Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-322/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh3, onun və digər Cavabdeh4 nümayəndəsi eyni zamanda vəkili (həmçinin Cavabdeh7 Bahadur qızının vəkili) X2, Cavabdeh1 vəkili, həmçinin maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur qızına və X5 (cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə) qarşı “torpaq sahəsindən və üzərindəki tikilidən çıxarılma” barədə iddia tələbi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5712/2019 ssaylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur qızı, eyni zamanda Cavabdeh2, habelə qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə aзэq məhkəmə iclasэnda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur qızına və X5 (cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur qızı və X3 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə edilən ünvan 2 ünvanında yerləşən sahəsi 1378.3 m2 olan tikili və onun altındakı 0.4215 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin əmlak onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bu barədə ona RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 29 mart 2019-cu il tarixli Çıxarış verilmişdir. Lakin qeyd olunan əmlakın mülkiyyətçisi olmağına baxmayaraq, hazırda həmin əmlakından maneəsiz istifadə edə bilmir. Belə ki, cavabdehlər-Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur qızı və X12 onun mülkiyyətində olan tikilini və torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə etməkdə davam edirlər. Cavabdehlərdən Cavabdeh1 vaxtilə məcburi köçkün kimi iddiaçının mülkiyyətində olan tikilinin ikinci mərtəbəsindəki bir otağa müvəqqəti yerləşdirilmiş, sonradan isə Cavabdeh1 öz qohum və yaxınlarını da qanunsuz olaraq ətrafına toplayaraq otaqları tutmuş, həmçinin torpaq sahəsi üzərində özlərinə ev, mağaza və başqa obyektlər tikərək zəbt etmişlər. Hətta Cavabdeh2 torpaq sahəsində tikdiyi evi ayrı-ayrı şəxslərə kirayə verib pul qazanmaqla əsassız gəlir əldə edir. O, dəfələrlə cavabdehlərdən mülkiyyətində olan tikilini və torpaq sahəsini boşaldaraq çıxmalarını tələb etsə də, cavabdehlər onun tələbinə əhəmiyyət verməmişlər. Bununla da cavabdehlər onun mülkiyyət hüquqlarını ən kobud formada pozmuş və pozmaqda davam edirlər. Cavabdehlərin məcburi köçkün statusunda olmaları, onların yaşayış sahəsi ilə təmin edilmə ehtiyacları indiki halda iddiaçının hüquqlarının pozulması hesabına təmin edilə bilməz. Buna görə də hazırkı mərhələdə onun pozulmuş hüququnun bərpasının yeganə üsulu kimi iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5712/2019 ssaylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 Bahadur qızı birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məcburi köçkünlərin (onların) neçənci ildən həmin ərazidə məskunlaşmalarını, orada məskunlaşarkən Təmir tikinti idarəsinin dövlətə məxsus olmasını, yaşadıqları evlərin 1999cu ildən öz vəsaitləri hesabına tikilməsini, bu evləri tikərkən idarənin rəhbərliyi eləcə də digər inzibati orqanlar tərəfindən heç bir etiraz edilmədiyini, məcburi köçkünlərin 1997- 1998-ci illərdən məskunlaşaraq yaşadıqları evlərinin yerləşdiyi, yüklü olan torpaq sahələrinin qanunsuz olaraq özəlləşdirilməsini araşdırmamış, onların yaşadıqları evlərə mülkiyyət hüquqları olmasa da əmlak hüquqlarının olmasını nəzərə almamış, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1- küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binası və idarənin yerləşdiyi 22198.7 kv.m torpaq sahəsinin hansı qaydada özəlləşdirilməsi barədə sənədlərin Əmlak Komtəsindən alınmasından belə imtina etmişdir. Həmçinin qətnamədən Cavabdeh2 da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbində göstərilən əraziyə aid olmayan ev üzrə qətnamə qəbul etmişdir. Belə ki, o, iş üzrə mübahisəli əmlakda deyil, həmin əmlakın qonşuluğunda və ondan aralıda yerləşən ünvan 3 ünvanında yaşayır. Yaşadığı həmin ev qohumu Maraqlı şəxs məxsusdur. Belə ki, yaşadıqları 3 otaqlı evi Maraqlı şəxs hələ 2001-ci ildə öz vəsaiti hesabına tikdirmişdir. Binəqədi Rayon Məhkəməsinin 2-1484/2005 saylı, 27 iyun 2005-ci il tarixli qətnaməsi ilə bu evə Maraqlı şəxs yaşayış hüquqları tanınmış və o, həmin ünvana qeydiyyata götürülmüşdür. Eyni zamanda, BRİH-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi yaşadıqları 3 otaqlı evi Maraqlı şəxs evin planını da təsdiq edərək vermişdir. Onlar Laçın rayonundan məcburi köçkün düşəndən şəraitləri pis olduğu üçün Maraqlı şəxs qohum kimi ailəsi ilə qeyd olunan evində müvəqqəti yaşamaqlarına icazə vermişdir. O, buna dair müvafiq orqanlara rəsmi ərizə də təqdim etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən faktiki yaşadığı əmlaka dair hər hansı hüquqa malik olmasını təsdiq edə biləcək hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş və o, bu əmlaka dair subyektiv hüquqa malik olmamışdır. Hesab edir ki, əgər məhkəmə tərəfindən yerində baxış keçirilsə idi, bu halda onun iş üzrə mübahisəli əmlaka aidiyyatı olmayan əmlakda yaşadığını müəyyən edər və düzgün olmayan nəticəyə də gəlinməzdi. Həmçinin qətnamədən qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs da apellyasiya şikayəti verərək iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları Cavabdeh2 apellyasiya şikayəti ilə eynilik təşkil etmiş, həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə araşdırma aparmaması səbəbindən qeyri-qanuni qətnamə qəbul etmiş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 Bahadur qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi nə və üçüncü şəxs İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2021-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh4 və Cavabdeh7 Bahadur qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi üzrə yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2021-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və digər Cavabdeh4 nümayəndəsi eyni zamanda vəkili (həmçinin Cavabdeh7 Bahadur qızının vəkili) X13 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili, həmçinin maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X14 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X8 ayrı-ayırılıqda apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Hazırki halda apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını bütövlükdə yoxlayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışın lazımı qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 22 nömrəli reyestr kitabının 2142 nömrəli vərəqində 29 mart 2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-yi MAPS şöbəsindən verilmiş 25 iyun 2019-cu il tarixli arayışlardan görünür ki, Cavabdeh1 Laçın şəhəri, M.Əzizbəyov küçəsi, ev 110-da, Cavabdeh2 Laçın rayonu, Fətəlipəyə Ərazi Dairəsi, Ağanus kəndində, Cavabdeh3 Ağdam rayonu, Təzəkənd kəndində, Cavabdeh4 Laçın rayonu, Bülüldüz kəndində, Quliyeva X6 rayonu, Divanallar kəndində və Cavabdeh6 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə görə, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X7 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. «Qayda»nın 5-ci bəndinə əsasən məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X7 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında aşağıdakılar göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır; Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz; Hazırkı işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyə əsasən, bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin 01 iyul 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir” ... ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətindən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Qeyd olunanlar ona dəlalət edir ki, qaçqınların sosial problemləri, ayrı-ayrı fərdlərin hüquqlarının məhdudlaşdırılması hesabına həll edilə bilməz”. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, ünvan 2 saylı əmlak kompleksi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarış əsasında İddiaçı məxsusdur. İddiaçı əmlakının kənar şəxslər – məcburi köçkün düşmüş cavabdehlər tərəfindən onun iradəsinə zidd zəbt edildiyi faktını aşkar etmiş, cavabdehlərdən əmlakı tərk etməyi tələb etsə də, hal-hazıradək cavabdehlər mübahisəli əmlakda yaşamaqdadırlar. Göründüyü kimi mübahisəli ev iddiaçının xüsusi mülkiyyətində olmaqla cavabdehlərin qanunsuz sahibliyindədir və cavabdehlər uzun müddətdir ki iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur. Həmçinin hazırkı işdə cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılması onların dövlət tərəfindən mənzillə təmin olunub-olunmamasından asılı vəziyyətə qoyula bilməz. Ona görə də, iddia əsaslıdır. Belə olan halda, iddianı təmin etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 Bahadur qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehlər öz vəsaitləri hesabına ev tikilməsini, eləcə də iddiaçının qanunsuz özəlləşdirmə etməsini göstərsələr də bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmiş, hətta özbaşına tikililər mövcud olsa idi belə bu hal cavabdehlərin iddiaçıya məxsus əmalkdan çıxarılmaması üçün əsas deyildir. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 22 nömrəli reyestr kitabının 2142 nömrəli vərəqində 29 mart 2019-cu il tarixdə qeydə alınmışdır ki, hazırda bu barədə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarış qüvvədə olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası Cavabdeh2, habelə qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiya şikayətlərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında Cavabdeh2 ünvan 3 ünvanında yaşaması barədə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin Cavabdeh2 iddiaçıya məxsus əmlakda müəyyən müddət ərzində yaşamaması halında belə iddia tələbinin ona münasibətdə rədd edilməsi üçün əsas deyil, belə ki, həmin halın mövcud olması belə qətnamənin icra mərhələsinə aiddir. Digər tərəfdən qeyd olunanlara əsasən - hazırki qətnamə ilə Cavabdeh2 iddiaçıya məxsus əmlakdan çıxarılması barədə qətnamənin mövcudluğu Maraqlı şəxs mülkiyyət hüquqlarının pozulmasına əsas yaratmır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər və qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə həmin şəxslərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur qızı, eyni zamanda Cavabdeh2, habelə qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5712/2019 ssaylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün cavabdehlər və qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu həmin şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-322/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-322/2021
03.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver