) manat Cavabdeh1tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15,40 (on beş manat 40 qəpik) manat isə ondan alınaraq “xxxxxxxx (Azərbaycan)” ASC-nə ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar