Məhkəmə qərarları › İş №2(103)-322/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-322/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-322/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənzilə çəkilmiş xərclərə görə pul tələbi) İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə İddiaçı qarşı iş üzrə (Açar sözlər: pul tələbi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil2, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun və digər Cavabdeh2 Vəkil1 və Cavabdeh1 vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə çəkilmiş xərclərə görə pul tələbinə dair” ilk iddiası ilə bağlı mülki iş üzrə, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-567/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:

1. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qızları X3 əri olmuş, onlar rəsmi nikah münasibətlərində olmaqla ailəli olmuşlar.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-5377/2017 nömrəli qətnaməsinə əsasən, X7 ilə İddiaçı Ramız oğlu arasında xx.xx.2014-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akı qeydləri kitabında 264 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdu.

3. Hazırda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdın 18.523 manat məbləğində maddi ziyan, 5000 manat mənəvi ziyan tələb edir, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 12.570 manat və 6.500 ABŞ dolları məbləğini, 10.000 manat mənəvi ziyan tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə çəkilmiş xərclərə görə pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 18.523 manat məbləğində maddi ziyanın, 5000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehlərin qızı X7 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikaha daxil olduqdan sonra ailəsinə məxsus olan evdə yaşamağa başlamışlar. Həmin ərəfələrdə maddi imkanı bir qədər yaxşı idi. Qayınanası (eyni zamanda doğma xalasıdır) Cavabdeh1 bunu bildiyindən ona məsləhət görmüşdür ki, onun faktiki yaşadığı ünvan 1 ünvanında ona məxsus torpaq sahəsində yaşayış üçün ev tikdirsin və gələcəkdə həmin evi satmaqla və ya hər hansı bir formada dəyərləndirməklə gəlir əldə edər. Həmin ərəfiərdə maddi durumumun yaxşı olduğu üçün onun fikrinə etiraz etməmişdir. Həmin torpaq sahəsində bir neçə ev tikdirməyə başlamışdır. ünvan 1 ünvanında yerləşən torpaq sahəsində ümumi olaraq 170 kv.m-lik sahəsi olan yaşayış evi tikdirmişdir. Cavabdehlərin özünə məxsus olan digər yaşayış evinin təxminən 150 kv.m yaxın hissəsini isə əsaslı şəkildə təmir etdirmişdir. Buna səbəb isə o idi ki, cavabdehlər həmin yaşayış evini kirayə verirdi. Bununla da kirayə haqqını artırırdı. Onun çəkdiyi xərci isə kirayə haqqından ona qaytarmalı idi. Bü cür razılaşmaya səbəb isə onların qohumluq münasibətlərindən irəli gəlirdi. Daha sonra həyat yoldaşı X7 ilə aralarında olan münasibətlər pisləşməyə başladı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5377/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə X7 ilə aralarında olan nikah pozulmuşdur. Aralarında olan münasibətlər pisləşdiyindən cavabdehlər onu onun torpaq sahəsində tikdirdiyi yaşayış evinə buraxmadılar. Cvabdehlərlə şifahi olaraq razılıq əldə etmək üçün müraciət edərək çəkilmiş xərclərin ödənilməsini xahiş etmiş, lakin heç bir formada müsbət nəticə əldə edə bilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazi plana düşmüş və evin 1 kv.m- nin dəyəri isə 1200-1500 manat civarındadır. O, həmin yaşayış evlərini əsaslı olaraq yüksək səviyyədə tikdirib, təmir elətdirmişdir. Cavabdeh isə onun ümumi 280 kv.m sahəsi olan tikdirdiyi yaşayış evinin plana düşməsindən istifadə edərək əsassız şəkildə gəlir əldə etmək niyyətinə düşmüşdür. Mövcud torpaq sahəsində tikilmiş yaşayış evinin hazırkı vəziyyətə gətirilməsi üçün aşağıda adları sadalanan avadanlıqlardan istifadə olunmaqla göstərilən xərclər çəkilmişdir: 280 kv.m-lik tikinti üçün 3800 ədəd mişar daşı (3800x0,35 m=1330 manat), hörgüsü üçün 3 zil maşını qum (3x160 m=420 manat), 60 kisə sement (60 x 6 m=360 manat), 650 ədəd kərpic (650x0.50 m=325 manat), usta və fəhlə (tikən) haqqı (1 m2x3 azn: 280 kv.m x 3=840 m), maşın fəhlə (maqazin) (200 AZN); 420 kv.m-lik mala suvaq işləri üçün Suvaq üçün 3 zil maşını qum, (2x160m=480AZN), 70 kisə sement (70x6m=420 AZN), Usta və fəhlə xidmətləri üçün (420 kv.m x 3 AZN= 1260 AZN), 240 kv.m şpatlovka üçün 30 kisə şpatlovka (30 x 7=210 AZN), usta və fəhlə xidmətləri 1kv.m x 3 azn, 240x 3 =720AZN) 16 kv.m-lik Pol-laminat üçün çəkilən xərclər Laminat (20 kv.m x 17=340 AZN), usta və fəhlə xidmətləri (20 kv.m x 8 azn= 160 AZN), 120 kv.m-lik pol-taxta üçün çəkilən xərclər 3 kub pol üçün taxta (3 kub x 330 manat= 990 AZN), 1,5 kub pol altı üçün mil taxta (1,5 m3 x 330 azn = 495 AZN), 30 kq mismar (30 kq x 2 azn =60AZN), usta və fəhlə xərcləri üçün 120 kv x 8 azn= 960 AZN), 232 kv.m dam örtüyü üçün çəkilən xərclər 70 ədəd şifer (70 ədəd x 9 azn=630 AZN), 120 ədəd dəmir şifer (120 x 18 azn= 2160 AZN), 10 x 2,5 sm ölçüdə reyka şiferaltı üçün (2 kub x 330 azn = 660 AZN), mil şifer altı (2,5 kub x 330 azn= 825 AZN), 50 metr konyak (50 metr x 2 azn =100 azn),65 metr navalça (65m metr x 2 azn=130 AZN), 30 metr boru (30 metr x 2azn= 60 AZN), 20 kq mismar, şrup (20 kq x 2 azn = 40AZN), maşın fəhlə xərcləri (230 AZN), usta və fəhlə xərcləri üçün 232 kv.m x 8 azn = 1856 AZN, Alçipan üçün çəkilən xərclər 80 ədəd alçipan (80 ədəd x 10,5 azn =840 AZN), 8 rulon steklovat ( 8 x 19 azn =152 AZN), 20 kq şrup (20 kq x2 azn=40 AZN), maşın fəhlə (240 AZN), Profil və aksesuarı (750 AZN), 1 ədəd 2 m x 1 m ölçüdə pəncərə (240 azn).

6. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 12.570 manat və 6.500 ABŞ dolları məbləğinin, 10.000 manat mənəvi ziyanın alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia tələbini onunla əsaslandırılmışlar ki, xx.xx.2014-cü ildə mülki iş üzrə İddiaçı Əsmər Əliyeva ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarından iki övladları anadan olub. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5377/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı doğma bacısı oğlu olduğu üçün milli mentalitet və qohumluq münasibətlərinin qorunub saxlanılması üçün onun vurduğu maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməmişdir. Lakin iddiaçı zənn edirdi ki, onun barədə məhkəməyə müraciət edərək onlara vurduğu maddi və mənəvi ziyanı tələb edəcəklər. O, bundan qorxaraq onları qabaqlayaraq məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı bacısına hörmət qoyaraq bu günə kimi məhkəməyə müraciət etməmişdir. Hazırda iddiaçı ona və həyat yoldaşına şər və böhtanlar ataraq əsassız olaraq maddi və mənəvi ziyan tələb edirlər. Qızına cehiz əşyaları kimi 1.500 manat dəyərində kondisioner (1 əd), 2. Almanya istehsalı iki ədəd avropa qapıları (hər biri 500 manat olmaqla 1000 manat), 3. Beko markalı qabyuyan-300 manat, 4. 4 gözlü qaz plitəsi-470 manat, 5. generator 1 ədəd - 300 manat. Hətta qızı gəlin köçəndə həyat yoldaşı Bank of Baku-dan 4.000 ABŞ dolları, yeznəsinin adına - X2 2.500 ABŞ dolları, o özü isə Accsess Bank-dan 7.000 manat kreditə pul götürmüşdür, 2.000 manat dəyərində Əmrah Bank-dan soyuducu götürmüşdür. Bu əşyaların ümumi dəyəri 12.570 manat, 6.500 ABŞ dolları təşkil edir. Dəfələrlə iddiaçıdan əşyaları geri tələb etsə də, iddiaçı nə əşyaları nə də onun dəyərini onlara könüllü şəkildə ödəməkdən imtina edir. İddiaçı öz iddia ərizəsində heç bir hüquqi əsası olmayan əsassız iddia tələbi ilə evin təmirinə çəkilən xərcləri tələb edir. Evinin ümumi sahəsi 140 kv.m ibarətdir. İddiaçı isə şər və böhtan ataraq bildirir ki, evin sahəsi 280 kv.m ibarətdir. İddiaçı ona məxsus mənzili yüksək səviyyədə təmir etdirdiyini qeyd edir. Əslində isə onun iddiasının heç bir hüquqi əsası yoxdur.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-567/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova), ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1, Cavabdeh2 qarşı Cavabdeh1, Cavabdeh2 mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 18.523 manat məbləğində maddi ziyanın, 5.000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb İddiaçı verilmə tələbinə dair ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı 12.570 manat və 6.500 ABŞ dolları məbləğində, 10.000 manat mənəvi ziyanın qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddianın, Cavabdeh1 və Cavabdeh2 mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 18.523 manat məbləğində maddi ziyanın alınıb İddiaçı verilməsi hissəsində araşdıraraq hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı tələb etdiyi halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

10. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzini tələb etmiş, təmir işlərinin görülməsi xüsusatı mülki iş materialları ilə öz təsdiqini tapsa belə, həmin işlərin görülməsi nəticəsində malların, habelə görülən işlərin dəyərinin cavabdehlər tərəfindən iddiaçıya tam olaraq ödənilməməsi halı məhkəmə prosesində öz təsdiqini tapmamışdır.

11. Məhkəmə ilkin iddia üzrə iddiaçının təqdim etdiyi sübutlar, o cümlədən şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, dindirilmiş şahidlərin mülki iş üzrə tərəflərlə qohumluq, həmçinin tanışlıq münasibətlərinin olması, o cümlədən şahidlərin ifadələri və onların ifadələri ilə tərəflərin ifadələri arasında ziddiyətlərin olması şahid ifadələrinə istinad edilməməsinə əsas verən hal kimi qiymətləndirilir.

12. Bununla yanaşı, şahid ifadələrinin mülki işin digər sübutları ilə qiymətləndirilməli olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə şahidlərin ifadələri ilkin iddiaçının dəlili kimi istinad edilməli olan kifayət qədər mötəbər sübut hesab edilmir. Beləliklə, ilkin iddia üzrə iddiaçı görülən işlərin və istifadə edilmiş malların dəyəri, həmin işlərin və malların müqabilində hansı məbləğdə ödənişlərin aparıldığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı mənəvi zərərin tutulmasını tələb etsə də, qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, ilkin iddia mənəvi zərərin tutulmasına dair hissədə də təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı 12.570 manat və 6.500 ABŞ dolları məbləğində tutularaq qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsi tələbin hissəsində qarşılıqlı iddianı araşdıraraq belə hesab etmişdir ki, qarşılıqlı iddia qeyd edilən hissədə təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən tələb edilən 12.570 manat və 6.500 ABŞ dolları məbləğin cehiz əmlakın alınması üçün xərcləndiyi halına istinad etsə də, əşyaların mövcudluğu, o cümlədən onların dəyəri və digər səciyyələndirən xüsusiyyətləri tələb edilən əşyaların qarşılıqlı iddia üzrə iddiaçının özünə məxsus olduğu və hal-hazırda qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edilməsi üçün məhkəməyə yetərli sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qeyd edilən hissədə sübuta yetirilmədiyindən rədd edilməldir.

17. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın qarşılıqlı iddia üzrə cavabdehdən mənəvi ziyana görə 10.000 manat qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsi hissəsində araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia qeyd edilən hissədə təmin edilməməlidir.

18. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı mənəvi zərərin tutulmasını tələb etsə də, qeyrimaddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, qarşılıqlı iddia mənəvi zərərin tutulmasına dair hissədə təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, ilkin və qarşılıqlı iddialar əsassızdır. Buna görə də ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1, 21.2 və 157.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri: a) Apelyasiya şikayətinin dəlilləri

21. Qətnamədən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prossesııal huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Tərəfindən məhkəməyə kifayət qədər sübutlar təqdim olunsada və cavabdeh tərəf bu sübutları istisna edən mötəbər dəlillər təqdim etməsədə, məhkəmə yenə cavabdehin mövqeyindən çıxış edərək, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutları obyektiv qiymətləndirməmişdir. Belə ki, məhkəmə öz qətnaməsində göstərir ki, təmir işlərinin görülməsi öz təsdiqini tapır, lakin bunun əvəzinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi isə öz təsdiqini tapmır. Lakin məhkəmə mental dəyərləri nəzərə almamışdır. Belə ki, o, evli olduğu üçün həmin vaxt öz həyat yoldaşının valideynlərindən təmirə görə ödədiyi pulun geri qaytarılmasını müqavilə ilə rəsmiləşdirməyi tələb edə bilməzdi. Həmçinin qayınanası onun doğma xalası olduğu üçün ondan evli olduğu zaman xərclənmiş pulun əvəzini rəsmi müqavilə bağlamaqla tələb etməsi mümkün deyildi və mental dəyərlər baxımından heç bir məntiqlə izah oluna bilməzdi. O, mümkün olan bütün sübutları təqdim etmiş, şahid ifadələri ilə bu hallar təsdiq edilir, həmçinin şahid ifadələri ilə də təsdiq olunur ki, o, həmin evin tikilməsinə müəyyən xərc çəkmişdir. Məhkəmə işə baxılmasına formal yanaşmış, sübutları düzgün qiymətləndirməmiş, çəkişmə prinsipi qaydalarına riayət etmədən, yalnız özünün fərziyələrinə əsaslanmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

24. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

25. Məhkəmə iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun və digər Cavabdeh2 vəkili Vəkil1 və Cavabdeh1 vəkili Ələkbər-zadə Faiq Zakir oğlu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdilər.

26. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri:

27. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunmaması və həmin hissədə qətnamənin qanuniliyi və əsaslılığı təşkil edir. Qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamə mübahisələndirilmədiyindən, qətnamə həmin hissədə yoxlanılmır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

30. Maddə 21.1, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

33. Maddə 157.2-ci Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.

34. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

36. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyurr.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

45. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası tərəfləri izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası, maddi və mənəvi zərərlə bağlı ilkin iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. İşin mübahisələndirilməyən halına görə iddiaçı cavabdehlərin bacısının oğlu olmaqla, onların qızı ilə ailə qurmuş və cavabdehlərə məxsus mübahisələndirilən fərdi yaşayış evində ailəsi ilə cavabdehlərlə birlikdə yaşamış və həmin yaşayış sahəsindən istifadə etmişdir.

52. İşin mübahisələndirilməyən digər halına görə (həmçinin apelyasiya icraatı zamanı verilmiş ekspert rəyi ilə) mübahisələndirilən fərdi yaşayış evində müxtəlif vaxtlarda müəyyən təmir tikinti işləri aparılmışdır.

53. İddiaçı mübahisələndirilən fərdi yaşayış evində təmir tikinti işlərinin onun tərəfindən, öz vəsaiti əsasında aparıldığını bildirərək, bunun sübutu kimi tikinti materiallarının alınmasını təsdiq edən qaimələr və həmçinin təmir tikinti işlərinin onun tərəfindən aparılmasını təsdiq edən şahidlər təqdim etmişdir.

54. Cavabdeh mübahisələndirilən mənzilin özlərinə məxsus olması, həmin fərdi yaşayış evinin tikilməsində iddiaçının hər hansı iştirakının olmaması, iddiaçının onlarla birlikdə yaşadığı müddətdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün müxtəlif vaxtlarda təmir işləri aparılarkən, tikinti materiallarını iddiaçı alıb gətirsə də, dəyəri onlar tərəfindən ödənilmiş, iddiaçı isə təmir işlərində müəyyən köməklik etmişdir.

55. Mübahisəni həll edən birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilmiş hallarını işdəki sübutlarla əlaqəli qiymətləndirib, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmiş, iddiaçının görülən işlərin və istifadə edilmiş materialların dəyəri, həmin işlərin və materialların müqabilində hansı məbləğdə ödənişlərin aparılmasına dair məhkəməyə mötəbər sübut təqdim etməməsinə əsaslanaraq, iddianı əsassız hesab edərək təmin etməmişdir.

56. İddiaçı apelyasiya şikayətində məhkəmənin sübutları düzgün qiymətləndirmədiyini, şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsinin əsassız olmasını bildirərək qeyd edir ki, məhkəmə işə baxarkən mental dəyərləri nəzərə almayaraq, iddiaçının evli olan vaxt həyat yoldaşının valideynlərindən təmirə görə ödədiyi pulun geri qaytarılmasını müqavilə ilə rəsmiləşdirməyi tələb edə bilməməsini nəzərə almamışdır.

57. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən tələbini təsdiq edən sübutları təqdim etməməsi barədə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə işdə təqdim olunmuş sübutlara qiymət vermiş və rədd etdiyi sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmışdır.

58. Məhkəmə kollegiyası apelyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyinə münasibətdə qeyd edir ki, həmin rəydə təmir bərpa işlərinə çəkilmiş xərclərin dəyəri müəyyənləşdirilmişdir. Lakin həmin məbləğin məhz iddiaçı tərəfindən ödənilməsini təsdiq edən lazımi sübutlar təqdim edilmədiyindən, həmin xərcin iddiaçı tərəfindən çəkilməsi barədə apelyatorun dəlilləri əsaslı hesab edilmir.

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlərdən mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 18.523 manat məbləğində maddi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir.

60. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir.

62. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin ilk iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və ilk iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir.

63. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

65. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-567/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar