Məhkəmə qərarları › İş №2(103)-3221/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3221/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3221/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı, üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə ödənilmiş hərrac xərcinin geri qaytarılması tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2390/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh" MMC-dən “xxxx" MMC-nin xeyrinə 8446,88 (səkkiz min dörd yüz qırx altı) manat hərrac xərcinin və işə məhkəmədə baxılınası üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, "Cavabdeh” MMC tərəfindən 2(103)-7706/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi və Yasamal rayon İcra Şöbəsinin xx/xx-83896/17- 31854 saylı xx.xx.2017-ci il tarixli sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 468/469-cu məhəllə istifadədə olan 0,02951 ha torpaq sahəsində yerləşən, 21 nömrəli, 18 mərtəbəli binanın 9-cu mərtəbəsində olan 3 otaqlı, 33 nömrəli mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdivev küçəsi, 468/469-cu məhəllədə istifadə də olan 0,02951 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 18 mərtəbli binanın 9- cu mərtəbəsində olan 3 otaqlı, 34 nömrəli mənzilin hərracı təşkil edilmişdir. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən, 25% aşağı olan qiymətlə tələbkar “xxxx" MMC -yə 168.937 manat qiymətə təklif edilmiş və kredit təşkilatı alınması üçün hərrac təşkilatına müraciət etmişdir. "X2" MMC tərəfindən hərracın keçirilməsinə dair 35 nömrəli “Hərracın yekunları barədə protokol" tərtib olunmuş və “Cavabdeh" MMC ilə “xxxx " MMC arasında “Hərracın yekunları üzrə əmlakın alqı satqısı barədə" xx xxxx 2018-ci il tarixində müqavilə bağlanmışdır. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin 3-cü bəndinə əsasən, İpoteka predmetini əldə edən tələbkar 7 (yeddi) təqvim günü ərzində “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78 və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərcləri ödəməlidir. "xxxx" MMC müqavilə şərtlərinə uyğun olaraq hərrac xərclərini ödəyərək əmlakı əldə etmişdir. Müqavilə imzalandıqdan, hərrac xərci ödənildikdən və protokol verildikdən sonra hərrac təşkilatı ilə kredit təşkilatı arasındakı münasibətlər bitir. Lakin təcrübədə bir sıra kredit təşkilatları hərrac təşkilatından əmlakı əldə etdikdən sonra borcluya təzyiq vasitəsi kimi, (yəni ondakı əldə etdiyini, yaxın vaxtda evi boşatdıracağını və sair) istifadə edərək borcun ödənilməsinə nail olduqdan sonra (hətta ödədikləri hərrac xərclərini belə borcludan aldıqdan sonra) protokolun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun Dövlət Reyestr Xidmətində qeydiyyatını həyata keçirmirlər. Bu cür taktikanı seçən bank və bank olmayan kredit təşkilatları hərraca qarşı sonra hər hansı bir pretenziyaları olmur. Nədənsə "xxxx" MMC hərrac təşkilatını gəlir əldə etmədən onlara pulsuz xidmət üçün yaradıldığı düşüncəsinə sahibdirlər. İddiaçı imzaladığı müqavilənin şərflərini belə oxumamışdır (səh.21). Birinci instansiya məhkəməsinin icraat zamanı müəyyən olunmuşdur: Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 35 nömrəli protokoluna əsasən, X3 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzilin ilkin satış qiymətinin 130000 manat və eyni ünvanda 3 otaqlı 34 nömrəli mənzilin ilkin satış qiymətinin 135000 manat qiymətlə tələbkar "xxxx” BOKT MMC-nin mülkiyyətinə keçirilmişdir (səh.22); xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, X3 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzili və eyni ünvanda 3 otaqlı 34 nömrəli mənzili cəmi 168937,50 manata "xxxx” BOKT MMC-nə satılmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən əldə edən tələbkar 7 təqvim günü ərzində "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78 və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərcləri ödəməlidir (səh.23). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2390/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319, 385-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119-cu maddələrinə; Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 4, 42, 43-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı "xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Cavabdeh” MMC tərəfindən keçirilmiş hərraca görə ödənilmiş xərclərin geri qaytarılmasını tələb edir. Məhkəmə iş materiallarını araşdırarkən məlum olmuşdur ki, hərrac təşkilatçısı "Cavabdeh” MMC və tələbkar "xxxx” MMC arasında xx.xx.2018-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin 3-cü bəndinə əsasən çəkilən xərclərinəldə edən tələbkar tərəfindən 7 təqvim günü ərzində ödənlməli olduğu qeyd edilmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi üzrə iddiaçı ödənilmiş hərrac xərcini geri tələb etmək hüququnu itirmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı “xxxx” MMC apellyasiya şikayəti verərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixdə 2(005)-2390/2020 ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbayancan Respublikası Konstitusiyasının 60-cı maddəsinə; Azərbayancan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci, 384-cü maddələrinə; “İpoteka haqqında” Azərbayancan Respublikası Qanununun 43.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin etiraz ərizəsi ilə təqdim edilmiş horracın yekunları barədə xx.xx.2018-ci il tarixli 35 nömrəli Protokol və alqı-satqı müqaviləsi məhkəmə iclasında elan edilməmiş vo araşdırılmamışdır, yəni məhkəmə qərarını sübut qismində araşdırmadığı sənədə əsasən vermişdir. Məhkəmə Protokol və müqavilənin cavabdeh və iddiaçı tərəfindən imzalanmasını ipoteka predmetlərinin tələbkara satılması vo onun mülkiyyətinə keçməsi faktı kimi qəbul edir və bunu da öz qərarının əsaslarından biri elan edir, lakin unudur ki, icra sənədi icra məmuru tərəfindən icra edilir və bu halda Protokol icraçı tərəfindən imzalanmamışdır. Eyni zamanda icra məmurunun qətnamənin izah edilməsi üçün BAM-ə müraciət edilməsi və müvafiq qərarın qəbul edilməsi anınadək tələbkarın öz hüququnu həyata keçirə bilmədiyini nəzərə almır. Məhkəmə nəzərə almır ki, hərracın hansı şəxs tərəfindən keçiriləcəyini o zaman tələbkar və borclu müəyyən etmirdi (İpoteka haqqında Qanunun 42.1-ci maddəsi), hərracı keçirəcək şəxsi icra məmuru müəyyənləşdirirdi. Həmin qanunun 42.8-ci maddəsinə görə “Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur”, yəni mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan Protokoldur, müqavilə yox. Protokol isə icra məmuru tərəfindən imzalanmadığı və tələbkara təqdim edilmədiyi üçün iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün müraciət edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, hərracı keçirəcək orqanı icra məmurunun müəyyənləşdirdiyini, mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan protokol olduğunu, protokolun isə icra məmuru tərəfindən imzalanmadığını və tələbkara təqdim edilmədiyi üçün iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün müraciət edə bilmədiyini, həmçinin hərracın keçirilməsi üçün çəkilmiş xərclərə görə 5% məbləğin Bank tərəfindən ödənildiyini, hal-hazırda məbləği tələb etdiklərini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, Cavabdeh MMC-yə qarşı, üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 36.1, 36.3, 42.4, 43.7, 47.4; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 270.1, 309.1, 319.1-ci 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 439-441, 449, 467, 470-477, 739, 741, 743, 744; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinədair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməli, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır (qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər). Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və subutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün, əsaslar müəyyən etməyən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Qeyd edilməlidir ki, iddiaçı yekun protokol üzrə alqı-satqının mübahisələndirilməsi üzrə əsasları tələbində sərgiləsə də yekun protokol və alqı-satqı müqaviləsi mübahisələndirilməmiş, və yalnız ondan irəli gələn məsələlər müzakirəyə təqdim edilmişdir. Bununla əlaqədər diqqətə çatdırılmalıdır ki, məhkəmə tərəfindən iddia edilməyən və qanuni olmaması müəyyən edilməyən əqdlərin müzakirəsi aparıla bilməz. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2390/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar