Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3221/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları, özünün mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin üzərində ½ hissədə onun, ½ hissədə X4 mülkiyyət hüquqlarının tanındığını, xx.xx.2022-ci il tarixdə mənzilin ½ hissəsinə dair adına çıxarış verildiyini, hazırda cavabdehlərin ona aid mənzildə qanunsuz yaşadıqlarını və oradan çıxmaq istəmədiklərini, qeyd olunan qətnamə ilə cavabdehlərin mənzilə heç bir hüquqlarının olmadığının müəyyən edildiyini bildirmiş, buna görə də cavabdehlərin həmin mənzildən çıxarılmaları, onların mənzildən istifadə hüquqlarına xitam verilməsi, özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 nümayəndəsi (vəkili) vəsatət verərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, vəsatətini belə əsaslandırmışdır ki, mənzilə dair verilmiş çıxarışın ləğv olunması barədə tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir, eyni zamanda Nəsimi Rayon Məhkəməsinin icraatında iddiaçı ilə onun keçmiş həyat yoldaşı olan X7 arasında “əmlakın paylara uyğun naturada bölgüsü”nə dair iş vardır. Hesab edir ki, həmin işlərə baxılmayana qədər hazırkı mübahisəyə baxılması mümkün deyildir. Birinci instansiya məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə vəsatət qismən təmin edilmiş, işin icraatı İddiaçı X5 qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölgüsü” barədə ilkin, X4 İddiaçı qarşı “avtomobilin və mənzilin qiymətləndirilərək açıq hərracda satılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək dayandırılmışdır. İddiaçı nümayəndəsi həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzə baxılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsini düzgün tətbiq etməmiş, qanunvericiliyin tələblərini pozmuş, qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunmuş halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin müəyyən olunan hallarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X5, X2 və X6 qarşı ilkin iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 83 saylı evin 9 saylı mənzilinə görə ödənilmiş 87 368,24 (səksən yeddi min üç yüz altmış səkkiz manat 24 qəpik) manatın 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla 43 684,12 (qırx üç min altı yüz səksən dörd manat 12 qəpik) manatın; ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzilə görə ödənilmiş 100 900 (bir yüz min doqquz yüz) manatın 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla 50 450 (əlli min dörd yüz əlli) manatın; ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzilin təmirinə çəkilmiş 38 559,10 (otuz səkkiz min beş yüz əlli doqquz manat 10 qəpik) manatın 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 19 279,55 (on doqquz min iki yüz yetmiş doqquz manat 55 qəpik) manat məbləğində pulun X3 tutularaq İddiaçı ödənilməsi; ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzildə yerləşən, ümumi dəyəri 16 170 manat təşkil edən əşyalara (hazırda mövcud olduğundan) İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, əşyalar mövcud olmadığı təqdirdə 8085 (səkkiz min səksən beş) manat məbləğində pulun X3 tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, X4 qarşılıqlı iddiasının təmin olunması, İddiaçı ünvan 2 ünvanında yerləşən (blok B) 1 saylı mənzildən çıxarılması və X4 həmin mənzilə köçürülməsi, ünvan 2 ünvanında yerləşən (blok B) 1 saylı mənzilə görə 50 450 (əlli min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin X3 tutularaq İddiaçı ödənilməsi ilə, İddiaçı həmin mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı və Nurlan Əliyevin verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı X5 və X2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, mənzilə alınmış əmlakların dəyərinin və təmir xərclərinin, habelə mənzillərə görə həyata keçirilən ödənişlərinin yarısının tutulması” barədə ilkin iddia tələbləri qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin üzərində ½ hissədə İddiaçı, ½ hissədə X4 mülkiyyət hüquqları tanınmış, qətnamənin bu hissədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olduğu, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə görə "xxxx" ASC-nə 09 iyun 2021-ci il tarixinə yaranmış 40 803,48 (qırx min səkkiz yüz üç manat 48 qəpik) manat borcun (40 731,07 manat əsas, 72,41 manat faiz), eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca həmin tarixdən sonra hesablanacaq faizlərin İddiaçı və X4 birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən ½ hissədə ödənilməsi, X7 ilə “X13” MMC arasında bağlanmış 25 iyun 2012-ci il tarixli GQPD1/2012 saylı müqavilə əsasında "xxxx" MMC-nin Bakı şəhəri, Ə. Ələkbərov küçəsi 586-cı məhəllədə (ünvan 3) inşa etdiyi binadakı (blok D) 1 saylı mənzilə ½ hissədə İddiaçı, ½ hissədə X4 pay hüququnun tanınması, qətnamənin bu hissədə “X13” MMC ilə X7 və İddiaçı arasında həmin mənzilə görə müvafiq müqavilələrin bağlanması üçün əsas olduğu, ünvan 3 ünvanında yerləşən (blok D) 1 saylı mənzilə görə “X13” MMC-nə xx.xx.2021-ci il tarixinə yaranmış 6994 (altı min doqquz yüz doxsan dörd) manat borcun, eləcə də müvafiq öhdəlik yerinə yetirilənədək ona hesablanacaq faizlərin İddiaçı və X4 birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən ½ hissədə ödənilməsi, ilkin iddia tələblərinin qalan hissələrdə təmin olunmaması, X4 İddiaçı qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, X4 ünvan 4 ünvanda yerləşən (blok D) 1 saylı mənzilə köçürülməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin hallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, “ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin üzərində ½ hissədə İddiaçı, ½ hissədə X4 mülkiyyət hüquqlarının tanınması” hissəsi icra olunaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır. İddiaçı işin məhz qeyd olunan halına, yəni ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin ½ hissədə paylı mülkiyyətçisi olmasına əsaslanmaqla cavabdehlərin həmin mənzildən çıxarılmaları və özünün oraya köçürülməsi barədə iddia qaldırmış, məhkəmə isə onun “mənzilin naturada bölünməsi”, eləcə də ona qarşı irəli sürülmüş “əmlakların hərracdan satılması” tələblərinə baxılanadək icraatın dayandırılmalı olduğu nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən əsasla dayandırdığı zaman, qeyd olunan işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Bu kontekstdə qeyd olunmalıdır ki, İddiaçı, məhkəmə aktı əsasında mülkiyyət hüququnun tanındığı mənzildən digər şəxslərin çıxarılması və özünün həmin mənzilə köçürülməsi tələbinə baxılması, onun “mənzilin naturada bölünməsi”, yaxud ona qarşı “əmlakın hərracdan satılması” tələblərinə baxılmasından asılı edilə bilməz; eyni zamanda iddiaçının mənzilə köçürülməsi və mənzildən digər şəxslərin çıxarılması gələcəkdə mənzilin naturada ayrılmasına, yaxud hərracdan satılmasına maneə törətmir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzil üzərində mülkiyyət hüququnun mövcudluğu onun “mənzilə köçürülmə” tələbinə təxirəsalınmadan baxılmasını zəruri edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1372/2023 saylı iş üzrə 30 mart 2022-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3221/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3221/2023
27.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver