Məhkəmə qərarları › İş №2(103)-3218/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3218/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3218/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4051/2022 saylı, 22 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4051/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2014-cü il tarixli əsas kredit müqaviləsi və 05 mart 2014-cü il tarixli əlavə kredit müqaviləsinin ləğv edilməsi, 40547,13 (qırx min beş yüz qırx yeddi manat on üç qəpik) manat məbləğində əsas borc, 2938,75 (iki min doqquz yüz otuz səkkiz manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu, 31,51 (otuz bir manat əlli bir qəpik) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 43517,39 (qırx üç min beş yüz on yeddi manat otuz doqquz qəpik) manat məbləğində kredit borcunun, 231 (iki yüz otuz bir) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, 15 (on beş) manat daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilməsi, tələb kimi Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,02098 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 0,02098 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat məbləğində olmaqla, mənzilin açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 43517,39 (qırx üç min beş yüz on yeddi manat otuz doqquz qəpik) manat məbləğində kredit borcu, 231 (iki yüz otuz bir) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, 15 (on beş) manat daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının əvəzi İddiaçı ASC-ə ödənilməsi, Borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğ Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən 0,02098 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh öz əşyaları ilə birlikdə həmin mənzildən və torpaq sahəsindən çıxarılması və mənzilin və torpaq sahəsinin boşaldılması qərara alınmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4051/2022 nömrəli 22 fevral 2023-cü il tarixli qərardadı ilə Cavabdeh prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmiş,Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4051/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnaməni aldığı ərəfələrdə səhhətində çox ciddi problemlər olmuşdur. Həmin problemlər barədə müddətin bərpasına dair ərizəsində də qeyd etmişdir. Həmçinin xəstəliyi barədə tibbi arayışı da ərizəyə əlavə etmişdir. Lakin bütün bunlara baxmayaraq, Xətai Rayon Məhkəməsi onun müddətin bərpası barədə ərizəsini əsassız hesab etmişdir. Məhkəmənin cavabdehin müalicə müddətinin qətnamənin alındığı vaxtdan sonrakı dövrü əhatə etməsinin iş materialları ilə sübut olunmaması nəticəsinə gəlməsi işin hallarına uyğun deyildir. Çünki əziyyət çəkdiyi “Arterial hiertoniya, Serebrovaskulyar distoniya, asteno-nevrotok sindrom, koronar yetməməzlik” xəstəlikləri elə xəstəlikdir ki, onlar uzun müddət ərzində yaranır və xroniki olaraq davam edir. Bu isə o deməkdir ki, məhkəməyə təqdim etdiyi tibbi arayış onun qətnaməni aldığı ərəfələrdə qeyd olunan xəstəliklərdən əziyyət çəkdiyini təsdiq edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4051/2022 saylı, 17 mart 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, qətnamə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən məhkəmə qəbzinə imza etməklə alınmışdır. Apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İşdə olan “X2” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər etibarlı olan arayışın surətindən görünür ki, Cavabdeh halhazırda X1 “Arterial hipertoniya, Serebrovaskulyar distoniya, asteno-nevrotik sindrom, koronar yetməməzlik” diaqnozu ilə müalicə alır, xronik xəstədir, periodik müalicə kurslarını zəruri məsləhətlərlə etina etmədiyindən, natamam keçmişdir. Göstərilənlərə əsasən, məhkəmənin qeyd edilən qətnaməsi Cavabdeh xx.xx.2022-ci il tarixdə götürmüşdür, lakin onun müalicə müddətinin qətnamənin alındığı vaxtdan sonrakı dövrü əhatə etməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən ötürülmüş hesab edilə bilməz. Buna görə də cavabdeh qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İşdən görünür ki, cavabdeh qətnaməni xx.xx.2022-ci il tarixində rəsmi qaydada əldə etmiş, xx.xx.2023-cü il tarixində isə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin etməyib apellyasiya şikayətini qaytarmaqla birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir və qərardad cavabdeh tərəfin formal mülahizələrinə görə ləğv edilə bilməz. Çünki, qətnamə xx.xx.2022-ci ildə məhkəmə qəbzinə(bax.i.v.131) imza edilməklə Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizəsinə əlavə edilmiş sənədlərdən Cavabdeh hal-hazırda X1 “Arterial hipertoniya Serebrovaskulyar distoniya, asteno-nevrotik sindrom, koronar yetməməzlik” diaqnozu ilə müalicə aldığı qeyd edilsə də, həmin arayış xx.xx.2023-cü il tarixində verilmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər etibarlı olmuşdur. Göründüyü kimi, Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmiş, lakin müddətin buraxılmasının üzrlü səbəbdən baş verdiyini təsdiq edən heç bir sübut əlavə etməmişdir. Şərh olunanlara əsasən, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4051/2022 saylı, 22 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4051/2022 saylı, 22 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar