Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3223/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - cavabdeh SOCAR Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müavinətin tam ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh SOCAR Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra-üçüncü şəxs) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(009)-285/2023 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və cavabdeh SOCAR Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı tərəf olduğu 29 aprel 2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə bağlanmış razılaşmaya əsasən xitam verilmşdir. Həmin razılaşmaya görə İddiaçı 29 aprel 2012ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə (işçi yaşa görə əmək pensiyasına çıxdıqda) müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət etməyi, Cavabdeh isə bunun müqabilində işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 16819,35 manat işdənçıxarma müavinəti hesablamağı və həmin işdənçıxarma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli arayışa əsasən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında verilmiş müavinətdən 3679,84 manat məbləğində gəlir vergisi tutulmuşdur. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı cavabdeh SOCAR Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən əsassız olaraq tutulmuş 4729,44 (dörd min yeddi yüz iyirmi doqquz manat qırx dörd qəpik) manat pulun və mediassiya üçün ödənilmiş 50 manat rüsumun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Ə.C.Əmirov adına Neft və Qazçıxarma idarəsində iqtisadiyyat və uçot şöbəsində baş mühasibin müavini vəzifəsində işləmiş və 11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Ona işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul məbləğinin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonrayerdə qalan məbləğ ona verilmişdir. Qanunvericiliyə görə 65 yaşadək işləmək mümkün olduğu halda onun 62 yaşı tamam olduqdan sonra bir ay ərzində onunla əmək müqaviləsinə xitam verilmişdir. Ona işdən çıxmayacağı barədə könüllü olaraq ərizə yazmayacağı təqdirdə onu məcburi olaraq işdən çıxaracaqlarını və işdən çıxma müavinəti kimi əmək haqqının 5 misli miqdarında müavinət ödənilməyəcəyini bildirdilər. O, məcbur olaraq özü işdən çıxmaq barədə ərizə yazdı. İşdən azad olunmağı ilə əlaqədar Azərbaycan Respublikası DNŞ-nin və ANQSİHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə saylı əmrinə əsasən ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinətdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.3.1 ci maddəsində nəzərdə tutulan gəlir vergisi tutulmuşdur. Qanunla həmin müavinətdən gəlir vergisinin tutulması əsassız olmaqla bu barədə cavabdeh təşkilata müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Həmin müavinətdən gəlir vergisi tutulması qanunsuz və əsassız olmaqla ona müavinət tam ödənilməlidir. Onunla cavabdeh arasında olan əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilməyi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Ona işdənçıxma müqavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul məbləğinin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ ona verilmişdir. Onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, yəni təqaüdə çıxmağı ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verilsə də əslində o məcbur olub ərizə yazaraq işdən azad olunmuşdur. Onun iş qabiliyyəti olmuş və qanunvericiliyə uyğun olaraq 65 yaşa qədər işləmək mümkün olduğu halda o məcburi qaydada işdən çıxarılacağından qorxaraq və bu halda əmək haqqının 5 mislini itirəcəyindən işdən çıxmaq barədə ərizə yazmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft Qaz X7 İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-ci il tarixli ‘‘ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam veriilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müqavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009- cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılınası və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədi ilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra təqaüdə çıxmağı ilə əlaqədar ərizə əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və əmək müqaviləmə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqavilələrinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə müraciət etdikdə müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi göstərilmişdir. Göründüyü kimi onunla işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxmağı ilə, öztəşəbbüsü ilə rəsmiləşdirilmiş olsa da faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. İşdən çıxmaq barədə verilmiş əmrdə nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxmağı onun öz təşəbbüsü ilə” əsası formal xarakter daşıyır, onun tərəfindən yazılmış ərizə əvvəlcədən olmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur və onun müstəqil iradə ifadəni əks etdirmir. Qeyd olunan analoji işlər üzrə baxılmış çoxsaylı işlərdə cavabdeh təşkilat ödənilmiş məbləğin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. Həmçinin bu barədə əmr və qərarlarda da bunun müavinat olduğu təsdiq olunur. Ona işdən çıxdığına görə verilmiş 5 misli miqdarında müavinətdən əsassız olaraq 4729,44 manat gəlir vergisi tutulmuşdur. Qanunvericiliyin tələbinə görə müavinətdən vergi tutulmur. Həmin müavinətdən gəlir vergisi tutulması qanunsuz və əsassızdır və müavinət tam ödənilməlidir. Hazırkı ərizəsindən əvvəl onun keçmiş iş yoldaşı X5 da eyni məzmunlu tələblə Bakı şəhəri, Səbail rayon məhkəməsinə müraciət etmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-2403/2022 saylı qətnaməsi ilə onun keçmiş iş yoldaşı X2 iddiası təmin edilmişdir. Həmin müavinətdən tutulmuş verginin geri qaytarmaq mümkün olduğunu bundan sonra bilmişdir və keçmiş iş yoldaşı X5 ona bu barədə məlumat verdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa 11 yanvar 2021-ci il tarixli müqavilənin 1.3-cü bəndində tam əsassız olaraq qeyd edilmişdir ki, “əmək müqailəsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən müavinətindən və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını bəyan edir və təsdiqləyir”. Göründüyü kimi cavabdeh təşkilat özü də bilir ki, müavinətdən vergi tutulması tam əsasızdır. Bunu sığortalamaq üçün onunla bağladıqları 11 yanvar 2021-ci il tarixli razılaşmada da bunu qeyd etmişlər. Bununla da onun gələcəkdə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışlar. Bu isə Azərbaycan Respublikasının qanunlarına ziddir. Qanunvericiliyin tələbinə görə Mülki Məcəllənin tələblərinə zidd olaraq bağlanmış müqavilə etibarsızdır. 4.Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Vəkil1 iddia tələbinə etiraz edərək, qeyd etmişdir ki, iddiaçı - İddiaçı cavabdeh “Azneft” İB-nə qıırşı "müavinətin tam ödənilməsi" tələbinə dair iddia ilə Səbail rayon Məhkəməsinə müraçiət etmişdir. Belə ki, İddiaçı ərizə yazaraq öz təşəbbüsləri ilə işdən azad olunmuşdur. İddiaçı ilə "Azneft" İB xx.xx.2021-ci il tarixdə orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik ödəniş edilməsinə dair razılaşma bağlanmışdır. “Azneft İB-nin 11 yanvar 2021-ci il tarixli SOCAR211İ**********0020B00008 saylı əmri ilə İddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cıı il tarixli 57/06-19ə nömrəli əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ei il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin veriləcəyindən xəbəri olmuşdur. 01/2021 tarixli haqq-hesab vərəqindən də görünür ki. S.Zeynalovu ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğindən və digər ödənişlərdən vergitutulmuş və İddiaçımn bundan xəbəri olmuşdur. Müqaviləyə xitam verilərkən iddiaçıya ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli xx.xx.2009-cu il tarixli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilib. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009- cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qər arın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli "ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Əmr-Qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin Əmr-Qərarın girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara İstinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin 26 fevral 2009-cu il tarixli 38 nömrəli əmri ilə ləsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramından irəli gələn vəzifələrinin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməsidir". Sözügedən əmr-qərara müvafiq olaraq müəssisələrin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çaldırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 69.3cü bəndinə əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçılara ödənilmişdir. Vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq, hesab edirlər ki, iddiaçılara ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "X4rşı '‘müavinətin tam ödənilməsi" tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 5.Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirmişdir ki, həmin iddia ərizəsinin, iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini zəruri hesab edir. Belə ki, İddiaçı "Azneft” İstehsalat Birliyinini 11 yanvar 2021-ci il tarixli SOCAR2111**********0020B00008 saylı əmri ilə Azərbaycan Respublikası ƏməkMəcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə "Azneft" İB arasında xx.xx.2021-ci il tarikdə razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin veriləcəyindən xəbəri olmuşdur. 01/2021 tarixli haqqhesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğindən və digər ödənişlərdən vergi tutulmuşdur. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Faktiki hallardan göründüyü kimi. İddiaçı Babanıir qızının 11 yanvar 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd edilən normalardan müəyyən olur ki, iddiaçı - İddiaçı 12 yanvar 2022-ci il tarixinədək məhkəməyə müraciət etməli idi. İddiaçı bu tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcuddur. Lakin, iş materiallarından göründüyü kimi, İddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik məhkəməyə müraciət etmə müddətini ötürməklə xx.xx.2022-ci il tarixdə mediasiya tətbiqi barədə təklif göndərmiş, xx.xx.2022-ci il tarixdə Mediasiya Təşkilatına müraciət etmişdir. İddiaçı Babamır qızının "müavinətin tam ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddiaçının iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim-Rəna Qafarova) 24 fevral 2023-cü il tarixli, 2(009)-285/2023 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia tələbi qismən təmin edilərək, İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 3679,84 (üç min altı yüz yetmiş doqquz manat səksən dörd qəpik) manat məbləğində gəlir vergisinin, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin 40 (qırx) manat hissəsinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, 56 (əlli altı) manat dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. 7.İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2012ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında SOCAR2111**********0020B00008 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin İqtisadiyyat və uçot şöbəsinin baş mühasib müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmiş, ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarın 4-cü bondin bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinəti ödənilmişdir. 8.İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmişdir. 9.İş materiallarına əlavə edilmiş haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı işsizliyə görə 114.28 manat, DSMF-yə 685.77 manat, Həmkarlar İttifaqına 228.56 manat, gəlir vergisi 4729.44 manat, DSMF ödəniş-geri qaytarmaya görə 55.56 manat cəmi 5813.61 manat məbləğində pul tutulmuşdur. 10.İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 354-2 nömrəli, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli razılaşmanın bəndlərindən görünür ki, işəgötürənlə bağlanmış 354-2 nömrəli, xx.xx.2012- ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir. Bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 16.819,35 manat məbləğində müavinət ödəməyi öhdəsinə götürür. 11.İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azneft İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin işçisi olmuş İddiaçı xx.xx.2012-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə xx.xx.2021 -ci il tarixində öz ərizəsinə (AR Əmək məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmişdir. İddiaçı SOCAR və ANQSİHİRK arasında 2020- 2023-cü illər üçün Sahə (tarif) kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli 16819,35 (on altı min səkkiz yüz on doqquz manat 35 qəpik) məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Ödənilmiş müavinətdən tutulan gəlir vergisi 3679,84 (üç min altı yüz yetmiş doqquz) manat 84 qəpik təşkil edir. 12.Məhkəmə işin hallarına əsasən qeyd etmişdir ki, iddiaçı 11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir və həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına və tərəflər arasında əldə edilmiş yazılı razılaşmaya əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinətdən gəlir vergisi tutulmuşdur. Hazırda iddiaçı müavinətdən tutulmuş gəlir vergisinin qanuniliyini mübahisələndirir. 13.Məhkəmə qeyd etmişdir ki, cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının öz ərizəsinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. 14.Həmçinin məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, işdən çıxarılma barədə əmrdə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və Qaz X7 İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. 15.Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmrqərar verildikdən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmrqərarın 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. 16.İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və Qaz X7 İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Qərarı və tərəflər arasında imzalanmış yazılı razılaşma da bu halı təsdiq edir. 17.Bununla bağlı məhkəmə qeyd qeyd etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş 22 aprel 2009-cu il tarixli əmr-qərarın və razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. 18.Məhkəmənin qənaətinə görə, iddiaçının işdən azad edilməsi barədə əmrdə və əmək kitabçasında nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” əsası formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur ki, iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir. 19.Məhkəmə həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanıişçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Bundan başqa, cavabdeh iddiaçıya ödənilən işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır. 20.Məhkəmə, hazırki işdə iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası və məqsədilə xitam verildiyi qənaətinə gəlinməsini və Əmək Məcəlləsinin 175.4-cü, həmçinin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərini, o cümlədən müvafiq əsasla işdənçıxma üçün verilən müavinətin Vergi Məcəlləsinin 102.1.4- cü maddəsində təsbit edilməklə gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya əmək haqqı məbləğinin beş misli miqdarında ödənilən müavinətdən gəlir vergisi tutula bilməz. 21.Məhkəmə həmçinin iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 22.İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ödənilən müavinət artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir. Belə olan halda hazırkı iddiaya iddia müddəti tətbiq edilə bilməz. 23.Qanunvericiliyin tələbindən irəli gələrək iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, müavinətdən tutulan gəlir vergisi iddiaçıya qaytarılmalıdır. 24.Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlmişdir ki, 56 (əlli altı) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 25.Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 3679,84 (üç min altı yüz yetmiş doqquz manat səksən dörd qəpik) manat məbləğində gəlir vergisi, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdehndən tutularaq İddiaçı ödənilməli, 56 (əlli altı) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddə, 3-cü hissə, 77-ci maddə, 1-ci hissə, 6-cı hissə, 175-ci maddə, 1-ci və 4-cü hissə, 175.4-cü; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1, 102.1.4; Azərbaycan Respublikası MÜlki Məcəlləsinin 384.0.4-cü; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1ci; Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 112.1.1, 14.2, 77.1, 88, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üçün əhəmiyyətli olan halları tam şəkildə aydınlaşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, iş materiallarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq öz ərizəsinə əsasən xx.xx.2021-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bununla əlaqədar ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edən birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü əsasında xitam verilmiş kimi rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Həmçinin məhkəmə bu faktın tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etmişdir. Məhkəmə gətirdiyi bu dəlillə qanunvericiliyin normalarının ciddi pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə həmin faktın tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etsə də, tərəflər belə bir fakt haqqında hər hansı izahat verməmişdirlər. Əgər məhkəmə əmək müqaviləsinə İddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Halbuki birinci instansiya məhkəməsi həm qanunvericiliyin bu normasını nəzərdən qaçırmış, həm də hüquqlarının pozulduğunu hesab etdiyi iddiaçının bu barədə olan izahatlarını almamış, onların həqiqiliyini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə etməmişdir. Nəticədə məhkəmə xx.xx.2023cü il tarixli qətnaməsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyi qənaətinə gəlsə də, bu mülahizəsini hüquqi cəhətdən əsaslandıra bilməmiş və ona ödənilmiş müavinətin hüquqi xarakterinin nədən ibarət olmasına tam aydınlıq gətirməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə onun pensiya yaşına çatmağı əsası ilə xitam verildiyindən və müvafiq əsasla işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqıməbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Məhkəmənin mövqeyinə görə Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdən çıxma müavinəti olduğunu mübahisələndirməmişdir. İş materiallarına əlavə edilmiş əmr və qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. Yuxarıda istinad olunan maddi hüquq normalarına görə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər-hansıməbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Bildiririk ki, məhkəmə bu qənaətə gələrkən işin faktiki hallarını düzgün araşdırmamış və tətbiq edilməli maddi hüquq normalarının tələblərini əhəmiyyətli şəkildə pozmuşdur. Başqa sözlə, məhkəmə işin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhvə yol verərək, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir.işə baxan birinci instansiya məhkəməsi Dövlət Vergi Xidməti tərəfindən verilmiş etirazın dəlillərini, istinad olunan qanunvericilik aktlarını, habelə etiraza əlavə edilmiş sübutları tam və hərtərəfli araşdırmadan və qiymətləndirmədən, cavabdeh və 3-cü şəxsin dəlillərinə münasibət bildirmədən və formalaşmış məhkəmə təcrübəsini nəzərə almadan iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi son nəticədə qanunsuz və əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. 29.Qətnamədən həmçinin cavabdeh SOCAR Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini təmin edərək əsassız olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə olmasını qeyd etmiş, həmçinin Əmək Məcəlləsinin 175.4-cü maddəsinin və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə istinad edərək iddiaçıya ödənilmiş müavinətin gəlir vergisindən azad edilən müvainətlər sırasına daxil edərək, həmin müavinətdən vergi tutulmalı olmamasına əsaslanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ilə eyniləşdirilə bilməz. ƏM-nin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Bundan əlavə, işçinin ərizəsi əsasında əmək müqaviləsi ləğv olunduqda; əmək müqaviləsinin müddəti başaçatdığı üçün ləğv olunduqda; işçi atestasiyadan keçə bilmədiyi üçün əmək müqaviləsi ləğv olunduqda; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunduqda (məsələn, üzürsüz səbəbdən və xəbərdarlıq etmədən bir iş günü ərzində işə gəlmədiyinə görə vs.); sınaq müddəti ərzində (mak. 3 ay) işçi özünü doğrultmadığına görə əmək müqaviləsi ləğv olunduqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə (65 yaş) çatdığına görə işdən azad edildikdə; tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verildikdə; əmək müqaviləsində tərəflərin müəyyən etdiyi hər hansı digər bir səbəbə görə əmək müqaviləsi xitam olunduqda işçiyə işdənçıxarma (işdən çıxma) müavinəti ödənilmir. Bunda başqa, Əmək Məcəlləsinin 175.4-cü maddəsi öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4- 1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.Bundan əlavə, məhkəmənin iddiaçının tələbini Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən müddətin şamil olunmamasına dair dəlili əsassızdır. Belə ki, hazırki iddia tərəflər arasında olan əmək münasibətlərindən irəli gəlir və iddia müddəti Mülki Məcəllənin 384.0.4-cü maddəsinə deyil Əmək Məcəlləsinin 296.4-cü maddəsinə uyğun tətbiq edilməlidir.Məhkəmə dövlət rüsumunu düzgün hesablamamışdır. Belə ki, iddia tələbi qiymətləndirilən iddiadır və iddia tələbi 3679.84 manatdır. Tələb edilən məbləğ üzrə dövlət rüsumu 56.8 manat edir. İddiaçımediasiya prosesi ilə bağlı 50 manat ödəniş etmişdir. Qanunvericiliyə uyğun tərəf mediasiya prosesi ilə bağlı çəkilən xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi iş üzrə ödənilməli olan 56.8 manat dövlət rüsumundan mediasiya prosesi ilə bağlı çəkilən 50 manat xərc çıxıldıqdan sonra 6.8 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə çəkilmiş medasiya xərcinin 40 manatını cavabdehdən tutmuş, 10 manat mediasiya xərci iddiaçıya aid etmişdir. Məhkəmə iş üzrə ödənilməli olan 6.8 manat dövlət rüsumunu cavabdehdən tutmalı olduğu halda, 56 manat dövlət rüsumunun cavabdehdən tutmaqla iddiaya dövlət rüsumu hissəsində də düzgün qiymət verməmişdir. Birinci instansiyasıməhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
32.Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X6 öz apellyasiya şikayətlərini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 33.Məhkəmə kollegiyasının iclasında cavabdeh SOCAR Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 öz apellyasiya şikayətlərini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 34.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili Vəkil2 apellyasiya şikayətlərini qəbul etmədilər, şikayətlərin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
35. 68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır.
36. 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.
37. 175-ci maddəsinin 1-ci, 2-ci (a) və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur.İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 38.Maddə 2.4-1.Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. 39.Maddə 98.1.Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 40.Maddə 102.1.4.Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddələr 385.1.1, 385.1.2 və 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 43.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 45.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini tələb bölünməz olduğundan, apellyatorlar qətnaməni tam olaraq mübahisələndirdiklərindən, qətnamənin qanuniliyiinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46.Məhkəmə kollegiyası iş üzrə tərəfləri və 3-cü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. 47.Belə ki, iş materiallarından göründüyü kimi birinci instnasiya məhkəməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasını, Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə rəsmiləşdirilməsinə baxmayaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə, yəni işçilərin ixtisar edilməsi və sayının azaldılması ilə əsaslandırmış, bu səbəbdən də cavabdeh tərəfindən ödənilmiş işdənçıxma müavinəti gəlir vergisindən azad edilən müavinətlər sırasına aid etmiş, iddianın əsaslı olduğundan qismən təmin edilməsi qənaətinə gəlmişdir. 48.İşin faktiki hallarından isə görünən odur ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmaq (69-cü maddəsinin 3-cü hissəsi) istəyini bildirmiş, bunun nəticəsində tərəflər arasında 11 yanvar 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. 49.Göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində Cavabdeh tərəfindən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 16.819,35 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir. 50.Vergi qanunvericiliyində konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunverciliyin tələblərinə uyğun deyildir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. 51.Beləliklə vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. 52.Göründüyü kimi cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur. 53.Buna baxmayaraq birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ödənilən məbləğin işdənçıxma müavinəti oduğu üçün Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə əsaslanaraq fərgli nəticəyə gəmişdir. Belə ki, həmin maddənin tələblərinə görə işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. 54.Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq hesab edir ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin qaydaları xüsusilə Vergi Məcəlləsi əsasında tənzimlənir və xüsusi tənzimlənən bu münasibətlərə də Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinin geniş və qeyri-müəyyən təsfirinin tətbiqi yolverilməzdir. 55.Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər qarşılıqlı razılığı ilə aralarında olan əmək münasibətlərinə xitam vermək qərarına gəlmişlər. İşə baxılan zaman iddiaçının razılaşma imzalanarkən şirkət tərəfindən təzyiqlərə məruz qalması halı və yaxud ödənilən vəsaitdən gəlir vergisinin tutulmasının etibarsız hesab edilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Beləliklə, iddiaçı istinad etdiyi razılaşmaya əsasən ödəniləcək müavinətin vergiyə cəlb olunacağına dair məlumatlı olmuşdur. 56.Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq norması pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. 57.Beləlikə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və üçüncü şəxsAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətitərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(009)-285/2023 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməmlidir. 58.Eyni zamanda iddia əsasız olduğuna görə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verililməsinə lüzum yoxdur. 59.Çünki Mülki Məcəllənin 372 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün ilk olaraq hüququn pozulması, sonra isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müəyyən edilməlidir. 60.Hazırki işdə də cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozması halı müəyyən edilməmişdir. 61.Kollegiya qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. 62.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(009)-285/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov